BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

9 Temmuz 2020 Perşembe

Azərbaycan koronavirusa qarşı ən uğurlu mübarizə aparan dövlətlər arasında yer almaqdadır

Posted at  7/09/2020  |  in  


         Azərbaycan dövlətinin koronavirus
pandemiyasının yayıldığı ilk günlərdən onunla mübarizə istiqamətində atdığı çox mühüm addımlar sırasında modul tipli xəstəxanaların yaradılması böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən ölkə ərazisində ümumilikdə 10 modul tipli xəstəxana kompleksinin quraşdırılmasına başlanılmışdırki onlarında bir neçəsinin açılışı olub. Bu dəfə isə Fövqəladə Hallar Nazirliyinin tibb mərkəzinin modul tipli hospitalı koronavirusa yoluxanların müalicəsi üçün 6 iyul 2020-ci il tarixində istifadəyə verildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci Xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb mərkəzinin koronoviruslu xəstələrin mülaicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında iştirak ediblər. Fövqəladə Hallar Nazirliyinin tibb mərkəzinin modul tipli hospitalı 10 korpusdan ibarətdir və burda 800 xəstəni qəbul etmək üçün hər cür imkan yaradılıb. Modul tipli hospitalda yaradılan şərait müalicə işi ilə yanaşı labarator müayinələri qısa müddətə və keyfiyyətlə aparmağa imkan verir. Tibb ocağında yaradılan şəraitlə tanışlıqdan sonra dövlətimizin başçısı Azərbayacan Televiziyasına, İctimai Televiziyaya, Xəzər Televiziyasına müsahibə verib. Cənab Prezident ilk müsahibəsində açılışında olduğu modul tipli xəstəxanada yaradılan şəraitlə bağlı təəssürtlarının  çox müsbət olduğunu bildirib. Qeyd edibki, Covid xəstələrinin sayı artmaqdadır və burada 800 xəstənin yerləşməsi nəzərdə tutulub. Prezident İlham Əliyev onu da qeyd edibki bu ərazidə təqribən ay yarım ərzində yeni 1300 çarpayılıq modul tipli xəstəxana inşa ediləcək. Növbəti müsahibəsində Cənab Prezident qeyd edibki artıq 5 modul tipli xəstəxana artıq fəaliyyətdədir. İkisi Bakıda, biri Sumqayıtda, biri Gəncədə, biri isə Abşeronda artıq fəaliyyətdədir. Buna baxmayaraq, görünür ki, əlavə xəstəxanalara da ehtiyac olacaq. Hazırda ölkəmizin 45 xəstəxanasında koronovirus xəstələri müalicə alırlar bu xəstəxanların 36-sı Cənab Prezidentin sərəncamı ilə son müddət ərzində inşa edilib. İlham Əliyev müsahibəsində onuda qeyd etdi ki, hələki kifayət qədər boş çarpyımız var. Ancaq biz hər bir vəziyyətə hazır olmalıyıq və əgər ehtiyyac yaranarsa 5 mindən çox xəstəni yerləşdirə biləcəyik. Cənab Prezident onuda qeyd etdiki bəri başdan bütün qabaqlayıcı tədbirlərin görülməsi ilə vəziyyəti nəzarətdə saxlaya bildik və bu gündə vəziyyət nəzarət altındadır. Bu addımların əsas məqsədi insanlarımızı, onların sağlamlığını, həyatını xəstəlikdən qorumaqdır. Pandemiya dövründə bütün imkanlarımız səfərbər olmlalıdırki, biz bu vəziyyətdən az itkilərlə çıxa bilək. Cənab Prezident karantin rejiminə də toxunub. Xəstələyin yayılmasının başlıca səbəbi bəzi insnaların məsuliyyətsizliyidir. Onlar sadə qaydaları gözləmirlər, bunlara əməl etmirlər. Ona görədə məcbur qalaraq cərimələr artılıb, karantin rejimini pozanlara sərt addımlar atmağa məcbur olunur. Cənab Prezident növbəti müsahibəsində ilk gündən Ümumdünya Səhiyyə Təşkilatı ilə təmasda olduğunu qeyd edib. Çünki biz yanlız Ümumdünya Səhiyyə Təşkilatından məsləhət ala bilərik. Cənab Prezident hesab edirki, pandemiyadan sonrada biz bu təşkilata əməkdaşlığımızı uğurla davam etdirəcəyik. Cənab İlham Əliyev pandemiyanın ölkəmizi sosial-iqtisadi sahələrinə mənfi təsirindən danışdı. Qeyd etdiki, pandemiya dünya iqtisadiyyatına böyük zərbə vurdu və Azərbaycanda dünya iqtisadiyyatının bir parçası olduğu üçün təbii ki bu vəziyyətimizədə mənfi təsir göstərmişdir. Cənab Prezident Azərbaycanın pandemiya ilə mübarizədə 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərməsi haqqında fikirlərini bölüşüb. Bunu piar üçün deyil ölkələr üçün həmrəylik borcu kimi qeyd edib. Cənab Prezident İlham Əliyev belə dövrdə beynəlxalq arenada bir sıra təşəbbüslər irəli sürüb. Buna misal olaraq Türk şurasının və Qoşulmama Hərəkatının zirvə toplantılarını göstərə bilərik. Bu təşəbbüslər Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir. Cənab Prezidentin BMT Baş Assambleyasının xüsusi sessiyasını keçirilməsi təşəbbüsünün əleyhinə səs verən yeganə ölkə Ermənistan idi. Bu da Azərbaycanafobiyadır. Cənab Prezidentin qeyd etdiyi kimi Ermənistan öz özünü çox pis vəziyyətə qoydu. Bu təşəbbüsü 130-dan çox ölkə dəstəklədi özü də fərdi qaydada! Cənab Prezident Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində mövqeyimizdə hər hansı bir dəyişiklik olmadığını bildirdi. Çünki bizim mövqeyimiz haqq, ədalət mövqeyidir. Azərbaycan koronovirusa qarşı ən uğurlu mübarizə aparan dövlətlər arasında yer almaqdadır. Bunların hər biri aparılan uğurlu siyasətin nəticəsində baş verməkdədir. Ölkəmizdə hər zaman xalqımızın sağlamlığı təhlükəsizliyi pirioritet məqsəd olmuşdur. Bunu Prezidentimizin bütün qərarlarından görmək olar. Mən də bir Xocalı gənci kimi pandemiyanın ən təhlükəli mərhələsindən az ziyanla çıxmağımızı, Cənab Prezidentin mübarizə siyasətinin uğurlu keçməsini diləyirəm.
Şahnaz Əliyeva,
Xocalı rayon gənci

Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

Əlaqə

Redaksiyamızın ünvanı:
Gəncə şəhəri, Yeni qəsəbə - 2
Tel: (070 - 222 - 26 - 48; (050) 678 - 10 - 44
E - mail: xocalininsesi@gmail.com
About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top