BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

17 Temmuz 2020 Cuma

Əvəzolunmaz liderimiz tezliklə işğalçı Ermənistana öz yerini göstərəcək

Posted at  7/17/2020  |  in  


        Ermənistan növbəti dəfə cəbhə zonasında - qoşunların təmas xəttində təxribat hərəkətləri həyata keçirib. Tovuz istiqamətindən ərazilərimizi işğal etmək niyyəti ilə əhəmiyyətli mövqeləri ələ keçirmək üçün hücum ediblər. Lakin ordumuz bu hücumun qarşısını alaraq, işğalın qarşısını alıblar. Ermənistan hərbi birləşmələrinin təxribatına qarşı Azərbaycan ordusu cavab zərbələri endirilib. Belə bir şəraitdə Azərbaycan öz ərazilərini müdafiə etmək məcburiyyətindədir. Bununla yanaşı, əgər Azərbaycan təzyiqi artırsa, hər zaman olduğu kimi Ermənistan yenə də öz havadarlarına müraciət etmək məcburiyyətində qalacaq. Ermənilərin sahibləri isə 2016-cı ilin aprel döyüşlərində olduğu kimi, bu dəfə də vasitəçilik missiyasını həyata keçirməyə başlayacaqlar.
        Bütün bunlar Azərbaycanın iqtisadi imkanlarının artması, siyasi nüfuzunun güclənməsi istiqamətində görülən işlərin qarşısını almaq məqsədi daşıyır. Bəllidir ki, Ermənistanın iqtisadi gücü müharibə aparmağa imkan vermir. Demək bu gərginliyin yaranmasında maraqlı olan iri dövlətlər var.
        Ancaq Azərbaycan dövləti ölkənin müdafiə imkanlarını yetərincə gücləndirdiyindən düşmənin nəyəsə nail olmaq şansı sıfıra bərabərdir. Dövlət başçısı İlham Əliyevin orduda həyata keçirdiyi islahatlar onu deməyə əsas verir ki, heç bir qüvvə Azərbaycanın müstəqilliyinə xələl gətirə bilməyəcək.
        Azərbaycan Ordusu xalq ordusudur və buna görə də Tovuz istiqamətində yaranan gərginliyin ardınca minlərlə vətəndaşımız silahlı qüvvələrimizə və dövlətə dəstək nümayiş etdiriblər.Biz əminik ki,  Ali Baş Komandanın düzgün liderlik fəaliyyəti nəticəsində də işğalçı Ermənistan öz yerində otuzdurulacaq.

Şükür Bəşirov,
Xocalı rayon sakini
 

Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

Əlaqə

Redaksiyamızın ünvanı:
Gəncə şəhəri, Yeni qəsəbə - 2
Tel: (070 - 222 - 26 - 48; (050) 678 - 10 - 44
E - mail: xocalininsesi@gmail.com
About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top