BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

15 Mayıs 2020 Cuma

80 yaşlı Xocalı şəhər ağsaqqalı, şəhid ailəsi, əsgər atası Baloğlan Allahyarovun Prezidentə təşəkkür məktubu

Posted at  5/15/2020  |  in  

Möhtərəm Cənab Prezident!
        Mən 28 il bundan əvvəl Xocalıda erməni quldurları tərəfindən törədilmiş dəhşətli soyqırım gecəsi bütün ailə üzvlərimi itirib yurdundan didərgün düşmüş Allahyarov Baloğlan Fərhad oğlu Sizə bu məktubu dərin məhəbbət və hörmət hissi ilə yazıram.  Xocalı rayon əhalisi daim Ulu öndərin, Sizin və Mehriban xanımın qayğısını, diqqətini və köməkliyini öz üzərlərində hiss ediblər. Siz mənə və ailə üzvlərimə qayğı göstərib yeni həyat vermisiniz, ev-eşik sahibi etmisiniz. Şəhid oğlumun adını daşıyan oğlum Etibar hal-hazırda hərbi xidmətdədir, 15 yaşlı Fərhadım isə gələcəyin əsgəri kimi böyüməkdədir. Mən də, oğlanlarım da, həyat yoldaşım da Sizə minnətdarlıq hissi ilə yaşayırıq.
Sizin Vətən, xalq, el yolunda sərf etdiyiniz gecəli-gündüzlü zəhmətinizi yüksək səviyyədə qiymətləndirir, bugünkü beynəlxalq bəlanın - koronavirusun ölkəmizdə geniş vüsət almaması üçün həyata keçirdiyiniz qabaqlayıcı tədbirlərə görə Sizə təşəkkürümü bildirirəm. “Biz birlikdə güclüyük” çağırışınız xalqımızı böyük qələbələrə aparır. Sizə və Mehriban xanıma can sağlığı, uzun ömür arzulayıram. Allah Sizi, ailənizi və xalqımızı qorusun.
 Cənab  Prezident, mənim üçün vacib olan mühüm bir hadisəni nəzərinizə çatdırmaq istəyirəm. 2004-cü ilin aprel ayında Siz Mehriban xanımla Mingəçevir şəhəri ərazisində məcburi köçkünlər üçün inşa etdirdiyiniz “Yeni həyat” qəsəbəsinin açılışını edən zaman mənim ailəm üçün ayrılmış mənzilə daxil olub ailə vəziyyətimlə tanış oldunuz. Həmin zaman hazırda Daxili qoşunların Şirvan şəhərində yerləşən “N” saylı hərbi hissədə xidmət edən oğlum Etibarın 4 yaşı vardı. Siz balaca Etibarı qucağınıza götürdünüz, o, Sizə şeir də söylədi. Körpə Etibarımı öpüb oxşadınız, mən o zaman iftixar hissi keçirdim. O görüşü xatırladıqca Sizə olan məhəbbətim birə-min artır.

Qeyd istəyirəm ki, Etibarın xidmət etdiyi hərbi hissədə oğlumla görüşə gedən komandir və zabit heyəti məni hörmətlə qarşılayırlar. Hərbi hissədə gördüyümüz nizam – intizam, əsgərlərə göstərilən yaxşı xidmət Sizin ciddi tapşırığınızın məhsuludur. Bütün əsgər valideynləri arxayındır ki, övldalarımız xidmət etdiyi hərbi hissələrdə etibarlı əllərdədir.
        Əziz Prezidentimiz, xalqımızın rifahı , daha da yaxşı yaşaması üçün gördüyünüz bütün işlərə görə və məcburi köçkünlərə göstərdiyiniz diqqət və qayğı üçün Sizə minnnətdarlığımı bildirirəm.
 

Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

Əlaqə

Redaksiyamızın ünvanı:
Gəncə şəhəri, Yeni qəsəbə - 2
Tel: (070 - 222 - 26 - 48; (050) 678 - 10 - 44
E - mail: xocalininsesi@gmail.com
About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top