Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Qlobal əməkdaşlığa növbəti Azərbaycan töhfəsi

          Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının ümumbəşəri bəlaya çevrilmiş koronavirus pandemiyası ilə bağlı aparıcı fəaliyyəti yalnız ölkəmizdə deyil, beynəlxalq aləmdə də rəğbətlə qarşılanır. Prezidentimizin təşəbbüsü ilə ilk dəfə koronavirusa qarşı mübarizə istiqamətində beynəlxalq səylərin səfərbər olunması buna əyani sübutdur.
            Belə ki, dövlət başçımız COVİD-19-la effektiv mübarizənin təmin edilməsi üçün beynəlxalq həmrəyliyin yaradılması təşəbbüsü ilə çıxış edib. Məhz BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təklifi də bu siyasətin davamıdır.
           Xatırladaq ki, Prezidentimiz İlham Əliyev Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı pandemiyaya qarşı mübarizə məqsədi ilə BMT Baş Assambleyasının dövlət və hökümət başçıları səviyyəsində videokonfrans vasitəsi ilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış edib və dünya dövlətlərini beynəlxalq həmrəyliyə çağırıb. Bu çağırış cavabsız qalmadı. Artıq müəyyən prosedurlar çərçivəsində 130-dan artıq dövlət Prezidentimizin təklifini müsbət qarşıladığını bəyan edib. Maraqlıdır ki, əksər dövlətlərin BMT-yə ünvanlanan müraciətlərində Prezidentimiz İlham Əliyevin təşəbbüsünün vaxtında atılmış addım olduğunu və bu təşəbbüsün qlobal xarakter daşıdığını bildiriblər.
             Prezidentimizin təşəbbüsünün 130-dan artıq dövlət tərəfindən dəstəklənməsi və yalnız Ermənistan tərəfindən etirazla qarşılanması Azərbaycanın və dövlət başçımızın beynəlxalq arenada artan nüfuzundan xəbər verir. Bütün bunlar Prezidentimizə olan hörmətin, aparılan düzgün siyasətə olan etimadın nəticəsidir.
           Azərbaycanın pandemiya dövründə 30-dan çox ölkəyə yardım etməsi, ÜST-na pul köçürməsi, pandemiyaya qarşı mübarizə ilə bağlı Prezidentimizin beynəlxalq həmrəyliyə çağırışı və təşəbbüsü artıq dünyanı qorumağa hesablanıb: ”Biz birlikdə güclüyük!” devizi artıq beynəlxalq xarakter daşıyır. Prezidentimizin niyyəti xoşdur. Yalnız qlobal liderliyə, qlobal baxışa malik olanlar bu cür addım ata bilir. Bu məsələdə də Ermənistanın beynəlxalq aləmdə rüsvayçılığa düçar olması Prezidentimizin apardığı düşünülmüş siyasətinin nəticəsidir.
             Əminik ki, Dağlıq Qarabağ probleminin də həll olunmasında dünya dövlətləri həmrəylik göstərəcəkdir.
Bəxtiyar Əhmədov,
Xocalı rayon gənci
Paylaşın:

Prezident İlham Əliyev qlobal mənada liderliyini bütün dünyaya bir daha sübut etdi

        Azərbaycan növbəti dəfə xoşməramlı missiyasını dünyaya nümayiş etdirdi və qlobal təhlükəyə qarşı dövlətləri birgə mübarizəyə səfərbər edən təkliflə çıxış etdi. Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi Sessiyasının keçirilməsi təklifini irəli sürdü.
        Çünki qlobal pandemiya şəraitində beynəlxalq fövqəladə vəziyyət yaranmışdır və belə bir şəraitdə beynəlxalq həmrəyliyə ehtiyac vardır. Amma təəssüflər olsun ki, koronovirus pandemiyasının yaranmasından bu vaxta qədər qlobal xarakter daşıyan beynəlxalq cavabı özündə ehtiva edən tədbirlərin keçirildiyini görə bilmədik. Daha çox özünütədric tendensiyaları xarakteri daşıyan tədbirlərin şahidi ola bilirik. Amma dünya birliyinin bir araya gələrək, vahid mövqedən çıxış etməsi və bu problemin həlli yolunun tapılmasına böyük ehtiyac vardır. Məhz BMT kimi təşkilatların da fəaliyyəti məhz bundan ibarətdir. Plana görə BMT Baş Assambleyasının sentyabr ayında sessiyası keçirilməlidir. Lakin dünya bu sessiyanın sentyabrda keçirilməsini gözləyə bilməz. Çünki pandemiya davam edir və sentyabrda nə olacağını gözləməyə vaxt yoxdur. Prezident İlham Əliyevin də təşəbbüskarı olduğu tədbir də BMT-nin Baş Assambleyasının xüsusi sessiyasıdır. Xüsusi sessiya öz mandatına görə, beynəlxalq ictimaiyyəti narahat edən və gündəmdə duran ən aktual mövzulara həsr oluna biləcək formatdır. Prezident İlham Əliyevin xüsusi sessiyasının keçirilməsi təklifi yekdil dəstək qazandı. Bu günə kimi 130-dan artıq dövlət Prezident İlham Əliyevin bu təklifini dəstəkləyib.
        Artıq Prezident İlham Əliyevin bu təşəbbüsü qlobal xarakter daşıyır. Demək olar ki, xüsusi sessiyanın keçirilməsi BMT qarşısında qoyulan bir öhdəliyə çevrilib. Vaxtında və zamanında verilən bu təklifin icrasına heç nə mane olmamalıdır. Çünki dünya çox ciddi problemlərlə üzləşmişdir. Ölkələrin iqtisadi vəziyyəti getdikcə ağırlaşır. Təəssüf ki, ölkələri dinləyən platformalar yoxdur. Əslində indiyə qədər BMT Baş Assambleyasının xüsusi sessiyası çağırılmalı idi. Təəssüf ki, bu baş vermədi və Prezident İlham Əliyev - Azərbaycan Respublikası qlobal liderliyini dünyaya göstərdi. Qısa müddətdə Azərbaycan Prezidentinin bu təşəbbüsünün 130-dan artıq dövlət tərəfindən dəstəklənməsi də təsadüfi deyil. Bu ilk növbədə dövlətlərin Prezident İlham Əliyevin şəxsiyyətinə olan hörmətinin və Azərbaycanın yürütdüyü siyasətə etimadının göstəricisidir.  Bununla da Azərbaycan dünyanı həmrəy edərək, bu təklifi BMT qarşısına qoyub. Digər tərəfdən Prezident İlham Əliyevin buna mənəvi haqqıda var. Çünki dövlət başçımızın tapşırığı ilə Ümumdünya Səhiyyə Təşkilatına iki dəfə pul dəstəyi göstərilib və 30-dan çox ölkəyə pandemiya ilə bağlı humanitar yardım edib. Prezident İlham Əliyevin atdığı bu addımlar dünyanı koronavirus bəlasından xilas etməyə hesablanıb.
        Bu xoşməramlı missiyaya rəğmən, qısqanclıq edənlər də var. Hətta Ermənistan BMT Baş katibinə məktub yazaraq, bu sessiyanın keçirilməsinə qarşı çıxdı. Bu isə dünyada Ermənistanın növbəti rüsvayçılığı oldu. Bu isə uşaqsayağı paxıllıq və cığallıqdan başqa bir şey deyil. Daha dəqiqi Ermənistanın özünütəcrid etməsindən başqa anlama gəlmir. Bununla Ermənistan öz irticaçı dövlət olduğunu və dünyanı bürüyən təhlükəyə qarşı birliyin əleyhinə olduğunu göstərdi. Bu həm də Azərbaycanla Ermənistanın fərqinin göstəricisi oldu.
        Yekunda xüsusi olaraq qeyd etmək lazımdır ki, bununla Prezident İlham Əliyev Azərbaycanda cəmiyyətinə ünvanlanan "Biz birlikdə güclüyük!" şüarını bütün dünya dövlətlərinə ismarıc olaraq göndərdi. 
Bilalova Tamella Məhəmməd qızı,
Xocalı rayonundan “Əməkdar müəllim"



Paylaşın:

Əsrin və dövrün bəlasına çevrilən toplum

        Əsrin və dövrün bəlasına çevrilən toplum.
Bu sözlər əlbəttə ermənilərin əsl iç üzünə bələd olan, onların hiyləsinin şahidi olan bəşər övladı üçün təəccüb doğurmaz. Çünki onlar hələ də millət deyil, kütlə-toplum olaraq bəzi havadarlarının himayəsi, diktəsi ilə oturub-durur, sülhsevər xalqlar, millətlər üçün əsl əngələ çevrilirlər. Dünyanın hansı yerində məskunlaşmalarına baxmayaraq, onlar daim ərazi iddiası yürüdərək özlərini köməksiz, məzlum kimi göstərmişlər. Onların bu dırnaqarası məzlumluğunun arxasında başqa xalqların öz dədə-baba yurdlarından didərgin salınması dayanmışdır. Ermənilərin iddiası onları himayə edən ölkələrə də şamil olunur. Buna Xocalı faciəsi zamanı ermənilərin 366 motoatıcı alayın əsgərlərini “rus küçüyü” adlandırmasını, ikinci dünya müharibəsi zamanı Sovet Ordusunun sirlərini faşist almaniyasına məruzə edən Njde Qaregini  misal göstərmək olar. Ermənilər yenə də onlara himayədarlıq edən ABŞ, Fransa və digər sionizm ölkələrinin siyasi qıcığı ilə “böyük ermənistan” xülyası ilə yaşayır. Ermənilər havadarlarının köməkliyi ilə özlərini güclü hesab edirlər. Lakin bu belə deyildir. Ermənistanda bu günkü hərc-mərclik, xaos, insan hüquqlarının pozulması,  Ermənistan Müdafiə Nazirliyinin qarşısında ölmüş əsgər analarının döyülməsi sanki insanpərvər Avropa dövlətlərini onları işğalçı toplum kimi tanımağa kar və kor etmişdir.
Müstəqillik illərinin əvvələrində ölkəmizdəki xaosdan, hərcmərclikdən istifadə edən ermənilər havadarlarının köməyi ilə torpaqlarımızın bir hissəsini işğal etdilər. Ancaq Aprel döyüşləri bütün dünyaya sübut etdi ki, Şanlı Ordumuz tez bir zamanda işğal olunmuş torpaqlarımızı yağı tapdağından azad etməyə hazırdır. 
        Prezident İlham Əliyevin Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışında bildir ki, bu gün Azərbaycan Ordusu dünyada 50 ən güclü ordu sırasındadır. Dünyada orduların reytinqlərini tərtib edən sanballı qurumlar təsdiq edirlər ki, Azərbaycan Ordusu 50 ən güclü ordu sırasındadır;  Bu gün Azərbaycan dünya miqyasında öz gücünə arxalanan və heç kimdən asılı olmayan ölkədir. 
        Cənab Prezident ordu quruculuğuna xüsusi diqqət göstərir. Azərbaycan Ordusu həm milli, həm də ki alınma silahlarla zənginləşir. Azərbaycan dövləti inkişaf etdikcə dövlətimizin qüdrəti də artır. İşğalçı ölkədə isə korrupsiya, talançılıq, rüşvətxorluq kütləvi xarakter alıb. İqtisadi-siyasi cəhətdən uçuruma gedən Ermənistan böhran içində zəifləcəyək və onlara havadarlıq edən ölkələr də ondan kömək əlini kəsəcəklər.
Əliyeva Məryəm Əhməd qızı,
Tərəqqi medalı ilə təltif edilmiş 
Xocalı rayonunun təqaüdçü müəllimi
Paylaşın:

Sabitlik və inkişaf devizi altında gündən-günə çiçəklənən müstəqil Azərbaycanımızın inkişafı göz qabağındadır

         
        Müasir dövrdə dünya sürətlə dəyişir, çox mürəkkəb proseslər baş verir. Möhtərəm Prezidentimiz bu dəyişikliklərdən məharətlə baş çıxarır, işğalçı erməniləri torpaqlarımızdan qovub çıxarmaq üçün Ulu öndərimiz Heydər Əliyev kimi mübarizə aparır. Dövlət başçımız Cənab İlham Əliyevin ölkəmizdə həyata keçirdiyi genişmiqyaslı fəaliyyətləri, daxili və xarici siyasəti, eyni zamanda son vaxtlar dünyanı cənginə almış koronavirus pandemiyası ilə əlaqədar apardığı qabaqlayıcı  tədbirləri ürəkdən dəstəkləyirik və hər birimiz üzərimizə düşən vəzifənin öhdəsindən gəlməklə ona yardımçı olmağa çalışırıq.
          Möhtərəm prezidentimiz İlham Əliyev bütün sahələrin inkişafı ilə yanaşı, ordu quruculuğumuzun inkişafına da xüsusi diqqət və qayğı göstərir. Azərbaycanın ərazi bütövlüyünün pozulması, torpaqlarımızın 20 faizinin təcəvüzkar Ermənistan  dövlətinin işğalı altında qalması dövlət büdcəsinin  əhəmiyyətli bir hissəsinin hərbi xərclərə yönəltməyə məcbur etmişdir. Nəticədə XXI əsrin ikinci onilliyində Azərbaycanın illik hərbi büdcəsi  Ermənistanın bütün büdcə xərclərindən çox olub. Bu da milli ordumuzun ən yeni  hərbi texnika, silah, sursat və digər digər döyüş  vasitələri ilə təchiz edilməsinə imkan vermişdir. 
Azərbaycan xaricdən ən müasir və ən yüksək döyüş qabiliyyətinə malik silah və hərbi texnika almaqla yanaşı ordumuzun silah, sursat və hərbi texnika ilə təchizi sahəsində xarici dövlətlərdən aslılığı azalmışdır. Bütün bunları möhtərəm prezidentimiz İlham Əliyevin 25.06.2020-ci il tarixində Mingəçevir şəhərinə səfəri zamanı Müdafə Nazirliyinin “N” saylı hərbi hissənin açılışda söylədiyi nitqində aydın görmək olur. Prezidentimiz öz çıxışında dediyi kimi bütün hərbi hissələr yeniden qurulur, yenilənir.  Əsgər və zabitlərin xidmət şəraiti yaxşılaşdırılır. Belə şəraitdə xidmət onların döyüş qabiliyyətini artırır. Zabitlərin məişət problemləri həll olunur, 20 il qüsursuz xidmət edən zabitlər mənzillə təmin olunur, hərbiçilərin maaşı artırılır, fərqlənən hərbiçilərə mükafatlar verilir. Bütün bunlar dövlətimizin ordusuna qayğısını göstərir. Möhtərəm prezidentimizin söylədiyi kimi Azərbaycan ordusu dünyanın 50 ən güclü ordusu sıralarındadır. Azərbaycan NATO standartlarına uyğun  şəkildə təlim görmüş çox güclü silahlı qüvvələrə malikdir və hərbi potensiallara görə Cənubi Qafqazda lider dövlətə çevrilmişdir. Hal-hazırda Azərbaycan Respublikası dünyanın ən dinamik inkişaf edən ölkələr sırasındadır.
Əmraslanova Xalidə Həmzə qızı,
Xocalı rayonundan əməkdar müəllim
Paylaşın:

Kamal Fərhadoğlu

        Kamal Fərhadoğlu (Məmmədov), 1947- ci il aprelin 15-də indiki Xankəndi rayonunun Kosalar kəndində anadan olmuşdur. 1967-ci ildə Şuşa Pedaqoji Texnikumunu, 1975-ci ildə isə Xankəndi Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirmişdir. Həmin ildən pedaqoji fəaliyyətə başlayan Kamal müəllim 52 il Azərbaycan dili və ədəbiyyatı fənnini böyük həvəslə şagirdlərinə öyrədib.
        

        Kamal müəllim daim ədəbi yaradıcılığa meyilli insan olmuşdur. Yaradıcılığa erkən yaşlarından başlayan Kamal müəllimin şeirləri Resbublikamızın bir çox mətbu orqanlarında mütamadi olaraq dərc edilir. Yorulmaz fəaliyyətinin nəticəsidir ki, “Dağlarda nisgilli bir ağım qaldı”(2008), “Rübailər”(2010), “Bəlkə elə Həsən Hüseyn səsiydi”(2010), "Anamın laylası nə gözəl imiş" (2013) adlı dörd kitabı işıq üzü görüb. Bir kitabı isə çap edilmək üzrədir. Bu kitabların əsas mövzusu Vətəndə vətənsizlik və yurdsuzluqdur. O, Vətən, yurd həsrətli bir insandır. Doğma kəndin gözəl təbiətindən zövq alaraq, gözəl şeirlər yazıb-yaratmışdır. Bu gün də ədəbi fəaliyyətini davam etdirir. Doğma torpaq işğal altındadır. Bu səbəbdəndir ki, son zamanlar Kamal müəllimin yaradıclığında yurd həsrətli şeirlər üstünlük təşkil edir.
Kamal müəllim: “ Mənim üzüm o vaxt güləcək ki, Şuşa həsrətinə, Kosalar ayrılığına son qoyulacaq. Elə ona görə də mənim Vətən, yurd həsrətli şeirlərim çox nisgilli, çox kədərlidir.”

Hönkürüb Ağlardım

Kəpəz, gendən durub elə hey məni,
Sən qəsdən yandırıb yaxdınmı,nədi?
Deyirdim dağlardı mənim pənahım,
Mənsiz Kirs dağına baxdınmı, nədi?

Kaş gözün olaydım, yurda baxaydım,
Hönkürüb ağlardım bir doyunca mən.
Dincəlib sakitlik tapmaram qəti,
Şuşa torpağına üz qoyunca mən.

Vətənsizliyin yayı Kamal müəllim üçün həmişə qış olmuşdur.

Yadıma salanda ötüb-keçəni,
Gözünün önündən gör nələr keçər.
Hərdən düşünəndə həyatın sonun,
Yaralı sinəmi qəm dələr keçər.

Zalım fələk mənə sitəmlər etdi,
Qurub-yaratdığım əlimdən getdi.
Görünür həyatım tay sona yetdi,
Buludlar başıma qar ələr keçər.

Nə sevildim nə də güldüm doyunca,
Nələr gördüm, ömrü başa vurunca.
Dünyanın işindən agah olunca,
Günlər ötər, aylar tez gələr keçər.

        Onun xəyalı daim yurdun dağlarını dolaşır. Xəyalən də olsa, Kamal müəllimi yaşadan o yerlərə səyyahət edir. Bəlkə də ona verilə biləcək bircə günlük Vətəndə real gəzintiyə bütün qalan ömrünü verərdi.

Boylanıb dağlara bir xeyli baxdım,
Ürəyim dözmədi, gözdən yaş axdı.
Bu fani dünyada, ey zalım fələk,
Nədən verdin mənə bu qara baxdı.

Dağları dolaşdım, düzləri gəzdim,
Bizim dağlar kimi dağlar görmədim.
Güllər bir-birinin eyni olsada,
Meyvəsi şirəli bağlar görmədim.

Qaçaq Nəbi gəzən Muxtökən dağı,
Kaş gözümlə yenə görə biləydim.
Murovdan adlayıb, Sarıbabadan,
Kotan qayasından Kirsə gələydim.

Pələng qayasında məclis quraydım,
Hər yandan quşların gələydi səsi.
Ovçu yoldaşlarım yanda olaydı,
Nurunun vuraydı məni nəfəsi.

Qara at altımda tüfəng çiynimdə,
Yaəli dağının döşün gəzəydim.
Dəfləri, Talanı, Otağın yalın,
Çox gəzib yorulub sonda bezəydim.

Hələ ki, qürbətdə qaçqın adıyla,
Gəzib-dolanıram xəsdə canımla.
Şuşadan ayrılıb mən nə iş tutum?
Günahım yuyular təkcə qanınla.

        Kamal müəllim daim mövcud vəziyyətə üsyan edir, heç vaxt bununla barışa bilmir. Yurd, el, oba, ev-eşik… kim aldı bunları əlimizdən deyir.

Yazın gəlməsinə nədən tələsdim,
Bəlkə bu baharda üzüm güləcək?
Sevinc bəxş edəcək quşların səsi,
O ötən günlərim bir də gələcək?

Kim aldı əlimdən gözəl çağları,
Məndən ayrı saldı bizim dağları.
Düşmən viran qoydu yaşıl bağları,
Hər kəsin günahın zaman biləcək.

Gözün görə-görə yurd-yuvan yansın,
Yüz ildə qurduğun oda qalansın.
Kamal hardan bilsin, kimə inansın?
Axan göz yaşların bir gün siləcək.

        Zaman, dövr belə qala bilməz. Arzu edirik ki, Kamal müəllimin yaradıcılığında əsas yeri yurda qələbə, qayıdış ruhunda yazılmış əsərlər tutsun.
Paylaşın:

Ermənistan hakimiyyəti öz xalqını istənilən vaxt güdaza verə biləcəklərini nümayiş etdirir

       Bu gün Ermənistanda pandemiyanın nəticələri “SOS” siqnalı çalmağa əsas verir. Ermənistanda hazırkı durum həqiqətən də fəlakət həddindədir: “Statistikada yer almasa da, Ermənistan virusun geniş yayıldığı ən təhlükəli ölkələrin sırasındadır. Bu ölkənin əhalisinin sayı 3 milyona yaxındır. Artıq bu günə olan məlumata görə, 17 min 489 nəfərdə koronavirusa yoluxma qeydə alınıbhəmin adamlardan 293 nəfəri dünyasını dəyişib. Təbii ki, bu rəqəm bu qədər az əhalisi olan ölkə üçün dəhşətlidir. İndi isə biz rəsmi faktlara əsaslanaraq Ermənistanda nə qədər insanın virusa yoluxduğuna və öldüyünə baxaq. Hər 1 milyon nəfərə 5 min 902 nəfər yoluxma, hər 1 milyon nəfərə isə 99 ölüm halı düşür. Ermənistanda hazırda koronavirusa yoluxma və bu virusdan ölmə halları fəlakət həddindədir. 
         Ermənistanın sabiq iqtisadiyyat naziri Armen Yeqizaryan hesab edir ki, artıq ölkədə koronavirusa yoluxanların sayı o qədər artıb ki, alınan karantin tədbirləri belə arzu edilən nəticəni verməyəcək. Son aylarda hökumətin tətbiq etdiyi antiböhran proqramı maliyyə cəhətdən yetərli deyil və vətəndaşlar üçün ciddi nəticə vermir, onların sosial-iqtisadi problemlərini həll etmir.
        Azərbaycanafobiyadan ilhamlanan bəzi təşkilatlar ölkəmizdə ən xırda məsələyə reaksiya verdikləri halda, Ermənistanda baş verən qanunsuzluqlara, bu qanunsuzluğu həyata keçirən hakimiyyət nümayəndələrinə qarşı bir dəfə də olsun hansısa ittiham səsləndirməyiblər. Bu da görünür, bizi istəməyən qüvvələrin "demokratiyası" və "fəlsəfəsidir".
          Ermənistan hakimiyyəti öz xalqını istənilən vaxt güdaza verə biləcəklərini nümayiş etdirir. Beləliklə, birmənalı surətdə demək olar ki, bu gün Ermənistan cəmiyyəti təkcə pandemiyadan deyil, həm də səriştəsiz rəhbərlikdən, həm də ölkədə başqa xalqlara nifrət təbliğ edən faşizm ideologiyasından və buna bənzər digər “izm”lərdən əziyyət çəkir. Bütün bunlar bu xalqın nəhayət, ağlını başına yığıb öz yolunu düzgün müəyyənləşdirməsinin vaxtı olduğununun sübutudur.
Vüsal MUSTAFAYEV,
Xocalı gənci
Paylaşın:

Pandemiya dövründə Paşinyan iqtidarının dırnaqarası demokratiya məfhumu özünü açıq-aşkar biruzə verir

        İşğalçı Ermənistanın Qarabağda illərdir talançılıqla məşğul olmasına baxmayaraq, bu asılı dövlətin getdikcə uçuruma yuvarlanacağı məlum idi. Ermənistan hakimiyyəti regional layihələrdən təcrid olunaraq öz xalqını aclıq, səfalət içində saxlayır. Ölkə iqtisadi-siyasi cəhətdən tənəzzülə uğrayır. Xocalı soyqırımında əli olmuş Ermənistanın siyasi rəhbərliyi hüquqi cəhətdən ən ağır cəzaları almasa da, bu gün həmin quldurların çoxu rəhbərlikdən uzaqlaşdırıb və həbs ediliblər. Ermənistanın baş naziri öz siyasi rəqiblərini bir-bir həbsə atır, indiyədək Ermənistanın keçmiş rəhbərliyinə qarşı silsilə cinayət işləri açılmış və hazırda istintaqlar davam edir. Küçə döyüşlərindən hakimiyyətə gəlmiş Nikol Paşinyan öz xalqını aldatmaqda davam edir, verdiyi heç bir vədi yerinə yetirə bilmir. Erməni xalqı ölkələrindəki qanun pozuntularına, yoxsulluğa qarşı çıxmağa başlayıblar. Nikol Paşinyan ölkədə antidemokratik siyasət aparır. Bəzən gözdən pərdə asmaq üçün saxta demokratik fəaliyyət sərgiləyir. Amma həqiqət budur ki, erməni xalıqı hakimiyyət dairələrinin apardığı işğalçılıq siyasətinin onlar üçün yaratdığı çıxılmaz vəziyyətdən artıq beziblər. "Məxməri inqilab"ın əsas hədəflərindən biri də Ermənistanda oliqarx sistemi və korrupsiya ilə mübarizə olsa da, bu istiqamətdə nəinki heç bir iş görüldü, əksinə korrupsiya daha da çiçəkləndi, oliqarxlarla Paşinyan hökuməti arasında iş birliyi artdı. Qarabağda yaşayan ermənilər də Ermənistanda baş verən etirazlara qoşulublar. Bir müddət əvvəl sosial şəbəkələrdə yayılan videomaterillarda koronavirus pandemiyasının geniş yayılmasından narahat olan, Ermənistan hakimiyyətindən kömək görməyən Qarabağda yaşayan ermənilər ümidlizliklərini bildirib Azərbaycan tərəfindən kömək istədilər. Qarabağda işğalçı status-kovunu saxlamaqla siyasi mövqelərini gücləndirmək istəyən Ermənistan hakimiyyətinin bu məqsədi də iflasa uğramaq üzrədir. Çünki erməni icması da yaxşı bilir ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək və dövlətimizin qanunları əsasında yaşamaq gələcəkdə onların rifahına müsbət təsir edəcək.
        Ermənistanda siyasi partiyalar da hazırkı hamiyyətə qarşı çıxırlar. "Çiçəklənən Ermənistan" partiyasının sədri, Ermənistan parlamentindəki “Sarukyan” fraksiyasının lideri, milyonçu Qaqik Sarukyan məhz Nikol Paşinyan hakimiyyətini tənqid etməsindən sonra təzyiqlərə məruz qalıb və 2020-ci ilin 16 iyun tarixində onun deputat toxunulmazlığı ləğv edildi. Qaqik Sarukyan ölkənin təhlükəsizlik qüvvələri tərəfindən ifadə vermək üçün istintaqa cəlb edilmişdir və onun həbs ediləcəyi istisna olunmur.
        Qaqik Sarukyanın tərəfdarları Ermənistan parlamentinin önündə etiraz aksiyası keçirməyə cəhd göstərsə də, ölkənin təhlükəsizlik qüvvələri tərəfindən onun qarşısı kobudluqla alınmış və yüzlərlə adam saxlanılmışdır. Polis aksiyanı işıqlandıran jurnalistlərə qarşı güc tətbiq etmişdir. Onlarla belə misalllar çəkmək mümkündür. Ermənistanda müxalif siyasətçi və jurnalist Mher Yeqizaryan həbsxanada etdiyi aclığın ardından vəfat etməsi də yaddaşlardadır.
        Qərbin bir sıra təşkilatları Azərbaycanda ən xırda məsələyə reaksiya verdikləri halda, Ermənistanda baş verən qanunsuzluğa qarşı bir dəfə də olsun hansısa ittiham səsləndirməyiblər. Əslində reaksiya verməmələri onların aqibətini daha da pisləşdirir. Çünki Nikol Paşinyan küçə adamı kimi sərsəm qərarlarını davam etdirməklə Ermənistan xalqının qəzəbini daha da artırır, işğalçı ölkədə xaosu daha da gücləndirir. Görünən budur ki, Nikol Paşinyan siyasi kreslodan yıxdığı Sarkisyan kimi bir gün həmin hörmətsizliklə hakimiyyətdən qovulacaqdır. 

Məhəmməd MƏMMƏDOV,
Xocalı rayon ziyalısı
Paylaşın:

“Gənclərin hüquqları” adlı silsilə maarifləndirmə tədbirləri çərçivəsində təşkil edilmiş onlayn konfransda Xocalı gəncləri də iştirak etdilər

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə elan olunmuş İnsan Hüquqları Aylığı çərçivəsində Ombudsman Aparatı tərəfindən Gənclər və İdman Nazirliyi ilə birgə onlayn formada “Gənclərin hüquqları” adlı silsilə maarifləndirmə tədbirləri keçirilir. Bununla əlaqədar 16 iyun 2020-ci il tarixdə Ombudsman Aparatının, Laçın, Füzuli, Ağdam, Tərtər, Xocalı, Şuşa, Xocavənd, Kəlbəcər, Cəbrayıl və Zəngilan rayonlarının Gənclər və İdman idarələri ilə birlikdə "Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli sahəsində görülən işlər və qarşıda duran vəzifələr" mövzusunda onlayn formatda konfrans keçirilmişdir.Onlayn konfrans Laçın Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə baş tutmuşdur.
Konfransda Ombudsman Aparatının Qaçqınların, məcburi köçkünlərin və miqrantların hüquqlarının müdafiəsi sektorunun müdiri Turan Cahangirova, Ombudsman Aparatının şöbə müdirinin müavini - Beynəlxalq əlaqələr sektorunun müdiri Zaur Vəliməmmədli, Ombudsman Aparatının Hüquqi maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov, “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini, ADA Universitetinin professoru Gülməmməd Məmmədov, Xocavənd Rayon Gənclər və İdman idarəsinin rəisi Aslan Quliyev, Xocali rayon Məşğulluq mərkəzinin mütəxəssisi Sübhan Hüseynov mövzu ətrafında çıxış etmişdilər.
Paylaşın:

XOCALILAR ÜÇÜN MİLLİ QURTULUŞ GÜNÜNÜN ANLAMI

        
       Mən Xocalı gənciyəm. Bəşər tarixində ən dəhşətli soyqırımlardan birinə məruz qalan Xocalı rayon sakiniyəm. 6 yaşım olarkən öz doğma torpağımdan didərgin düşmüşəm. Etiraf edirəm ki, həmin vaxtlar olub-bitən bir çox hadisənin fərqinə yaxşı varmamışam. Amma indi bilirəm ki, doğulduğum torpaq düşmən tapdağı altındadır. Atamla tez-tez dədə-baba torpağından söhbət açırıq. O, mənə hər söhbətdə müstəqilliyimizi ikinci dəfə əldə etdikdən sonra ölkəmizdə baş verən hərcmərclikdən, torpaqlarımızın işğalının başvermə səbəblərindən danışır. Milli Qurtuluş Gününün ildönümündə televiziyalarda dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərinə aid verilişlərə atamla birlikdə baxdıq. O zaman ölkəmizdəki xousu, siyasi çəkişməni diqqətlə dinlədim, bir daha Ulu öndərin dühasına nəzər yetirdim. Əlbəttə, Heydər Əliyev məktəbi ən böyük vətənpərvərlik, azərbaycançılıq məktəbidir. Bu məktəblə hər Azərbaycan gənci tanış olmalıdır. 
        “Xocalının səsi” qəzetinin redaktoru kimi ümumrayon tədbirlərində iştirak edirəm, cəmiyyət arasında oluram. Rayon sakinlərinin Heydər Əliyevə olan dərin ehtiram və məhəbbətini görürəm. Xocalıların Ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə qayıtmasına olan münasibətini və  Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevə olan inamını həm ümumilikdə, həm də ayrı-ayrı ziyalılarından öyrənirəm. Xocalılar daim dövlətə və dövlətçiliyə sadəqətlidirlər, hər zaman  milli və dövlət maraqlarını müdafiə edirlər. O vaxtkı səriştəsiz rəhbərlərin xalqımıza heç bir faydasının olmadığını xocalılar Xocalı soyqırımından əvvəl də duyurdular. Xalqımızın ağır bəlalardan xilas yolunu Ulu öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıtmasında görürdülər. Bu fikrə nümunə olaraq bildirirəm ki, 1991-ci il sentyabr ayının 30-da Xocalı Ərazi Partiya Komitəsinin birinci katibi və Xocalı Ərazi Dövlət Komitəsinin sədri vəzifələrini icra edən Elman Məmmədov Naxçıvana  gedərək Ulu öndər Heydər Əliyevlə görüşmüşdür.  Həmin zaman iqtidarın Heydər Əliyevə olan münasibəti məlum idi. Elman Məmmədov o cəsarəti, qətiyyəti göstərərək, müdrik insanın, dövlətçi insanın, Azərbaycan xalqının ağsaqqalının görüşünə getmişdir. Naxçıvanın Ali Məclisinin növbədənkənar sessiyasında çıxış etmiş və Ulu öndərimizin dövləti, Vətəni qorumaq, şücaət göstərmək haqqında tövsiyələrini dinləmiş, məsləhətlərinə qulaq asmışdır.
        Xocalı rayon sakini Şükür Bəşirov 1988-ci ilin oktyabr ayının 20-də işinin bərpası üçün Moskvaya getmişdir. Moskvada Respublikamızın daimi nümayəndəliyində ilk dəfə Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsi təklifini vermişdir. Ona indiki vəziyyətdə bu təşəbbüsə maneə yaradacaq qüvvələrin olduğu bildirilib. Bu tarixi fakt  “Pravda”, “İzvestiya”,  “Komsomolskaya Pravda” qəzetlərində və digər kütləvi informasiya vasitələrində nəşr olunmuşdur. 
        Şükür Bəşirov Xocalı faciəsindən sonra - mart ayının 2-də Ağdam şəhərində Xalq Cəbhəsi binasının qarşısında böyük mitinq təşkil olunan zaman Azərbaycanın ən ağır günlərində xalqımızın xilaskar oğlu, Ümummilli lider Heydər Əliyevin böyük cəsarətlə hakimiyyətə qayıtmağının vacibliyini bildirmişdir. Mitinqdə çıxış edən Şükür müəllim qətiyyətlə “Azərbaycanı bu bəladan ancaq Heydər Əliyev qurtara bilər. Əgər Azərbaycan xalqı özündə iradə tapıb Heydər Əliyevi hakimiyyətə gətirməsə, Laçın və Şuşa işğal olunacaq” şüarlarını səsləndirib. Şükür müəllim bu sözləri Azərbaycanda hərcmərcliyin baş alıb getdiyini, səriştəsiz rəhbərlərin ucbatından dövlətin məhv olmaq üzrə olduğunu görərək söyləmişdir. 
        Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Şükür Bəşirovun çıxışlarına baxmış və Teleradio Şirkətinin sədri Nizami Xudiyevə Şükür müəllimlə görüşün təşkili üçün tapşırıq vermişdir. Azərbaycan xalqının dahi şəxsiyyəti Şükür müəllimin mövcud şəraitdə cəsarətli çıxışını yüksək dəyərləndirmişdir. Heydər Əliyev Şükür Bəşirovu Azərbaycan xalqının əsl qəhrəmanı adlandırmışdır.
         Belə nəticəyə gəlmək olar ki, aylarla mühasirədə qalaraq laqeyd və səriştəsiz hakimiyyətdən kömək görməyən, XX əsrin ən dəhşətli soyıqırımını yaşamış xocalılar üçün Milli Qurtuluş Günü böyük mənəvi təskinlik və gələcəyə inamdır.
        Xocalı soyqırımından sonra səriştəsiz hakimiyyət soyqırımının nəticələrini gizlətməyə çalışmışdır. Buna misal olaraq “Xocalının səsi” qəzetinin redaktoru mərhum Sərdar Mehdiyevin Ağdamda qəzetin bir nüsxəsini Müdafiə naziri vəzifəsi səlahiyyətlərini müvəqqəti icra edən, Baş Qərargah rəisi Şahin Musayevə göndərməsi zamanı başına gələn hadisəni qeyd etmək olar. O, qapının arxasında gözləyərək Şahin Musayevin Xocalı soyqırımına olan münasibətini öyrənmək istəyib. Şahin Musayev qəzeti oxuduqdan sonra redaktoru içəri çağırtdıraraq, ona qışqıra-qışqıra niyə yüzlərlə adam qırılıb yazmısan, orada cəmi 2 nəfər adam ölüb deyibdir. Silahına əl atıb kişini güllələmək istəyib. 
        Ulu öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Azərbaycan respublikasının Milli Məclisi “Xocalı Soyqırımı Günü haqqında”  qərar qəbul etmiş, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq, beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırmışdır. 1995-ci ildə soyqırımının ildönümü ərəfəsində Heydər Əliyev xocalıları qəbul edərək onları diqqətlə dinlədi, bir çox müəmmalı məsələlərə aydınlıq gətirdi. Xocalının müdafiəsində qəhrəmanlıq göstərmiş döyüşçülərə fəxri adlar verildi. 
         Xocalıların sosial qayğılarına dövlətimiz tərəfindən daim diqqət göstərilir. Rayon sakinlərinin 50 faizdən çoxu yeni mənzillərlə təmin olunublar. Goranboy rayonu və Gəncə şəhərində ümumilikdə əsasən xocalılar üçün salınmış 6 qəsəbə tikilmişdir. Ən vacib olan isə rayon sakinlərində Xocalıya qayıtmaq ümidinin artmasıdır. Çünki zaman keçdikcə hər vətəndaş inkişaf edən Azərbaycan, güclü ordu və iqtidarla həmrəy olan xalq görürük. Məhz bu inamımız və birliyimiz nəticəsində Böyük qələbəmizə və “Böyük qayıdışa” nail olacağıq. 
        Hələlik isə xalqımızı daha bir sınaq gözləyir. Dünyanı bürüyən koronavirus pandemiyası Odlar yurduna da qədəm qoyub. Amma onun gözəgörünməz qədəmlərinin qırılacağına əminik. Dövlət başçısının qabaqlayıcı tədbirləri nəticəsində, xalqımızın həmrəyliyi və iradəsi ilə xalqımızın bu bəladan az itkilərlə qurtulacağına inanırıq. 
Qalib Quliyev,
“Xocalının səsi” qəzetinin redaktoru,
Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının 
İdarə Heyətinin üzvü,




Paylaşın:

Milli Qurtuluş Günü ilə Azərbaycanın dövlətçiliyini və müstəqilliyini qoruyub saxlamaq mümkün oldu

        1991-ci il oktyabr ayının 18-də Azərbaycan öz dövlət müstəqilliyini əldə etsədə 1993-cü ildə Azərbaycanın dövlət müstəqilliyi təhlükə qarşısında qaldı. Hakimiyyətə gələnlərin kamil dövlət adamları olmadıqlarını görən xarici və daxili düşmən qüvvələr Azərbaycanı bir neçə yerə parçalanma həddinə gətirdilər. Xalqın müqəddəs arzuları, ümidləri puça çıxdı, ölkədə vətəndaş itaətsizliyi, vətəndaş qarşıdurması yarandı.

        1993-cü ilin iyununda Gəncədə hərbi qiyam baş verdi. 709 saylı hərbi hissə Müdafiə Nazirliyinə tabe olmaqdan imtina etdi. Bir tərəfdən Ə.Hümbətov cənub bölgəsində silahlı qüvvələrə söykənərək, “Talış-Muğan Respublikası” yaratmağa çalışırdı. Digər tərəfdən isə Surət Hüseynovun başçılıq etdiyi hərbi qüvvələr qanuni hakimiyyətə qarşı qiyam qaldıraraq dövlət çevrilişi etmək istəyirdilər. Belə bir vəziyyətdə xalq yeganə ümidini Ulu Öndər Heydər Əliyevə bağladı. Heydər Əliyev 1993-cü il iyunun 9-da hökümətin onun ardınca göndərdiyi təyyarə ilə Bakıya gəldi. Xalq öz xilaskarını sevinclə qarşıladı.
Bu dövrdə Azərbaycanın talehi sanki Gəncədə həll edilirdi. Vətəndaş müharibəsi təhlükəsini aradan qaldırmaq üçün Heydər Əliyev iyunun 13-14-də Gəncədə oldu. Gəncə əhalisinin “Heydər baba, qurtar xalqı bu bəladan” şüarları ilə küçələrə çıxması sanki haqqın, ədalətin kömək diləyən səsi idi.
        Heydər Əliyev Azərbaycanı qardaş qırğınından qurtarmaq üçün düşünülmüş siyasi manevr edərək, hərbi müxalifəti zərərsizləşdirməyə nail oldu.

        1993-cü il iyunun 15-də Heydər Əliyev Ali Sovetin Sədri seçildi. Həmin gün tarixə “Milli Qurtuluş Günü” kimi daxil oldu. Vətəndaş müharibəsinin qarşısı alındı. Eyni zamanda zorakı yolla hakimiyyəti dəyişmək ənənəsinə birdəfəlik son qoyuldu. Azərbaycanın dövlətçiliyini və müstəqilliyini qoruyub saxlamaq mümkün oldu.

        Bu gün də dövlət müstəqilliyimiz ölkə prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. İqtisadiyyatımızın inkişafı, ordumuzun güclənməsi, ölkənin beynəlxalq nüfuzunun artması, Azərbaycanın milli təhlükəsizliyinin təmin olunması İlham Əliyevin siyasətinin əsas istiqamətidir. Biz inanırıq ki, Azərbaycanın dövlət müstəqilliyi Ulu Öndər Heydər Əliyevin dediyi kimi daimi, əbədi və sarsılmaz olacaqdır.

Akif  RÜSTƏMOV,
Xocalı rayon ziyalısı

Paylaşın:

Milli Qurtuluş Günü - var olmamızın başlanğıcıdır

         "Kəssə hər kim tökülən qan izini,     
          Qurtaran dahi odur yer üzünü..."     
          Böyük Cavidin bu misralarıdakı fikri 15 iyun 1993-cü ildə öz təsdiqini tapdı. 1993-cü ilin aprel may aylarında Azərbaycanda yaranmış hakimiyyət böhranı artıq özünün kuliminasiya nöqtəsinə çatmışdı. Ölkədə yaranmış hakimiyyət boşluğundan istifadə edən ayrı-ayrı qüvvələr öz ətraflarına müəyyən silahlı birləşmələr toplayaraq özlərinin şəxsi ambisiyalarından çıxış edərək ölkəni vətəndaş müharibəsi həddinə gətirib çıxarmışdılar. Azərbaycanı idarə edənlər isə həmin separatçı qüvvələri durdurmaq iqtidarında deyildilər. Bir tərəfdə hakimiyyət iddiasında olan Surət Hüseynov, o biri tərəfdə ölkəni parçalamağa fürsət axtaran, Azərbaycan ərazisində Talış muğan respublikası yaratmaq xülyası ilə yaşayan separatçı Əlikram Hümbətov, digər tərəfdə isə ölkəni xaosa sürükləmiş səriştəsiz cəbhə hakimiyyəti respublikada çıxılmaz vəziyyət yaratmışdı.Xüsusilə Azərbaycan hakimiyyətini tanımayan, onunla danışıq aparmaq üçün Gəncəyə gələn  hakimiyyət nümayəndələrini girov götürən Surət Hüseynovun attdığı qanuna zidd addımlar ölkəni müqəddəratını daha da təhlükəli həddə çatdırmışdı. Bu məqamda Azərbaycanı dağılmaq təhlükəsindən yalnız dövlətçilik təcrübəsi və səriştəsi olan, müdrik bir siyasətçi qurtara bilərdi. Həmin Dahi insan məhz Ulu Öndər Heydər Əliyev idi. Azərbaycan xalqı öz nicatını bu böyük şəxsiyyətdə görərək onu Bakıya dəvət etdi. Hər zaman qəlbi öz xalqı ilə döyünən, onun yolunda canını qurban verməyə hazır olan Heydər Əliyev vəziyyətin həddindən artıq kritik olmasna baxmayaraq xalqın bu dəvətini qəbul etdi. Qısa zaman kəsiyində məhz bu müdrik insanın gərgin əməyinin nəticəsində ölkəmiz dağılmaq təhlükəsindən qurtuldu.
        Ümummilli Lider Heydər Əliyev deyirdi: "Müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq həddindən artıq çətindir." Tarix Ulu Öndərin bu fikrinin nə qədər doğru olduğunu dəfələrlə sübut etmişdir. Məhz Ümummilli Lider Heydər Əliyevin müdrik siyasətinin nəticəsidir ki, Azərbaycan artıq 29 ildir  özünün müstəqillik ömrünü yaşayır və bu ağır pandemiya dövründə də bəşəriyyəti təhdid edən koronavirusa qarşı mübarizədə də dünya dövlətləri üçün nümunədir. Bəli, Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycanın memarıdır.                   
             Eldəniz MƏHƏRRƏMOV,
Xocalı rayon ziyalısı
Paylaşın:

Ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir


   1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu.Milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin etdi. Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd olunur.
   Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi və bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi. Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. AXC-Müsavat hakimiyyəti isə təbii ki, Heydər Əliyevin uğurlarını qısqanclıqla qarşılayıb ona mane olmağa çalışdı. Vəziyyətdən səbirlə çıxan Prezident Heydər Əliyev televiziya vasitəsilə xalqa müraciət etdi. İyunun 20-də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə yerli və xarici jurnalistlər üçün brifinq keçirdi. İyunun 21-də isə bir sıra ölkələrin diplomatları ilə görüşdü. Bu sahədə yürüdülən siyasət respublikanı informasiya blokadasından çıxardı. Dünyada ölkəmizlə bağlı formalaşan fikir müsbət yönümdə dəyişdi. Məhz belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, karizması, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi, Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı.
    Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır.
     Bu günlərdə bütün dünya, o cümlədən Azərbaycan dövləti və vətəndaşı da Covid – 19 epidemiyasına qarşı mübarizə aparır. Ulu Öndərimizin layiqli davamçısı olan Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının apardığı hər tərəfli və doğru siyasət nəticəsində xalqımız bu çətin günlərdən də qurtulacaq və firavan günlərə qovuşacaq. Təsadüfi deyildir ki, bir zamanlar, yəni 1993-cü ilin iyun ayının bu günlərində Ulu Öndərin rəhbərliyi altında birləşən xalqımız necəki yox olmaq təhlükəsindən qurtardı, bax eləcə bu günlərdə də xalqımız dövlətimizin və Möhtərəm Prezidentimizin tapşırıqlarına lazımınca əməl edərək, yumruq kimi birləşərək bu imtahandan da üzüağ çıxmağı və daha az itkilərlə buna nail olmağı bacaracaq. Ulu tanrı Prezidentimizi , dövlətimizi və xalqımızı bütün bəlalardan qorusun! Milli Qurtuluş Günümüz mübarək!
       
          Məqaləni hazırladı: Ramin Məhərrəmov,
Xocalı rayon Yaloba kənd tam orta məktəbinin tədris işləri üzrə direktor müavini
Paylaşın:

Azərbaycan cəmiyyəti pandemiyaya qarşı mübarizədə əsasən qayda və qanunlara əməl edir, sağlamlıqlarını qoruyur

Müasir dövrdə bir çox yeniliklər, ağıla sığmaz kəşflər olsa da insanların qarşılaşdığı bir çox problemlər də vardır. Belə qlobal problemlərdən biri də yayılan xəstəliklərdir.Əsrlər boyu insanlar bir çox xəstəliklərin qurbanı olmuş və bu xəstəliklərə qarşı mübarizə aparmışlar. Bu gün bütün dünyanın mübarizə apardığı Covid-19 adlanan gözəgörünməz bir düşmən var. Ölkə başçımız Cənab İlham Əliyev pandemiya hələ ölkəmizin sərhədlərindən uzaqda ikən mübarizəyə başlamaq haqqında qərarlar qəbul etmişdir. Yanvar ayından başlayaraq ölkə ərazisinə daxil olan şəxslərin səhhətinin yoxlanılaraq ölkəyə daxil olmasına icazə verilməsi yerində atılan addımlardan biri idi. Cənab Prezidentimiz “Biz birlikdə güclüyük” şüarı ilə xalqına müraciət edərək xalqda pandemiyaya qarşı mübarizədə motivasiya yaratdı. 
İzolasiya tədbirləri mərhələli şəkildə həyata keçirildi. Elə buna görə də insanlar görülən preventiv tədbirlərə daha tez adaptasiya ola bildi.
          Prezidentimiz pandemiyadan minimum zərərlə çıxmaq üçün ən optimal qərarları qəbul etdi. İlk öncə yaşlıların qayğısına qalaraq yaşı 65-dən yuxarı vətəndaşların çölə çıxmasını qadağan etdi. Bununla belə Cənab Prezident yaşlılardan diqqət və qayğısını əsirgəmədi. Yalnız yaşayan yaşlılara kömək etmək üçün sosial xidmətçilər fəaliyyətə başladılar.
        Covid-19 ilə mübarizəyə dəstək fondu yaradıldı. Bu fonda ilk öncə Cənab Prezidentimiz bir illik maaşını bağışladı və bu da böyükdən kiçiyə hər kəsə ruh yüksəkliyi verdi. Kimin nəyə gücü çatır, bir manat belə fonda yardım göndərənlər oldu. Səhiyyə sahəsinə diqqət artırıldı. Bakıda müasir dövrün tələblərinə cavab verən ən son texnoloji tibbi avadanlıqlarla təchiz edilmiş böyük bir xəstəxana açılaraq koronavirus xəstələrinin sağaldılması üçün istifadəyə verildi. Bununla belə Prezidentimiz ən pis hallara hazırlıqlı olmaq üçün modul tipli xəstəxanaların tikilməsini əmr etdi. Dünya təcrübəsi göstərir ki, test nə qədər çox aparılarsa qabaqlayıcı tədbirlər o qədər çox işə yarayar. Məhz ölkəmiz Qafqazda ən çox test aparan ölkələrin birincisidir. Sağalan xəstə sayının da 2000-i keçməsi səhiyyəmizin necə inkişaf etdiyinin bariz nümunəsidir. Pandemiya dövründə biz müəllimlərin, daim ayıq-sayıq olan polislərin və ən əsası qarşılarında hər birimizin baş əyməli olduğumuz həkimləri çiyinlərinə böyük məsuliyyət düşür. Uzaqgörən, dəyərli Prezidentimiz həkimlərimizin əziyyətini dəyərləndirərək maaşlarını bir neçə qat artırmışdır.
          Dünya nəhənglərinin-ABŞ, İtaliaya, Fransa, Almaniya, İspaniya kimi dövlətlərin qarşısında aciz qaldığı bu bəla ilə mübarizədə Azərbaycan ölkə başçımızın qəbul etdiyi doğru qərarlar ilə düzgün yolda irəliyə gedir. Biz hamımız inanırıq ki, İlham Əliyev Cənablarının qəbul etdiyi düzgün qərarlar və xalqımızın iradəsi sayəsində Covid-19 düşməni ilə mübarizədə minimum zərərlə qalib gələcəyik.
        Məlumdur ki, karantin rejimi ilə bir çox müəssisələr fəaliyyətini dayandırdı və bir çox vətəndaşlarımız müvəqqəti də olsa işsiz qaldılar. Dəyərli Prezidentimiz o vətəndaşlaırını da unutmadı. Zərər çəkmiş sahibkarlara yardım etdi, imkansız ailələrə 190 manat dəyərində müavinət təyin etdi. Xarici ölkə prezidentləri də bizim dözlətimizin koronavirus ilə mübarizəsini çox yaxşı qiymətləndirir. Hələ bir neçə gün əvvəl ABŞ prezidenti Donald Tramp Azərbaycanı koronavirusla mübarizəyə görə “böyük  dövlət” adlandırıb. Dünya Səhiyyə Təşkilatı da Azərbaycan Prezidetinin atdığı addımları müsbət qiymətləndirir.   
         Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 9 iyun 2020-ci il tarixində Bakı, Sumqayıt və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan üç modul tipli xəstəxananın açılışı oldu. Dövlət başçısının açılışda səsləndiyi fikirlər bizim üçün bütün sosial dəstəklərlə yanaşı, mənəvi dəstəkdir. Cənab Prezident vuğuladı ki, Azərbaycan vətəndaşları koronavirus pandemiyası ilə bağlı bizim bütün addımlarımızı dəstəkləyirlər. Halbuki aydın məsələdir ki, pandemiya insanların normal həyat tərzinə təsir edib, mənfi təsir edib. İnsanlar öyrəşdikləri həyat tərzindən müəyyən dərəcədə uzaqlaşıblar. Məhdudiyyətlər var, eyni zamanda, artıq yeni məhdudiyyətlər də ortaya qoyulur. Ancaq Azərbaycan vətəndaşları bilirlər ki, bu məhdudiyyətlərin əsas səbəbi insanları qorumaqdır.
         Koronavirus pandemiyasının bütün dünyanı bürüdüyü bir vaxtda Azərbaycan Prezidentinin şəxsi təşəbbüsü ilə Türk Şurasının və Qoşulmama Hərəkatının fövqəladə Zirvə Görüşləri keçirildi. Pandemiya dövründə baş tutmuş bu məsləhətləşmələr Azərbaycan dövlətinin beynəlxalq həmrəyliyi gücləndirilməsi istiqamətində atdığı önəmli addım idi. Bununla yanaşı, ehtiyacı olan və bizə müraciət edən 14 ölkəyə fərdi yardımlar göstərildi. Eyni zamanda, biz Ümumdünya Səhiyyə Təşkilatı xətti ilə əlavə 15 ölkəyə humanitar yardım göstərilir. Ümumdünya Səhiyyə Təşkilatına Azərbaycan fərdi qaydada iki dəfə ianə veribdir və beləliklə, Azərbaycan beynəlxalq təşkilat vasitəsilə 29 ölkəyə humanitar yardım göstərib
        Artıq ölkəmiz mərhələli şəkildə karantindən çıxma dövrünü yaşayır. Bir çox iş yerləri açılmağa başlayır. Biz unutmamalıyıq ki, bu gözəgörünməz düşmən hələ də məhv olmayıb. Əvvəlki kimi normal həyatımıza qayıda bilmərik. Bütün göstərişlərə əməl etməli, dezinfeksiya və şəxsi gigiyena qaydalarına əməl etməliyik. Məcbur olmadıqca evimizi tərk etməməliyik. Mən qeydsiz-şərtsiz inanıram ki, möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin güclü siyasəti nəticəsində biz bu bəlaya qalib gələcəyik və bu qalibiyyət uzaq deyil.
Xudayar QULİYEV,

Xocalı Rayon Yaloba kənd tam orta məktəbin

                                                            riyaziyyat müəllimi    

Paylaşın:

QƏLƏBƏMİZ SAĞLAMLIĞIMIZ, BİRLİYİMİZDƏDİR !

        2019-cu ilin sonunda Çin Xalq Respublikasının Uhan şəhərində adi bir virus kimi yayılaraq  bütün dünyanı bürüyərək pandemiyaya səbəb olan COVİD-19 təəssüf ki, hələ də davam etməkdədir. 2020-ci ilin fevral ayından qonşu dövlətlərlə bərabər Azərbaycanda da yayılan yeni növ korona virusa qarşı Cənab Prezidentimiz operativ qərar qəbul ederek lazımı tədbirlər görülməsi haqqında Sərəncam imzaladı. Əhalinin tibbi maarifləndirilməsi üçün televiziya və media qurumlarına xüsusi göstərişlər verildi, ölkənin giriş-çıxış sərhədləri bağlanaraq, nəzarət gücləndirildi. Dünyada vəziyyətin getdikcə kəskinləşməsinə səbəb olan pandemiyadan az zərərlə çıxılması üçün Cənab Prezidentin tapşırığı ilə ölkədə karantin rejimi elan edildi, Operativ Qərargah yaradıldı, bütün təhsil müəssisələri, ictimai iaşə obyektləri , istehsalat müəssisələrin fəaliyyəti dayandırıldı. Nazirlər kabineti yanında yaradılan operativ qərərgah gün ərzində bütün media işçilərinə və canlı olaraq televizya və internet portalı üzərindən izləyicilərə məlumatlar verərək lazimi tövsiyələrini verirlər. Cənab Prezidentin tapşırığına əsasən, İcbari Tibbi Sğorta Üzrə Dövlət Agentliyi, TƏBİB, DİN və o cümlədən bütün nazirliklərin, idarə müəsssisələrin səlahiyyətli nümayəndələri lazimi tövsiyə və məlumatlarını əhaliyə çatdırırlar.
         Cənab Prezidentimiz İlham Əliyevin xüsusi diqqət və qayğısının nəticəsidir ki, statistik göstəricilərə virusun daha geniş yayılmasının qarşısı alınır, ölkə əhalisinin aztəminatlı təbəqəsinin maddi rifahını yaxşılaşdırması üçün işsizlərə 190 manat vəsaitin ayrılması yüksək alqışa layiq haldır. Əhali sayının nisbətinə görə dünya dövlətləri arasında istər profilaktik tədbirlərə,  istərsə də korona virus xəstəliyinə yoluxanların müayinəsi, müalicəsi və immoblizasiyası hətta plüm sayının  az olmasına görə birinci yerlərdə qərarlaşan ölkəmiz bəzi dövlətlərə nümunə olaraq öz praktikasını və yardımını əsirgəmir. Cənab Prezidentimiz tərəfindən ölkəmizdə aparılan sosialyönlü islahatlarla bərabər, kadr islahatları pandemiya dövründə öz yüksək nəticəsini verdi. Belə ki, neft sektoru ilə bərabər, qeyri neft sektorlarına, o cümlədən kənd təssərüfatına göstərilən diqqət və qayğının nəticəsidir ki, ölkə əhalisi karantin dövründə fəal əməklə məşğul olmasalar da belə heç bir maddi sıxıntı çəkməyib. Savadlı, layiqli gənc kadrların vəzifələrə təyinatı dövlət başçısı tərəfindən düzdün strategiya ilə aparılmasının nəticəsidir ki, dünyanın düçar olduğu bu bəla zamanı potensial enerjili kadrların gərgin işi nəticəsində ölkəmizin istər siyasi istərsədə maddi durumunda heçbir problem yaşanmadı.
        Minlərlə şəhidimizin və qazilərimizin qanı bahasına qazanmış olduğumuz müstəqilliyimizin qorunub saxlanılması üçün Cənab Prezidentimizin yorulmadan apardığı uğurlu  daxili və xarici siyasətə dəstək vermək ölkəmizin hər bir vətəndaşının müqəddəs vəzifəsi və mənəvi borcudur.
        Pandemiya ilə əlaqədar verilən tapşırıqlara uyğun olaraq ölkə ərazisində olan bütün tibb müəssisələri nəzarətə götürülüb hazırlıq vəziyyətinə gətirildi. Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birillik əmək haqqlarının koronavirusla bağlı fonda ianə etmələri ölkəmizdə olan imkanlı şəxslərin, sahibkarların, iş adamlarının və sadə vətəndaşların da bu addımı atmasına vəsilə oldu. Cənab Prezidentin tapşırığına uğun olaraq ÜST-ə  və ölkədəki vəziyyətin idarə edilməsi üçün maddi vəsait ayrıldı, doqquz modul tipli və hər biri 200 çarpayı olan xəstəxana tikilməsi üçün sərəncam verildi. Bakı şəhərində Yeni Tibb Mərkəzini, Goranboy və Qazax Xəstəxanalarının yeni tikilmiş binalarının açılışını ederək, koronavirusla bağlı karantin xəstəxanası elan etdi.
Nazirlər Kabineti yanında yaranmış operativ qərargahın və TƏBİB-in göstərişinə uyğun olaraq 14 mart 2020-ci il tarixdə respublikanın bütün səhiyyə müəssisələrində gücləndirilmiş iş rejimi həyata keçirildi. TƏBİB-in idarə heyətinin  sədri Ramin Bayramlının  tapşırıq və qərarlarının operativ icra edilməsi üçün bütün səhiyyə idarələri mərkəzi sistemə qoşularaq verilən tapşırıqları anında yerinə yetirilməyə nail oldular.
        Cənab Prezidentin tapşırığına uyğun olaraq ixtisaslaşdırılmış tibb müəssələrində süni tənəffüs aparatları işlək vəziyyətə gətirilərək, çatışmayan müəssisələrə verilməsi üçün  200-dən çox süni tənəffüs aparatı ölkəyə gətirildi. Məhz bu operativ qərarların nəticəsi olaraq, tibb işçilərinin yüksək səyi nəticəsində, hüquq mühafizə orqanlarının yaxından köməyi və ölkə əhalisinin” Evdə qal” çağırışına yaxından dəstəyi nəticəsində pandemiya məruz qalmış  212 dövlət arasında dövlətimiz uğurla işləri davam etdirirək görtəriciləri müsbətə doğru gedir.
Xocalı Rayon Mərkəzi Xəstəxanasının Publik Hüquqi Şəxsi TƏBİB-in bir qurumu olaraq verilən tapşırıqları yerinə yetirilməsi və əhalinin tibbi maarifləndirilməsi, tibbi müayinənin aparılması, risk qrupuna daxil olan şübhəli şəxslərdən Nazofaringal laborator analizlərin götürülməsi üçün bütün heyəti ilə çalışır. 14 mart 2020-ci il tarixdən gücləndirilmiş iş rejiminə və verilən tapşırıqlara uyğun olaraq əhalinin yerlərdə müayinəsi, baş verə biləcək fəsadların vaxtında qarşısının alınması,  şübhəli şəxslərin laborator müayinə olunaraq ixtisaslaşdırılmış xəstəxanaya təxliyə edilməsi üçün sahə tibb həkimi və sahə tibb bacıları cəlb olunmuşdur. Bir həftə müddətində 8 minə yaxın rayon vətəndaşı tibbi müayinədən keçrildi və hal-hazırda müayinələr onlayn sistemlə davam etdirilir. 300 nəfərdən artıq  şəxsdən nazofaringal laborator analiz götrülərək Şəmkir, Gəncə, İmişli laboratoriyalarına göndərilmişdir.
Sevindirici haldır ki, müayinə olunanlar və laborator analizlər götrülənlər arasında koronavirusla bağlı yoluxma və ölüm halı aşkar edilməmişdir.
        Operativ Qərərgah tərəfindən verilən gündəlik tapşırıqlar direktor tərəfindən nəzarətə götürülür, tibb işçilərinə lazımı tapşırıqlar və məsləhətlər verilir. Karantin dövründə xəstəxanaya müraciət etmiş xəstələr tərəfimizdən müayinə və müalicəsi mümkün olmadıqda zərurət tələb edilən hallarda  Bakı və Gəncə şəhərlərinə ixtisaslaşdırılmış xəstəxanalara göndərilmişdir.
          26 aprel 2020-ci il tarixli “Azərbaycan”  və “Xocalının səsi” qəzetlərində kollektivimizin gördüyü işlər və qarşıda duran vəzifələr barəsində  geniş məqalə dərc edilmişdir.
        Məskunlaşdığımız Aşağı Ağcakənd və ətraf  qəsəbələrin,  o cümlədən Gəncə şəhər Bayan küçəsində əhalimizin məskunlaşdığı yataqxanaların, Yeni qəsəbə -2-nin və Goranboy Yeni yaşayış massivinin dəfələrlə dezinfeksiya edilməsində təhkim edilmiş tibb işçiləri yaxından iştirak ediblər.
        Dünyanı ağuşuna almış pandemiyadan vətəndaşlarımızın qorunması, sağlamlığının keşiyində durulması, tibbi müayinələrin vaxtlı-vaxtında aparılması, risk altında olan və şübhəli şəxslərin laborator müayinələrə cəlb edilməsində bir kollektiv olaraq hərkəs öz məsuliyyətini dərk edib üzərinə düşən vəzifəsini yerinə yetirməyə çalışır.
        Dövlətimizin müstəqilliyinin qorunub saxlanılması üçün sağlam ruhlu və sağlam əqidəli vətəndaşların yetişməsi üçün sağlam düşüncə lazımdır ki,bu da biz tibb işçilərinin əhalinin sağlamlığının keşiyində durmağımızdan asılıdır.
Aqil MƏMMƏDOV,
“Tərəqqi “ ,Cümhuriyyət 100 Medal Mükafatçısı
“Xocalı RMX-sı” PHŞ-nin direktoru


Paylaşın:

Azərbaycanı istəməyən qüvvələrə ən böyük zərbə həmrəyliyimizdir

        Xocalı soyqırımını törətməklə erməni faşizmi öz murdar xislətini bütün dünyaya bəyan etdi. İşğal edilmiş torpaqlarımızın sərvətlərini talan edən mənfur qonşular vandalizm əməllərindən də əl çəkmirlər. Qədim abidələrimizi məhv etməklə yanaşı, özününküləşdirməyə çalışırlar, toponim adlarını dəyişdirirlər. Təəsüf ki, ermənilərin bütün cinayətkar əməllərinə beynəlxalq təşkilatlar tərəfindən layiqli cəza verilmir. Bu işğalçı dövlətin yürütdüyü təcavüzkarlıq siyasəti dünya ictimaiyyətinin gözü qarşısında baş verir.
Azərbaycan dövləti və xalqı Qarabağın işğalı ilə heç bir zaman barışmayacaqdır. Dövlətimiz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə üstünlük versə də, mənfur düşmənlər danışıq proseslərindən qaçır, mövcud status-kvonu saxlamaq istəyirlər. Ermənistan hakimiyyəti danışıqlar prosesinin intensiv hal aldığı vaxtlarda təxribat əməlləri törədərək ölkədəki siyasi-iqtisadi böhranı gizlədir və işğalçılıq siyasətini davam etdirir. Münaqişənin yeganə həlli yolu Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, Ermənistan qoşunlarının həmin ərazilərdən çıxarılması və məcburi köçkünlərin doğma yurdlarına qaytarılmasından başlayaraq mərhələli nizamlanmadır. Qeyri-konsturiktiv fəaliyyət göstərən işğalçı dövlət münaqişənin sülh yolu ilə həllinə zərbə vurur.
İşğal edilmiş rayonlarımızda yaradılmış qanunsuz rejim Azərbaycan Konstitusiyasına və beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan növbəti “seçki” şousunu təşkil etdilər. Seperatçıların “seçki tamaşası” beynəlxalq hüquqda Azərbaycan ərazisi kimi qəbul olunmuş ərazilərin əvvəlki hüquqi statusuna ziyan vurur. Prezident İlham Əliyev 2020-ci il iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı rayonun bir qrup idmançısı qarşısında çıxışı zamanı Qondarma Dağlıq Qarabağ xunta rejimində 31 martda keçirilən prezident və parlament, 14 apreldə keçirilən prezident (2-ci tur) seçkilərinə toxunaraq qeyd etdi ki, “Qondarma Dağlıq Qarabağda xunta rejiminin keçirdiyi saxta prezident və parlament seçkiləri bir şou və təlxəklər tamaşasıdır. Dünyanın heç bir dövləti illərdir keçirilən “məzhəkə oyununun” nəticələrini tanımayıb. Hətta Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vasitəçilik missiyası ilə çıxış edən ATƏT-in Minsk qrupu həmsədrləri – Amerika, Fransa, Rusiya qondarma xunta rejimində keçirilən seçkiləri və nəticələrini tanımadıqlarını bildiriblər. Avropa İttifaqı da eynilə seçkiləri tanımadığını bəyan edib. Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, digər təşkilatlar - bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri qınadı. Məsələyə təkcə Avropa Şurası münasibət bildirmədi və yuxarıda adları keçən dövlətlərin və beynəlxalq təşkilatların sırasına qoşulmadı. Avropa Şurasının susmağının səbəbi bəllidir. Çünki Avropa Şurası Parlament Assambleyasının əsas hədəflərindən biri Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Azərbaycanda “beşinci kolonu”, satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir.”
         Dövlət başçısı bu görüşdə ilk dəfə olaraq azərbaycanafobiya terminini işlətdi. Çıxışında vurğuladı ki, “mən deyəndə ki, Avropa Şurası tərəfindən Azərbaycan ilə əlaqədar qəbul edilmiş sənədlər mənim üçün bir kağız parçasından artıq deyil, bunu nəzərdə tuturdum. Bütün Azərbaycan ictimaiyyəti görüb ki, Avropa Şurası anti-Azərbaycan mövqedədir və bu təşkilatda anti-Azərbaycan meyilləri, azərbaycanafobiya hökm sürür və bizə ünvanlanmış bütün ittihamların təməlində məhz azərbaycanafobiyadır”.
Koronavirus pandemiyasının bütün dünyanı bürüdüyü bir vaxtda Azərbaycan Prezidentinin şəxsi təşəbbüsü ilə Türk Şurasının və Qoşulmama Hərəkatının fövqəladə Zirvə Görüşləri keçirildi. Türk Şurasının Virtual Zirvəsi mövzu üzrə dünya miqyasında, dövlət başçıları səviyyəsində ilk beynəlxalq məsləhətləşməydi. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq platformadır. Hər iki Virtual Zirvədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) başçısı da iştirak və çıxış etdi. Bütün bunlar Prezident İlham Əliyevin yüksək intellektinin və Azərbaycanın artan nüfuzunun göstəricidir.
Gündən-günə inkişaf edən, dünya arenasında söz sahibi olan Azərbaycanı gözügötürməyənlərin sayı artmaqdadır. Ölkə başçısının apardığı düzgün siyasət dövlətimizin və ordumuzun güclənməsinə, xalqımızın rifanın daha da artmasına səbəb olur. Avropanın enerji təhlükəsizliyində xüsusi rolu olan Azərbaycanın inkişafını istəməyən qüvvələr ölkəmizə qarşı qarayaxma kampaniyası təşkil edirlər.
Xalqımız ən çətin vaxtlarda Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtmasını təkidlə tələb etdi. Ulu öndərin dühası ilə dövlətimiz uğurlu inkişaf yoluna qədəm qoydu. Bu gün uğur estafeti etibarlı əllərdədir. Azərbaycan xalqı Prezident İlham Əliyevə böyük inam bəsləyir. Xalq iqtidar birliyi bizi qələbəyə aparır. Azərbaycanı istəməyən qüvvələrə ən böyük zərbə həmrəyliyimizdir. Azərbaycana qarşı olan qüvvələrin “azərbaycanafobiya”sı nə qədər artsa da həmrəyliyimiz olduğu təqdirdə bizi haqq yolundan döndərmək mümkün olmayacaq.  
                                                                                            Nadir RƏŞİDOV,
                  İşğaldan əvvəl Xocalı rayonununda müəllim işləmiş, təqaüddə olan dövlət qulluqçusu
Paylaşın:

Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkilər"ə Xocalı sakininin münasibəti


Paylaşın:

Dövlətimizin uğurlu gələcəyi, xalqımızın rifahı naminə vətəndaş həmrəyliyi göstərməliyik


          Heç şübhəsiz Koronavirus (COVİD-2019) infeksiyası pandemiya elan edilməmişdən əvvəl də, sonra da ölkəmizdə bu xəstəliyin fəsadlarının aradan qaldırılması istiqamətində qabaqlayıcı tədbirlər görülmüşdür. Görülən tədbirlərin məntiqi nəticəsi olaraq yoluxucu xəstəliyin ölkə ərazisində geniş yayılmasının qarşısı alınmışdır. Xalqımız üçün həlli vacib olan əsas problemlər iş yerlərinin saxlanılması, məvaciblərin ödənilməsi, aztəminatlı ailələrə köməklik göstərilməsi, sosial layihələrdən yararlanması və lazımi tibbi ləvazimatlardan istifadə etmək idi. Ölkə Prezidenti  öz çıxışlarında dəfələrlə qeyd etmişdirki, pandemiya ilə mübarizədə bizim qarşımızda duran ən əsas məqsəd insanların sağlamlığıdır. Bununla bərabər heç bir sosial layihənin təxirə salınmayacağını ölkə başçısı dəfələrlə diqqətə çatdırmışdır.
     Belə çətin vaxtlarda xalqımızın hər zaman həmrəy olması faktı problemləri asanlıqla həll etməyə şərait yaradır. Məhz Ölkə başçısının "Biz birlikdə güclüyük!" çağırışı Azərbaycan xalqının həmrəyliyini daha da artırır. Təbii ki, bu hal koronavirus pandemiyasından az itkilərlə qurtarmağımıza böyük mənəvi dəstəkdir.
     Lakin təəssüflər olsun ki, karantin qaydalarına əməl etməyən vətəndaşlarımız da var. Onlar bu təhlükənin artmasına səbəb olan qayda pozuntuları ilə nəin ki, özünün, ailəsinin, hətta minlərlə insanın sağlamlğına zərər yetirir, hətta insan itkilərinə səbəb olurlar. Artıq karantin rejimindən mərhələli çıxmaq üçün planlar həyata keçirilir. Həftəsonu qapanma yalnız həftənin 2 gününü əhatə edəcək. Ölkədə kifayət qədər ərzaq ehtiyatının olması, həmçinin maskaların və tibbi spirtin Azərbaycan Respublikasında istehsalının təşkili vətəndaşlarımızın narahat olmaması üçün əsasdır.
     Cənab Prezident İlham Əliyevin 03.06.2020-ci il tarixində Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən maskadan istifadə etməsi hər bir Azərbaycan vətəndaşı üçün nümunədir. Biz də görülən tədbirlərin düzgün icrası üçün bir vətəndaş kimi öz üzərimizə düşən məsuliyyəti dərk etməliyik. Belə ki, hər bir Azərbaycan vətəndaşı kimi biz də Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməklə dövlətimizin uğurlu gələcəyi, xalqımızın rifahı naminə vətəndaş həmrəyliyi göstərməliyik.
Validə QULİYEVA,
       Xocalı rayon səhiyyəsində uzun illər xidmət göstərən tibb əməkdaşı.
Paylaşın:

Ən çox oxunan

Blog Arşivi