BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

27 Mart 2020 Cuma

Xocalı rayonunun toponimləri - Almalı kəndi

Posted at  3/27/2020  |  in  Xocalı rayonu

         Almalı ərazisi, Almalı kəndi Xocalı rayonunda, Qarabağ silsiləsində, dağətəyi ərazidə, rayon mərkəzindən 13 km şimal-qərbdə yerləşir. Kəndin 800 nəfərə qədər əhalisi vardı. Əhali üzümçülük və heyvandarlıqla məşğul olurdu. Kənddə orta məktəb, mədəniyyət evi, kitabxana, xəstəxana, baramaaçma sexi, arxeoloji abidələrdən antik dövrə aid küp qəbirlər qəbiristanı, daş qutu qəbir, Tunc dövrünə aid kurqan, Dəmir dövrünə aid sənduqələr və XIII əsr kilsə xarabalığı var. Azərbaycanın Rusiya tərəfindən işğal olunduqdan sonra burada erməniləri yerləşdirmişdilər. Kəndin adı kalka vasitəsilə tədricən ermə-niləşərək Xndzristan olmuşdur. Hətta, Sovet hakimiyyəti illərində kəndin adı bu ad ilə rəsmiləşmişdir. “Xndzor” – erməni dilində “alma” deməkdir. Yaşayış məntəqəsi Almalı adlanan sahədə salındığına görə belə adlanmışdır. Lı – şəkilçisi burada alma isminə artırılaraq həmin ərazidə alma meyvə ağacının daha çox olduğunu bildirən toponimik ad (topluluq mənasında) əmələ gətirmişdir. Kənd alma ağacları olan ərazidə yerləşdiyi üçün Almalı adı almışdır.
                                                                                          “Müqəddəs yurd: Xocalı” adlı kitabdan

Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top