BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

6 Temmuz 2020 Pazartesi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məqsədəuyğun təklifi

Posted at  7/06/2020  |  in  


    Azərbaycan  Respublikasının Prezidenti   İlham   Əliyev cənabları nəinki milli səviyyədə, Covid- 19 infeksiyası ilə mübarizədə səmərəli tədbirlər həyata keçirir, eyni zamanda regional və qilobal miqyasda da bu istiqamətdə həmrəilyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhvə verir. İlk addim olaraq  Azərbaycan  Respublikasının    Prezdenti   İlham Əliyevin təşəbbüsü  ilə aprelin 10 da Türk şurasının videokonfrans vasitəsilə  fovqəladə Zirvə görüşü keçirildi.Bu ilk beynəlxalq təşkilat idi ki, dövlət başçıları səviyyəsində koronovirus pandemiyasına həsr olunmuş zirvə görüşü keçirib.Bu tədbirin davamı olaraq, Qoşulmama  Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü ilə Hərəkatın Təmas Qurupu  farmatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr  olunmuş “Covid-19-a qarşı birlikdəyik” mövzusunda keçirilmiş Zirvə görüşü təşkil edildi. Qoşulmama Hərakatına üzv  dövlətlərlə yanaşı, BMT-nin Baş katibi, BMT  Baş  Assambleyasının prezidenti, Ümumdünya  Səhiyyə Təşkilatının  Baş diektoru,  Afrika İttifaqı  və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların  yüksək  çinli nümayəndələri də iştirak etdilər.
    Azərbaycan Respulikası həmçinin Covid 19-a qarşı mübarizədən qlobal həmrəliyin nümunəsi kimi Ümumdüya  Səhiyyə  Təşkilatına könüllü ianə ayırıb, 30-dan artıq dövlətə hümanitar yardım göstərib. Bu tədbirlər ölkəmizin qlobal səviyyədə beynəlxalq həmrəliyin daha da möhkəmləndirilməsinə əhəmiyyətli töhvəsidir.
    Prezident  İlham Əliyev qoşulmama Hərakatının  onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambileyasının dövlət və hökumət başçıları səviyyəsində video konfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürdü.
    BMT Nizamnəməsinə  əsasən  Baş  Assambleya ehtiyac duyduğu tədqirdə xüsusi sessiyalar  keçirə bilər. Üzv ölkələrin çox   hissəsinin  müraciəti əsasında Baş katib tərəfindən çağırılmalıdır. 
    Təklif Nyu- Yorkda  Qoşulmama Hərakatına 120 üzv ölkə arasında yekdilliklə razilaşdırılıb. Bundan sonra İlham Əliyev Qoşulmama Hərakatı ölkələri adından BMT   Baş  Assambleyasının  dövlət  və  hökumət   başçılar səviyyəsində video  konfrans  vasitəsilə xüsusi   sessiyasının keçirilməsi təklifi ilə Baş katib Antonio  Quterreşə müraciət ünvanlayıb. BMT Baş katibi mayın 28 də Baş Assambleyasının  “Prosedur Qayıdaları” adlı sənədinin 9-cu bəndinə uyğun olaraq bütün üzv ölkələrə müraciət edərək 30 gün müddətinə, yəni iyunun 27-nə qədər təşəbbüsə  münasibət bildirilməsini xahiş edib. Qaydalara əsasən, 97 ölkənin təşəbbüsü dəstəklədiyi təqdirdə, xüsusi sessiya təşkil olunmalıdır. Azərbaycan Respublikası tərəfində olan rəsmi məlumata görə, 130–dək ölkə təşəbbüsə dəstək verdikləri barədə Baş katibin ofisini məlumatlandırıb. Fikrimcə, Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın gösdəricisidir. Düşünürəm ki,  Prezidentimiz  İlham  Əliyev təkcə regional məsələlərdə deyil, dünya   miqyasında baş verən qlobal  hadisələr  zamanı da qətiyyətli  mövqe nümayiş etdirir.
    BMT  Baş Assambeliyasının xüsusi sessiyası çərçivəsində  üzv dövlətlərin təcili və təxirə salınmadan bir araya gəlməsinə,  dünyanı bürüyən Covid-19 bəlasından çıxış yollarını müzakirə etməsinə və həll yollarının tapılmasına böyük ehtiyac və tələbat var.
     Prezidentimizin bu təklifi də  yerində verilmiş çox düzgün qərar və təklifdir.Bütün dünya  dövlətləri, həmçinin bizim xalqımız da Prezidentimizin bu təklifini bəyənir və dəstəkləyir.

Tarverdiyeva Elyanə Sahib qızı,
Xocalı rayon Natiq Şahmuradov adına 6 №-li Kərkicahan qəsədə tam orta məktəbin 
müəllimi

Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top