BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

18 Temmuz 2020 Cumartesi

Amalımız, məramımız birdir, müqəddəsdir!

Posted at  7/18/2020  |  in  

         
         İyulun 12-də Ermənistan yenidən təxribat  törədərək atəşkəsi  pozdu. Tovuz rayonu
istiqamətindəki  döyüş  əhəmiyyətli  hissələrimizi  və mülkü əhalinin yaşadığı  yaşayış  məntəqələrini  artilleriya  qurğularından  atəşə tutmağa  başladılar.
         Azərbaycan  ordusunun  təxirəsalınmaz  və  adekvat  tədbirləri  nəticəsində  erməni  tərəfinin hücumunun qarşısı qətiyyətlə  alınmış, düşmənə  layiqli  cavab verilmişdir. Lakin  düşmənə  layiqli  cavab verən silahlı qüvvələrimiz də, təəssüf  ki, itkilərə məruz  qalmışdır.
        Lakin Azərbaycan  ictimaiyyəti  hər  zamankı  kimi  dövlətimizi  və  dövlatçiliyimizi qorudu. Azərbaycanın müxtəlif  siyasi  partiyaları  milli  həmrəyliyimizə  dair  bəyanat  yaydı. 43  siyasi  partiyanın  iştirakı  ilə  imzalanan  bu  bəyanatda  bəyan  edilir: “Biz, Azərbaycanın  siyası  partiyaları  Ali Baş Kpmandan, Prezident  İlham Əliyevin ölkəmizin  ərazi  bütövlüyünün  və  əhalinin  təhlükəsizliyinin  təmin  olunması, hər cür erməni  fitnəsi  və təxribatının  qarşısının  alınması  istiqamətində  həyata  keçirdiyi  siyasəti  qətiyyətlə dəstəkləyir, onun ətrafında  sıx  birləşdiyimizi  bəyan  edirik. Xalqımızı  həmrəyliyə,  vətənimizə qarşı  uzanan  qanlı  erməni  əllərini  qətiyyətlə  kəsib  atmağa  hər  an  hazır  olmağa  səsləyirik”. 
        İyulun 14-dən 15-ə  kecən gecə  xalq  nümayandələri,  gənclər  hərbi  əməliyyatlara  dəstək və respublikanın  ərazi  bütövlüyü  uğrunda  dəyüşlərdə  həlak  olanların  xatirəsini  anmaq  məqsədiylə  Şəhidlər  Xiyabanının  qarşısında  toplaşdılar. Sonradan  həmin  yerə gələn  bir  qurup  şəxs  vətəndaşlar  arasında  çaşqınlıq  yaratmış,  polis  əməkdaşlarına  qarşı  hüquqa  zidd  hərəkələr  etmiş, daş  və digər  müxtəlif  əşyalarla  həyat  və  sağlamlıq  üçün  təhlükəli  olan  zor  tətbiq  etmişlər. Bütün  bunlar  asayişi  pozmaq, milli  sabitliyi ,həmrəyliyi  pozmaq  üçün  yönəldilmiş  məkrli  niyyətlərdir. Ancaq  çevik  Azərbaycan  polisinin  müdaxiləsindən sonra  bu  təxribatın da  qarşısı  alınmışdır. 
    Silahlı  Qüvvələrin  Ali  Baş  Komandanı  Azərbaycan  Prezidenti  İlham Əliyevin  çağrışından  sonra  minlərlə  gənc  Səfərbərlik  və  Hərbi  Xidmətə  çağırış  Üzrə  Dövlət  Xidmətinin  qeydiyyatda  olduqları  yerli  idarə, şöbə  və  bölmələrinə  gələrək  könüllü  olaraq orduda  xidmət  etmək  üçün  müvafiq  qaydada  qeydiyyata  alınırlar. Bu  mənzərə  ölkənin  bütün  bölgə  və  rayonlarında  müşahidə  olunur. Bu günə  qədər  dövlət  xidmətində  könüllü  hərbi  xidmət  etmək  istəyən  8500-ə  yaxın  vətəndaş  qeydiyyata  alınıb. 
    Bütün  Azərbaycan  vətəndaşları  Prezidentimiz  İlham Əliyevin  siyasətinin  arxasındadır  və dövlətçiliyimizin  qorunması  üçün silaha sarılaraq  gecə-gündüz düşmənlə döyüşən  Azərbaycan əsgərini dəstəkləyir.
    Allah Vətən uğrunda  canını qurban vermiş bütün şəhidlərimizə rəhmət etsin!
Sovet Allahverdiyev,
Xocalı rayon ağsaqqalı

Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top