BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

2 Temmuz 2020 Perşembe

Təcrid olunmaq mövcud problemin həll yolu deyil

Posted at  7/02/2020  |  in  


Bütün ölkələr üçün iqtisadi maraqlar insan

amilindən, onun sağlamlığından sonra gəlməlidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev humanist təşəbbüslərlə dəfələrlə çıxış edib. Dövlətimizin təşəbbüsü ilə keçirilən Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə Zirvə görüşündə,Şərq tərəfdaşlığı ölkələrinin videokonfrans formatında Sammitində, Asiya İnkişaf Bankının rəhbərləri ilə görüşdə və digər tədbirlərdə dünyanın bəlasına çevrilən koronavirusla mübarizədə insanların qorunması məsələsi ön planda tutulub. Son olaraq isə, Qoşulmama Hərəkatının Təmas qrupu formatında videokonfrans vasitəsilə keçirilən Zirvə görüşündə dövlət başçısı bir daha dünyanın diqqətini insanları Covid-19-un zərərindən qorunmağa cəlb etdi və nəticədə dünyanın 130-dan çox dövləti Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının təşkil olunması təşəbbüsünü dəstəklədi. Koronavirus pandemiyası ilə mübarizədə qlobal həmrəylik və beynəlxalq əməkdaşlıq imkanlarının müzakirə edilməsinin BMT Baş Assambleyasının gündəliyinə çıxarılması məqsədə uyğun hesab edilib. Beləliklə, hazırda Qoşulmama Hərəkatının sədri olan Azərbaycan Prezidentinin təşəbbüsü əsasında BMT Baş Assambleyasının koronavirus pandemiyasına qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə həsr olunmuş xüsusi sessiyanın keçirilməsi barədə tarixi qərar qəbul edilib.

          Sübut etməyə ehtiyac yoxdur ki,ayrı – ayrı ölkələr arasında fikir ayrılıqlarının dərinləşməsi, qlobal xarakter daşıyan problemlər ətrafında vahid fikir formalaşdırmağın çətinləşməsi kimi meyillərin göründüyü bir zamanda bütün dünyada ən ciddi təhdidə çevrilən Covid-19-a qarşı birgə mübarizədə dövlətlərin çoxunun birgə mübarizə əvəzinə özünütəcridə meyilli olması, qlobal təşəbbüs göstərilməməsi təşəbbüsün aktuallığını və əhəmiyyətini qat-qat artırır. İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının videokonfrans formatında xüsusi sessiyasının çağrılması barədə qərarın qəbul edilməsi ölkəmizin və onun Prezidentinin dünya birliyində hörmət və nüfuzunun bariz ifadəsi sayılmalıdır. Dəfələrlə Azərbaycan Prezidentinin regional və beynəlxalq əhəmiyyət kəsb edən təşəbbüslərinin beynəlxalq formatda müzakirə predmetinə çevrilməsinin,bir sıra hallarda isə xüsusi toplantıların çağrılmasına səbəb olmasının şahidi olmuşuq. Bu xüsusda Prezident İlham Əliyevin beynəlxalq miqyaslı siyasi lider kimi statusunun getdikcə yüksəlməsi ayrıca qeyd edilməlidir. Onun təşəbbüslərinin, müxtəlif beynəlxalq formatda səsləndirdiyi çağırışların mühüm əhəmiyyət kəsb edən beynəlxalq qərarların əsasını təşkil etməsinin davamlı xarakter alması diqqəti cəlb etməyə bilməz. Prezident İlham Əliyev bir çox mötəbər beynəlxalq tədbirlərin arzuolunan və xüsusi hörmətli iştirakçı sayılmaqdadır. Heç şübhəsiz, onun beynəlxalq miqyasda yüksək nüfuzlu lider imici Azərbaycanın diplomatik uğur və nailiyyətlərinin əvəzolunmaz resursudur. Azərbaycan Respublikası Covid-19-a qarşı mübarizədə qlobal həmrəyliyin nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatının könüllü ianə ayırıb. 30-dan artıq dövlətə humanitar yardım göndərib. Təbii ki,ölkə olaraq bizim də zərərlərimiz, itkilərimiz var. Ancaq Prezident İlham Əliyev dünyanın böhran içərisində olduğu bir zamanda bu addımı atmaqla Azərbaycanın humanizmə necə dəyər verdiyini bir daha beynəlxalq aləmə göstərdi.Xüsusi ilə qeyd olunmalıdır ki, dövlətimizin başçısı tərəfindən yürüdülən bu siyasət dünyaya Azərbaycanın humanizmdən, tolerantlıqdan uzaq ölkə olması və Dağlıq  Qarabağla bağlı yalan informasiyalar ötürən Ermənistan rəhbərliyinin bir daha ifşa olunmasıdır.

Ülviyyə Rəhimli,
Xocalı şəhər 4 saylı tam orta məktəbin müəllimi

Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

Əlaqə

Redaksiyamızın ünvanı:
Gəncə şəhəri, Yeni qəsəbə - 2
Tel: (070 - 222 - 26 - 48; (050) 678 - 10 - 44
E - mail: xocalininsesi@gmail.com
About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top