Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Ali Baş Komandanın əmrinə müntəzirik!

                          

           12.07.2020-ci il tarixində hər zamankı kimi yenə də Ermənistan silahlı qüvvələri Tovuz isiqamətində döyüş bölgələrimizi ələ keçirmək məqsədilə təxribat törədərək artilleriya qurğularından atəşə başlamışdır. Əlbəttə, bu, bir təcavüz aktıdır. Müdafiə Nazirliyindən verilən məlumata görə, görülən tədbirlər nəticəsində düşmənə  zərbə endirilib və o, itki verərək geri otuzdurulub. Hazırda bu istiqamətdə döyüşlər gedir. Hər iki tərəfdə itki var. 
           Amma bu təxribatın arxasında düşmənin hansı çirkin niyyəti durur? Əlbəttə, Azərbaycanın dünyada artan nüfuzu, Prezident İlham Əliyevin beynəlxalq aləmdə güclü bir lider kimi tanınması, ölkəsini dünya səviyyəsində yüksəyə qaldırması və  bunun kimi digər müsbət irəliləyişlər  Ermənistanı qorxuya salmış və bu dövlət  hər bir vəchlə sülh prosesinə mane olmaq niyyətində olmuşdur.
          Düşmənə qarşı görülən sərt cəza tədbirləri nəticəsində iyulun 13-də Ermənistan silahlı qüvvələrinin atəş möqeləri,  hərbi avtomobil texnikası üçün saxlanc, tank, 20 nəfərdən çox şəxsi heyəti, qərargahı bölmələrimizin dəqiq atəşi ilə  darmadağın edilib. 
          Aprel döyüşlərindəki kimi həm əsgərlərimizdə, həm də Azərbaycan ictimaiyyətində böyük ruh yüksəkliyi nümayiş olunur. Döyüş gedən bölgələrə yaxın ərazilərdə sakinlər mətin dayanaraq Azərbaycan ordusunun göstərdiyi  sücayətlərdən qürur duyduqlarını, onlara arxalandıqlarını bildirirlər.
         Azərbaycanın mərd oğulları bir olub cəbhəyə getmək, döyüşmək, Azərbaycan əsgərinə dəstək olmaq üçün Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət xidmətinin şəhər və rayon bölmələrində qeydiyyat üçün müraciət edirlər. Bu, əsl vətənpərvərlik aktıdır, vətəndaşlıq simvoludur.  Hər bir kəsə bildirilmişdir ki, əlbəttə, lazım gələndə hər bir vətəndaş Vətənimizi qorumaq üçün düşmənlə mübarizəyə hər zaman hazır olmalıdır. Lakin hələlik buna heç bir ehtiyac yoxdur. Prezident İlham Əliyev dediyi kimi: “ Azərbaycanın güclü ordusu var.”  Və bu ordu gecə-gündüz vətənimizi, xalqımızı qoruyur və qoruyacaqdır.
        Bu gün şəhidlərimiz, yaralılarımız var. Allah şəhidlərimizə rəhmət  etsin! Təki Vətən sağ olsun!   
            Heç şübhəsiz ki, Ali Baş Komandan İlham  Əliyevin həm siyasəti, həm beynəlxalq arenadakı nüfuzu, həm də ordu ilə mütəşəkkil münasibəti sayəsində bu təxribatın da  qarşısı alınacaq və tezliklə torpaqlarımız işğaldan azad olunacaqdır.
Rahilə Mehtiyeva,
Xocalı rayon Cəmilli kənd tam orta məktəbinin müəllimi 
Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi