BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

18 Temmuz 2020 Cumartesi

Bu xalqın Mübariz kimi, Polad kimi mərd oğulları çoxdur!

Posted at  7/18/2020  |  in  

Bildiyimiz kimi, iyul ayının 12-si günorta saatlarından başlayaraq Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində yerləşən mövqelərimizi və eləcə də dinc əhalinin yaşadığı ərazilərimizi Ermənistan silahlı qüvvələrinin bölmələri atəşə tutmuşlar. Bir neçə gündür davam edən döyüşlərdə ən müasir silahlarla silahlanmış rəşadətli Azərbaycan ordusu öz gücünü göstərərək düşmənin hücumlarını cəsarətlə dəf edir, onları xeyli itki verərək geri çekilməyə vadar edib. Düşmənin canlı qüvvə dolu hərbi maşınını, bir neçə mühüm mövqelərini dəqiqliklə nişan alıb darmadağın edən qəhrəman əsgərlərimiz Erməni quldurlarının canına əməlli başlı qorxu salıblar. 30 ildən artıq davam edən bu işğalçı müharibə artıq Azərbaycan xalqının canını boğazına yığıb, hamının ən ağrılı probleminə çevrilib. Xalqın səbri tükənib və hamı bir yumruq kimi birləşib Ali Baş Komandanın əmrini gözləyir. Minlərlə azərbaycanlı əlinə silah alıb vətənin müdafiəsinə getməyə hazırdır. Bu gün Azərbaycanın, Azərbaycan Xalq Cəbhəsi istisna olmaqla, bütün siyasi partiyaları, ziyalıları, bütün gəncləri həmrəydirlər və bu mübarizədə sonuna qədər bir yerdə olmağa hazırdırlar. Buna minlərlə insanın Şəhidlər Xiyabanına həmrəylik yürüşü etməsi, şəhidlərin dəfnində xalqın kütləvi şəkildə iştirakı bir daha sübut edir. Düzdür bəzi pozucu qüvvələr yenə də öz məkirli niyyətlərinə əl ataraq izdihamın içərisində təxribat aparmağa, qarışıqlıq yaratmağa çalışdılar. Lakin xalqımız çox ağır sınaqlardan üzüağ çıxmış qəhrəman xalq kimi yaxşı bilir ki, bizim birliyimiz, həmrəyliyimiz bizə bu gün həmişəkindən daha çox lazımdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamından sonra minlərlə insanın orduya könüllü olaraq yazılması, əlinə silah alıb döyüşə getməyə hazır olması ondan xəbər verir ki, bizim qələbə çalacağımız gün o qədər də uzaq da deyil. Bu xalqın Mübariz kimi, Polad kimi vətənpərvər oğulları hələ çoxdur. Cılız erməni quldurlarının isə onların qarşısında durmağa gücü çatmayacaq. Azərbaycan heç kimin torpaqlarına göz dikməyib, heç kimin torpağını işğal etməyib. Azərbaycan yalnız öz dədə-baba torpaqlarını işğalçı erməni quldurlarından təmizləmək istəyir. Bizim yolumuz haqq yoludur və bu yolda bizi böyük qələbələr gözləyir.
Xumar Səlimova, Xocalı rayon sakini, şəhid ailəsi

Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

Əlaqə

Redaksiyamızın ünvanı:
Gəncə şəhəri, Yeni qəsəbə - 2
Tel: (070 - 222 - 26 - 48; (050) 678 - 10 - 44
E - mail: xocalininsesi@gmail.com
About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top