BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

15 Temmuz 2020 Çarşamba

Təki Vətən yaşasın!

Posted at  7/15/2020  |  in  

         Dağlıq Qarabağ münaqişəsi düz 30 ildir davam edir. Dünya isə hələ də susur. Hələ də Xocalı soyqrımını dünyanın aparıcı dövlətləri tanımır. Təcavüzkar Ermənistanın bu hərəkətinə son verilmir. İşğal etdikləri Azərbaycan torpaqlarında abidələrimiz məhv edilir. Bu yerlərin adları dəyişdirilərək erməniləşdirilir. BMT-nin ATƏT-nin verdikləri qərarlar və qətnamələri yerinə yetirilmir. 1994-cü ildə Azərbaycanla Ermənistan arasında atəşkəs elan olunmasına bağmayaraq, Ermənistan tərəfindən atəşkəs dəfələrlə pozulur əsgərlərimiz şəhid olur. Bax elə bu günlərdə də, Ermənistan tərəfindən Azərbaycanın Tovuz rayonunda atəşkəs pozuldu. Onların hücumuna Azərbaycan tərəfindən cavab verildi. Bizim ən yüksək rütbəli zabitlərimiz əsgərləri ilə birgə döyüş meydanına atıldılar. Onlar öz canları ilə Vətənimizi, torpağımızı qorudular. Mənim çiyinləri mundirli qəhrəman oğullarım, ciyərlərimiz yansa da bir daha qələbəyə ümidimizi artırdınız. 1992-ci ildə doğulduğum Xocalıda əmimin 3 oğlu silaha sarılaraq, Xocalının müdafiəsi zamanı canlarını qurban verdilər. Bax onda da, indi də, Azərbaycan əsgəri rəşadət göstərdi və göstərəcək ta torpaqlarımızı düşmən tapdağından azad edənə qədər.            

         Hardasınız ay demokratiyadan, insan haqlarından danışan Ermənistanın arxasında dayanan dövlətlər, nə qədər bu təcavüzkar Ermənistanı dəstəkləyəcəksiniz? 1990-cı ildə də bax bu gün də meydanlara axışan başına döndüyüm Azərbaycan xalqım bir daha sübut etdi ki, həmişə dövlətinin, xalqının yanındadır .Təxribat törədənlər də bir mənalı şəkildə cəzalanmalıdır. Mənim xalqım heç vaxt bu işğalla barışmayacağını bu gün bu izdihamlı meydanlara axışmağı ilə sübut etdi. Düz 30 il bundan əvvəlki kimi.... 

       Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də dəfələrlə bir qarış torpağımızın Ermənistana verilməyəcəyini səfər etdiyi ölkələrin ən yüksək tribunalarından səsləndirir. O bildirib: '' Sirr deyil ki, Ermənistan terrorçu dövlətdir və bunu bu dövlət dəfələrlə göstərib hətta öz rəhbərlərinə qarşı terror törədiblər. İyirmi il bundan əvvəl Ermənistan rəhbərliyinin bir çox üzvü bu ölkənin parlamentində qətlə yetirilib və bu cinayətin üstü açılmayıb. Ermənistanada faşistlərə abidə ucaldılır. Kasıb Ermənistan faşistlərə 6 metrlik abidə ucaldıb. O adam ki, onun Hitlerlə əməkdaşlığı sənədlərlə təsdiq edilib. Sovet İttifaqının müvafiq orqanları tərəfindən həbs olunaraq 25 il höküm oxunub. Ermənistanda hakimiyyət dəyişə bilər amma bu ölkənin terrorçu və faşist mahiyyəti dəyişməz qalacaq. Bunu mən həyatımda yaşadım bir gecənin içindəcə özlərini dost kimi göstərən bu nankorlar mənim doğulduğum yurdumu - Xocalımı işğal ediblər O yolları mənim üzümə bağlayıblar. Mənim Şanlı Ordum, əminəm ki, siz əsirlikdə qalan torpaqlarımızı azad edəcəksiniz. Mən müharibə qadınıyam, müharibənin ağrısının-acısını yaşamışam. Bu gün də həmin acını yenidən yaşadım, qəlbim sızladı. Müharibə veteranı qadını kimi cəbəhəyə yenidən getməyə hazıram. Təki Vətən torpağımızın bu mənfur düşmənlərimizdən azad olsun! Ey Azərbaycan qadınları, anaları bu torpaq bu Vətən uğrunda döyüşə getməliyik. Elə gəncliyimdə getdiyim kimi. Yaralı torpaqlarımızın yarasını sarıyaq ki, bizim də qan sızan, qövr edən yaralarımız sağalsın! 

        Bu gün beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeləri həqiqəti əks etdirmir. Yenə də həmişəki kimi Türkiyənin Prezidenti bütün imkanlarımızla Azərbaycanın yanında olmağa davam edəcəyik söylədi. Elə Xocalı soyqırımı ərəfəsində əlimdən tutaraq, siz şəhid ailələrinə sevgimiz, sayğmız tükənməzdir dedi. Dünya bilsin ki, ən böyük soyqırım Xocalıda törədilib. Var ol sayın Cümhur başqanım, qələbə bizimlə olacaq. Bu gün Azərbaycan analarına, qadınlarına yalvaran Nikol Paşinyanın arvadı Anna Akkopyana Qarabağ müharibəsində soyqrıma məruz qalan bir ana kimi deyirəm, son damla qanımıza kimi döyüşə atılacağıq. Təki Vətən yaşaşın!
Səriyyə MÜSLÜMQIZI,
Araşdırmaçı jurnalist



Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

Əlaqə

Redaksiyamızın ünvanı:
Gəncə şəhəri, Yeni qəsəbə - 2
Tel: (070 - 222 - 26 - 48; (050) 678 - 10 - 44
E - mail: xocalininsesi@gmail.com
About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top