BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

30 Mart 2020 Pazartesi

Xocalı rayonunun toponimləri - Böyük kirs dağı

Posted at  3/30/2020  |  in  Xocalı rayonu

        Böyük Kirs dağı Qarabağ silsiləsinin ən yüksək zirvələrindən biridir. Orta Yuranın vulkanogen çökmə süxurlarından təşkil olunan Böyük Kirs dağı Laçın, Xocavənd, Şuşa və Xocalı rayonlarının sərhədində yerləşir. Bu dağın maksimal hündürlüyü 2725 metrdir. Allı çayı, Quruçay, Köndələnçay öz mənbələrini Böyük Kirsin zirvə və ətəklərindən götürürlər. Toponimin tərkibindəki Kirs sözünün müxtəlif dialektlərdə “böyük, uca, zirvə”, “sıldırım dağ” (Şuşa rayonu) və “qar toplanan ərazi” (Quba rayonu) kimi məna çalarları vardır. Böyük Kirs toponimi çox güman ki, “böyük, uca, sıldırım dağ” mənasındadır. Xocalı və Şuşa ərazisində Kiçik Kirs dağı da var.
                
     “Müqəddəs yurd: Xocalı” adlı kitabdan

Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

Əlaqə

Redaksiyamızın ünvanı:
Gəncə şəhəri, Yeni qəsəbə - 2
Tel: (070 - 222 - 26 - 48; (050) 678 - 10 - 44
E - mail: xocalininsesi@gmail.com
About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top