Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Xocalı rayonunun toponimləri - Alçalı bulaq

Alçalı bulaq Xocalı rayonunda, Kosalar kəndi yaxınlığında yerləşir. Toponim alça bitkisinin adı ilə bağlıdır. Bulağın ətrafında çox sayda alça ağacları olduğu üçün o, belə ad almış­dır.

Xocalı rayonu ərazisində qeydə alınan oroqrafik obyekt­lərdən biri də Alçalıq adlanır. Oronim, həmin ərazidə bitən gülçiçəklilər fəsiləsindən olan çəyirdəkli, hündür alça adlı meyvə ağacının adı ilə bağlıdır. Alça bitkisi adı ilə respubli­kamızda aşağıdakı adları çəkilən toponimlər qeydə alınmışdır: Alçalıdağ (Laçın və Xanlar rayonları), Alçalı dərə (Qubadlı, Daşkəsən, Cəbrayıl rayonları), Alçalı kənd (Kəlbəcər, Salyan rayonu), Alçalı kəz (Ağsu rayonu, Bico kəndi), Alçalı yaylaq (Abşeron rayonu), Alçabulaq kəndi (Yardımlı rayonu) və s.

                                                                “Müqəddəs yurd: Xocalı” adlı kitabdan
Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Üçgünlük körpəsi ilə erməni zindanında amansız işgəncələrə məruz qalan ana

          Müsahibim Xocalıda 4 uşağı ilə erməni quldurları tərəfindən əsir götürülərək 10 günlük girovluq həyatı yaşayan Məhsəti türkü Mehri...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi