Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Xocalı rayonunun toponimləri - Başkənd kəndi


Başkənd kəndi Xocalı rayonunda, əsrarəngiz gözəlliyə malik bir ərazidə, Qarabağ silsiləsinin şimal-şərq yamacında, Mıxtökən dağının ətəyində, rayon mərkəzindən 17 km cənub-qərbdə, Ballıca çayının sahilində yerləşir. Kənd, Kosalar sovetliyinə daxil idi. İşğal ərəfəsindəki son ildə kəndi Göyçay rayonu hamiliyə götürmüşdür. Əhalisi əsasən heyvandarlıqla məşğul olurdu. Kənddə klub, məktəb, mədəniyyət evi və s. var idi. Avaz kişinin məskəni bura olub. Başkənd kəndi qonşuluqda yerləşən kəndlərə nisbətən bir qədər yuxarıda yerləşdiyinə görə belə adlanmışdır. Başkənd toponiminin mənası “yuxarıda, başda yerləşən kənd” deməkdir. Yaəli dağı və Çoban Daşaşıran qayası kəndin yaxınlığındadır. Kəlbəcər rayonunda da Başkənd adlı kənd vardı. Culfa rayonunda Başkənd mineral bulaqları, Gədəbəy rayonu ilə Ermənistanın Krasnoselsk rayonu sərhədində, Keçəl dağ silsiləsində hündürlüyü 2170 metr olan Başkənd aşırımı, Gədəbəy rayonu ərazisində Başkəndsu çayı, Azərbaycanda – Kiçik Qafqazın Şahdağ və Murovdağ silsilələrinin şimal ətəklərində Başkənd – Dəstələr çökəkliyi və s. vardır.


                                                         “Müqəddəs yurd: Xocalı” adlı kitabdan
Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Üçgünlük körpəsi ilə erməni zindanında amansız işgəncələrə məruz qalan ana

          Müsahibim Xocalıda 4 uşağı ilə erməni quldurları tərəfindən əsir götürülərək 10 günlük girovluq həyatı yaşayan Məhsəti türkü Mehri...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi