Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

“Gəncənin səsi” çətin vaxtlarda bizə dayaq olub, səsimizə səs verib

        Gəncə və “Gəncənin səsi” qəzetinin adını eşidərkən ilk öncə fikrimə qonaqpərvər, mehriban insanlar gəlir. Bəli, Gəncə camaatı doğma torpaqlarından didərgin düşmüş məcburi köçkünlərə hər zaman diqqət və qayğı göstərirlər. Çətin vaxtlarda evlərinin qapısını onlara pənah gətirmiş köçkünlərə açıblar. Dərdimizə şərik olub, əllərindən gələn köməkliyi ediblər. 
        “Xocalının səsi” qəzetinin də çətin vaxtlarında “Gəncənin səsi” qəzetinin əməkdaşları öz diqqət və qayğılarını qəzetimizin əməkdaşlarından əsirgəməyiblər. Soyqırımın səbəb və nəticələrinin yazılı olaraq rayon qəzetində işıqlandırılmasının vacib olduğu ərəfədə qəzetin çapa getməsinə şərait yaradıblar. Qəzetimizdə 1991-1995-ci illərdə məsul katib vəzifəsində işləmiş Vəli İlyasov deyir ki, 1992-ci il mart ayının 19-da Tərtər qəzetinin redaksiyasında “Xocalının səsi” qəzeti üçün ayrılmış otağa “Qrad” mərmisi düşdü. Qəzetin fəaliyyəti bir neçə gün dayandı. Mərhum redaktor Sərdar Mehdiyevlə birlikdə Gəncə şəhərinə gələrək nəşriyyatın sədri İlham İmamquliyevlə görüşdük. Qəzet Gəncədə çap olunmağa başladı. Redaksiyamız üçün “Gəncənin səsi” qəzetində yer ayrıldı. Orada bizə canıyananlıq göstərən insanlar var idi. “Gəncənin səsi” qəzetinin redaktoru Sabir Hacıyev, şöbə müdiri Rəfiqə Sadıqova, məsul katib Füzuli Ruzigar, müxbir İbrahim Məsimoğlu, “Novosti Gəncə” qəzetinin redaktoru Nüşabə Məmmədli bizə köməklik edirdilər. Biz onlardan qayğını çox hiss edirdik. Qəzetin nəşri üçün bütün köməklikləri göstərirdilər. Həm “Gəncənin səsi” qəzetinin əməkdaşları, həm də Gəncə nəşriyyatının sədri İlham İmamquliyev qəzetimizin nəşrini öz üzərlərinə götürmüşdülər.
        “Gəncənin səsi” qəzetinin əməkdaşları “Xocalının səsi” qəzetinin qeydinə bu gün də qalır. Baş redaktor, yazıçı-jurnalist Rəfiqə Sadıqova və digər əməkdaşlar ilə hər görüşəndə onlarda bizə qarşı həssas yanaşmanı, diqqəti görürəm. Rəfiqə xanım qəzetimizin nəşri ilə maraqlanır, tövsiyələrini verir və Xocalıda işıq üzü görməsini kövrək hislərlə arzulayır. 
         “Gəncənin səsi” qəzetinin səhifələrində dövrümüz üçün ən aktual mövzular, Gəncənin ictimai-siyasi, abadlıq-quruculuq, mədəni və idman sahəsində baş verən yeniliklərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsindən, Xocalı soyqırımından yazılar da yer alır. 
        Daim dövlətə və dövlətçiliyə sədaqət göstərən xocalılar nə başımıza gətirilən müsibətləri, nə də dərdimizə şərik olan, diqqət göstərən insanları yaddan çıxardan deyillər. Biz inanırıq ki, Cənab Prezidentimizin apardığı uzaqgörən siyəsət nəticəsində dədə-baba torpaqlarımızı yağı tapdağından azad edəcəyik. O zaman “Gəncənin səsi” qəzetinin əməkdaşlarını doğma Xocalımızda qarşılayacağıq. 
        100 yaşını qeyd edən qocaman mətbu orqanın yaradıcı kollektivini təbrik edirik. Gəncənin salnaməsini yazan “Gəncənin səsi” qəzetinin ömrünün dahi Nizami yurdu kimi əbədi olmasını arzulayırıq.
Qalib BƏYMƏMMƏDOĞLU,
“Xocalının səsi” qəzetinin 
redaktoru

Paylaşın:

Xocalı rayon sakinləri qanvermə aksiyasına qoşulublar

        Mayın 22-də Xocalı rayon sakinlərinin kompakt şəkildə məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində ölkəmizdəki irsi qan xəstələrinə, o cümlədən qan ehtiyacı olan insanlara qan vermək məqsədilə aksiya təşkil edilib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə karantin rejimi tətbiq olunduğu üçün qan banklarında yaranmış qan azlığı probleminin həlli təşəbbüsünə əsasən qanvermə aksiyasına 100-dən çox rayon sakini qoşulub. 
        Qanvermə aksiyası Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Xocalı Rayon Publik Hüquqi Şəxs”in binasında Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Gəncə Bölməsinin əməkdaşları tərəfindən gigiyenik qaydalara əməl edilməklə keçirilib. 














Paylaşın:

Dövlət vətəndaşlıq həmrəliyinə töhfə : Kölgədən işığa doğru

         Dövlət başçısı cənab İlham Əliyev Tərəfindən ölkəmizdə həyata keçirilən genişmiqyaslı fəaliyyəti, qlobal təşəbbüsləri, sosial-iqtisadi kursu, siyasi islahatları, daxili və xarici siyasəti, eyni zamanda son vaxtlar dünyanı cənginə almış koronavirus pandemiyası dövründə apardığı qabaqlayıcı tədbirləri xalqımız ürəkdən dəstəkləyir. Bunu möhtərəm Prezidentimizə vətəndaşlar tərəfindən ünvanlanmış minnətdarlıq məktubları, keçirilən rəy sorğuları bir daha sübut edir.
       Həyata keçirilmiş əsas islahatlar mərkəzində Korrupsya ilə  mübarizədə daha təsirli nəticələr əldə  olunması ilk öncə,  ictimai sektorda şəffaflığın  təmin edilməsi,  korrupsiyaya qarşı cəmiyyətin həssaslığın artırılması və bu istiqamətdə  tədbirlərin davamlılığın təmin edilməsi dayanır. 
        Təəssüf hissi  ilə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Prezidenti tərəfindən  bu sahədə  vəzifəli  şəxslərə  xəbərdarlıq etməsinə  baxmayaraq, bir sıra icra  başçıları, o cümlədən digər vəzifəli şəxslər tərəfindən cəmiyyətin və dövlətin qanunla  qorunan mənafelərinə  zərər vuran əməllərə son qoyulmamış,  mövcud korrupsiya faktlarına görə  hüquq – mühafizə orqanları  tərəfindən cinayət işləri  başlanmışdır.  Bu  hərəkətlərin dövlətimizin  və  xalqımızın mənafeyinə  ciddi zərbə  vurması, dövlətçiliyimizə  böyük  xəyanət kimi qiymətləndirilmişdir. Ona görə də cənab Prezident bütün neqativ halların aradan qaldırılması ilə bağlı ciddi tədbirlər görür.Eyni zamanda son kadr islahatları,ümumiyyətlə bu ölkədə aparılan islahatlar onu göstərir ki,aparılan islahatlardan sonra ölkədə tamamilə yeni mühit formalaşır.
        Azərbaycan Respublikasının Prezidentinin apardığı düzgün,düşünülmüş siyasət ,dəqiq hesablanmış tədbirlər nəticəsində biz  korono virusla mübarizə sahəsində bir çox ölkələrin nail ola bilmədiyi uğurlar qazandıq,lakin bu uğurları qorumaq daha da inkişaf etdirmək üçün intizamlı,məsuliyyətli,diqqətli olmalıyıq. Bu ölkəmizi,xalqımızı hər bir vətəndaşımızı qorumaq üçün olduqca vacibdir.
        Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayev Azərbaycanda korono virus pandemiyasına qarşı məqsədyönlü tədbirlər görməklə bərabər məşğulluğa və sosial rifaha dəstək istiqamətində fəal siyasətin aparıldığını  deyib.
        Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə görülən sosial dəstək tədbirləri ölkə əhalisinin 48 faizindən çoxunu əhatə edir.Cənab Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli sərəncamının icrası ilə baxlı təsdiqlənmiş “Tədbirlər Planından ”bəhs edən nazir bu sənəd üzrə dəstək tədbirlərinə təqribən 3,5 milyard manat ayrıldığını qeyd edib.Planda əksini tapan 4 (dörd)  istiqamətdə 12 (on iki)  tədbir üzrə  sosial  rifaha dəstək işlərinin aparıldığı bu sahə üzrə 600 milyon manat ayrıldığını deyib.
       Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2 milyon vətəndaşa sosial təminat növləri üzrə ödənişlərin davamlılığını təmin edib.İşsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri formal şəxslərdən ibarət 600 min aztəminatlı şəxsə birdəfəlik ödəmələr olunmuşdur.
      Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında  DSMF-nun  Xocalı rayon şöbəsi COVİD-19 virusu ilə bağlı olan qarantin dövründə  20 mart 2020-ci il  tarixdən  04 may 2020- ci il tarixinə kimi növbəli şəkildə iş rejiminə davam etmişdir.Şöbəmiz tərəfindən karantin dövründə bütün sosail ödənişlər və pensiya ödənişləri nəzərdə tutulmuş qrafikdən əvvəl  heyata keçrilmişdir,həmçinin  Azərbaycan  Respublikasının  Prezidnetinin  24 aprel 2020- ci il tarixli 1996 saylı sərəncamını icrasına  əsasən 1941-1945 - ci illər Böyük Vətən Müharibəsi iştirakçısının dul arvadına  Məmişova  Suma İsmayıl qızına  750,00 manat (yeddi yüz əlli manat  00  qəpik)  məbləğində  birdəfəlik maddi yardım plastik kart hesabına köçrülmüşdür.
     Əllik müddətləri  karantin dövründə vaxtı  bitən əllilərin əlilliyinin müddəti karantin müddətinin  bitəcəyi dövrə kimi uzadıldı,o cümlədən vaxtı bitmiş pensiya və sosial müavinət plastik bonkamat  kartlarının vaxtlarıda uzadılmışdır.
      COVİD-19 virusu ilə bağlı olan karantin dövründə 65 yaşdan yuxarı 21 tənha ahıla evlərində mütamadi olaraq 2 sosial xidmət işçisi tərəfindən xidmət  göstərilmişdir. Onlardan 17 ahıl əvvəlcədən qeydiyyatda olub 4 ahıl karantin müddətində  qeydiyyata alınmışdır. Həmin 21 ahılların evinə gedilmiş onların ehtiyacları  mağazadan və apteklərdən lazım olan ərzaq və dərmanlar alınmış və hər birinə həftə ərzində ən azı 2 dəfə sosial xidmət göstərilmişdir. Həmin ahıllara karantin dövründə 21 nəfərə “Bravo “ marketlər şəbəkəsinin göndərdiyi ərzaq payları  paylanmışdır. 
        08 may 2020- ci il tarixdə  103 ailəyə Heydər Əliyev Fondu  tərəfindən ərzaq payları göndərilmiş .Həmin 103 ailədən 20 nəfəri ünvanlı sosial yardım alan, 2 nəfəri 5 dən çox uşaqlı ana, 81 nəfəri sağlamlıq imkanları məhdud uşaqları olan ailələrdir.Ərzaq paylari işçilərimiz tərəfindən  ev ünvanlarina çatdirilir. 
       Biz də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xocalı rayon şöbəsinin əməkdaşları olaraq cənab Prezidentin təqdirəlayiq islahatlarını dəstəkləyərək hər bir kəsi ölkə başçısının ətrafında  sıx birləşməyə  çağırırıq.
Anar İbrahimov
ƏƏSMN yanında DSMF-nin
 Xocalı rayon şöbəsinin direktoru






Paylaşın:

Bütün dünya dövlətləri Ölkə Prezidentinin pandemiya ilə mübarizədə həyata keçirdiyi tədbirləri nümunə kimi qəbul edirlər

        Dünyada pandemiyanın geniş yayıldığı bir şəraitdə Ölkə Prezidenti cənab İlham Əliyevin bu pandemiya ilə mübarizədə gördüyü qabaqlayıcı tədbirlər biz xocalıları da çox qürurlandırır.

        Müasir tipli xəstəxanaların hazırlıq səviyyəsinə gətirilməsi, onların lazımi avadanlıqlarla təmin edilməsi, xəstəliyin geniş yayıldığı halda bunun qarşısının alınması məqsədilə yeni modul tipli xəstəxanaların inşa edilməsi, Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən tibbi maska istehsalı müəssisəsinin yaradılması, xəstəxanalarda çalışan həkimlərimizin əməkhaqqlarının 3-4 misli qədər artırılması ölkə rəhbərinin xalqımızın sağlamlığının qorunmasına yönələn vacib tədbirləridir.

          Ölkə Prezidenti  öz çıxışlarında dəfələrlə qeyd etmişdirki, pandemiya ilə mübarizədə bizim qarşımızda duran ən əsas məqsəd insanların sağlamlığıdır. Ümumdünya Səhiyyə Təşkilatı Ölkə Prezidentinin həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirərək minnətdarlıq məktubu göndərmişdir. Pandemiya ilə mübarizədə vətəndaşlarımızın sosial-rifah halı Ölkə Prezidentinin diqqət mərkəzində saxlanılmışdır. Bu məqsədlə aztəminatlı vətəndaşlarımıza, muzdla işləyən şəxslərə birdəfəlik ödəmə olaraq 190 manat məbləğində dəstəyin verilməsi, iş yerlərini itirən şəxslərin övladlarının təhsil haqqlarının dövlət tərəfindən ödənilməsi və s. tədbirlər Ölkə Prezidentinin xalqımıza göstərdiyi qayğının bariz nümunəsidir.

        Bildiyimiz kimi qeyri-formal məşğulluq işçini sosial təminat hüquqlarından mərhum edir. Lakin Azərbaycan hökumətinin koronavirusla mübarizə Tədbirlər Planına əsasən, məşğulluğa və sosial rifaha dəstək tədbirləri çərçivəsində Azərbaycan hökuməti qeyri-leqal məşğulluq sahəsində çalışan şəxsləri pandemiya dövründə qazancını itirmiş şəxslər kimi qeydiyyata alıb, aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi haqqında qərar qəbul etdi. 

        Bütün dünya dövlətləri Ölkə Prezidentinin pandemiya ilə mübarizədə həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirərək onu bir nümunə kimi qəbul edirlər. Karantin dövründə pandemiya ilə mübarizədə ölkə rəhbəri tərəfindən qarşıya qoyulan tələblər rayon rəhbərliyi tərəfindən uğurla yerinə yetirilir.

        Karantin dövründə Xocalı rayonunun nəzdində olan bütün idarə, müəssisə və təşkilatlarda dezinfeksiya işləri aparılmış, dövlət tərəfindən ayrılan yardımlar aztəminatlı ailələrə düzgün qaydada çatdırılmışdır. Dövlət başçımızın “Biz birlikdə güclüyük”şüarı altında sosial izolyasiya tədbirləri çərçivəsində profilaktik tədbirlər, maarifləndirici söhbətlər aparılmışdır. Biz inanırıq ki, Cənab Prezidentin rəhbərliyi altında mövcud pandemiyadan az itkilərlə çıxa biləcəyik.


         Rafiq QULİYEV, 
Xocalı rayon ziyalısı

Paylaşın:

Əminik ki, dövlətimiz və xalqımız tarixin bu sınağından da üzüağ çıxacaq


Bəşəriyyəti cənginə almış koronavirus ölkəmizdən də yan keçməmişdir. Bu virusun yoluxma dərəcəsinin yüksək və fəsadlarının ağır olması ona qarşı mübarizənin düzgün aparılmasını tələb edirdi. Ümumdünya Səhiyyə Təşkilatının bu xəstəliyi pandemiya elan etməsi isə vəziyyətin ciddiliyindən xəbər verirdi. Belə çətin bir vaxtda Prezidentimiz İlham Əliyevin pandemiya ilə mübarizə istiqamətində gördüyü işlər birbaşa xalqımızın sağlamlığının qorunmasına və əhalinin aztəminatlı təbəqəsinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəlmişdir.
   Məhz Prezidentimizin apardığı hərtərəfli islahatların sayəsində bu gün Azərbaycan ayaqda durmağı bacarır. Bir sıra inkişaf etmiş dövlətlərin pandemiyaya qarşı mübarizədə aciz qaldıqları bir vaxtda Prezidentimizin tapşırıqlarına uyğun olaraq qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində xalqımızın da üzləşdiyi pandemiyaya qarşı mübarizə mütəşəkkil surətdə aparılır və nəzarət altında saxlanılaraq minimum itki ilə ötüşməyə ümidimizi artırır. Dövlət başçımızın xalqımızın sağlamlığını ön plana çəkərək əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün çalışdığının bir daha şahidi olduq.
   Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması və nümunə olaraq birillik əmək haqqının fonda köçürülməsi Prezidentimiz İlham Əliyevin pandemiyaya qarşı mübarizədə atdığı mühüm addımlardandır.
   Səhiyyə işçilərinin əmək haqlarının bir neçə dəfə artırılması, tibbi ləvazimatların istehsalına başlanılması, modul tipli xəstəxanaların tikilməsinə start verilməsi, əhalinin aztəminatlı təbəqəsinə yardımların edilməsi, sahibkarlara kompensasiyaların ödənilməsi və digər addımlar sübut etdi ki, Prezidentimiz daim xalqın yanındadır.
   İnsanların Prezidentimizə ünvanladıqları saysız-hesabsız təşəkkür məktubları xalqın öz Prezidentinə olan sevgi və inamının təzahürüdür. Bütün bunlar, əlbəttə, dövlət başçımızın yürütdüyü xalqımızın sosial rifah halının yaxşılaşdırılmasına yönəlmiş sosial-iqtisadi siyasətinin nəticəsidir.
   Əminik ki, dövlətimiz və xalqımız tarixin bu sınağından da üzüağ çıxacaq. Allah Prezidentimizi, dövlətimizi və xalqımızı qorusun!
Zülfü QULİYEV,
Xocalı rayon ziyalısı

Paylaşın:

Pandemiya dövründə Xocalı rayonundan olan məcburi köçkünlərin də sosial layihələrdən yararlanması təmin edilmişdir

        Prezident İlham Əliyevin siyasətinə uyğun olaraq, bu gün ölkəmizdə əhalinin sağlamlığının qorunmasının və məşğulluğunun, sosial rifahının dəstəklənməsi, iqtisadiyyatın stimullaşdırılması dövlət siyasətinin əsas istiqamətlərindəndir.
           Koronavirus pandemiyasının əmək və məşğulluq sahəsinə mənfi təsirinin azaldılması, məşğulluğun və sosial rifahın dəstəklənməsi istiqamətində pandemiyanın iqtisadiyyata, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı ölkədə reallaşdırılan tədbirlərə 3,5 milyard manatdan çox, o cümlədən məşğulluq və sosial rifah bölməsinə 600 milyon manat vəsait ayrılmışdır. 4 istiqamət üzrə həyata keçirilən 12 tədbir 4,8 milyondan çox vətəndaşı və ya ölkə əhalisinin 48 faizindən çoxunu əhatə etmişdir, pandemiya dövründə 1 milyon 660 min muzdla (əmək müqaviləsi ilə) çalışan işçinin iş yeri və əməkhaqqı gəlir qorunmuşdur. Eyni zamanda, hər ay əhalinin 23 faizindən və ya 2 milyon 340 min nəfərindən çoxuna sosial ödənişlərin davamlılığı təmin edilmişdir.
        İşsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərdən ibarət 600 min aztəminatlı şəxsi əhatə edən birdəfəlik ödəmə proqramı və 100 minədək ailənin ərzaq yardımı ilə təminatı, işsizlikdən sığorta ödənişlərinin 20 minədək şəxsi əhatə etməsi üçün aparılan işlər əhali tərəfindən də böyük rəğbətlə qarşılanmışdır. Əlavə olaraq ödənişli ictimai iş yerlərinin sayının 38 mindən 90 minə çatdırılması, bu il azı 12 min ailənin özünüməşğulluq proqramı üzrə kiçik müəssisələrinin qurulması əhalinin məşğulluğunun təmin olunması üçün çox böyük dəstəkdir.
        Pandemiya dövründə Xocalı rayonundan olan məcburi köçkünlərində sosial layihələrdən yararlanması üçün Xocalı rayon Məşğulluq Mərkəzi gücləndirilmiş iş rejimində (sutkalıq iş rejimi) fəaliyyət göstərmiş, əhalinin məşğulluq alt sisteminə qeydiyyatını aparmışdır. Qısa zaman ərzində 2 mindən çox şəxs qeydiyyata alınmışdır ki, bunların da bir qismi 190 manat birdəfəlik ödəniş almış, 19 nəfər yeni açılmış içtimai iş yerlərinə göndərilmiş, 34 nəfər isə müxtəlif idarə, müəssisə təşkilatlarda müvafiq işlərlə təmin olunmuşdur. Qeyri-leqal məşğulluğun aradan qaldırılması üçün 22 təşkilata və 13 sahibkara mərkəz tərəfindən bildirişlər göndərilmişdir.
Nicat Ələsgərov
Xocalı rayon Məşğulluq Mərkəzinin direktoru


Paylaşın:

ÜST COVİD-19-u pandemiya elan etməmişdən daha əvvəl dövlətimiz qabaqlayıcı tədbirlər görməyə başlamışdır

       Cəmiyyət tarixi zaman-zaman müxtəlif yeni növ xəstəliklərin tüğyan etməsi ilə üz-üzə qalmışdır ki, bu xəstəliklər böyük regionları, ölkələri, qitələri, hətta dünyanı öz cənginə almış, bəzən insanları çıxılmaz vəziyyətə salmışdır. Bu cür xəstəliklər epidemiyalar, daha geniş ərazilərə yayılan xəstəliklər isə pandemiyalar adlanır. Bəşəriyyət  “qara ölüm” adlanan vəba, taun, sars, quş qripi, donuz qripi və s. kimi epidemiyalara- xəstəliklərə yoluxmuş, lakin zamanla tibb elmi bu kimi xəstəliklərin çarəsini, dərmanını tapmışdır. Keçən ilin dekabr ayından Çinin Uhan şəhərində yaranan və hal-hazırda dünyanı çarəsizlik məngənəsində sıxan COVİD-19 pandemiyası da belə xəstəliklərdəndir. Xəstəliyə zamanında dırnaqarası baxılması bugünkü dünya ölkələrinin pandemiya qarşısında aciz qalmasına gətirib çıxarmışdır. 
          Dünya ölkələrindən fərqli olaraq Azərbaycan dövləti möhtərəm Prezident İlham Əliyevin tapşırığı və rəhbərliyi ilə hələ ÜST COVİD-19-u pandemiya elan etməmişdən daha əvvəl qabaqlayıcı tədbirlər görməyə başlamışdır. Hətta belə tədbirlərin həyata keçirilməsində bir sıra dünya dövlətlərinə nümunə olmuş Azərbaycan dövlətinin bugünkü gündə inkişaf etmiş dünya dövlətlərinə nisbətən daha az xəstə sayı və daha az insan itkisi ilə üzləşməsi qabaqlayıcı tədbirlər sayəsindədir. İflic olmuş dünya səhiyyəsi fonunda Azərbaycan Səhiyyəsi daha güclü, daha qüdrətli görünür. Lakin bunun səbəbi təkcə tibbi biliklərdə deyil. Bu uğurun səbəbi Prezidentimizin dediyi kimi öz xalqının-insanların rifahını, onların sağlamlığını prioritet məsələ hesab edən rəhbər-Möhtərəm Prezident və bu rəhbərə inanan, etibar edən xalq birliyindədir. Yəni qısaca, yenə də həmişə olduğu rəhbər-xalq, xalq-rəhbər tandemi qalib gəlir.
           İqtisadiyyatı gündən-günə zəifləyən, pandemiyadan əvvəl həyata keçirilməyə başlayan layihələri yarımçıq qoyan dünya ölkələrinin əksinə Azərbaycan höküməti pandemiya dövründə nəinki əvvəlki iqtisadi layihələri davam etdirir, hətta yeni layihələr-islahatlar proqramı icra olunur, pandemiya ilə mübarizə daha effektiv şəkildə davam etdirilir, quruculuq-abadlıq işləri, yeni infrastrukturun  yaradılması, günün tələbinə uyğun olaraq pandemiya ilə mübarizədə yardımçı olacaq müəssisə və yeni tibb müəssisələrinin yaradılması Azərbaycan iqtisadiyyatının düzgün və dəqiq idarə olunması nəticəsində baş verir.
        Biz, yəni Azərbaycan ziyalıları inanır ki, sadə vətəndaşının belə qeydinə qalmağı özünə borc bilən, onun hər bir ehtiyacını, çətinliyini ən ağır, ən çətin günlərdə arayan və tapan qüdrətli Rəhbər-Möhtərəm Prezidentimizin rəhbərliyi altında gecəni gündüzə qatan, yorulmadan-usanmadan bu Vətənə, bu Xalqa namus və şərəfi ilə xidmət göstərən MİNLƏR, MİLYONLAR görünməyən düşmənə qalib gələcək. Bu yolda Prezidentimizə və dövlətimizə dayaq olan hər kəsə alqış olsun! 
Ramin MƏHƏRRƏMOV, 
Xocalı rayon Yaloba kənd tam orta məktəbinin
 tədris işləri üzrə direktor müavini 

Paylaşın:

Prezidentimizin gördüyü tədbirlər nəticəsində xalqımız tezliklə COVİD-19 bəlasından çox az itkilərlə qurtulacaq


Bütün dünyanı cənginə almış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində möhtərəm Prezidentimiz İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Bəşəriyyəti bürüyən bu bəladan xalqının xilas olması üçün dövlətimizin başçısının göstərdiyi diqqət və qayğını daima hiss edən vətəndaşlar çox hörmətli Prezidentimizə öz dərin minnətdarlıqlarını bildirirlər.
   Bugünkü statistik məlumatlar da onu sübut edir ki, dünyada ən az yoluxma və ən az itkilərin Azərbaycanda olma səbəbləri, məhz çox hörmətli Prezidentimizin apardığı erkən qabaqlayıcı tədbirlərin nəticəsidir. Dünya xalqlarının öldürücü koronavirus pandemiyası ilə üz-üzə gəldiyi andan hal-hazıradək, Prezidentimizin apardığı qabaqlayıcı tədbirləri ilə öz vətəndaşlarının, xalqının təhlükəsizliyinin qorunması üçün bütün vasitələrdən istifadə edərək sübut etdi ki, o,daima öz xalqının, öz vətəndaşlarının yanındadır.
   Möhtərəm Prezidentimizin göstərişi ilə tez bir zamanda Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı və həmin fonda Cənab Prezidentimiz özünün bir illik əməkhaqqını köçürdü. Həmçinin xəstəliyin geniş yayılmaması üçün, xalqa müraciət edərək hamını bir olmağa, karantin qaydalarına ciddi əməl etməyə çağırdı. Prezidentimiz hər kəsə göstərdiyi diqqət və qayğı ilə hər bir vətəndaşın Prezidenti olduğunu bir daha sübuta yetirdi.
   Bu gün də möhtərəm Prezidentimiz tərəfindən operativ olaraq görülən qabaqlayıcı tədbirlər, ölkəmizdə inşa edilən ən müasir  “Yeni Klinika”lar, əhalinin sağlamlığının qorunması məqsədilə görülən işlər Azərbaycan xalqı tərəfindən bəyənilir və təsdiq edilir.
   Biz əminik ki, çox hörmətli möhtərəm Prezidentimizin gördüyü tədbirlər nəticəsində xalqımız tezliklə COVİD-19 bəlasından çox az  itkilərlə qurtulacaq. Prezident İlham Əliyevin apardığı müdrik və uzaqgörən siyasəti nəticəsində Azərbaycan öldürücü virusdan sağ-salamat qurtulacaq. Buna görə dünyada ən ümdə gedən ölkələrdən birincisi olacaq.
Bir vətəndaş kimi bütün xocalılar adından möhtərəm Prezidentimizə öz dərin təşəkkürümüzü bildiririk. Onun daima apardığı müdrik və uzaqgörən siyasətini bəyənir və dəstəkləyirik. Xalqımız həmişə Prezidentimizin siyasətini dəstəkləyərək onun yanında olub və bundan sonra da olacaqdır. Möhtərəm Prezidentimizə uzun ömür, cansağlığı, yorulmaz fəaliyyətində uğurlar diləyirik. Allah Sizi və xalqımızı qorusun!
Bayramov İslam Binnət oğlu,
Xocalı rayon ziyalısı
Paylaşın:

Xocalı Rayon İcra Hakimiyyətinin Könüllüləri də xüsusi qayğıya ehtiyacı olan insanlara köməklik göstərirlər

     
        2020-ci ilin “Könüllülər ili” elan edilməsi
xalqımızın həmrəylinə, insanların bir-birinə kömək etməsinə, azərbaycançılıq ideyası ətrafında birləşməyimizə töhfədir. On minlərlə gənclərimiz bu hərəkata qoşularaq əsl vətənpərvərlik nümunəsi, sosial məsuliyyət göstərirlər. Dünyanı cənginə alan koronavirus pandemiyasının 
(COVİD-19) yoluxma hallarının ölkəmizdə də qeydə alındığı vaxtlarda “Könüllülər ili”nin əhəmiyyəti cəmiyyətdə daha çox fayda verir. Belə ki, gənclərimizin insanlara könüllü şəkildə kömək göstərmələri, ictimai işlərdə yaxından iştirak etmələri olduqca təqdirəlayiqdir. Bütün sahələrdə fəal mövqedən çıxış edən Azərbaycan gəncləri koronavirus (COVİD-19) infeksiyasının ölkəmizdə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə mübarizədə də həmişə olduğu kimi ön cərgələrdə yer alırlar. 

         Cənab Prezidentin "Biz birlikdə güclüyük" çağırışına, "Evdə qal" prinsipinə aztəminatlı ailələrin, xüsusi qayğıya ehtiyacı olan insanların iradə nümayiş etdirməsində könüllülər ordusunun mənəvi dəstəyi böyükdür. 

         Dövlətimizin çağırışlarına töhfə vermək, yeni növ koronovirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərin dəstəklənməsi məqsədi ilə Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi təsis edildi. Tezliklə Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin çətiri altında “ASAN Könüllüləri” Gənclər Təşkilatı, “Regional İnkişaf” İctimai Birliyi, “BİR Tələbə-Könüllü” Proqramı, “Könüllü DOST” Proqramı, “Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyi, “Nəqliyyat Könüllüləri” Proqramı, Bakı Şəhər Halqası Könüllüləri, “Miqrasiya Könüllüsü” İctimai Birliyi, “Könüllü gömrükçü” Dəstəsi, “Turizm Könüllüləri” İctimai Birliyi, “Diplomatiya Könüllüləri” Qrupu, “Ekokönüllüləri” Qrupu, “Azərbaycan Diaspor Könüllüləri” Proqramı, “SƏLİS Könüllüləri” İctimai Birliyi, “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyi, “AFFA və Avro-2020” Könüllülər Proqramı və “Gənc Könüllülər” Hərəkatı Mərkəzi və digər təşkilat və hərəkatlar birləşdi.

        Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən martın 24-də ölkədə xüsusi karantin rejimi elan edildiyi vaxtdan və ölkəmizdə koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində Xocalı rayon İcra Hakimiyyətinin könüllülərindən yaradılmış qruplar rayonumuzda olan imtiyazlı xəstələrin dövlət tərəfindən təmin edilən dərman vasitələrinin paylanılmasında iştirak edirlər. Könüllülər müntəzəm olaraq xüsusi qayğıya ehtiyacı olan insanları ziyarət edir, bu qəbildən olan tənha yaşayan sakinlərə yardımlar edir, sosial xidmət göstərirlər. Öz növbəsində köməklik göstərilən vətəndaşlar qayğıya görə, minnətdarlıqlarını ifadə edirlər. 

        Qeyd edək ki, may ayının 22-də talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən insanlara yardım məqsədilə qanvermə aksiyasında Xocalı rayon İcra Hakimiyyətinin könüllüləri də iştirak edəcəklər. 
Paylaşın:

Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin fəaliyyətinə dair məlumat

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq, Azərbaycanda fəaliyyət göstərən könüllü təşkilatları və hərəkatları tərəfindən yaradılmış Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM) öz fəaliyyətini davam etdirməkdədir.
Yeni növ koronovirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərin dəstəklənməsi məqsədilə 27 mart 2020-ci il tarixində formalaşan və fəaliyyətində “ASAN Könüllüləri” Gənclər Təşkilatı, “Regional İnkişaf” İctimai Birliyi, “BİR Tələbə-Könüllü” Proqramı, “Könüllü DOST” Proqramı, “Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyi, “Nəqliyyat Könüllüləri” Proqramı, Bakı Şəhər Halqası Könüllüləri, “Miqrasiya Könüllüsü” İctimai Birliyi, “Könüllü gömrükçü” Dəstəsi, “Turizm Könüllüləri” İctimai Birliyi, “Diplomatiya Könüllüləri” Qrupu, “Ekokönüllüləri” Qrupu, “Azərbaycan Diaspor Könüllüləri” Proqramı, “SƏLİS Könüllüləri” İctimai Birliyi, “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyi, “AFFA və Avro-2020” Könüllülər Proqramı və “Gənc Könüllülər” Hərəkatı Mərkəzi və digər təşkilat və hərəkatların iştirak etdiyi Mərkəzin işinin əlaqələndirilməsi AR Gənclər Fondu tərəfindən həyata keçirilir. 
AKƏM-in çətiri altında keçirilən aksiyalar çərçivəsində könüllülər tənha yaşlılara, aztəminatlı ailələrə baş çəkir, onların zəruri ehtiyaclarının qarşılanmasına köməklik göstərir, həmçinin koronavirus infeksiyası ilə əlaqədar olaraq  qan qıtlığının təcili qana ehtiyacı olan şəxslərin həyatı üçün yaratdığı təhlükənin aradan qaldırılmasına fəal töhfə verirlər. Qısa zamanda AKƏM tərəfindən respublikanın demək olar ki, bütün şəhər və rayonlarında könüllülər səfərbər olunmuş, onların əlaqələndirilməsi və lazımi fəaliyyətlərə yönləndirilməsi həyata keçirilmişdir.

“Böyüklərimizi qoruyaq!” devizi altında paytaxt və regionlarda könüllülər minlərlə tənha ahılların, aztəminatlı ailələrin,  şəhid ailələrinin, fiziki məhdudiyyəti olan şəxslərin evlərinə baş çəkmiş, onlara müxtəlif ərzaq və gündəlik təlabat məhsullarından ibarət bağlamaların çatdırılmasında köməklik göstərmişlər. Ümumilikdə, ölkəmizin 28 şəhər və rayonunda minə yaxın könüllü fəaliyyətə cəlb olunaraq həssas kateqoriyadan olan 6254 ailəyə dəstək göstərilməsində iştirak etmişdir.

8 aprel tarixində başlayan “Könüllü Qonşu” aksiyası çərçivəsində 44 şəhər və rayonda könüllülər tərəfindən məhəllə və binaların girişində xüsusi elanlar vasitəsilə  əlaqə nömrələri paylaşılmış, ehtiyacı olan şəxslər barədə məlumat verilməsi xahiş edilmişdir. Bu nömrələrə daxil olan zənglər əsasında könüllülər vətəndaşların öz vəsaiti hesabına gündəlik ərzaq məhsullarının, dərman vasitələrinin alınmasına və kommunal ödənişlərinin həyata keçirilməsinə köməklik göstərirlər.

AKƏM çərçivəsində digər bir layihə ölkədə qan qıtlığı səbəbindən talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən, təcili əməliyyata və bununla əlaqədar qana ehtiyacı olan şəxslərin həyatı üçün yaranan təhlükənin aradan qaldırılmasında könüllülərin iştirakı ilə bağlı olmuşdur. 8 aprel tarixində Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi Milli Hematologiya və Transfuziologiya Mərkəzi – Qan Bankı ilə birlikdə “Könüllü Donor” aksiyasına start vermişdir. Bu nəcib aksiya çərçivəsində könüllülər, Qan Bankının paytaxtda və regionlarda yerləşən bölmələrində qanvermə aksiyasında fəal iştirak etmişlər.
Könüllülüyün həqiqətən də könül işi olduğunu sübut edən gənclərin fəaliyyəti bununla yekunlaşmır. Onlar əhali arasında pandemiya ilə bağlı maarifləndirmə işlərinin aparılması, küçədə maskasız gəzən şəxslərə tibbi maskaların paylanması, həmçinin günümüzün görünməyən qəhrəmanları olan polis və tibb işçilərinə könüllülər adından təşəkkür mesajlarının çatdırılmasında da böyük həvəslə iştirak edirlər.























Paylaşın:

Xocalılar həmrəyliklərini koronavirusla mübarizədə də nümayiş etdirirlər

       
         Bəşər yaranandan bəri insanlar müxtəlif xəstəliklərə düçar olublar. Lakin ən dəhşətli dünyanı lərzəyə gətirən xəstəliklərdən biri də infeksion xəstəliklərdir. Bu xəstəlik nəinki epidemiya, hətta pandemiya şəklini alaraq bütün dünyanı bürüyüb kütləvi insan məhvinə səbəb olur. Belə infeksion xəstəliklərdən biri də koronavirus (COVID - 19) infeksiyasıdır. Koronavirus infeksion xəstəliyi sürətlə bütün dünyaya yayılaraq pandemiyaya çevrildi. On minlərlə insanlar bu xəstəliyə düçar oldular. İmmuniteti zəif insanlar bu virusun qurbanı oldular. Təəssüflər olsun ki, bu virus ölkəmizdən də yan keçmədi. Biz həkimlər yaxşı bilirik ki, hər bir xəstəliyə tutulmazdan əvvəl o xəstəliyə tutulmamaq üçün profilaktik tədbirlər görmək lazımdır. Profilaktik tədbirlərin əhəmiyyəti çox vacibdir. Bu baxımdan Azərbaycanda koronavirus pandemiyasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyev tərəfindən müxtəlif qabaqlayıcı tədbirlər görüldü. Təhsil millətin gələcəyidirsə, gələcəyimiz məhz uşaqlardan, məktəbdə təhsil alan şagirdlərdən asılıdır. Respublikada ümumtəhsil məktəblərinin bağlanması Cənab Prezidentimizin ilk olaraq uşaqların sağlamlığının vacib olmağına əhəmiyyət verməyinin bariz nümunəsidir. Prezidentin göstərişinə əsasən lazımi tədbirlərin görülməsi daha sürətlə aparılması üçün vəsaitlər ayrıldı. Nazirlər Kabinetinin yanında xüsusi operativ qərargah yaradıldı. Xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarının təxliyə edilməsi üçün xüsusi tədbirlər həyata keçirildi. Ölkəmizdə karantin rejimi tətbiq edildi. İnsanların kütləvi yığılmağının qarşısı alınmaqla yoluxmanın sürətli yayılması halları azaldı. Koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. Prezident İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumlarının birgə səyi ilə qısa müddətdə tibbi maska istehsalı avadanlığının və xammalın Azərbaycana gətirilməsinə nail olundu və tibbi maska istehsalına başlandı. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bir illik əmək haqlarını Fonda ianə etdi. Bu təşəbbüsə fiziki və hüquqi şəxslər könüllü ödəmələr həyata keçirirlər.
       Cənab Prezident “Biz birlikdə güclüyük” şüarı ilə bu çətin günlərdə xalqı birliyə çağırdı. Bu çağırış həm də, Prezidentimizin öz xalqı ilə birlikdə olmağını göstərdi və bu bizi daha da ruhlandırdı. Karantin günlərində Fövqəladə Hallar Nazirliyinin işçiləri, polis əməkdaşları və digər orqanlarda çalışan insanlar gücləndirilmiş rejimdə xidmət göstərərək öz vəzifə səlahiyyətlərini və vətəndaşlıq borclarını layiqincə yerinə yetirirlər. Təbii ki, koronavirusla mübarizədə həkimlərin əməyi böyükdür. Xəstəliyə tutulmuş insanlar fədakar həkimlərimiz tərəfindən müalicə olunurlar. Həkimlər gecəsi-gündüzü olmadan çalışıb əllərindən gələn köməkliyi əsirgəmədilər. Prezidentimiz həkimlərimizin əməyini yüksək qiymətləndirir. Vətəndaşlar tərəfindən həkimlərə ruh yüksəkliyi verildi, “ağ xalatlı həkimlər” adlı mahnılar bəstələndi. Karantin dövründə işə getməyib “Evdə qal” prinsipinə əməl edən insanların əmək haqları vaxtlı-vaxtında ödənildi. Biz ürəkdən sevinirik ki, Ölkə başçımız öz xalqına bu qədər diqqət və qayğı göstərir.
        Rayonumuzun əhalisi yekdilliklə həm Ölkə başçısının Sərəncamlarına, həm də rayon rəhbərliyinin tapşırıqlarına uyğun şəkildə karantin qaydalarına riayət edirlər. Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tətbiq olunmuş xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara uyğun olaraq rayonumuzun tabeliyində fəaliyyət göstərən bütün idarə, müəssisə və təşkilatlarda, rayonun xidməti ərazisində fəaliyyət göstərən ictimai iaşə obyektlərində, mağazalarda, parklarda, qəsəbələrin mərkəzi və ətraf küçələrində, avtomobil yolları və səkilərdə koronavirus (COVID - 19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə sanitar-dezinfeksiya və digər qabaqlayıcı tədbirlər həyata keçirilir. Koronavirusla mübarizə məqsədilə elan edilmiş karantin qaydalarına Xocalı rayon əhalisinin məskunlaşdıqları qəsəbələrdə də yüksək səviyyədə əməl edilir. Gəncə şəhəri Yeni qəsəbə-2-də fəaliyyət göstərən “Xocalı RMX”-nin Publik Hüquqi şəxsin tabeliyində olan Kosalar kənd həkim məntəqəsinin işçiləri də profilaktik tədbirlərin keçirilməsində, əhali arasında maarifləndirmə işlərinin aparılmasında fəallıq göstərirlər.
      Mənfur düşmənlər Xocalı şəhərini aylarla mühasirədə saxladığı vaxtlarda da sakinlərimiz həmrəy olublar. Xocalılar köçkünlük illərində də hər zaman bir-birinə dəstək çıxır, ortaq olan dərdlərini xalqımızla birgə anırlar. Ölkə başçısının “Biz birlikdə güclüyük” çağırışı xalqımızın milli birliyini daha da artırır. Doğma torpaqlarından didərgin düşmüş xocalılar da Cənab Prezidentin çağırışına əməl edir, həmrəyliyimiz nəticəsində bütün çətinliklərin öhdəsindən gələcəyimizə, gözəgörünməz ümumibəşər bəladan xilas olacağımıza və dədə-baba torpaqlarımızı yağı tapdağından azad edəcəyimizə inanırlar.
Rübabə İBRAHİMOVA
“Xocalı RMX”-nin Publik Hüquqi şəxsin
 tabeliyində olan Kosalar kənd həkim
məntəqəsinin baş həkimi










Paylaşın:

80 yaşlı Xocalı şəhər ağsaqqalı, şəhid ailəsi, əsgər atası Baloğlan Allahyarovun Prezidentə təşəkkür məktubu

Möhtərəm Cənab Prezident!
        Mən 28 il bundan əvvəl Xocalıda erməni quldurları tərəfindən törədilmiş dəhşətli soyqırım gecəsi bütün ailə üzvlərimi itirib yurdundan didərgün düşmüş Allahyarov Baloğlan Fərhad oğlu Sizə bu məktubu dərin məhəbbət və hörmət hissi ilə yazıram.  Xocalı rayon əhalisi daim Ulu öndərin, Sizin və Mehriban xanımın qayğısını, diqqətini və köməkliyini öz üzərlərində hiss ediblər. Siz mənə və ailə üzvlərimə qayğı göstərib yeni həyat vermisiniz, ev-eşik sahibi etmisiniz. Şəhid oğlumun adını daşıyan oğlum Etibar hal-hazırda hərbi xidmətdədir, 15 yaşlı Fərhadım isə gələcəyin əsgəri kimi böyüməkdədir. Mən də, oğlanlarım da, həyat yoldaşım da Sizə minnətdarlıq hissi ilə yaşayırıq.
Sizin Vətən, xalq, el yolunda sərf etdiyiniz gecəli-gündüzlü zəhmətinizi yüksək səviyyədə qiymətləndirir, bugünkü beynəlxalq bəlanın - koronavirusun ölkəmizdə geniş vüsət almaması üçün həyata keçirdiyiniz qabaqlayıcı tədbirlərə görə Sizə təşəkkürümü bildirirəm. “Biz birlikdə güclüyük” çağırışınız xalqımızı böyük qələbələrə aparır. Sizə və Mehriban xanıma can sağlığı, uzun ömür arzulayıram. Allah Sizi, ailənizi və xalqımızı qorusun.
 Cənab  Prezident, mənim üçün vacib olan mühüm bir hadisəni nəzərinizə çatdırmaq istəyirəm. 2004-cü ilin aprel ayında Siz Mehriban xanımla Mingəçevir şəhəri ərazisində məcburi köçkünlər üçün inşa etdirdiyiniz “Yeni həyat” qəsəbəsinin açılışını edən zaman mənim ailəm üçün ayrılmış mənzilə daxil olub ailə vəziyyətimlə tanış oldunuz. Həmin zaman hazırda Daxili qoşunların Şirvan şəhərində yerləşən “N” saylı hərbi hissədə xidmət edən oğlum Etibarın 4 yaşı vardı. Siz balaca Etibarı qucağınıza götürdünüz, o, Sizə şeir də söylədi. Körpə Etibarımı öpüb oxşadınız, mən o zaman iftixar hissi keçirdim. O görüşü xatırladıqca Sizə olan məhəbbətim birə-min artır.

Qeyd istəyirəm ki, Etibarın xidmət etdiyi hərbi hissədə oğlumla görüşə gedən komandir və zabit heyəti məni hörmətlə qarşılayırlar. Hərbi hissədə gördüyümüz nizam – intizam, əsgərlərə göstərilən yaxşı xidmət Sizin ciddi tapşırığınızın məhsuludur. Bütün əsgər valideynləri arxayındır ki, övldalarımız xidmət etdiyi hərbi hissələrdə etibarlı əllərdədir.
        Əziz Prezidentimiz, xalqımızın rifahı , daha da yaxşı yaşaması üçün gördüyünüz bütün işlərə görə və məcburi köçkünlərə göstərdiyiniz diqqət və qayğı üçün Sizə minnnətdarlığımı bildirirəm.
 
Paylaşın:

MƏMUR-VƏTƏNDAŞ MÜNASİBƏTİ BİZİM RAYONUMUZDA YÜKSƏK SƏVİYYƏDƏ QURULUBDUR


Xocalı rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi, “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmiş Nəcəf Həsənov son zamanlarda Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyatlara münasibət bildirərək cinayətkar məmurları dövlətin mənafeyinə zərər vuran xəyanətkarlar adlandırıb.
Nəcəf Həsənov fikirlərinə əlavə edib ki, Səfəvilər dövründən sonra əldə etdiyimiz uzunmüddətli dövlətimizi Cənab Prezidentimiz qoruyub inkişaf etdirir. Azərbaycan dövləti ikinci dəfə müstəqilliyini əldə etdiyi 30 ildə xeyli inkişaf yolu keçmişdir. Azərbaycan xalqı uzaqgörən ölkə başçısına, ölkə başçısı isə öz müdrik xalqına güvənir. Çünki Prezident İlham Əliyev hər zaman xalqın rifah halını yüksəldilməsinə, dövlətimizin hərtərəfli inkişafına çalışır. Bir sözlə Cənab İlham Əliyev qurucu Prezidentdir. Həyata keçirilməsi üçün uzun müddət lazım olan siyasi-iqtisadi prosesləri ölkə başçısı qısa müddətdə həyata keçirir. Ramil Səfərovun ekstradisiyası bu fikirlər üçün bariz nümunədir. Ömürlük həbs cəzası alan bir insanın Azərbaycana gətirilməsi çox çətin məsələ idi. Cənab Prezidentimiz “ASAN xidmət” modelini Azərbaycanda tətbiq etdi. Dünyanın heç bir yerində məmurlardan asılılığı qaldırmaq üçün dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin həyata keçirilməsini təmin edən “ASAN xidmət” modeli yoxdur. Vətəndaşlar üçün lazım olan xidmət sahələrinin çoxu “ASAN xidmət”ə keçib. Bütün bunlar xalqın sosial halının yüksəldilməsinə xidmət edir. Cənab Prezidentimizin apardığı siyasəti hər zaman dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik. Cəmiyyətin bu cür formalaşdırılması hər bir vətəndaşın ürəyincədir.
Ölkə başçısı hər zaman xalqın maraqlarına, fikrinə uyğun siyasət aparır. Korrupsioner məmurlara qarşı mübarizə daha da güclənib. Mənim yaxşı yadımdadır ki, 2003-cü ildən Cənab İlham Əliyev Prezident seçiləndən məmurlara çağırış edir. Hər müşavirədə, hər yığıncaqda deyir ki, bəzi məmur övladları qudurğanlıq edir. Onlar özlərini yığışdırmalıdırlar. Dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, Prezidentimizin çağırışına bəzi gözləri doymayan məmurlar əməl etmirlər. Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyatları nəticəsində qanunsuz əməllər törədən icra başçılarının cinayət əməlləri aşkar edilir və onlar məsuliyyətə cəlb edilirlər. Neqativ hallar, korrupsiyalar  nazirliklərdə də baş verir. Rüşvətxor məmurların cəzalandırılması xalqın istəyi ilə üst-üstə düşür. Ona görə ki, həmin məmurlardan vətəndaşlar narazılıq edirdi.
Əminliklə deyə bilərəm ki, xocalılar ölkə başçısı ilə həmrəydir və onun apardığı uğurlu daxili və xarici siyasəti dəstəkləyirlər. Xocalı rayonu yeganə rayonlardandır ki, hər zaman vətəndaşlarla məmurlar arasında normal münasibətlər olub, yuxarı orqanlara şikayət getməyib. Məmur-vətəndaş münasibəti bizim rayonumuzda yüksək səviyyədə qurulubdur. Rayonumuzda olan məmurlar işlərini Cənab Prezidentin tələblərinə uyğun şəkildə icra edirlər. Karantin rejimi dövründə də Xocalı Rayon İcra Hakimiyyəti Aparatının, həmçinin rayonun nəzdində fəaliyyət göstərən bütün idarə və müəssisələrin işçiləri koronavirusla mübarizədə həmrəylik nümayiş etidirirlər. Xocalı rayon İcra Hakimiyyətinin və YAP Xocalı rayon təşkilatının könüllüləri, hüquq-mühafizə orqanlarının, Xocalı Rayon Məşğulluq Mərkəzinin əməkdaşları və rayonun səhiyyə işçiləri rayon əhalisinin bütün istəklərinə diqqət edirlər, onların müraciətlərini yerinə yetirirlər.
Paylaşın:

Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov İƏD üzrə nümayəndələrlə videokonfrans keçirdi


        Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov İƏD üzrə nümayəndələrlə videokonfrans keçirərək İƏD üzrə nümayəndəliklərə əhalinin "evdəqal" kompanyasına riayət etmələrini, əhalinin yas mərasimlərinə kütləvi şəkildə getməmələrini və sakinlərin ciddi zərurət olmadığı halda evdən çıxmalarının qarşısını almaq məqsədi ilə lazımı işlərin aparılmasının vacib olması ilə bağlı lazımi göstəriş və tapşırıqlarını verdi.
     Cənab başçı qeyd etmişdir ki, Goranboy rayon ərazisində Xocalı rayonundan olan 1027 məcburi köçkün ailəsi məskunlaşmışdır. 01.04.2020-ci il tarixdən 01.05.2020-ci il tarixə qədər müxtəlif hüquqi və fiziki şəxslər tərəfindən ümumilikdə Xocalı rayonundan olan 313 aztəminatlı ailəyə maddi yardım verilmişdir.
     Göndərilən yardımlar Rayon İcra Hakimiyyəti tərəfindən müəyyənləşdirilmiş siyahı üzrə aztəminatlı ailələrə yaşadıqları ünvanlarda çatdırılmışdır. Humanitar yardımların ailələrə verilməsi ədalət prinsipi əsas götürülərək heç bir neqativ hallara yol verilmədən icra olunmuşdur.
     Xocalı rayon İcra Hakimiyyəti başçısı Şahmar Usubov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Türkdilli ölkələrin dövlət başçıları ilə keçirdiyi video konfransdan ətraflı söz açdı, cənab Prezidentin son aylarda gördüyü işlərlə bağlı İƏD üzrə nümayəndələrə ətraflı məlumat verdi. Həmçinin Şahmar Usubov 04.05.2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qurupunun videokonfrans vasitəsi ilə keçirilmiş Zirvə görüşünə dair tezislər haqqında da danışdı.
     Daha sonra cənab başçı İƏD üzrə nümayəndələrə söz vedi. İƏD üzrə nümayəndələr COVİD 19 pandemiyasının qarşısının alınması ilə bağlı əhali arasında aparılan təbliğat işləri haqqında məlumat verərək, aztəminatlı ailələrə verilən yardımın vaxtında, ədalət prinsipi əsasında çatdırılmasını qeyd etdilər. Ölkə rəhbərliyi tərəfindən pandemiyaya qarşı qabaqlayıcı tədbirlərin görülməsi barədə geniş və ətraflı danışdılar.
     Sonda Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2018-ci ildə başlanılmış və dövlət idarəçəliyinin bütün istiqamətlərini əhatə edən kadr islahatları 2019-cu ilin sonlarına doğru daha geniş vüsət almış və 2020-ci ildə də intensiv şəkildə davam etdirilməkdədir.
     Aparılan islahatların əsas xətlərindən birini korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsi və vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması təşkil edir. Bu sahədə əldə edilmiş uğurlar dövlət qulluqçularının şəffaf fəaliyyəti və vətəndaş məmnunluğunun artırılmasını təmin etmişdir. Ancaq təəssüf ki, geniş əhali qruplarını narazı salmağa yönəlmiş neqativ halların hələ də təkrarlanması faktları da müşahidə olunmuşdur. Bu cür əməllərə son qoyulması tələbi ilə ən yüksək səviyyədə edilmiş açıq çağırışlara və xəbərdarlıqlara məhəl qoymayan, ifşa olunmuş həmkarlarının aqibətindən nəticə çıxarmayan vəzifəli şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlərin görülməsi zəruri olmuşdur.
     Dövlət başçısı Azərbaycan Respublikasının Baş prokurorunu vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edərkən ölkədə korrupsiyaya qarşı amansız mübarizə aparılması ilə bağlı mövqeyini bir daha diqqətə çatdırmış, tətbiq edilən məsuliyyət tədbirlərinin təkcə yerli icra hakmiyyəti orqanları ilə kifayətlənməyəcəyini, cəmiyyətin əsaslarını sarsıdan çirkin əməllərə yol verən bəzi mərkəzi icra hakimiyyəti orqanlarını da əhatə edəcəyini açıq bildirmişdir.
     Sonda isə Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov İƏD üzrə nümayəndəliklərə vətəndaşların qəbulu zamanı onlara olduqca həssas yanaşmağa və problemlərinin həlli istiqamətində lazımi tədbirlərin görülməsinin vacib olduğunu onlara ciddi şəkildə tapşırmışdır.

Paylaşın:

Xocalı rayon əhalisi özbaşınalıq edən məmurları qanunsuz əməllərinə, vicdansız hərəkətlərinə görə qınayırlar

   
      Xocalılar Ümummilli lider Heydər
Əliyevin siyasi irsinin davamçısı Prezident İlham Əliyevin apardığı siyasəti dəstəkləyirlər. Xocalı soyqırımının o zamankı hakimiyyətin səriştəsizliyindən baş verdiyi məlumdur. Əgər köməksiz, mühasaridə qalan Xocalıya kömək əli olsaydı qəhrəman şəhər işğal edilməzdi. Erməni quldurları Xocalıda soyqırım aktı törətməklə 26 fevral tarixini bəşər tarixinə qara hərflərlə yazdırdılar. Mənfur düşmənlər öz havadarlarının köməyinə arxalandığı halda, Xocalını ölkə rəhbərliyi  taleyin ümidinə buraxdı.  Bunu son günədək səriştəsiz hakimiyyətdən kömək uman döyüşkən, torpağa bağlı xocalılar yaxşı bilirlər. Xocalı sakini Bəşirov Şükür İfrat oğlu da bir ziyalı, soyqırım şahidi kimi haqq səsimizi bəyan etmişdir. O, Xocalıdan didərgin düşərək 4 gün meşədə əzab-əziyyətlər çəkmiş, çətinliklə düşmən pusqusundan yayınaraq Ağdama gəlib çata bilmişdir. Şükür Bəşirov mart ayının 2-də Ağdam şəhərində Xalq Cəbhəsi binasının qarşısında böyük mitinqdə ailə üzvləri ilə birlikdə iştirak edib. Şükür müəllim mitinqdə cəsarətlə çıxış edərək qətiyyətli şəkildə Azərbaycanı bu bəladan ancaq Heydər Əliyev qurtara bilər fikrini səsləndirmişdir. Xocalı ziyalısı böyük uzaqgörənliklə əgər Azərbaycan xalqı özündə iradə tapıb Heydər Əliyevi hakimiyyətə gətirməsə, Laçın və Şuşa işğal olunacaq şüarlarını xalqa çatdırıb. Şükür müəllim Xocalı soyqırımının Azərbaycanda hərcmərcliyin baş alıb getməsi səbəbindən, səriştəsiz rəhbərlərin ucbatından olduğunu gördüyü üçün söyləmişdir.

         Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Şükür Bəşirovun çıxışlarına baxmış və Teleradio Şirkətinin sədri Nizami Xudiyevə Şükür müəllimlə görüşün təşkili üçün tapşırıq vermişdir. Azərbaycan xalqının dahi şəxsiyyəti Şükür müəllimin mövcud şəraitdə cəsarətli çıxışını yüksək dəyərləndirmişdir. Heydər Əliyev  Şükür Bəşirovu Azərbaycan xalqının əsl qəhrəmanı adlandırmışdır.
       
        Rayonumuzun ziyalısı, el ağsaqqalı Şükür Bəşirova camaat arasında böyük hörmət var. O, ictimai işlərə yaxından iştirak edir, gənclərə dəyərli tövsiyələr verir. “Xocalının səsi” qəzetinə müsahibəsində Şükür Bəşirov vəzifə səlahiyyətlərindən sui-istifadə edən icra başçılarının cinayət əməllərindən danışıb. O, bildirib ki, bəzi məmurlar qanunsuz əməllər törədir, korrupsiyanı, rüşvətxorluğu həyat tərzinə çevirirlər. Onlar ölkənin inkişafına, yeniliklərə qarşı çıxan tamahkar məmurlardır. Neqativ hallar vətəndaşlarla məmur arasında münasibəti pozur, dövlətin mənafeyinə ciddi zərbə vurur. Cənab Prezident  bu kimi hallara qarşı çox sərt tədbirlər görüləcəyini dəfələrlə vurğulasa da, görünür bəzi məmurlara tamahkar xisləti güc gəlir. Korrupsioner icra hakimiyyəti başçıları sosial müdafiəyə ehtiyacı olan şəxslərin əməkhaqqı kartlarını mənimsəyir, pandemiya dövründə aztəminatlı aiələr üçün ayrılmış ərzaq yardımına göz dikirlər. Dövlət Təhlükəsizliyi Xidməti  tərəfindən qanunazidd əməllər aşkar olunur və cinayət törətmiş məmurlar öz layiqli cəzalarını alırlar. Xüsusi əməliyyatlar digər qurumlarda və nazirliklərdə də davam etməkdədir. Bütün məmurların fəaliyyəti nəzarət altındadır. Xocalı rayon əhalisi özbaşınalıq edən məmurları qanunsuz əməllərinə, vicdansız hərəkətlərinə görə qınayırlar. Ölkə başçısının apardığı siyasətə xələl gətirən belə dırnaqarası dövlət qulluqçularının vəzifə səlahiyyətlərinin əllərindən alınmasını və onların cəzalandırılmasını istəyirlər.

        Şükür Bəşirov karantin rejimi elan olunduğu vaxtdan və xüsusi karantin rejiminin yumuşaldılması mərhələsinə keçilməsi şəratində də rayon əhalisi arasında infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə lazımi profilaktika tədbirləri həyata keçirilməsi davam etdirildiyini və əhali arasında izahat, təbliğat işləri gücləndirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, rayon rəhbərliyi arasında sosial müdafiəyə ehtiyacı olan ailələrə ərzaq yardımları ədalətli şəkildə paylanılır. Xocalı rayon İcra Hakimiyyətinin könüllüləri müntəzəm olaraq xüsusi qayğıya ehtiyacı olan insanları ziyarət edir, bu qəbildən olan tənha yaşayan sakinlərə yardımlar edir, sosial xidmət göstərirlər. Bütün görülən işləri Xocalı rayon əhalisi görür və rayon rəhbərliyi tərəfindən atılan addımları razılıqla qarşılayırlar.
                                                "XOCALININ SƏSİ"
Paylaşın:

Xocalılar ölkə başçısının apardığı siyasəti dəstəkləyir və doğma yurd yerlərimizi işğaldan azad edəcəyimizə inanırlar


Doğma torpağa, Vətənə bağlı olan xocalılar neçə ay mühasirədə qalmasına baxmayaraq, düşmənə qarşı layiqli mübarizə apardılar. Yüzlərlə şəhidlik zirvəsi və düşmənlərə qarşı şərəfli döyüşləri ilə xocalılar başını daim uca tuturlar. Dövlətə və dövlətçiliyə sədaqət göstərən Xocalı camaatı yaxşı bilir ki, Qarabağa, Xocalıya qayıdış yalnız həmrəyliklə və ölkə başçısının ətrafında sıx birləşməklə mümkün olacaq. Azərbaycanın bəlalı günlərində xalqın təkidi ilə hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyev ölkəni xaosdan çıxardı, müstəqilliyimizi itirmək təhlükəsindən xilas etdi. Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev bu gün Azərbaycanı inamla irəli aparır. Xocalılar ölkə başçısının apardığı siyasəti dəstəkləyir və doğma yurd yerlərimizi işğaldan azad edəcəyimizə inanırlar.
I Qarabağ müharibəsi iştirakçısı, Xocalı soyqırımının canlı şahidi, erməni əsirliyində olmuş, “Azərbaycan Bayrağı” ordenli, “Əməkdar həkim” fəxri adına layiq görülmüş Xocalı sakini Məmməd Ağalar oğlu Nağıyev yaşa görə pensiyaya çıxmasına baxmayaraq, tez-tez ümumrayon tərbirlərində iştirak edir. Məmməd Nağıyev uzun illər Xocalı rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində çalışmışdır. O, 1996-cı ildə dahi şəxsiyyət Heydər Əliyevlə görüşdə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir. Ulu öndərlə görüş Məmməd Nağıyevin yaddaşında əbədi xatirəyə çevrilmiş, nur üzlü insanın qarşısında çıxışı onun həyatında ən əlamətdar gün olmuşdur.
Məmməd Nağıyev ölkəmizdə və dünyada baş verən proseslərə diqqət yetirən ziyalıdır. O, “Xocalının səsi” qəzetinə müsahibəsində deyir ki, koronavirusla mübarizə ölkəmizdə yüksək səviyyədə aparılır. Bu pandemiyanın zərərlərini minimuma endirmək üçün Azərbaycan hakimiyyəti tərəfindən əhəmiyyətli və sistemli tədbirlər görülməkdədir. Azərbaycan koronavirus pandemiyasına yoluxma vəziyyətinə görə digər ölkələrlə müqayisədə xeyli dərəcədə qənaətbəxş olduğunu söyləyə bilərik. Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, ölkəmizdə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. Ölkə Başçımız və Birinci vitse-prezidentimiz bir illik əmək haqlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdilər, ardınca bir çox qurumların, özəl şirkətlərin və ayrı-ayrı şəxslərin koronavirus infeksiyasına qarşı tədbirlərin görülməsi üçün Fonda ianələr bağışladı. Nazirlər Kabineti yanında Operativ Qərargah fəaliyyətə başladı, zəruri tibbi avadanlıqlar alındı, koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar müasir tibb müəssisələri ayrıldı, karantin zonaları yaradıldı. Ölkə başçısının “Biz birlikdə güclüyük” çağırışı ilə Azərbaycan xalqı bir daha həmrəy oldu.
Məmməd Nağıyev Azərbaycan Prezidentinin dünya miqyasında baş verən hadisələrlə bağlı da qətiyyətli mövqe nümayiş etdirdiyini diqqətə çatdırır. Bildirir ki, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus tərəfindən mart ayının 23-də Prezidentimizə ünvanladığı məktubda Azərbaycanda görülmüş işlərə yüksək qiymət verilmiş və Azərbaycan  pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilmişdir. Prezident İlham Əliyevin gördüyü qabaqlayıcı tədbirlər sayəsində bu gün koronavirusa qarşı ən effektiv mübarizə aparan ölkələrdən söz açdıqda Azərbaycanın adı birincilər cərgəsində gəlir. Eləcə də, effektiv nəticələrə görə Azərbaycanda koronavirusa qarşı aparılan mübarizə beynəlxalq səviyyədə təqdir olunur. 
Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşdə təşkil etdi. Belə bir təhlükənin hər kəsin qapısını döydüyü və multilateralizmin demək olar ki can verdiyi şəraitdə belə, Prezident İlham Əliyev nümunəvi addım ataraq pandemiyaya yalnız qlobal əməkdaşlıq və həmrəylik sayəsində qalib gəlməyin mümkünlüyünü dünyaya nümayiş etdirdi.
Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupunun videokonfrans vasitəsilə Zirvə görüşü keçirilmişdir. 40-a yaxın ölkənin dövlət və hökumət başçılarının, Xarici İşlər nazirlərinin iştirak etdiyi sözügedən tədbir bir daha ölkəmizə və Prezidentimizə olan inamın, etibarın və etimadın göstəricisidir.
Sadalanan faktlar Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycanın dünya miqyasında nüfuzunu daim artdığının göstəricisidir.
Koronavirusla mübarizəyə qoşulan Xocalı rayon səhiyyə işçiləri mart ayının 14-dən gücləndirilmiş növbəli iş rejimi ilə çalışaraq əhaliyə xidmət edirlər. Məmməd Nağıyev uzun illər səhiyyədə çalışmış həkim kimi koronavirus pandemiyası dövründə rayonumuzda fəaliyyət göstərən tibb məntəqələrinin fəaliyyəti ilə daim maraqlanır. Əvvəllər birlikdə çalışdığı ağ xələtlilərə öz tövsiyələrini çatdırır. Qarabağ müharibəsində çətinliklər görmüş Xocalı sakini və bacarıqlı həkim lazım gələrsə koronavirusla mübarizədə öz köməkliyini göstərməyə hazır olduğunu bildirir.
 "XOCALININ SƏSİ"

Paylaşın:

Xocalı rayon Kosalar kənd sakini Kamran Məmmədovun ölkəmizdə və rayonumuzda koronavirusla mübarizə tədbirlərinə münasibəti

Paylaşın:

Xocalı rayon Kosalar kəndinin işğalından 28 il ötür


Kosalar kəndi Xocalı rayonunda, Qarabağ silsiləsinin şimal-şərq yamacında, rayon mərkəzindən 16 km cənub-qərbdə yerləşir. İşğaldan əvvəl əhalisi 1400 nəfərə yaxın idi. Əhalinin məşğul olduğu əsas təsərrüfat sahəsi heyvandarlıq, arıçılıq, bağçılıq, xalçaçılıq, atçılıq taxılçılıq olmuşdur. Kənddə orta məktəb, iki klub, iki kitabxana, iki tibb məntəqəsi və rabitə şöbəsi, alban kilsəsinin xarabalığı və s. də vardı. 9 may 1992-ci il tarixdə kənd ermənilər tərəfindən işğal olunub. İşğala qədərki son bir ili Ağdaş, Yevlax və Gəncə şəhərləri Kosaları hamiliyə götürmüşdür. 

        Kosalar kənd nümayəndəliyinə 6 kənd daxil idi. Nümayəndəlik Kosalar kəndində yerləşirdi. Kəndlər: Cavadlar mərkəzi kənddən 0,9 km, Yaloba 2 km, Canhəsən 5 km, Başkənd 5 km, Qaragav 25 km aralıda yerləşirdi.  

Kosalar toponimi XIX əsrin əvvəllərində Qarabağ xanı Mehdiqulu xana mənsub olan xəlfəli tayfasının (bu tayfa şahsevən tayfa ittifaqına daxil idi) Kosalar tirəsinin adı ilə bağlıdır. Yerli məlumata görə Kosalar yaşayış məntəqəsini keçmiş Zəngəzur qəzasının Kosalar (Ağoğlan) kəndindən köçmüş ailələr salmışlar. Bir sıra məlumatlara görə kəndi Avaz adlı igid və varlı bir kişi salıb. Kosalar kəndi Qaçaq Mahmudun (Mahmud Ələsgər oğlu Nəcəfovun) vətənidir. Ağdam, Qazax, Lerik, Lənkəran rayon­larında da Kosalar kəndi var.

Torpaqlarımıza qarşı erməni qəsbkarları təcavüzə başlayan gündən, Kosalar kəndindən olan könüllülər özünümüdafiə dəstələri yaratdılar. Münaqişə başlayan ilk vaxtdan Qarabağın bütün ərazilərində olduğu kimi, Kosalar kəndində də əhalinin əlində olan ov silahları yığılmışdır. Buna baxmayaraq, özünümüdafiə dəstələri ayrı-ayrı rayon və hərbi hissələrdən özləri üçün döyüş silahları təmin edərək, kəndin müdafiəsini təşkil etdilər. Döyüşlərdə şəhid olan, yaralanan və itkin düşən olmasına baxmayaraq, igid oğullarımız öz Vətənini düşmənə vermədi. Öz itkisindən çox düşmənə itki verdi. Kosalar kəndini qəhraman kənd adlandırmaq olar.

 1992-ci il may ayının 8-də Şuşa şəhəri erməni qəsbkarları tərəfindən işğal olundu. Bu xəbər kəndə mayın 9-da çatanda əhalinin son ümid çırağı da söndü. Çünki, kənd müdafiəçilərinin ərzaq, silah-sursat ilə təminatında Şuşa yeganə ümid yeri idi. Belə ki, Xocalı, Xankəndi işğal olunmuşdur. Şuşanın işğalı isə kəndin mühasirəyə düşməsinə gətirib çıxardı. Qız-gəlini çıxarmaq ümidi ilə Kosalar, Cavadlar, Başkənd, Yaloba, Canhəsən, Qaragav (Kosalar kənd nümayəndəliyi) döyüşçüləri Laçın istiqamətində geri çəkilməyə hazırlaşdılar. Artıq ermənillər bu istiqamətdə də hərbi texnika çıxardı. Əsas yolları nəzarətə götürdü. Burada da itkilər çox oldu. Məcbur olan əhali apara bilmədiyi texnikaya və daşınılmaz əmlaka “düşmənə qalmasın deyə” od vuraraq dağlarla çıxmağa məcbur oldular. Kosalar kəndi Dağlıq Qarabağda ən axırıncı işğal olunmuş yaşayış məntəqələrindən biridir.

        Kosalar sakinləri kafir ermənilərə qarşı mərdliklə döyüşüblər. Kosalar kənd sakinlərindən I Qarabağ müharibəsində 19 nəfər şəhidlik zirvəsinə ucalmışdır. 3 nəfər Milli Qəhrəman, 5 nəfər "İgidliyə görə" medalı, 1 nəfər isə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir. 

Kosalar kənd sakinləri doğma torpaqlarına qayıdacağı günü səbrsizliklə və inamla gözləyirlər. 



i. 

Paylaşın:

XOCALI RAYONUNUN DİLBƏR GUŞƏSİ OLAN MEŞƏLİ KƏNDİ HAQQINDA ÜMUMİ MƏLUMAT

         Qarabağın gözəl  təbiətə, füsunkar gözəlliyə malik yerlərindən biri də Meşəli kəndidir. Meşəli kəndi  kürəyini  Qırxqız dağlarına söykəmişdi. Ovlu-ovlaqlı meşələri, min illik yaşı olan qollubudaqlı ağacları, yüz ilin arxasını yerə vurmuş ağsaqqalları, ağbirçəkləri vardır. Qırxqız dağının  yüzlərlə  göz  yaşı  kimi duru keybir bulaqlarının süzülüb töküldüyü Qarqar çayının  bir  qolu olan Meşəli çayı həzin  laylaları ilə üzü Aran Qarabağa tərəf axır.
        Meşəli kəndinin adından da  göründüyü kimi hərtərəfli sıx meşələrlə əhatə olunmuşdu. Meşələr qiymətli ağac növləri ilə zəngin idi.
        Meşəlinin çayı öz başlanğıcını əzəmətli Qırxqız dağlarından alır, minbir dərələrdən damla-damla süzülüb, yavaş-yavaş toplanaraq, getdikcə kükrəyib dəlisov bir çaya dönür. Yaz gələndə isə çay daşır, üzü dağlara doğru qalxan köçlər günlərlə gözləyirdilər ki, sel nə vaxt yol verəcək. Kənddə olan gülçiçəyin, dərman bitkilərinin sayı hesabı yox idi. Təbiət boyaq bitkiləri ilə də məşhurdur. Ulu nənələrimiz palıd  yarpağı ilə boyadıqları tuluqlar  uzun illər təravətini itirmirdi.  Müxtəlif ot bitkilərindən alınan  rənglərdən toxunan palazların, kilimlərin, farmaşların, xalçaların tayı-bərabəri yoxdur.
        Meşəli kəndinin meşələri zəngin flora və faunaya malikdir.  Meşələr müxtəlif növ yırtıcı  heyvanlarla, quşlarla və çaylar isə bir neçə balıq növləri ilə zəngin idi.
Kəndin füsünkar təbiətindən  elə bil ki, ulu tanrı heç nəyi əsirgəməyib. Burada hər qayanın,  daşın öz adı var; Quzğun qayası, İlan qayası, Hacı Şirin qayası, Çubuq qayası, Gəlin uçan, Haça qaya, Börkün qayası,  Teymurləngin  qayası və.s.
        Meşəli kəndini əhatə edən çaylar - Orta  tala çayı,  Xıravəndin çayı, Qırxqız çayı, Baldırğanlı çay və digərləri bir-biri ilə birləşərək böyük Meşəli çayına  qovuşur. Meşəli çayının hövzəsində yaranan təbii göllər də var idi; Arı ferması gölü, Zavodun gölü, Dəhnə gölü, Rus  talası gölü. Kəndin çayları və gölləri ilə yanaşı durna gözlü bulaqları da var idi. Bu bulaqlar müalicəvi əhəmiyyətli bulaqlardan idi. Kəndin yaxınlığında yerləşən Böyrək bulağı və eyni zamanda Qırxqız dağının ətəklərində yerləşən Qasım bulağı, Köştala bulağı, Ayğır bulağı, Balta bulağı, Yeddi bulaq, Armudlu bulağı və Rus bulağı bunlardandır. Bunu da əlavə  etmək lazımdır ki, ilin bütün fəsillərində Qırxqız  dağında Buzxana adlanan yerdə daim buz tapmaq mümkündür.
        Meşəli kəndinin təbiəti və  əkinə yararlı torpaqları kənd sakinlərinin əkinçiliklə  məşğul olmasına geniş imkan  veirirdi.  Yaz  gələndə kənd camaatı bir-birindən gözəl yaylaqlara köçərək şəxsi mal-qaralarını bir neçə  aylığına yaylaqlarda saxlayardılar. Həmin yaylaqlardan; tək pəyə, baba binəsi, çubuq qayası,  Xocalı  yurdu, Əbülfətin yurdu, köç talası, şərik yal, orta  tala,  sarı  tala,  böyük meydan və.s yaylaqları misal gətirmək  olar.
        Kəndin maraqlı tarixi abidələri hələ də sirr olaraq qalır; Seyid qəbiri, Teymurləngin qalası, Börkün qalası, Qırxqız dağının qoynunda  yerləşən Oğuz sərkərdələrinin dəfn olunduğu Kurqan məzarlığı, qoç və at heykəlləri vardır .
        Müqəddəs ziyarətgahlardan  biri olan Seyid qəbri ərazidə  yaşayan insanların inanc yeri olaraq bura ilin bütün fəsillərində insanların ziyarət mərkəzi hesab edilirdi. Meydan adlanan yerdə yerləşən Xocalı yurdu deyilən bu ziyarətgahın tarixi olduqca qədim  dövrlərdən başlanırdı. Deyilənlərə görə hər yay bura yaylağa  gələn  insanlar burada vəfat edən əzizlərini  yayın istisində  arana  aparmaq olduqca böyük çətinliklər törətdiyinə görə, həyatının son günlərini yaşayan  olduqca böyük hörmət və izzətə  malik olan, adı bu gün də bilinməyən Seyid, xalqı bu əziyyətdən qutarmaq üçün onu meydan yaylağında dəfn edilməsini vəsiyyət  edir  və onun bu arzusunu da yerinə yetirirlər. O gündən sonra ora  böyük  qəbiristanlığa  çevrilir. Meşəli kənd sakinləridə öz  körpə uşaqlarını da o qəbristanlıqda dəfn edirdilər. Bu yaylaqlar Aran Qarabağın bütün ərazisindən  görünür.
        1998-ci  ildə  ermənilər  həmin qəbri təhqir etmiş və vəhşicəsinə dağıtmışdılar. Bu hadisədən bir neçə gün keçməmiş Ermənistanda  yəni  Spitakda  böyük  zəlzələ  baş  vermişdir. Bu da  ziyarətgahlara xor baxanların əqidələrinin sonluğu böyük tanrının qəzəbinə düçar olmuşdur.
        Erməni faşistləri XX əsrin 70-ci illərində at və qoç heykəllərini kütləvi şəkildə məhv edirdilər.
Qansız düşmənlərimiz bu abidələrin  içərisində  qızıl  olduğunu  uydurmuşdular və beləliklə Vətənimizin hər yerində olduğu kimi  bu Türk nişanələrinin tarixdən silinməsinə qismən nail olmuşdular. Kəndin ətrafında sayısız qədim Albaniyanın nişanələri də qorunub saxlanılmışdır; Yeddi  kilsə, Əvəzin yurdu adlanan yerdəki məbəd, Xıravənd kilsəsi, Durpa suyunun kilsəsi və bunların ətrafındakı,  qəbristanlıqdakı qəbir daşlarının üzərində  olan at, qoç və qırxlıq şəkilləri  türk  məskəninin  nişanələridir.
        Bu abidələrə vaxtı ilə Azərbaycanın qeyrətli alim və ziyalılarını maraqlandırmış və onlar Meşəli  kəndinin ziyalı oğlu Əli  Mahmudun təklifi ilə Meşəlidəki kurqanların tarixini araşdırmaq üçün gələn bir qrup ziyalılarımız bu yerləri qarış-qarış gəzmişlər. Bu yurd sevən insanlardan aşağıdakıların adlarını çəkmək olar:
1. Xudu  Məmmədov - Geologiya və minerologiys elmləri  doktoru.
2. Süleyman Əliyarlı - Tarix  elmləri  doktoru. 
3. Bəxtiyar Vahabzadə - Xalq şairi.
4. Aydın Məmmədov - Filoloq.
        Kurqanlarımızın, tarix abidələrimizin tədqiqatı ilə yerində məşğul olmağa başladı. Lakin ermənilər bu işdən xəbər tutan kimi maneəçilik törətdilər. Bu tətqiqatlar  yarımçıq qaldı. Ermənilər bu məsələyə Vilayət Partiya Komitəsinin 1-ci katibi  B.Gevorkov  səviyyəsində qarışmışdılar. Bəhanələri də bu olmuşdur  ki, o vaxt ki, Respublika  rəhbərləri də bu məsələdə ermənilər və Moskva ilə razılaşmışdılar.
        Ermənilər vaxtı ilə Xankəndi  şəhərinin Xanbağı adlanan ərazisindən Şuşaya gedən yolun üzərindəki qədim daş heykəlləri hamısı ki, bu heykəllər şirin pəncəsi  altında donuz var  idi,  sonradan  bu abidə məhv edilmişdir. Ondan bir az yuxarıda isə erməni  simvolunu əks etdirən abidə ucaltmışdılar. Yaddaşsızlığımız bugünkü bəlalarımızın  əsas  səbəbidir.
        Meşəli kəndinin ərazisi Qarabağın ermənilər yaşayan kəndlərindən çox-çox böyük idi. Kəndin sahəsinin böyük hissəsini ucsuz-bucaqsız  meşələr əhatə edir.
        Bu ərazi 130-140 min kvadrat metrdir. Meşəli kəndi şimaldan Meydan yaylaqları, qərbdən Qırxqız dağları ilə, cənubdan Qaragav  kəndi,  şərqdən  isə  erməni  kəndləri  ilə  həmsərhəddir.
        Meşəli  kəndinin  geniş  ərazisi həmişə erməniləri narahat  edirdi. Tarix boyu bu kənd ermənilər tərəfindən dəfələrlə yandırılıb, xarabalığa çevrilməsinə baxmayaraq, yenidən dirçəlmişdi. Yaşlı qoca  nənə-babalar danışırdı ki, kəndi 1905-ci ildə ermənilər tərəfindən tamamilə yandırılıb, əhalisini məhv etmişlər. Mal otaran bir uşaq qaçıb canını  qutarmışdır, sonradan onun  törəmələri Xankəndində yaşamışdılar. Ermənilər həmişə Meşəlinin  inkişafına maneə olmuşdular. Yüz hiylə ilə Çayqovuşan kəndi kimi  buranı da köçürməyə çalışmışlar.  Səbəbini belə izah edirdilər ki,  kənd ermənilərin olmayan içməli su  hövzəsinin  başında  yerləşir.
        XX əsrin 30-cu illərində bu  əraziyə gələn ruslar, buradakı ucsuz-bucaqsız meşələri görüb ağac emalı kombinatı yaratmışlar və  bundan  sonra  azərbaycanlılar  buraya köçməyə başlamışlar, kənd yenidən dirçəlmiş və inkişaf etmişdir. Kəndə elektirik enerjisi çox  gərgin mübarizədən sonra 1978-ci  ildə çəkilmişdi. Ermənilər  Xankəndindən  30 km  aralıda yerləşməsinə  baxmayaraq kəndə məktəb, klub  və bu kimi sosial tikililər tikmişdilər. Bizdən 7 km aralıda yerləşən erməni kəndi Badaranın isə hər cür şəraiti var idi.
        Meşəli kəndi həmişə ermənilərin təziqinə məruz qalırdı. Kəndə  müstəqil məktəb vermirdilər. Badara kəndinin filialı kimi 8 illik  məktəbi fəaliyyət göstərirdi.  Gərgin mübarizədən sonra müstəqil 8 illik məktəb qəbul olunmuşdu.
        1998-ci ilin fevral ayında başlanan 1-ci Qarabağ müharibəsi zamanı Meşəli kəndini  Laçının qara qapısı  adlandırırdılar.  Kəndin müdafiəsində hamı bir  nəfər kimi iştirak  edirdi. Kəndin igid oğlanları, ermənilərin bizə qarşı törətdikləri terrorları cavabsız qoymurdular.
Hələ 1941-1945-ci illər müharibəsi zamanıda kəndin onlarla oğulları cəbhədə vuruşmuş və geri  qayıtmamışdılar.
        Erməni terrorunun ilk qurbanlarından biri də Meşəli kəndinin  igid sakini Orucov Miriyusif olmuşdur. Onu 1989-cu  ilin  avqust  ayının 6-da qətlə yetirmişdilər.
        Birinci Qarabağ müharibəsi  zamanı kəndi ermənilər mühasirədə saxlayırdılar. Ağdam və Şuşaya getmək üçün yeganə nəqliyyat növü hava nəqliyyatı idi. Bu çətin şəraitdə Meşəli camaatı hər bir əzab-əziyyətə sinə gələrək torpaqlarını  müdafiə  edirdi.
        1991-ci ilin ortalarında kənddə olan quş tüfənglərini də ermənilərin  təkidi ilə rus ordusu  yığırdı. Əhalinin əliyalın olmasından istifadə edən erməni rus  ordusunun köməyi ilə  kəndə 1991-ci ilin dekabrın 23-də hücuma keçdilər və kəndi işğal edib yandırdılar. Hadisədən 10  gün  əvvəl Əsgərən rayon komendantı bir neçə kəndə gəlib hərbi  postların qoyulacağını bildirdilər.  Buna görə də kəndin ermənilərdən qorumaq üçün təhlükəli əraziləri onlara  göstərdik  və  bizim  postların hara olduğunu öyrəndilər.  Sonradan  yəni  hücum vaxtı başa düşdük ki, bu  kəşfiyyat  xarakterli məlumatlar ermənilərə verilmiş və ermənilər hücum zamanı bizim postlar olan yerdən heç bir erməni və rus birləşməsi hücum etmədilər. Hücum  yalnız  ağlımıza gəlməyən yerlərdən olundu. Kənd əhalisinə  amasızcasına divan tutub 20 nəfər  kənd sakinini qətlə yetirdilər. Orucov Miryusif Kərim oğlu, Hümbətov Bəhlul Müseyib oğlu, Quliyev  Qənimət Əli oğlu, Quliyeva Rüba Hacı qızı, Quliyev Mətləb Qənimət oğlu, Quliyev İsmayıl Qənimət oğlu, Novruzov Novruz Məhərrəm oğlu, Novruzova Adilə Məhəmməd qızı, Novruzov Zakir Novruz oğlu, Novruzova Rahilə Novruz qızı, Novruzova Rübabə  Novruz qızı,  Allahverdiyev Vidadi Müsil oğlu, Sadıqov  Əvəz  Alış oğlu, Sadıqova Qönçə Məmmədbağır qızı, Nurməmmədov Hüseyin Rıza oğlu, Nurməmmədova Pakizə İslam qızı, İbadullayev Nadir Nəbi oğlu, Kazımov Xəlil Mahmud oğlu, Qasımov Ənvər Bahadur oğlu, Mehralıyev Əli Mürsəl oğlu, Xudayarova Sürəyya Alış qızı şəhid oldular. Meşəli sakinlərinin 3 nəfəri isə - İbadullayev Arif Möhübbət oğlu, Orucov Rafiq Miryusif oğlu, Orucov Fazil Ənvər oğlu, Sarvan Mehralıyev Natiq oğlu Qarabağ döyüşlərində qəhrəmancasına şəhidlik zirvəsinə ucaldılar.
        Respublikamızın digər bölgələrindən Meşəli kəndinin  müdafiəsinə gəlmiş qeyrətli oğlanlardan 5  nəfər qəhrəmancasına şəhid olmuşdur: Rüstəmov Hidayət,  Faiq - Ağdam  rayonu  polis  şöbəsinin əməkdaşları, Əyyubov Kamil Baba oğu (Bakı), Musa (Quba r.), Tahir  (Yevlax r.)
        Şəhidlik zirvəsinə ucalan igid oğlanlarımızdan bir neçəsi ölümündən sonra dövlətimiz tərəfindən  medal və ordenlə təltif ediliblər. Mehralıyev Əli Mürsəl oğlu “İgidliyə görə”, Meşəli kəndi,  Orucov  Rafiq Miriyusif oğlu “İgidliyə  görə”, Sarvan Mehralıyev “İgidliyə görə” medalı ilə təltif edilmişlər.
        Bu gün Meşəli sakinləri Goranboy rayonun eyni adlı kəndində salınmış qəsəbədə müvəqqəti məskunlaşıblar. Gənclərimiz vətənpərvər ruhda tərbiyələniblər. Məktəbimizdə keçirilən tədbirlərdə Xocalı rayonu, həmçinin Meşəli kəndi haqqında şagirdlərə məlumatlar çatdırılır.
        Dövlətimizin və Cənab Prezidentimizin hər cür diqqət və qayğısı ilə əhatə olunan meşələlilər  doğma yurd-yuvalarına dönəcək günün ümidilə yaşayırlar.


Alış ALIŞOV,
Xocalı rayon Meşəli kənd kənd tam orta 
məktəbinin direktoru
Paylaşın:

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi