BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

15 Temmuz 2020 Çarşamba

Bütün dünya bir daha Ermənistanın irticaçı rejiminin mahiyyətinin şahidi oldu

Posted at  7/15/2020  |  in  

                           
        Dünyada sülhün əmin-amanlığın bərqarar olması üçün mövcud imkanlarını səfərbər
edən Azərbaycandan fərqli olaraq işğalçı Ermənistan iyulun 12-də növbəti xain xislətini həyata keçirməyə cəhd edərək Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərini atəşə tutub. Əks-həmlə tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin hücüm cəhdinin qarşısı qətiyyətlə alınıb. Əlbəttə ki,bu  hadisə ilə bağlı Ermənistan rəsmi orqanlarının açıqladığı  məlumat  yalanın növbəti əlamətidir.  Bu məlumatda onlar məsuliyyəti Azərbaycanın üzərinə yıxmaq istəyirlər.Halbuki buna heç  bir əsas yoxdur və bir daha demək istəyirəm ki, bütün müstəqil ekspertlər  bunu təsdiq edə bilər. Heç  bir əsas olmadan bizim postumuza artilleriya zərbəsi endirilib. Belə çirkin əməllərə əl atmaq onların təcavüzkar siyasətinin təzahürüdür. Dövlət başçımız İlham Əlivey bildirib ki , Ermənistanın növbəti çirkin əməlinin qarşısı alınaraq adekvat cavab verilib. Şəhidlərimizin qisası alınıb. Düşmənin bütün cəhdləri iflasa uğradılıb. Azərbaycan öz dövlət sərhədini qorudu və Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməyiblər. Artıq bütün dünya bilir ki, Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. Belə bir təxribatın səbəbi də odur ki, Azərbaycan beynəlxalq arenada çox böyük uğurlara imza atıb. Dövlət başçısı bildirdi ki, bizim təşəbbüsümüzlə beynəlxalq  təşkilatların Zirvə görüşləri keçirilib. Lakin bu gün bir daha sübut olundu ki, Azərbaycanın COVİD-19 pandemiyasına qarşı mübarizədə birgə həmrəylik çağırışının dünya ictimaiyyəti və sivil dövlətlər  tərəfindən müsbət qarşılanmasını Ermənistan və onun himayədarları həzm edə bilmir. Nəticə ortadadi: düşmən  çıxış yolunu təmas xəttində təxribat  yaratmaqda  gördü. Bu zaman o, Azərbaycan Prezdentinin və xalqın iradəsi ilə üzləşdi və Silahlı Qüvvələrimizdən layiqli cavab aldı. Baş  verən hadisələr bir daha göstərir ki, Azərbaycan dünyanı sülhə, Covid-19-a  qarşı birgə mübarizəyə  səslədiyi halda,irticaçı Ermənistan igtişaşa ,münaqişəyə sürükləyir. Bu çətin gündə bütün Azərbaycan xalqı öz dövlətinin yanındadır. Ordumuz çox böyük gücə sahibdir.Lakin buna baxmayaraq mülkü əhalinin səfərbərlik üçün müraciət etməsi bir daha sübut edir ki, Azərbaycan xalqı  Ali Baş Komandanın əmirlərinə müntəzirdir.

Aynurə Həsənova,
Xocalı şəhər 4 saylı tam orta məktəbin müəllimi

Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

Əlaqə

Redaksiyamızın ünvanı:
Gəncə şəhəri, Yeni qəsəbə - 2
Tel: (070 - 222 - 26 - 48; (050) 678 - 10 - 44
E - mail: xocalininsesi@gmail.com
About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top