BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

19 Mayıs 2020 Salı

Əminik ki, dövlətimiz və xalqımız tarixin bu sınağından da üzüağ çıxacaq

Posted at  5/19/2020  |  in  


Bəşəriyyəti cənginə almış koronavirus ölkəmizdən də yan keçməmişdir. Bu virusun yoluxma dərəcəsinin yüksək və fəsadlarının ağır olması ona qarşı mübarizənin düzgün aparılmasını tələb edirdi. Ümumdünya Səhiyyə Təşkilatının bu xəstəliyi pandemiya elan etməsi isə vəziyyətin ciddiliyindən xəbər verirdi. Belə çətin bir vaxtda Prezidentimiz İlham Əliyevin pandemiya ilə mübarizə istiqamətində gördüyü işlər birbaşa xalqımızın sağlamlığının qorunmasına və əhalinin aztəminatlı təbəqəsinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəlmişdir.
   Məhz Prezidentimizin apardığı hərtərəfli islahatların sayəsində bu gün Azərbaycan ayaqda durmağı bacarır. Bir sıra inkişaf etmiş dövlətlərin pandemiyaya qarşı mübarizədə aciz qaldıqları bir vaxtda Prezidentimizin tapşırıqlarına uyğun olaraq qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində xalqımızın da üzləşdiyi pandemiyaya qarşı mübarizə mütəşəkkil surətdə aparılır və nəzarət altında saxlanılaraq minimum itki ilə ötüşməyə ümidimizi artırır. Dövlət başçımızın xalqımızın sağlamlığını ön plana çəkərək əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün çalışdığının bir daha şahidi olduq.
   Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması və nümunə olaraq birillik əmək haqqının fonda köçürülməsi Prezidentimiz İlham Əliyevin pandemiyaya qarşı mübarizədə atdığı mühüm addımlardandır.
   Səhiyyə işçilərinin əmək haqlarının bir neçə dəfə artırılması, tibbi ləvazimatların istehsalına başlanılması, modul tipli xəstəxanaların tikilməsinə start verilməsi, əhalinin aztəminatlı təbəqəsinə yardımların edilməsi, sahibkarlara kompensasiyaların ödənilməsi və digər addımlar sübut etdi ki, Prezidentimiz daim xalqın yanındadır.
   İnsanların Prezidentimizə ünvanladıqları saysız-hesabsız təşəkkür məktubları xalqın öz Prezidentinə olan sevgi və inamının təzahürüdür. Bütün bunlar, əlbəttə, dövlət başçımızın yürütdüyü xalqımızın sosial rifah halının yaxşılaşdırılmasına yönəlmiş sosial-iqtisadi siyasətinin nəticəsidir.
   Əminik ki, dövlətimiz və xalqımız tarixin bu sınağından da üzüağ çıxacaq. Allah Prezidentimizi, dövlətimizi və xalqımızı qorusun!
Zülfü QULİYEV,
Xocalı rayon ziyalısı

Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

Əlaqə

Redaksiyamızın ünvanı:
Gəncə şəhəri, Yeni qəsəbə - 2
Tel: (070 - 222 - 26 - 48; (050) 678 - 10 - 44
E - mail: xocalininsesi@gmail.com
About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top