BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

27 Nisan 2020 Pazartesi

Koronavirusa qətiyyətimizlə qalib gələcəyik

Posted at  4/27/2020  |  in  Ümumi hadisələr

       Xocalı ictimaiyyəti də pandemiyaya qarşı Azərbaycan dövlətinin tətbiq etdiyi karantin qaydalarına ciddi əməl edir

        Ötən ilin son ayında Çinin Uhan əyalətində "peyda olan” "yarasa tipli” virus dünyanı lərzəyə gətirəcək sürətlə yayıldı. Xalqlar və dövlətlər onun qarşısını almaq üçün bütün mümkün vasitə və variantlardan istifadə etmək barədə ciddi düşünməyə vaxt tapmadan yoluxma və ölənlərin sayının nəinki günbəgün, hətta saatbasaat artması insanlarda vahimə yaratdı. Doğrusu, bu virusun pandemiyaya çevrilməsi, əslində, inkişaf etmiş Avropa ölkələrindəki səhiyyənin acizliyini də ortaya qoydu. Epidemiya dünya xalqlarını bir olmağa, bu "göydəngəlmə” bəlaya qarşı birgə mübarizənin vacibliyinə yönəltdi.

        Təbii ki, Azərbaycan xalqı və dövləti də bu pandemiyadan kənarda qala bilməzdi. Çünki ölkəmiz şərqdən-qərbə, cənubdan-şimala nəqliyyat-kommunikasiya xətlərini özündə birləşdirən bir mərkəz kimi daim qonaq-qaralı olub. Ona görə də xaricdə koronavirusa yoluxmuş əcnəbilərin ölkəmizə səfərləri bizi də hələ ki, dərmanı axtarılan bəlaya saldı. Lakin sevindirici haldır ki, Azərbaycan Prezidentinin uzaqgörənliyi bu gün özünü bir daha göstərdi: xalqımız koronavirusa yoluxma və ölənlərin faizinə görə ən aşağı, sağalmalar baxımından isə yüksək yerlərdədir.

        Əlbəttə, Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəxsi diqqəti və qayğısının nəticəsidir ki, bu gün dünyanı bəla kimi bürümüş koronavirusa qarşı ölkəmiz yüksək əhvali-ruhiyyə ilə mübarizəyə qoşulub. Əminik ki, dövlət başçısının qeyd etdiyi kimi, bu mübarizədən üzüağ çıxacağıq: minimum az zərərlə. Çünki Azərbaycan Prezidenti dövlətin iqtisadiyyatını və siyasətini düşünməklə bərabər, ölkə vətəndaşlarının hər biri haqqında da ciddi fikirləşir: onların hər biri daha dəyərli, sağlamlıqları isə hər şeydən üstündür.

        Son vaxtlar, daha doğrusu, pandemiyanın sürətlə yayıldı günlərdə Azərbaycan dövlətinin pandemiyanın qarşısının alınması istiqamətində həyata keçirdiyi sosial izolyasiya və karantin qaydalarının tətbiqi də bunu təsdiqləyir. Bu gün Azərbaycan pandemiyadan az əziyyət çəkən, minimim itki verən ölkələr sırasında bəlkə də birincidir. Bu, hər bir vətəndaşımızın diqqətini cəlb edir. Ona görə də qabaqlayıcı tədbirlərə əməl etmək hər kəsin vətəndaşlıq borcuna çevrilib.

        Azərbaycan Prezidentinin dünya liderləri arasında olan həm də şəxsi nüfuzudur ki, pandemiyaya qarşı mübarizədə tətbiq edilən qanunlar və qadağalar artıq Avropa dövlətlərində, həmçinin qardaş Türkiyədə də birmənalı şəkildə təqdir olunur. Videokonfranslardakı çıxışları ilə dünyanı səfərbər edən Azərbaycan Prezidenti bununla bir daha təsdiqləyir ki, bizim xalq xoşbəxtdir: onun belə praqmatik, uzaqgörən, düşüncəli, bütün sahələri bilən, vaxtında və operativ qərar qəbul edən lideri var.

        Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun Azərbaycanın bu pandemiyaya qarşı apardığı mübarizənin nümunə olduğunu bildirməsi bizdə bir daha əminlik yaratdı ki, bu gün ağ xalatlı ön cəbhənin döyüşçüləri - həkimlərimiz dövlətimizin və xalqımızın qayğısına daim qalan Prezidentimizin ətrafında daha sıx birləşib. Bu həmrəylik pandemiyanın daha geniş əraziləri bürüməsinin qarşısının alınmasında mühüm amildir.

        Ona görə də cənab Prezidentə elektron KİV vasitəsilə ölkə əhalisindən minlərlə, milyonlarla məktub gəlməkdədir. Biz də həmin axına qoşularaq bildirmək istəyirik ki, hörmətli Prezidentimiz və Birinci vitse-prezident Mehriban xanım Əliyeva, birillik əməkhaqqınızı Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etməyinizi xocalılılar, o cümlədən Xocalı səhiyyəsi işçilərinin hər biri yüksək səviyyədə qarşılayır və Sizə öz təşəkkürümüzü bildiririk. Bundan sonra dövlət məmurları ilə yanaşı, iş adamları, sahibkarlar, o cümlədən sadə vətəndaşlar da bu addıma qoşuldu. Ölkə ərazisindəki aztəminatlı ailələrə gündəlik olunan yardımları biz də görürük. Bizim Xocalıdan olan aztəminatlı ailələrə edilən yardımlar isə həmişə maddilikdən daha çox mənəvi bir dayaq sayılıb.

        "Xocalı Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsi Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində, dağlıq və erməni silahlı birləşmələrinin yerləşdiyi ərazidə məskunlaşıb. Buna baxmayaraq, koronavirusla bağlı mübarizədə mart ayından Tibbi Ərazilərin İdarə edilməsi Birliyi tərəfindən verilən tövsiyələrə uyğun, gündəlik, hər saatdan bir aldığımız tapşırıqları operativ yerinə yetirməyə çalışırıq. Əhalimizin tibbi müayinəsi, onların hər dəqiqə yerində yoxlanılması, lazım olanların koronavirusla bağlı laborator analizdən keçirilməsi davamlı şəkildə yerinə yetirilir.

        Göstərilən diqqətin və qayğının nəticəsidir ki, Xocalı camaatı arasında, şükürlər olsun ki, COVID-19-a yoluxma halı baş verməyib. Biz səhiyyə işçiləri çalışırıq ki, hər gün əhalinin sağlamlığını qoruyaq. Koronavirusla mübarizəyə qoşulan Xocalı rayon səhiyyə işçiləri mart ayının 14-dən gücləndirilmiş növbəli iş rejimi ilə çalışaraq əhaliyə xidmət edirlər. Mərkəzi xəstəxananın sahə həkimi Mütalim Cəfərov, eləcə də sahə tibb bacıları və respublikanın müxtəlif yaşayış yerlərində olan kənd tibb məntəqələrinin işçiləri də onların qarşısında duran vəzifəni layiqincə yerinə yetirirlər.

        Bildiyimiz kimi, Xocalı camaatı erməni vandalizminin qurbanlarına çevrilmiş, soyqrımına məruz qalmış vətəndaşlardır. Cənab Prezident! Onlar hər zaman Sizin diqqətinizdədir, o cümlədən Xocalının şəhid, aztəminatlı ailələrinə, qazilərinə daim qayğı ilə yanaşmısınız, ona görə də hər birimiz Sizə minnətdarıq! Daim cənab Prezidentimizin ətrafında sıx birləşərək, bütün problemləri həll edəcəyimizə əminik!



Aqil MƏMMƏDOV,
"Xocalı Rayon Mərkəzi Xəstəxanası" 
Publik Hüquqi Şəxsin direktoru

Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

Əlaqə

Redaksiyamızın ünvanı:
Gəncə şəhəri, Yeni qəsəbə - 2
Tel: (070 - 222 - 26 - 48; (050) 678 - 10 - 44
E - mail: xocalininsesi@gmail.com
About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top