BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

4 Temmuz 2020 Cumartesi

Şuşada bizim üçrəngli bayrağımız dalğalanacaq

Posted at  7/04/2020  |  in  


           Son vaxtlar bütün dünyada gedən pandemiya fəlakəti baş bəlasına çevrilib. Ölkəmizin prezidenti İlham Əliyev ümumbəşəri bəla olan koronavirus pandemiyası ilə bağlı mübarizə aparır. Onun fəaliyyəti həm ölkəmizdə, həm də beynəlxalq aləmdə rəğbətlə qarşılanır. O, ölkəmizdə əvvəlcədən virusa qarşı mübarizə istiqamətində bütün səylərini səfərbərliyə aldı.
         Dövlət başçımız COVİD-19-la effektiv mübarizənin təmin edilməsi üçün beynəlxalq həmrəyliyin yaradılması təşəbbüsü ilə çıxış edir. Məhz BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təklifi də bu siyasətin davamıdır. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı pandemiyaya qarşı mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış edib və dünya dövlətlərini beynəlxalq həmrəyliyə çağırıb. Bu çıxış cavabsız qalmadı. Artıq 130-dan çox dövlət prezidentimizin təklifini müsbət qarşıladığını bəyan edib. Bu, bütün dövlətlərin İlham Əliyev şəxsiyyətinə olan hörmətdən irəli gəlir. Onun təklifi ilə Ümumdünya Səhiyyə Təşkilatına ilk dəfə pul dəstəyi göstərilib. 30-dan çox ölkəyə pandemiya ilə bağlı yardım edilib. Ölkəmizdə yeni tipli xəstəxanalar tikilib. Xəstələrə həkimlərimiz gecə-gündüz qayğı göstərir. Bunlar çox əladır. Bütün bunlarla yanaşı ordumuz möhkəmlənir. Bədxah qonşularımızın mənfur əməllərinin də qarşısına sədd çəkilir. Son vaxtlar qonşularımızın tamahı daha da artıb. Bunun üçün də dövlət başçımız ciddi tədbirlər görür. Ordumuz güclənir. Əminik ki, düşmənə qalib gələcəyik. Ermənilərin özbaşınalığına son qoyacağıq. Şuşada bizim üçrəngli bayrağımız dalğalanacaq. Bu yolda möhtərəm prezidentimizə və ordumuza uğurlar arzulayırıq.

Nataliya Yusifova,
Xocalı rayon Meşəli kənd
 tam orta məktəbinin müəllimi

Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

Əlaqə

Redaksiyamızın ünvanı:
Gəncə şəhəri, Yeni qəsəbə - 2
Tel: (070 - 222 - 26 - 48; (050) 678 - 10 - 44
E - mail: xocalininsesi@gmail.com
About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top