Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Xocalı soyqırımının şahidi: "ermənilərin verdiyi işgəncə yalnız qızıl dişlərimi kəlpətinlə çəkməklə bitmədi"

        Abbasov Salman Məşədi oğlu 1940-ci il yanvar ayının 15-də Laçın rayonunun Ardıclı kəndində anadan olub. Abbasovlar ailəsi 1959-cu ildə Daşbulaq kəndinə, 1990-ci ildə isə Xocalıya köçüblər. Salman kişi Daşbulaqda yaşayarkən fermada fəhlə işləyib. Xocalıya köçəndə onun ailəsi fin evlərin birində məskunlaşıb. O, Xocalıda fərdi təsərrüfatla məşğul olub. Cəfakeş ata beş qız, üç oğlan böyüdüb. Bir oğlunu və bir qızını soyqırım günündən əvvəl axırıncı vertolyotla Xocalıdan çıxarda bilib. Erməni quldurları öz havadarlarının artilleriya qurğuları ilə Xocalını mühasirəyə alanda Abbasovlar ailəsi də Xocalının digər sakinləri kimi şəhəri tərk etmək məcburiyyətində qalıb. Salman Abbasovun ailə üzvləri Qarqarçayını keçib Kətik dağına tərəf üz tutublar. Meşədə neçə yerdə erməni quldurlarının pusquları ilə rastlaşıblar. Səkkiz gün meşədə qalan ailə Xocalı soyqırımının dəhşətlərini yaşayıb. Salman kişi və onun ailə üzvləri ermənilərin məskunlaşdıqları Pircamal kəndinin üstündəki təpədə 70 nəfər həmyerliləri ilə birlikdə əsir düşüblər. Salman Abbasov əsirlikdə gördüyü müsibətləri belə xatırlayır:

        - Bizi Pircamala gətirib tövləyə saldılar. Yeddi cavan oğlanı gözümüzün önündə güllələdilər. Əsrlikdə mənə də ağlasığmaz işgəncələr verdilər, avtomatın qundağı ilə, dəmir armaturlarla, təpiklə vururdular.  Mənim qabırğalarımın üçünü sındırdılar. Dişlərimi kəlpətinlə çəkdilər. Doqquz dənə üst çənəmdə, yeddi dənə alt çənəmdə olan qızıl dişlərimi dartıb tökdülər yerə. Qardaşım oğlunun qollarını qırdılar. Onun öldüyü, qaldığı bilinmədi. Ermənilər məni döyəndə deyirdilər ki, sən bizim qadınların yanında mahnı oxuyub özünü göstərmisən.

        - Sizin yaxşı səsiniz olub? İndiki səsinizdən nə vaxtsa yaxşı səsinizin olduğu hiss edilmir.

        - Bəli, konsertlərdə oxumuşam. Elə səsimə görə də ermənilər mənə artıq işkəncələr veriblər. Ermənilər avtomatın qundağı ilə boğazımdan vurandan sonra şiş əmələ gəldi. Səsim də itib batıb.

        - Əsirlikdən necə azad oldunuz?

        - Yeddi gün bizə orada işkəncələr verdikdən sonra Əsgərana milis bölməsinə apardılar. Əsgərana çatanda yük maşınında olan 30-40 nəfər qadın-uşağı saxladılar, 40 nəfər kişini isə yerə tökdülər. Bizi dörd-dörd, dörd-beş kameralara saldılar. Məni ən çox orada döydülər. Ona görə ki, mən Daşbulaqda yaşayanda gedib Ağcabədi rayonundan silah alıb gətirmişdim. Bir tapança, bir lüləsi kəsik tüfəng, bir dənə də qoşalülə idi. Həmin vaxtı gəlib silahımı ruslar evdə tapdılar. Məni Əsgərana türməyə aparmışdılar. Elə o vaxtdan ermənilərin yadında qalmışdım.

         Kamerada başımı büküb küncdə durmuşdum. Mülki geyimdə qalstuklu bir erməni gəlib dedi ki, Abbas Salmanov kimdir. Başımı silkələdim ki, mənəm. Taqətim yox idi ayağı üstə durmağa. Həmin erməni suyun yerini göstərib dedi ki, sürünə-sürünə get üzünü yu, səni azad edəcəyik. Amma kiməsə desən ki, səni erməni bu gün salıb, onda səni harada olsan tapıb öldürəcəyəm. Qollarını, ətəklərini kəsib qızlarımın ayağına saldığım paltomu götürüb çıxdım. Milis bölməsinin qarşısından icra nümayəndəliyinə asfalt yol çıxırdı. Yolda 10-12 erməni əsgəri qalstuklu erməniyə dedi ki, onu bura gətirin. Onlar məni əhatəyə aldılar. Ayağımın üstündən təpiklə vuranda barmaqlarım rezin çəkmənin altından getdi. Amma donduğum üçün çox hiss etmədim. Sonra məni gətirib əvvəl bizi gətirdikləri yük maşınına mindirdilər. Yük maşınına çıxanda gördüm ki, göy təkər var. Onun üstündə əsgər kombinazonu vardı. Meşədə oğlumun əynindən həmin kombinazonu çıxarıb qızıma geyindirmişdim. Başımın altına qoyanda gördüm ki, saat çıqqıltısı gəlir. Əmin oldum ki, böyük oğlumun saatıdır. Bildim ki, qızımın əynindəkidir. Elə bildim ki, qızlarımı Xankəndinə aparıblar. Demə aparıblar dəyişməyə. Sonradan 4 nəfər də maşına gətirdilər. Məni dəyişəndə eşitdim ki, tez götürün, vurarlar dedilər. Sonra huşumu itirdim. Ayıldım ki, xəstəxanadayam. Gözümü açanda gördüm ki, bir həkim üz-gözümü, o biri də ayaqlarımı təmizləyir. Sonra gördüm ki, balaca oğlum Qabil meyit gəzir. Məni tanımadı. Dedim ki, atanam, bəri gəl. Ağdamda bir gün qaldıqdan sonra Bakıda üç ay müalicə aldıq.  

        Həyat yoldaşım Bəsti dəyişilərkən yolda dayanıb. Allahverdi Bağırov səbəbini soruşanda deyib ki, yoldaşım Əsgəranda qalıb, ya məni aparın ora, ya da onu çıxarıb gətirin. Bundan sonra Allahverdi Bağırov mənim adımı öyrənib və ermənidən Abbas Salmanov adlı əsirin də azad edilməsini tələb edib.  

        Oğlum Şakirin yoldaşı (sənəddə adı Çərkəz gedir) Gülizar 8 aylıq hamilə idi. Biz əsir düşən vaxtı o meşədə şəhid oldu. 60 yaşımda bacım Məryəmi də ermənilər güllələdilər. Xocalı soyqrımını, həmin müsibətli günləri sözlə izah etmək çətindir. Bir neçə aydan sonra gəlinimiz şəhid olan yeri bizimkilər aldılar, oğlum döyüş yoldaşları ilə gedib onun meyitini tapdı. Ancaq Xocalı soyqırımının dəhşətlərini, erməni vəhşiliklərini elə həmin müsibətləri görənlər yaxşı bilirlər. Ana balasını itirirdi, hər kəs öz canının hayında idi. Özümün, həyat yoldaşımın və qızlarımın ayaqları soyuqdan donduğu üçün pəncədən aşağı amputasiya edilib.


         Salman Abbasov hal-hazırda Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində müvəqqəti məskunlaşıb. Həyatın keşməkeşli yollarında əziyyətlər çəkmiş, erməni əsirliyində zülmlər görmüş 80 yaşlı müsahibim məni yola salarkən ümid dolu gözlərlə, yanıqlı səslə görəsən Qarabağa qayıda biləcəyəmmi dedi. Onun yorğun gözü həsrət çəkirdi, yaşadığı müsibətlər yaddaşında canlanmışdı, acı xatirələri isə qara bulud kimi üstünə çuğlamışdı. Hiss olunurdu ki, qoca çağında barmaqları kəsilmiş ayaqları ilə doğma torpaqlara piyada qayıtmağa hələ ki, fiziki gücü çatır, ona arzusu, ümidi güc verir. Yetər ki, ömür vəfa edə, torpaqlarımızı işğaldan tezliklə azad edək.

Qalib Bəyməmmədoğlu,

“Xocalının səsi” qəzetinin redaktoru,

Dağlıq Qarabağ Bölgəsinin

Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü


Paylaşın:

Uğrunda qan tökülən torpağa Vətən deyilir

 

          Öz Vətənini, öz azadlıq və istiqlalliyətini sevən bir xalqın ruhunu məhv edəcək bir qüvvə yoxdur. Doğrudan da, elə bil ki, bu sözlər mənim mərd, iradəli, əyilməz hər bir qarış torpağını göz bəbəyi kimi sevən xalqım üçün deyilib. Mənim millətim, mənim xalqım hər-hansı şəraitdə olsun hər zaman öz Vətənini, öz Elini, öz Torpağını sevib, sevir və sevəcək. Çünki biz dərk edirik ki, Vətəni sevmək imandandır. Ona görədir ki, azərbaycanlılar dinini, dilini sevən, Vətən uğrunda qan, dostumuz uğrunda göz yaşı, ailəmiz uğrunda tər tökən millətik. Bizim birliyimiz, bizim Vətənə vurğunluğumuz, Vətən üçün canımızdan keçməyimiz 12 iyul 2020-ci il Tovuz istiqamətində olan döyüşlərdə də, özünü bir daha göstərdi. Biz bilirik ki, bu ermənistanın və onun havadarı olan Rusiyanın təxribatı idi. Bu təxribatda onlar tək deyildilər. Onlara həm də, Serbiya havadarlıq edirdi. Bu təxribatın əsas sübutu ermənistana Serbiyadan silah daşınması idi. İstifadə olunan silah və sürsatların Gürcüstan ərazisindən keçirilməklə Ermənistana göndərilməsi bu gün geniş şəkildə səs-küyə səbəb olub. Serbiya istehsalı olan silahların Azərbaycana qarşı istifadə olunması 2 ölkəni dostluq münasibətlərinin ruhuna uyğun deyil və bu da təəccüb və təəssüf doğurur. İş burasındadır ki, son zamanlar Azərbaycan və Serbiya arasında münasibətlərin inkşafının şahidyik. Elə götürək Serbiyanın Cənubi qaz dəhlizinə yəni, TAP-a qoşulmasını. Bir çox geosiyasi təyziqlərə baxmayaraq Serbiya höküməti bu məsələ ilə bağlı prinsipial  mövqeyini nümayiş etdirdi. Yaxud Azərbaycandan Serbiyaya COVİD-19-la mübarizə üçün göndərilən humanitar yardımdan danışaq, ya da Azərbaycanın Kosovanı tanımaması Serbiyanın ərazi bütövlüyünü dəstəkləməsidir. Bu cür mübət misalların qarşısında məhz Serbiya istehsalı olan silah-sürsatın birbaşa Azərbaycan əsgərinin, dinc sakinin ölümünə səbəb olması arzuolunmaz  və xoşagəlməz bir haldır. Görünən odur ki, iki ölkə arasında münasibətlərin inkşafında maraqlı olmayan müəyyən qruplar var və bilmək lazımdır ki, Serbiyada iri silah baronları var ki, onları da əsas maliyyə məsələləri maraqlandırır və onlar gəlir əldə etmək üçün bu vasitəyə əl atırlar.

           Daha bir üzücü bir məqam isə serb istehsalı olan hərbi sürsatın Ermənistana Gürcüstan ərazisindən keçərək ötürülməsi faktıdır. Əslində Azərbaycan Serbiya və Gürcüstanın timsalında öz müttəfiqlərindən dəstək gözləyir zərbə yox. Həqiqi dost balanslı siyasət yürütməz və ikili yanaşmaya imkan verməz. Bü günə qədər Azərbaycanın təşəbbüsü ilə reallaşan bir çox regional və qitə əhəmiyyətli layihələr Gürcüstan ərazisi vasitəsi ilə reallaşıb.Azərbaycanla Gürcüstan arasındakı ticarət dövriyyəsi 579 milyon dollardan çoxdur. Ümumiyyətlə dövriyyənin həcmi baxımından iki ölkə arasındakı əməkdaşlıq kifayət qədər yüksəkdir. Eyni zamanda regional və beynəlxalq əhəmiyyət daşıyan layihələrin Gürcüstan vasitəsi ilə reallaşması həm Gürcüstanın strateji əhəmiyyətini artırıb həm də Gürcüstanın kəmərlərdən tranzit haqqı almasına imkan yaradıb. Bakı-Tbilisi-Qars Gürcüstan üzərindən daşınan beynəlxalq yüklərin həcminin artmasına səbəb olub. 

         Bütün bunlar hamısı bir daha təstiq edir ki, biz dostumuzu düşməndən ayırmağı bacarmalı və ayıq-sayıq olmalıyıq. Bu işdə Cənab Prezidentimiz də əlindən gələn işləri görür və müəyyən vasitələrə əl atır. Onun avqustun 12-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə telefon əlaqəsi saxlaması buna nümunədir. Cənab Prezidentimiz İrəvana daşınan hərbi yüklərlə bağlı Azərbaycan ictimaiyyəti nümayəndələrinin  narahatlıqlarının bildirib və Prezidentdən məsələnin araşdırılmasını istəyib. 

        Prezident İlham Əliyev Prezident Vladimir Putinə iyulun 12-16-da Ermənistan Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat barədə məlumat verib. Dövlətimzin başçısı Ermənistanın növbəti təcavüz aktı nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının və bir nəfər mülki vətəndaşın həlak olduğunu vurğulayıb. Prezident İlham Əliiyev Ermənistan silahlı qüvvələrinin sərhəd boyunca kəndləri və yaşayış məntəqələrinin artileriya atəşinə tutması nəticəsində bir çox evlərin dağıldığını və yarasız hala düşdüyünü bildirib. Həmçinin Dövlətimizin Başçısı Ermənistanın bu hərbi hücumunun əsas məqsədinin üçüncü tərəfləri Ermənistan Azərbaycan münaqişəsinə cəlb etmık olduğunu bilirib. Prezident İlham Əliyev Ermənistan Azərbaycan sərhədində baş vermiş toqquşmalar başa çatandan sonra iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının, Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya Prezidentinin diqqətinə çatdırıb. Prezident İlham Əliyev Ermənistan Azərbaycan sərhədində baş vermiş hərbi toqquşmadan dərhal sonra Rusiyadan Dağıstan Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edərək bu günə qədər Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğunu bildirib və telefon zənginin əsas məqsədinin bu məsələnin aydınlaşdırılması olduğunu vurğulayıb. 

        Cənab Prezidentimizin Dünya Arenasında apardığı görüşlərdəndir ki, 10 ölkə: Şimali Kipr, İsrail, Macarıstan, Kosova, Cənubi Sudan, Somali, Yəmən, Pakistan, Səudiyyə Ərəbistan və canı bir, qanı bir qardaş olan Türkiyə Ermənistanla diplomatik əlaqə qurmur.

        İstər telefon danışıqlarından, istərsə də xarici ölkələrə səfərindən məlum olur ki, Cənab Prezidentimiz İlham Əliyev hər an, hər dəqiqə Azərbaycanı, onun xalqını fikirləşir və xalqın rifahının güclənməsi üçün var qüvvə ilə çalışır. 

        Bu işdə Cənab Prezidentimizə can sağlığı arzulayırıq və bildirik ki, biz həmişə onun siyasətini dəstəkləyirik.

 Reyhan Əliyeva,

 Xocalı rayon ziyalısı

Paylaşın:

Azərbaycanın haqlı mövqeyinin dünya dövlətləri tərəfindən yekdilliklə dəstəklənməsini istəyirik


     Mən bir Azərbaycan vətəndaş olaraq ölkəmizə qarşı qərəzli siyasətdən çox narahatam. Azərbaycana üzdə dost, arxada bizim sosial-iqtisadi cəhətdən güclənməmizə, dünya siyasi arenalarında qazandığımız uğurlara kölgə salamağa çalışan bəzi dövlətlərə ikili siyasətlərinə son qoymağı istəyirəm. Ölkəmizin uğurlarının bəzi dövlətlərdə qısqanclıq yaratmağına təssüflənirəm. 

          Doğma yurdumdan didərgin düşmüş, dədə-baba torpağı işğal edilmiş bir vətəndaş, bir məcburi köçkün kimi son zamanlar mənfur ermənilərin cəbhə bölgəsində törətdiyi təxribatlar məni narahat etməyə bilməz.       

           Azərbaycan dövləti qonşu və eyni zamanda dünya dövlətləri ilə sülh və mehriban qonşuluq şəraitində yaşamağı, hər bir dövlətin ərazi bütövlüyünə hörmətlə yanaşmağı qarşısına məqsəd qoymuşdur. Ancaq təcavüzkar Ermənistan ərazilərimizin 20 faizini BMT qətnamələrinə baxmayaraq, hələ də işğal altında saxlayır. Təəsüf ki, Azərbaycanla iqtisadi sahədə böyük tərəfdaş olan Rusiya, eyni zamanda Serbiya işğalçı Ermənistana silah-sursat satması və münaqişənin alovlanmasına şərait yaratması başa düşülən deyil. Mən bir şəhid şəhərin, soyqırıma məruz qalmış şəhərin sakini olaraq Vətənimizə qarşı qərəzli yanaşan, bizə “dost” deyib arxamızca iş çevirən bu ölkələrin ikili siyasətindən çox narazı və narahatam. Son zamanlar Azərbaycan-Ermənistan sərhəddində baş verən hadisələr bir daha dünya ölkələrinə, ictimaiyyətinə göstərdi ki, işğalçı ölkənin niyyəti üçüncü ölkələri münaqişəyə cəlb etməkdir. Qonşu dövlətlərimiz Rusiya, İran İslam Respublikası və bizimlə eyni kökdən olan türk dövlətləri Qazaxıstan və Türkmənistanın hava məkanı vasitəsilə Ermənistana daşınan 400 tondan artıq hərbi sursatın münaqişəni nələrə gətirib çıxarması məlumdur.  

          Biz vətəndaşlar Azərbaycanın haqq işinin dünya dövlətləri tərəfindən yekdilliklə dəstəklənməsini istəyirik. Bizə dövlət səviyyəsində dəstək verən dövlətlərə bir vətəndaş olaraq dərin təşəkkürümü bildirirəm. Yaşasın Azərbaycanın əsl dostları.

 Səbuhi Əbdilov,

 Xocalı rayon ziyalısı, şəhid nəvəsi

 15.08.2020

Paylaşın:

Düşmən ölkənin çətin məqamda silah dilənməsi onların acizliyindən xəbər verir

 

     Bildiyimiz kimi, 1991-ci ildə öz müstəqilliyini elan edəndən sonra daha da azğınlaşmağa başlayan ermənistan hələ də öz əməllərindən əl çəkməyir, bu günə qədər də öz işğalçı əməllərini davam etdirir. Bu təcavüzkarlıq siyasəti erməni tarixinin mahiyyətindədir. Elə buna görə də beynəlxalq və daxili vəziyyətin imkan verdiyi tarixi şərait yaranan kimi xəyanətkar niyyətlərini reallaşdırmaq üçün bütün vasitələrdən istifadə etmişlər. Ermənistan 1991-ci ildən bəri təhlükəsizliyini təmin etmək üçün əsasən Rusiya ilə əməkdaşlığını qoruyub. Daha sonra 1992-ci ildən Rusiyanın təşəbbüskarı olduğu "Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına" üzv olub. Həmçinində Rusiyanın 102-ci hərbi bazası Ermənistan ərazisində fəaliyyət göstərir. Təhlükəsizlik siyasətinə uyğun olaraq ermənistan təhlükəsizlik şurasına üzv olan Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistanla hərbi siyasətini inkişaf etdirməyə çalışır. Bu təşkilata üzv olan ölkələrdən ancaq Rusiya ilə ermənistanın hərbi əməkdaşlığı davam edir. Digər ölkələr ilə elə bir hərbi əməkdaşlığı yoxdur. 

        Bildiyimiz kimi, ermənistan iyulun 12-də Tovuz istiqamətində hərbi təxribat törətdi. Bu təxribatı törətməmişdən əvvəl ermənistanın buna hazırlıq görməsinin əsas sübutu Serbiyadan silah daşınması idi. Azərbaycan həmişə Serbiyanı dəstəkləmişdir. Buna görə də Serbiyanın səlahiyyətli nümayəndəsi Xarici İşlər Nazirliyinə dəvət olunmuşdur. Nümayəndə baş vermiş bütün hadisələrə təəssüf hissini bildirmişdir. Sonra Serbiyanın prezidenti ilə Cənab İlham Əliyev arasında telefon danışığı olmuşdur.

 Təəssüf doğurucu digər hadisələridən biri də ermənistanın Rusiyadan silah almasıdır. Tovuz istiqamətində baş vermiş hadisədən sonra da Rusiyadan silah alınmasıdır. 

          Gürcüstan öz ərazisindən icazə vermədiyi üçün silah üç ölkə ərazisindən keçirilib. Bu ölkələr Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasıdır. Bu Azərbaycana qarşı səmimi olmayan münasibətin göstəricisidir. 

Ermənistan və erməni diasporasının maliyyə və təşkilati yardımı ilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni terrorçu təşkilatlarının Azərbaycana qarşı apardıqları terror müharibəsi 1980-ci ildən başlayaraq ardıcıl xarakter almışdır.

Azərbaycan Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonun işğalı zamanı minlərlə günahsız həmyerlimiz həlak olmuşdur. Bunu da vurğulamaq istəyirəm ki, biz işğal olunmuş torpaqlarımızı canımız bahasına olsa da işğaldan azad edəcəyik. Şəhidlərimizin qanını yerdə qoymayacağıq...

  Müşviq Əliyev,

 Xocalı rayon ziyalısı

Paylaşın:

İşğalçı və simasız dövləti silahlandırmaq onların özünə bənzəyən dövlətlərə məxsus çirkin əməldir


       Rusiyanın Ermənistanı silahlandırması sözdə münaqişənin sülh yolu ilə həllinə deyil, əksinə qızışdırıcı rol oynamağına səbəb olur. İşğalçı dövləti silahlandırmaq ölkəmizə qarşı qeyri-dürüst addımın gösrəricisidir. Ermənistanın hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədi ilə yaradılan Minsk qrupunun həmsədri olan Rusiyanın belə addım atması yalnışdır. Artıq belə çıxır ki, Minsk  qrupu məsələnin həllinə deyil işğalçı, təcavüzkar dövlətin vəziyyəti daha da gərginləşdirməsinə xidmət edir.

Azərbaycan illərdir Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün səylər göstərməsinin əksinə olaraq Ermənistan tərəfi həmişə işğalçı siyasətini  genişləndirməyə çalışmışdır. Özü də cəbhə xəttində yox, Azərbaycan–Ermənistan sərhəddində buna cəhd göstərmişdir. Təbii ki, bunun arxasında böyük qüvvələr durur.  Ermənistan məqsədinə çatmaq üçün onların əlində oyuncağa çevrilib. 

         Azərbaycanın hər zaman ərazi bütövlüyünü tanıdığı, Kosovanın müstəqilliyini tanımadığı Serbiyanın Ermənistana silah satmasını şiddətlə qınayır, onların bu yanlış və eybli hərəkətlərinə düzəliş etmələrini gözləyirik. 

             Azərbaycanın öz haqlarını müdafiə etdiyi, ərazi bütövlüyü üçün çalışdığı zamanda Rusiyanın Ermənistanı silahlandırması qətiyyətlə pislənməli və beynəlxalq aləmdə qınanmalıdır. Rusiya silahlarını Qazaxıstan, Türkmənistan və İran hava yolu ilə işğalçı dövlətə gətirməsi doğrudan da Azərbaycan türkləri olaraq bizləri çox məyus edir. İki türkdilli ölkənin buna yol verməsi ağlasığmaz hadisədir. Azərbaycan xalqı  və dövləti bunu pisləyir, bu iki türk xalqının ölkəmizə səmimiyyətsizliyini qınayır. 

        Ölkə başçısı İlham Əliyev cənabları bununla bağlı Rusiyanın prezidenti Vladimir Putin ilə telefon əlaqəsi saxlayıb. Bildirib ki, Ermənistan –Azərbaycan sərhəddində baş verən toqquşma dayandıqdan sonra iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana silah daşınır ki, bu da Azərbaycan ictimaiyyətində suallar doğurur.  Dövlət Başçısı məsələnin aydınlaşdırılmasını vurğulayıb. 

         Azərbaycan xalqı artıq əvvəlki fikirdə və Azərbaycan dövləti əvvəlki qüdrətdə deyil. Artıq xalqımız Dövlət başçısının bir əmrini gözləyir ki, torpaqlarımızı yağılardan azad etsin. Buna nə Rusiya, nə də digərləri mane ola bilməyəcəklər. Qoy onlar silahlansın, əlbəttə biz də boş durmayacağıq. Biz də Mübarizlər çoxdur və daim də olacaq. İnanırıq ki, yaxın vaxtlarda Azərbaycanın üçrəngli bayrağı  Şuşada dalğalanacaq. Azərbaycana dönük olan dövlətlərin isə pisliyi yaddan çıxmayacaq. İşğalçı dövlətə kömək edənlərin də gec-tez tarixi ədalət cəzalarını verəcək.

Bəxtiyar Əhmədov,

Xocalı rayon ziyalısı

Paylaşın:

İşğalçı dövlətə havadarlıq edənlər onların cinayətlərinə şərikdirlər

 

       Bildiyimiz kimi, işğalçı ermənistan dövləti öz müstəqilliyini 1991-ci ildən elan etsə də, həmişə təhlükəsizlik siyasətini Rusiya dövləti ilə qurub və Azərbaycan dövlətinə qarşı həyata keçirdiyi işğalçılıq siyasəti sayəsində Rusiyadan dəstək alıb. Məlum olduğu kimi, bu siyasətin davamı olaraq 12 iyul 2020-ci il tarixində erməni hərbi birləşmələri Azərbaycan-Ermənistan sərhəddinin Tovuz rayonu ərazisində atəşkəs rejimini pozaraq hərbi birləşmələrimizin dayaq məntəqələrini və həmin ərazidə yerləşən mülki əhalinin yaşadığı kəndləri ağır artilleriya mərmiləri ilə atəşə tutdular. Bu istiqamətdə düşmənin həyata keçirdiyi məkrli siyasətin məğzi və manası aydın idi. Odur ki, Azərbaycan Ordusunun həyata keçirdiyi qabaqlayıcı tədbirlər sayəsində düşmən qüvvələri ağır itkilər verərək geri oturdulmuşdur. Sonradan məlum olmuşdur ki, erməni hərbi birləşmələrinin atdığı silahlar Serbiya dövlətinin Gürcüstan ərazisindən Ermənistana göndərdiyi silahlardı. Bu istiqamətdə Azərbaycan dövləti müəyyən dövrlərdə Serbiya dövlətinə göstərdiyi köməkliyin əksinə olaraq onların atdığı addıma özünün kəskin münasibətini bildirmişdir. Eyni zamanda Serbiya dövlətinin nümayəndə heyəti Azərbaycan Respubilkasının XİN-nə dəvət olunmuş iki dövlət səviyyəsində məsələyə aydınlıq gətirilmiş və Gürcüstan dövlətinə bu silahların onun ərazisindən Ermənistana keçrilməsi ilə əlaqədar olaraq Azərbaycan dövlətinin etirazı bildirilmişdir.

       Bundan sonra məlum olmuşdur ki, mənfur düşmənlərin yenidən bir daha silahlandırılması məqsədi ilə Rusiya dövləti Qazaxıstan, Türkmənistan və İran-İslam Respubilkası üzərindən gizli yolla Ermənistana 400 ton çəkidə hərbi sursat göndərmişdir. Bu məsələyə adekvat cavab olaraq möhtərəm prezidentimiz İlham Əliyev cənabları 13 avqust 2020-ci il tarixdə Rusiya prezidenti V.Putinə zəng edərək iki ölkə arasında mövcud əməkdaşlığın pozulmasına xidmət edən addımların atılmasına özünün etirazını bildirmişdir. Telefon söhbəti zamanı Azərbaycan-Rusiya tərəfdaşlığının bütün sahələr üzrə qorunmasına və möhkəmləndirilməsinə dair müsbət fikirlər ifadə olunmuşdur.

        Azərbaycan dövləti hərbi nöqteyi nəzərdən öz sərhədlərini qorumağa, işğal olunmuş torpaqları azad etməyə layiq Ordusu olan bir dövlətdir. Dövlətimizə qarşı baş verən ədalətsiz və beynəlxalq hüquqa zidd olan təcavüzkar siyasətə qarşı mübarizədə bizə dəstək olan qardaş Türkiyə dövlətinin mövqeyini yüksək səviyyədə qiymətləndiririk.

Təranə Əliyeva,

Xocalı rayon sakini

Paylaşın:

Azərbaycana “dost” ölkələrin düşmənimizə dəstəyi

 

         Tarix boyu Azərbaycan xalqı dost, qonşu deyib qapı açdığı, süfrəsində yer verdiyi bəzi nankorlar tərəfindən təzyiqlərə məruz qalmışdır. “Çörəyimin duzu yoxdur” – sanki bu xalq deyimi bizim xalq üçün onun bəzi qonşularına münasibətinin qarşılığında gördüklərinə görə deyilib. 

          Bir ay bundan öncə Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti hərbi hücumu olmuşdur. Bu hücum nəticəsində hərbiçilərimizin və mülki şəxsin öldürülməsi göstərir ki, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti hələ də davam etməkdədir. Hər nə qədər deyilsə də ki, bu beynəlxalq hüquqa ziddir, təəssüf ki, heç bir beynəlxalq aləm də bu məsələyə ciddi yanaşmır, ikili mövqe tutulur. İllərdir xalqın səbri tarıma çəkilir, səmərəsiz danışıqlar heç bir fayda vermir. Tovuzdakı son hücum Xocalı qətliamının, Dağlıq Qarabağın işğalının, düşmənin cinayətkar əməllərinin davamıdır. 

          Azərbaycan tərəfi bu münaqişənin danışıqlar yolu ilə həllinə çalışsa da Ermənistan və ona dəstək verən tərəflər bu prosesə mane olur. Problemin həllində maraqlı olmadığını göstərir. Bəzi tərəflər isə ikili mövqe tutur, belə ki müəyyən məqamlarda Azərbaycan xalqı ilə üzdə dost, qardaş münasibətlərində olduğunu göstərsə də, amma əslində düşmən mövqeyi dəstəkləyir, qeyri-dost addımları atır. 

          İllərdir çözülməyən Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın diplomatik səyləri nəticə vermir. İşğalçı Ermənistan hər dəfə müxtəlif təxribatçı addımlar atır. Onların bu cəhdlərinin arxasında böyük qüvvələr dayanır. Ermənilərin müxtəlif beynəlxalq təşkilatlar və qurumlardan maliyyə dəstəyi aldığı da sirr deyil. Onlara hərbi dəstək verən ölkələrdən biri də qonşu Rusiyadır. Bəzi ölkələr isə öz dəstəyini açıq deyil, gizli şəkildə edir və bununla bağlı izahlarda müxtəlif bəhanələr gətirir. 

          12 iyul 2020-ci ildə Ermənistan hərbi qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində hücumu olmuşdur. Bu hücum əməliyyatları zamanı əsasən müxtəlif hərbi vasitələrdən istifadə olunmaqla sərhədyanı yaşayış məntəqələri, mülki əhalinin təhlükəsizliyini təmin edən Azərbaycan hərbi qüvvələrinin mövqeləri hücuma məruz qalmışdır. Bu xain hücumların qarşısının alınması zamanı Azərbaycan hərbi qüvvələrinin bir generalı, on bir hərbi qulluqçusu, bir nəfər kənd sakini həlak olub. Həmin hücum zamanı Serbiyadan da Ermənistana hərbi minomyotlar və müxtəlif kalibrli hərbi silahlar daxil olmaqla böyük həcmdə silah-sursat göndərilib. 

          Azərbaycan Respublikası iki ölkə arasında strateji tərəfdaşlığa sadiq qalaraq çətin vaxtlarda dost Serbiya xalqına həmişə yardım əlini uzatmışdır və bu Serbiya tərəfindən minnətdarlıqla qarşılanmışdır. Azərbaycan Serbiyanın ərazi bütövlüyünə dəstək məsələsində də həmişə dost mövqeyi nümayış etdirib. Amma Serbiyanın Ermənistanın işğalçı siyasətinə Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən təcavüzünə dəstək xarakteri daşıyan qeyri-dost addımı Azərbaycan xalqında acı məyusluq və təəssüf hissi doğurub. Bu cür münasibətin Azərbaycan Respublikası və Serbiya Respublikası arasında dostluq münasibətlərinə və strateji tərəfdaşlığa xələl gətirəcəyini düşünür. 

Hamıya məlumdur ki, Rusiyanın 102 saylı hərbi hissəsi Ermənistan ərazisində yerləşir. Ermənistan 1992-ci ilin may ayından Rusiyanın təşəbbüskarlığı ilə “Kollektiv Təhlükəsizliyə” üzv dövlətlərlə hərbi və siyasi münasibətlər  qurur. Ən əsas Rusiya ilə hərbi əməkdaşlıq edir, bunun da nəticəsidir ki, 17 İyuldan etibarən Rusiya Ermənistana Qazaxıstan, Türkmənistan və İran hava limanlarından 400 tondan artıq hərbi silah-sursat və partlayıcı maddələr göndərmişdir. 

 Mən də bir ziyalı kimi, bütün bu baş verən siyasi məqamları diqqətlə izləyirəm və birmənalı olaraq bildirmək istəyirəm ki, bu ikili siyasət yeridən dövlətlər öz haqsız mövqeyindən əl çəkməlidirlər. 

  Şahilə Zeynalova,

  Xocalı rayon ziyalısı

Paylaşın:

Prezidentimizin apardığı uğurlu islahatlar bütün sahələrdə öz bəhrəsini verməkdədir

     

   Bildiyimiz kimi 06.08.2020-ci il tarixində Möhtərəm Prezidentimizin rəhbərliyi ilə keçirilən video-konfransda bir çox məsələlər müzakirə edilib. Onlardan, koronavirusa qarşı görülən mübarizə tədbirlərinin nəticələri, ünvanlı sosial yardım haqqında, işsiz olan şəxslər üçün nəzərdə tutulmuş və aprel ayından ödənişi həyata keçirilən, o cümlədən avqust ayı üçün də ödənilməsi nəzərdə tutulan 190 manat və 250 manat müavinətlərinin verilməsi və s. bu kimi məsələlər xalqın hər bir nümayəndəsini maraqlandıran əsas məsələlərdəndir.

        Koronavirusa qarşı aparılan düzgün mübarizə nəticəsində  hal-hazırda yoluxma sayı sağalma sayına nisbətən  bir neçə dəfə azalmışdır. Dünyaya diqqət yetirsək, nəinki inkişaf etməmiş və ya inkişaf etməkdə olan, hətta inkişaf etmiş Avropa ölkələrində, ABŞ-da hələ də yoluxma sayının artması göz qabağındadır. Möhtərəm Prezidentimizin rəhbərliyi və xüsusi diqqəti sayəsində dövlətimizin COVİD-19 pandemiyasina qarşı apardığı mübarizə və siyasət təqdirə layiqdir, bir çox ölkələrə də örnəkdir. Prezidentimiz İlham Əliyev cənablarının söylədiyi kimi, qaydalara düzgün riayət etsək, yaxın zamanlarda normal həyat şəraitinə qayıda bilərik.

         Video-konfransda əsas məsələlərdən biri və ən əsası sosial layihələrin həyata  keçirilməsinin davam etdirilməsidir. Prezidentimiz xüsusi olaraq bildirdi ki, heç bir sosial layihə yarımçıq qalmayacaq. O cümlədən aprel ayından başlayaraq işsiz əhaliyə ödənilmiş müavinətlər də ( 190 manat və 250 manat məbləğində) avqust ayı üçün ödəniləcək. Bu günkü dünya iqtisadiyyatının zəifləməsi və baş verən dəyişikliklərin Azərbaycan iqtisadiyyatına təsiri fonunda bu kimi sosial layihələrin dayandırılmaması və əksinə daha da artırılması Prezidentimizin, dövlətimizin öz xalqına, onun sosial cəhətdən zəif və çətinlik çəkən hissəsinə olan dəstəyini nümayiş etdirir. Bu baxımdan Heydər Əliyev Fondu tərəfindən iyul ayında Qurban bayramı ərəfəsində 18 yaşa qədər əliliyi olan hər bir uşağa ərzaq yardımının edilməsi bu sosial siyasətin davamıdır. Bizim ailə də həmin ərzaq yardımından yararlanmışdır. Buna görə də Prezidentimizə və dövlətimizə öz təşəkkürümü bildirirəm. Bizim Dövlət büdcəmiz həmişə sosial yönümlü olub və imkansız ailələrin problemləri həmişə nəzərdə saxlanılıb.

          Mən bir ziyalı kimi Prezidentimizin bütün sahələr üzrə apardığı islahatları bəyənir və dəstəkləyirəm. Ulu tanrı Xalqımızı, Dövlətimizi, Prezidentimizi və onun ailəsini qorusun! Amin!!!

Füzuli Süleymanov,

Xocalı rayon ziyalısı

Paylaşın:

Ölkəmizdə pandemiyaya qarşı görülən qabaqlayıcı tədirlər öz müsbət nəticəsini verir

 

     Hər zaman siyasətinin mərkəzind və Azərbaycan vətəndaşı dayanan İlham Əliyev 06.08.2020-ci il tarixindəki çıxışı bir daha gösərdi ki, xalq ona arxalanmaqda yanılmayıb. Cənab Prezident bu çıxışında ölkəmizdə pandemiya ilə mübarizədə həkimlərin və vətəndaşarın birgə səyini yüksək qiymətləndirib. Vətəndaşarın mövcud xəstəliklə bağlı tələbatını ödəyən modul tipli yeni xəstəxananın açılışı dövlətin hər bir vətəndaşının arxasında olduğunun sübutudur. Cənab Prezident bildirdi ki, ölkəmizin müxtəlif bölgələrində 10 belə xəstəxananın tikintisi nəzərdə tutulur.

     Hazırda ölkəmizin səhiyyəsi dünyanın inkişaf etmiş ölkələrinin səhiyyəsi ilə eyni səviyyədədir. Lakin dövlət başçısı bununla kifayətlənməyib, yeni tibbi avadanlıqlarının alınması üçün Prezidentin ehtiyat fondundan müəyyən məbləğ ayırıb. Həmçinin, dünyanın inkişaf etmiş ölkələrindən olan Çin, Cənubi Koreya, İtalya, Türkiyə kimi dövlətlərdən mütəxəsislər gətirilmişdi. Bütün bu tədbirlər sayəsində ölkəmizin pandemiya ilə mübarizədə az zərərlə çıxacağına ümid bəslənir.

     Cənab Preziden bildirdi ki, hələ bu xəstəlik bitməyib. Vətəndaşlar şəxsi gigiyenaya riayət etməlidirlər. Maska taxmaq, məsafə saxlamaq, gündə bir neçə dəfə əlləri sabunla yumaq, dezinfeksiya vasitələrindən istifadə emək bir qayda olmalıdır. Koronavirusa qarşı mübarizə o vaxt başa çatacaq ki, peyvənd hazırlanacaq. İndi bütün dünya o peyvəndi gözləyir. Gigiyena qaydalarına ciddi riayət etsək, biz özümüzü bu virusdan qoruya bilərik. 

      Həmçinin ölkə başçısı bildirdi ki, bütün kompleks tədbirlər, vətəndaşların məsuliyyəti və nizam-intizamı nəticəsində biz bundan sonra da vəziyyəti nəzarət altında saxlaya bilərik. Dövlət qurumları, vətəndaş cəmiyyəti, vətəndaşlar pandemiyaya qarşı mübarizədə birlik göstərirlər. Həmrəyliyin göstəricisinin biri də həm dövlət, həm özəl sektor, sahibkarlar, ayrı-ayrı adamlar imkansız insanlara əl tuturlar, onları ərzaq malları ilə təchiz edirlər. Cənab Prezidentin təşəbbüsü ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələr verirlər. Bütün bunlar bizim xalqımızın ən yüksək mənəvi keyfiyyəti, mərhəmət, imkansızlara diqqət, yardım, birlik, həmrəylik xüsusiyyətlərinin göstəricisidir.

      Cənab Prezident bildirdi ki, vətəndaşların sosial və maddi vəziyyətini sabit saxlamaq məqsədilə büdcədən 3,5 milyard manat vəsait ayrılıb. Pandemiyadan ən çox ziyan çəkən sahələrdə işini itirən 700 minə yaxın vətəndaşın əmək haqqının əhəmiyyətli hissəsi dövlət tərəfindən verilir. Bu məqsədlə 600 min işsiz, aztəminatlı və qeyri-formal məşğulluqla pul qazanan insanlar dövlət tərəfindən maddi yardımla təmin edilir. Dövət sektorunda çalışan 900 minə yaxın insan faktiki olaraq işləməsələr də, dövlət tərəfindən əmək haqqı alırlar. İşsiz qala biləcək 760 min insana lazımi maliyyə dəstəyi göstərildi. 

       Prezident qeyd etdi ki, iqtisadi sahədə bir neçə dəstək məsələlərində də çox böyük addımlar atıldı. Həm ilin əvvəlində sahibkarlara güzəştli şərtlərlə kreditlərin, subsidiyaların verilməsi, kənd təsərrüfatının stimulaşdırılması, eyni zamanda pandemiya ilə əlaqədar görülmüş  işlər onun siyasətini tam əks etdirir.

Şəfəq İsmayılova,

Xocalı rayon ziyalısı

Paylaşın:

Aparılan doğru və məqsədyönlü siyasət nəticəsində ölkəmiz koronavirus pandemiyasından xilas olmaq üzrədir

 

      Tüğyan edən qlobal iqtisadi böhran, bütün dünyanı ağuşuna almış pandemiya bəlası bəşəriyyət üçün ciddi təhlükəyə çevrilmişdir. Azərbaycan dünyanın bir parçası olaraq bu bəladan əziyyət çəkir və böhrandan çıxmağın yollarını axtarır. Ancaq bütün çətinliklərə baxmayaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan doğru və məqsədyönlü siyasət nəticəsində ölkəmiz bu bəlalardan xilas olmaq üzrədir. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən COVİD-19-un pandemiya elan edildiyi ilk günlərdən ölkə prezidenti Cənab İlham Əliyevin təşəbbüsü ilə pandemiyayla mübarizə məqsədilə Nazirlər Kabineti yanında operativ qərargah yaradıldı. Ölkədə insanların kütləvi şəkildə toplaşdığı məkanlar, müxtəlif iş yerləri, əyləncə məkanları bağlanıldı. Çox qısa zamanda əhalinin aztəminatlı təbəqəsinin, həssas qrupların, zərər çəkmiş iş adamlarının sosial müdafiəsi məqsədilə müxtəlif sosial paketlər hazırlandı. İlk növbədə aztəminatlı əhali qrupuna, işsiz kimi qeydiyyata alınmayan, lakin günəmuzd işləyən ölkə vətəndaşlarına 190 aylıq 190 manat yardımın verilməsi təmin edildi. Mütəmadi olaraq Heydər Əliyev Fondu tərəfindən əhalinin aztəminalı təbəqəsinə ərzaq yardımları edildi. Bu təşəbbüsə müxtəlif imkanlı şəxslər, iş adamları da öz yardımları ilə dəstək oldular. Zərurət yarandığı üçün ölkənin bəzi bölgələrində insanların sağlamlığı naminə sərt karantin rejimi tətbiq edildi. Görülmüş bütün bu kompleks tədbirlər artıq öz bəhrəsini verməkdədir. Belə ki, son günlər ölkəmizdə xəstəliyə yoluxma halları azalmaqda, xəstəlikdən sağalma halları isə artmaqdadır. Eyni zamanda COVİD-19 virusundan ölüm hallarıda da azalma müşahidə olunur. Məhz bunun nəticəsidir ki, son vaxtlar Operativ Qərargah tərəfindən karantin qaydalarında müəyyən yumşalmalara gedilir. Bütün bunlar onu deməyə əsas verir ki, ölkə başçısı tərəfindən aparılan işlər öz bəhrəsini verir. Azərbaycan xalqının sülh, əmin-amanlıq və sağlam şəraitdə yaşayacağı günlərə az qalıb. Cənab Prezidentimiz İlham Əliyev çox gözəl vurğulayıb: "Biz birlikdə güclüyük". 

Şiraslan Alıyev,

Xocalı rayon sakini, şəhid atası

Paylaşın:

Ölkə rəhbərinin xalqımızın xoşbəxt və firavan yaşaması üçün yorulmadan çalışması bizim sabaha olan imamımızı daha da artırır


    Prezidentin koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı 6 avqust 2020-ci il tarixdə keçirdiyi müşavirədə toxunduğu mövzular günümüzün reallıqlarını tam şəkildə əhatə edir. Pandemiyaya qarşı mübarizənin müsbət nəticələri, hal-hazırda ölkəmizdə sosial dəstək layihələrinin icra olunması vəziyyəti, ünvanlı dövlət sosial yardımları, sosial xidmətlər, aztəminatlı ailələrə ərzaq paylarının verilməsi, qeyri-formal işləyən şəxslərlə daima müqavilələrin bağlanması, iqtisadiyyat sahəsində görülmüş işlər, həmçinin karantin tədbirlərinin yumşaldılması ilə bağlı ölkəmizdə görülmüş işlər təqdirə layiqdir.

     Dünyanın ağır pandemiya ilə üz-üzə qaldığı, dövlətlərin iqtisadi cəhətdən zəiflədiyi bir vaxtda Prezident İlham Əliyevin Sərəncamı ilə əhalinin rifahının daha da yaxşılaşdırılması üçün hazırlanan sosial paketlərdə bütün təbəqədən olan insanların payı var. Bildiririk ki, prezidentin apardığı daxili və xarici siyasəti dəstəkləyir, bu istiqamətdə görülən işlərdə ona uğurlar arzulayırıq. Ölkə rəhbərinin Azərbaycan xalqının xoşbəxt və firavan yaşaması, həmçinin sağlamlığımızın qorunması üçün yorulmadan çalışması bizim sabaha olan imamımızı daha da artırır. Dünyanı cənginə alan "Covid-19" pandemiyası təəssüf ki, Azərbaycandan da yan keçməyib. Lakin Prezidentin uzaqgörənliyi sayəsində ölkəmizdə bu virusa qarşı mübarizə çox yüksək səviyyədə təşkil olunub. Qısa zaman ərzində əhalinin sağlamlığının qorunması ön plana çəkilib. Azərbaycan pandemiyaya qarşı görülmüş tədbirlərə görə dünya ölkələri sırasında nümunəvi ölkə kimi dəyərləndirilir. Bu da birbaşa ölkə başçısının səyi əsasında reallaşıb. Ölkədə görülən qabaqlayıcı tədbirlər nəticəsində ölkə olaraq müsbət nəticələr əldə etməyimiz vətəndaşların da diqqətindən kənarda qalmayıb. Bütün bunlara görə Prezident İlham Əliyevə öz dərin minnətdarlığımızı bildirir, bu istiqamətdə uğurlar arzulayırıq.

Vəliyəddin Quliyev,

Şəhid atası

Paylaşın:

Pandemiya dövründə də Cənab Prezidentimiz xalqının yanındadır


Bütün dünyanı öz ağuşuna almış bir xəstəlik olan, adını belə çəkmək istəmədiyimiz koronavirus pandemiyası olan bir dövrdə Möhtərəm Prezidentimiz Cənab İlham Əliyev hər zamankı kimi bütün Azərbaycan xalqının yanında oldu. Yəqinki bu neçə aylarda müxtəlif ölkələrin necə bir əziyyət çəkdiyini, ictimai televiziya vasitəsi ilə öz gözlərimizlə şahidi olduq. Bir çox ölkələrdə insanların bu virusla bağlı xəstəxanalarda əziyyət çəkdiyini, ac-susuz insanların küçələrdə ölüm-qalım mübarizəsinin aparmağının yenə də şahidi olduq. Digər ölkələrə baxanda, bizim ölkəmizdə bu pandemiyanın ölüm halının az olması və xəstələrimizin də müayinə və müalicəsinin dövlətimizin hesabına qarşılanması bizim üçün sevindirici bir haldır. Mən çox sevinirəm ki, Cənab Prezidentimiz hər bir strukturun fəaliyyətini hər zaman öz nəzarəti altında saxlayıb, korrupsiyanın qarşısını ciddi şəkildə alıb. Bugunkü gündə artıq neçə aylardır ki, işsiz insanlar 190 manat pulla təmin olunur. Artıq demək olar ki, bizim möhtərəm Prezidentimiz hakimiyyətə gəldiyi gündən, ölkəmiz gündən-günə çiçəklənir, ölkələr arasında turizm ölkəsi kimi tanınıb. Mən çox sevinirəm ki, belə bir ölkənin vətəndaşıyam. Cənab Prezident, biz sizə çox sağol deyirik ki, hətta belə bir çətin günlərdə də bizim əlimizi buraxmadınız.

Elmira Nəsirova,

Şəhid ailəsi

Paylaşın:

Koronavirus infeksiyası ilə bağlı vəziyyət dövlət başçısının ciddi nəzarəti altındadır

 

        Bütün dünyada həyacana səbəb olan koronavirusla bağlı hazırda Azərbaycanda da pandemik şərait müşahidə olunur. Koronavirus infeksiyası ilə bağlı vəziyyət dövlət başçısının ciddi nəzarəti altındadır. Bu günə qədər bununla bağlı bir çox tədbirlər həyata keçirilib. Ölkədə fövqəladə vəziyyət elan olunub.Təlim təhsil prosesi dayandırılıb, dövlət sərhədləri bağlanıb. Görülən tədbirlər nəticəsində hal-hazırda ölkəmizdə koronavirusa yoluxma sayı azalır və müsbət nəticələr əldə edilir. Bunu Prezidentimiz İlham Əliyev 2020-ci il 6 avqust tarixində keçirdiyi müşavirədə qeyd etmişdir. Prezident İlham Əliyev çıxışı zamanı bildirmişdir ki, bu gün alınan müsbət nəticələr vaxtında görülən tədbirlərin nəticəsidir. Ölkə başçısı Azərbaycanda bu xəstəlikdən ölənlərin sayının aşağı səviyyədə olmasının səbəbi kimi eyni zamanda həkimlərimizin əməyi, xüsusi fəaliyyətinin nəticəsi olmasın da vurğulamışdır. Bu gün ölkəmizdə 46 xəstəxana ancaq koronavirus xəstələrinə xidmət edir. Bu 46 xəstəxananın 41-i son 17 il ərzində tikilib və ya əsaslı təmir olunub. Dövlət başçısı bir sıra iqtisadi və sosial məsələrə də toxunub. O bildirib ki, 5 milyona yaxın insanı geniş sosial paketlə əhatə etdik. 900 min insanın böyük əksəriyyəti faktiki olaraq işləmir ancaq dövlət tərəfindən əmək haqqı alır. Altı yüz min işsiz insan və aztəminatlı insanlar dövlət tərəfindən xüsusi qayğı ilə əhatə olunubdur. Bunlarla yanaşı müşavirədə bir sıra məsələlər müzakirə olunub. Sonda "bizim üçün birinci məsələ insanların həyatı, onların sağlamlığıdır sözlərini qeyd edən ölkə başçısı bundan sonra da bütün lazımi tədbirlərin görüləcəyini bildirib. Bu sözlərdən sonra belə nəticəyə gəlmək olar ki hər zamam olduğu kimi Azərbaycan Prezidenti xalqın qayğısına qalır və xalqını qorumaq üçün əlindən gələni edir.

Kamil Salahov,

Xocalı soyqırımında hər iki valideynini itirmiş rayon sakini

Paylaşın:

Operativ çevik məqsədə hesablanmış addımlar

 

          Mən bu məqaləni yazmaq istəyəndə dahi Sokratın bir fikri yadıma düşdü: "Sağlamlıq hər şey deyil, lakin hər şey sağlamlıqsız heç nədir." Doğrudan da əgər insan xəstədirsə, ətrafında olan  yaxşı heç bir şey onun ürəyincə olmayacaq. Son günlərdə pandemiyanın sürətlə artması bəzi insanlarda ruh düşkünlüyü yaratmışdır. Lakin mən onlara demək istəyirəm ki, onları düşünən, onların sağlamlığı ilə anbaan maraqlanan, xalqını sevən, vətəndaşının qayğısına qalan Cənab İlham Əliyev kimi Prezidentimiz var. Bizim Prezidentimizin mövqeyi insan həyatı və onların sağlamlığıdır. Pandemiya yayılandan onun etdiyi çıxışlar, xüsusən də 6 avqust 2020 - ci il tarixdə Prezident İlham Əliyevin koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirə buna canlı nümunədir. Cənab Prezidentimizin etdiyi çıxışlardan məlum olur ki, koronavirusla mübarizəyə özü nəzarət edir və məhz buna görədə Azərbaycanda xəstəxanaların fondu xəstələrə görə uyğunlaşdırılmışdır. İlk günlərdən qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində Azərbaycanda ölənlərin sayı dünya miqyasında aşağı səviyyədədir. 46 xəstəxana koronavirus xəstələrinə xidmət edir. Bu xəstəxanalardan 41-i son 17 il ərzində tikilib və ya əsaslı təmir olunub. 29 iyunda Cənab Prezidentimiz 1 gün ərzində həm Qobustanda, həm İsmayıllıda, həm də Qəbələ və Şəkidə modul tipli xəstəxanaların açılışında iştirak edib. Beləliklə də ölkəmizdə 9 modul tipli xəstəxana istifadəyə verilib. Bu xəstəxanalarda 3200 koronavirus xəstəsi müalicə alacaq. Xəstələrin vəziyyəti ciddi nəzarət altında olduğundandır ki, son 3 həftə ərzində müsbət dinamika nəzərə çarpır. Bu xəstəxanalarda öz işini sevən, savadlı, azərbaycanlı həkimlərlə yanaşı xaricdən Türkiyə, Rusiya, Kuba, İtaliya və Çindən gəlmiş həkim briqadaları da fəaliyyət göstərir. Azərbaycan adambaşına düşən testlərə görə sevindirici haldır ki, birinci yerdədir.                   

             Pandemiya dövründə iqtisadi-sosial məsələlər də öz həllini tapır. Belə ki, 9 min dövlət sektorunda çalışan insanlar dövlətdən vəsait alır. 760 min insana isə maliyyə dəstəyi göstərildi və iş yerləri qorundu. Çox faiz insanlara 190 manat müavinət verildi və verilməkdə davam edir. Bütün bunlar hamısı bizim öz büdcəmiz hesabına, yəni heç bir Dünya Bankına müraciət etmədən edilir. Lakin hələ pandemiya başlamamışdan əvvəl bizim azalan gəlirlərimiz, artan xərclərimiz Cənab Prezidentimizi narahat edirdi və o büdcəyə düzəlişlər edilməsi barədə Milli Məclisə tapşırıq verdi və bu məsələ bu günlərdə Milli Məclisdə müzakirə edilməkdədir. Büdcəmizin hansı səviyyədə olmasına baxmayaraq, Cənab Prezidentimiz həmişə öz xalqı üçün narahat olmuşdur. Bu il rekord sayda köçkün və Qarabağ əlilləri ailələri mənzillərlə təmin ediləcək. Yəni 7000-dən çox köçkün ailəsi, 1500-dən çox şəhid ailəsi, Qarabağ müharibəsi əlilləri bu imkanlardan yararlanacaq. Bütövlükdə ən azı 9000-nə yaxın ailə dövlət tərəfindən mənzillərlə təmin ediləcək. Cənab Prezidentimizim siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. O, xalqını daha firavan, daha gözəl yaşaması üçün bütün vasitələrə əl atır. Və sonda demək istəyirəm ki, biz ziyalılarda Cənab Prezidentimizin siyasətini daim bəyənir və dəstəkləyirik və ona uca tanrıdan uzun ömür və ən qiymətli tac olan sağlamlığın daim onun başında olmasını arzu edirəm.

Kübra İsmayılova,

Şəhid anası

Paylaşın:

Ölkəmizdə koronavirusa qarşı mübarizədə müsbət nəticələr əldə edilir


     Son zamanlar bütün dünyanı cənginə almış Covid-19 adı verilən Koronavirus pandemiyasına qarşı ölkəmizdə Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında preventiv, profilaktik, ardıcıl və sistemli addımlar atılmışdır. Bu addımlar nəticəsində ölkəmizdə son 3 həftədə müsbət dinamika özünü göstərmişdir. Cənab Prezidentimizin koronavirusla mübarizə sahəsində görülən tədbirlərdən bir neçəsini qeyd etmək istəyirəm.

         İlk olaraq bütün quru sərhədlərimiz dərhal bağlandı, eyni zamanda xaricdə qalan Azərbaycan vətəndaşlarının təxliyə edilməsi üçün əməli addımlar atıldı. Bu günə qədər 10 mindən artıq Azərbaycan vətəndaşı Vətənə qaytarılmışdır. Ölkə ərazisində xüsusi karantin rejimi tətbiq olundu. Aztəminatlı ailələrə yardım verildi. Prezident İlham Əliyevin 19 mart tarixində imzaladığı ''Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında '' Fərmanı çərçivəsində Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. "Fondun yaradılmasının əsas məqsədi milli həmrəyliyi daha da gücləndirməkdir'' deyən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəxsi nümunə göstərərək fonda 1 illik əmək haqlarını ianə ediblər. Cənab Prezidentimizin bu və ya digər düzgün tədbirləri nəticəsində koronavirusa qarşı mübarizədə ölkəmiz son günlər artıq müsbət nəticələr əldə edir. Bunu Prezidentimiz İlham Əliyevin 2020-ci il 6 avqust tarixində keçirdiyi müşavirədə də xüsusilə vurğulamışdır. İlham Əliyevin müşavirədəki çıxışındakı  nitqi:

         ''İyulun 16-dan bu günə qədər bu müsbət dinamika onu deməyə əsas verir ki, görülmüş tədbirlər vaxtında görülmüş tədbirlərdir. İyulun 16-dan bu günə qədər yoluxanların sayı sağalanların sayından xeyli aşağıdır. Bu gün ölkəmizdə 46 xəstəxana ancaq koronavirus xəstələrinə xidmət göstərir. Onlardan 41-i son 17 il ərzində tikilib və əsaslı şəkildə təmir edilib, müasir avadanlıqlarla təchiz olunub. Bu günə qədər modul tipli 9 xəstəxana istismara verilmişdir. Onlardan 4-ü 1 gün ərzində iyulun 29-da fəaliyyətə başlayıb. Əgər biz vaxtında bu addımları atmasaydıq, bu gün çox böyük problemlərlə, faciəvi vəziyyətlərlə üz-üzə qala bilərdik.''

Bütün bunlardan belə bir nəticəyə gəlmək olar ki, atadan gələn liderlik istedadı olan Cənab Prezident İlham Əliyev Azərbaycan xalqını qorumaq üçün əlindən gələni edir və xalq da İlham Əliyevin bu əziyyətini qiymətləndirir, onu sevir və dəstəkləyir.


Səlim Məmmədov,

Il qrup Qarabağ müharibəsi əlili

Paylaşın:

Pandemiya dövründə ölkəmizdə sosial layihələrin uğurla davam etdirilməsi düzgün siyasətin nəticəsidir

 

          Cənab Prezidentimiz İlham Əliyev avqustun 6-da ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədə yaxın müddət üçün, eləcə də pospandemiya dövründə ölkənin iqtisadiyyatının inkişafı üçün hansı işlər görmək lazım olduğunu aydın şəkildə, konseptual formada və dəqiq göstərmiş, onların icrası ilə əlaqədar Respublika Hökumətinə konkret tapşırıqlar vermişdir. Belə ki, koronavirusa qarşı mübarizə istiqamətində Prezidentimizin yürütdüyü uğurlu siyasət öz müsbət dinamikasını göstərir. İyulun 16-dan bu günə kimi yoluxanların sayının azalması və sağalanların sayının artması, ölüm sayının

minimuma endirilməsi bunun bariz sübutudur. Xəstəliyin ölkəmizdə meydan çıxmasından dərhal sonra bütün qabaqlayıcı tədbirlərin görülməsi, həkimlərimizin fəaliyyəti virusun episentrinin nəzarətdə saxlanmasına şərait yaratdı. Hal-hazırda 46 xəstəxana koronavirus xəstələrinin xidmətindədir və yerli və xarici mütəxəssislər bu xəstəxanalarda xəstələrin sağlamlığına qovuşmasının qeydinə qalır. Modul tipli 9 xəstəxananın quraşdırılması dövlətin bu çətin anlarda belə öz xalqının yanında olduğunu göstərdi. Eyni zamanda iqtisadi və sosial məsələlərin həllində son aylarda görülmüş işlər 5 milyona yaxın insanın sosial paketlərdən istifadəsinə yol açmışdır. Ölkəmizdəki sosial layihələr bu il rekord həddədir və bu Prezidentimizin dünyada tüğyan edən iqtisadi problemlər vaxtı yürütdüyü düzgün siyasətin nəticəsidir

          Zamanında gələcəyi görmək və bu gün üçün deyil, sabaha hesablanmış gəlirlərin və xərclərin sayəsində məcburi köçkünlərə və hərbiçi ailələrinə mənzillərin tikilməsi, şəhid ailələrinə, müharibə əlillərinə avtomobillərin təqdim olunması bizim pandemiya dövründə belə iqtisadi və sosial sahədə uğur qazanmağımıza səbəb olur. Pandemiya dövründə sərt karantin rejimi ilə əlaqədar olaraq aprel-may aylarında ölkəmizdə 600 min şəxsə 190 manat birdəfəlik ödəmə təqdim edilmişdir. İyun ayında sərt karantin tətbiq edilən 16 şəhər və rayonda 290 min şəxsə birdəfəlik ödəniş verilmişdir. Və bu ödəmələr avqust ayında 13 şəhər və rayonda sərt karantin rejiminin tətbiqi ilə əlaqəli ödəniləcək vəbu ödəniş 278 min nəfəri əhatə edəcək. Və ərzaq yardımlarının ödənməsi sosial tərəfdaşların dəstəyi ilə 2 dəfə 100 min ailəyə verilmişdir. Bu sadaladığımız məsələlər pandemiya dövrü üçün

vətəndaşlarımızın ümumilikdə 5 milyona yaxınını əhatə etdi.

           Dövlət və vətəndaş həmrəyliyi pandemiyanın yayılmasının azalmasına səbəb olmuşdur və bunun nəticəsində sərt karantin rejimi yumşaldılmışdır. Ayın 5-dən etibarən yumşalmaların olması hər birimizin vətəndaş məsuliyyətini artirmalı və arxayınlığımız olmamalıdır. Günün 24 saatı bizim sağlamlığımız üçün çalışan insanların var olması üçün biz də köməkçi olmalıyıq. Sosial məsafə, maskadan istifadə, sanitar-epidemioloji vasitələrdən müçkün olduqca çox istifadə gündəlik yaşam şərtimiz olmalıdır. İkinci dalğanın gəlməsi sağlamlığımızın, iqtisadi inkişafımızın, sosial vəziyyətimizin pisləşməsinə səbəb olar ki, bunu da dövlətimizin və özümüzün gələcəyi üçün heç birimiz istəmərik. Məsuliyyətli olmaq normal həyata dönüşümüzün əsas şərtidir.

            Azərbaycan Respublikası öz ərazi bütövlüyünün bərpasi istiqamətində Ermənistanla mübarizə aparır və pandemiyanın yayılmasının sürətlənməsi həm də bu istiqamətdə işə mənfi təsir göstərə bilər. Ölkəmizə sağlam ruhlu və sağlam bədənli vətəndaşlar olaraq lazımıq. Həm söz savaşında, həm lazım gələrsə, cəbhədə, pandemiya savaşında belə Prezidentimizin yürütdüyü siyasəti dəstəkləyir və daim öndə olmağa hazırıq.

Gülnaz Mustafayeva,

Xocalı rayon ziyalısı

Paylaşın:

Azərbaycan Ordusu yenilməzdir


         Dəyərli həmvətənlərimiz, bildiyimiz kimi, işğalçı ermənistan respublikası hələ dövlətçilik ənənələrinə sahib olmamışdan əvvəl də indiki Rusiya federasiyasının iqtisadi, siyasi və hərbi potensialindan istifadə etmiş və bu gün də istifadə etməkdədir. 1991-ci ildən müstəqilliyini bərpa etmiş Ermənistan respublikası 1992-ci ildən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təskilatına daxil olmuş, ancaq Rusiya ilə apardığı siyasi hərbi aktivliyi bu müqavilənin heç bir şərtləri daxilində göstərə bilməmiş, öz daxili və xarici acizliyini bir daha biruzə vermişdir.

         Mənfur qonşularımız Tovuz döyüşləri zamanı da digər dövlətlərdən asılı olduğunu göstərdi. Əzəli himayədarları olan Rusiya, qədirbilməz Serbiya düşmən ölkəni silahlandırmaqla məşğul oldular. 

         Serbiyanın Ermənistana silah-sursat göndərməsi nankorluq əlamətidir. Ölkəsini koronavirus bürüdüyu bir halda Azərbaycan Respublikasından maddi yardım almış Serbiyanın Azərbaycan qarşı işğalçı mövqe tutmuş Ermənistana silah-sursat göstərməsi əlbəttə ki, həm siyasi rəhbərliyimiz, həm xalqımız arasında birmənalı olaraq qarşılanmayıb. Sözsüz ki, Azərbaycan hökumətinin cavab tədbiri heç də çox ləngiməmişdir. Serbiyanin Azərbaycandakı səfiri dərhal çağırılmış, yaranmış vəziyyətlə əlaqədar olaraq söhbət aparılmış, Serbiya Respublikasının bu addımının Azərbaycan xalqı arasında ictimai qınağa səbəb olması haqqında bəyanat verilmiş, bu addım Azərbaycana qarşı qərəzli yanaşma kimi dəyərləndirilmişdir.


         Təəssüf ki, Azərbaycanla iqtisadi əlaqələri geniş olan Rusiya da Ermənistana silah göndərmişdir. Həm də hansı yolla? Gürcüstanın hava yollarından istifadədən məhrum olmuş Ermənistana Rusiyanın göndərdiyi silah-sursat Azərbaycanin tarixən mehriban siyasət apardığı Qazaxıstan və Türkmənistan səmalarından mənzilə çatdırılması xalqımızı məyus edir. 17-18 gün müddətində 7 reysə daşınmış bu tip müasir silahlar yəqin ki, hava yolları ilə xidmət edən bu dövlətlər üçün göz yumacaq qədər də asan deyildir. Elə bu məsələdə də Azərbaycan rəhbərliyi medianı çox da maraqda qoymamışdır. Azəbaycan Respublikasının Prezidenti İlham Əliyev bu silahların dünya silah bazarı qiymətindən dəfələrlə ucuz qiymətə Ermənistana göndərilməsilə və qarşı tərəfin Tovuzla təmasda törətdiyi təxribatla bağlı Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə telefon əlaqəsi saxlamış, yaranmış bu vəziyyətlə bağlı mülahizələr aparmışdır. 

        Bütün beynəlxalq hüquq və normalar Azərbaycanın haqlı mövqedə olduğunu təsdiqləyir. Məkrli düşmənin işğalçı siyasəti beynəlxalq hüquq normalarına, o cümlədən BMT-nin, ATƏT-in, Avropa Şurasının nizamnamələrinə, Helsinki Bəyannaməsinə tamamilə ziddir. Bu gün ikili standartlar, işğalçı dövlətə kömək göstərənlər münaqişəni yenidən alovlandırırlar. Ancaq düşmən nə qədər özünə güc toplasa da, öz havadarlarının arxasında gizlənsə də, nəticə etibarilə Azərbaycan işğal olunmuş bütün torpaqlarını azad etməklə işğalçı dövlətə ən ağır cəzanı verəcək.


Qoşqar Orucov,

Xocalı rayon ziyalısı

Paylaşın:

Qəhrəmanlıq salnaməmizin yeni səhifəsi


           Xalqımız qəhrəman xalqdır, əzmkardır, dözümlüdür. Bunu  Azərbaycan xalqının  qəhrəmanlıq tarixinin hər səhifəsində 
görmək olar. Müasir dövrümüzdəki başımıza  gələn müsibətlər və bu müsibətlərin öhdəsindən  möhkəm iradə ilə gəlmək sübut və örnəkdir. Aşağıda qeyd edəcəyim tarixi faktlardan bir daha  aydın oldu ki, Azərbaycan xalqının qəhrəmanlıq dastanı 21- ci əsrdə də davam edir.
            Nüfuzlu “Global  Firepower” Hərbi  analitika  təşkilatı  2020-ci ildə dünyanın ən yaxşı  ordularının reytinqini açıqlayıb. Hesablamalar  nəticəsində ordu  onun  imkanlarını  əks  etdirən  qiyməti almalıdır. Siyahıya daxil edilmiş ölkələrin  orduları içərisində Azərbaycan Silahlı Qüvvələri  dunya reytinqində  50-ci yerdə qərarlaşıb. Regionun isə ən qüdrətli  ordusu  reytinqini  saxlayır. Bu  gün öz gücü, qüdrəti imkanları,  döyüş əzmi, mənəvi  ruhuna görə, ən müasir  döyüş təchizatına  görə, nail  olduğu  uğurlara  görə, sözün həqiqi mənasında, çox  böyük  ehtirama, sevgiyə  və dəstəyə layiqdir  bizim Azərbaycan Ordusu. Bütün xalq  inanır ki, Ordumuzun güclü döyüş  qabiliyyətinə, qələbə  əzminə malik olması qaçılmazdır, zamanın tələbidir. Son dövrün hadisələri-istər Aprel döyüşləri, istər 12 iyuldakı  döyüşlər bütün bu  parametrlərin sübutu  kimi  bariz  göstəricilərdir.
            4 il əvvəl Aprel döyüşlərindəki hadisələri və  zərurətləri xatırlayaq. Yəni, o zaman  ordumuzun  əldə  etdiyi  qələbə  müasir dövlətçilik tariximizə” Aprel döyüşləri rəşadəti” kimi  yazılıb. Bu qələbələrdən  bəhs  edərkən  qeyq  etmək  lazımdır ki, təbii ki, hərb  rəşadətimizin  şanlı  səhifəsinin  müəllifi olan qəhrəman  hərbçilərimizə və onların ailələrinə  göstərilən  dövlət qayğısı, Cocuq Mərcanlıya tarixi qayıdış  barədə mühüm məqamlar  göz önündədir. Əlbəttə, qələbədən qələbəyə aparan  bu döyüşlər  ordumuzun əsgər və çavuş heyətində,  ümumilikdə hərbi  kollektivdə  vətənpərvərlik  hisslərimiz  bir daha  yüksəldir, ruh verir, döyüş  əzmi  yaradır.
          1994-cü ildə ermənilər tərəfindən ələ  keçirilən hərbi strateji  əhəmiyyətə malik Lələtəpə yüksəkliyi 22 ildən sonra 40 dəqiqə ərzində  böyük  döyüş hazırlığı və əzmkarlığı  nəticəsində işğaldan  azad  olundu. Əlbəttə, bütün  bunlar qan bahasına, can bahasına başa gələn böyük vətənpərvərlik  aktıdır.
        Artıq  neçə  vaxtdır ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin  bölmələrinin  Tovuz  rayonu istiqamətindəki döyüş  əhəmiyyətli  bölgələrimizi  və  yaşayış  məntəqələrimizi  artılleriya  qurğularından  atəşə  tutması  uşaqdan  böyüyə  bütün  Azərbaycan  xalqının  günlük  probleminə çevrilib. Bilirik ki, bu döyüşdə də  ordumuzun rəşadəti  nəticəsində  yenə  qələbə  bizim  oldu. Düşmən tərəfi həddindən çox  həm canlı qüvvə itkisi, həm də döyüş texnikası itkisi  verərək məğlub oldu. Ancaq çox təəssüf ki, xalqımız üçün çox dəyərli olan böyük rütbəli  hərbçilərimiz, digər zabit və əsgərlərimiz şəhid  oldu. Əgər belə şəhid qəhramanlarımız varsa, rəşadətimiz də daima olacaqdır.
            Prezident İlham Əliyevin tapşırığına əsasən, bu döyüşlərdə şəhid olan hərbi qulluqçuların ailələri hərtərəfli diqqətlə əhatə olunur və qayğı  göstərilir. Belə ki, Müdafiə Nazirliyinin yüksək rütbəli əməkdaşları şəhid Polad Həşimovun və İlham Mirzəyevin ailələrinə Prezident İham Əliyev tərəfindən onlar üçün ayrılan mənzillərin sertifikatlarını təqdim ediblər. Digər şəhid ailələrinə də göstərilən diqqət və qayğı hərtərəflidir. Onların  sosial vəziyyəti  ilə əlaqədar müvafiq dəstək tədbirləri nəzərdə tutulub. Birinci vitse-prezident  Mehriban xanımın tapşırığına əsasən, şəhid olan  hərbçilərin ailələrinin qayğıları daim Heydər Əliyev Fondunun nəzarəti altında olacaqdır.
           Azərbaycan ictimaiyyəti  hər  zaman dövlət  və  dövlətçiliyimizi qorumağa  çalışmışdır. Milli  sabitliyi, həmrəyliyi, asayişi  pozmaq  isdəyən  bəzi  qüvvələrə  qarşı xalq nümayəndələri  yenə  ayağa qalxdı. Çətin  bir  zamanda  dövlətə, orduya  dəstək olmaq  üçün  minlərlə  insanların  neçə  gün davam edən yürüşü  xalqın  birliyini bir daha  sübut  etdi.
          Azərbaycanın müxtəlif siyasi  partiyaları  milli həmrəyliyimizə  dair  bəyanat  yaydı. 43  siyası  partiyanın  iştirakı  ilə  imzalanan  bu  bəyanatda Prezidentimizin  həyata  keçirdiyi  siyasətinin  qətiyyətlə  dəstəklənməsi  xalqımızı  onun ətrafında sıx birləşməyə, həmrəyliyə  çağırışı  öz əksini tapmışdır.
           Qardaş  dövlət olan Türkiyə də  hər zamankı  kimi Azərbaycanın ərazi bütövlüyünü  qorumaq  üçün  bütün imkanları ilə Azərbaycanın  yanında  olacağını bəyan edib. “Dağlıq Qarabağ  münaqişəsinin həlli məsələsi Türkiyə  üçün  milli  məsələdir”-deyən  Rəccəb Tayyib Ərdoğan hər vəziyyətdə  Azərbaycana  dəstək  göstərməyə  davam  edəcəyini  bildirib. Bu  problemi  Türkiyənin  problem  kimi  gördüyünü  də  qeyd  edib. XİN  Mövlud Çavuşoğlu  da  Azərbaycana  dəstək  bəyanatı  yayıb. Türkiyənin  müdafiə  naziri  Hulisi Akar da bu bəyanata  qoşulduğunu  bildirib. Bundan  başqa  AKP, CHP, MHP və  İYİ  partiyaları  Ermənistanın Azərbaycana  hücumu  ilə  bağlı  etiraz  bəyanatı  yayıb.
           İsraildə, Fransada, Almaniyada və  s. xarici  ölkələrdə  erməni  aqressiyasına  qarşı  etiraz  aksiyaları keçirilib. Bu aksiyalar Azərbaycanı  dəstəkləyən şüarlarla  nümayiş olunub. Digər  xarici  ölkələrdə  olduğu  kimi  Macarıstanda  da Macarıstan-Azərbaycan Cəmiyyəti, Azərbaycan-Macarıstan Gənclər  Birliyi və  Azərbaycan evinin  birgə təşəbbüsü  ilə  Dunay  şəhərində keçirdiyi mitinqdə “erməni  təcavüzünü  dayandırın!”, “Qarabağ  Azərbaycanındır” kimi  şüarlar  səslənib. Bu mitinqdə müxtəlif millətlərin  nümayəndələri  iştirak  edib.
            İyulun 14-də  bakıda  keçirilmiş  yürüş  və  toplantı  Azərbaycan  xalqının öz dövlətinə,  ordusuna  və  Ali  Baş  Komandanına  bir daha  tam  dəstəyini  nümayiş  etdirib. Bu yürüşün  təşkilatçısı xalq özü  olmuşdur. Və demək ki, xalq  hər zaman hər məsələdə əsas roldadır. Və xalq Ali Baş Komandanın yanındadır. 

Kamil Nəsirov,
Xocalı rayonundan şəhid ailəsi
Paylaşın:

Qarabağ Azərbaycandır və nida işarəsi


        Artıq neçə illərdir ki, xalqımız müharibə şəraitində yaşayır, neçə illərdir ki torpaqlarımız erməmi işğalçılarının tapdağı altındadır. Neçə-neçə oğul və qızlarımız öz yurd və yuvalarından didərgin düşüblər. 
        Ermənilərin xalqımıza qarşı yürütdüyü bu müharibə bu gün də davam etdirilir. Bü gün də xalqımız bu amansız mübarizənin içindədir. Onların yeritdiyi iyrənc  siyasət hələ də haqsız şəkildə uzadılır. 
        Yaşadığımız son hadisələr ermənilərin törətdiyi  son hücumlar onların haqsız olduğunu və torpaqlarımıza göz dikdiklərini bir daha sübut etdi. Hər zaman olduğu kimi yenə də öz məkirli siyasətlərini nümayiş etdirən erməni cəlladları torpaqlarımıza hücum etdilər. 
         Lakin mərd və mübariz xalqımız həmişə  olduğu kimi yenə də düşmənin öhdəsindən gəlməyi bacardı. Cəsur döyüşçülərimiz düşmənə layiqli cavab verdirlər. Düşmən geri otuzduruldu. Düzdür itkilərimiz də oldu. Qəhrəman  xalqımız yenə igid oğullarını torpağa tapşırdı. Onlar öz adlarını tarixə şərəflə qeyd etdilər.
          Son hadisələr onu da göstərdi ki nəinki əskərlərimiz bütün xalqımız vətənin müdafiəsinə qalxaraq torpaqlarımızı düşməndən azad etməyə hazırdırlar. Yaşından cinsindən asılı olmayaraq bütün vətən övladlarımız küçə və meydanlara axışaraq Qarabağın müdafiəsinə qalxdılar. Mərd və mübariz xalqımız bir daha sübut edti ki Azərbaycan xalqı  igid, cəsur dözümlü bir xalqdır. Bəli, bu gün xalqımız iftixarla deyə bilər ki, onun güclü dövləti, güclü ordusu, yenilməz əsgərləri var.
         Güclü dövləti, güclü ordusu, yenilməz əsgərləri var olan xalqın torpaqları işğal altında qala bilməz. Biz əminik ki, hal hazırda davam edən sülh danışıqları nətcə verməzsə, o zaman Cənəb prezidentimizin qeyd etdiyi kimi lazım gələrsə müharibə yolu ilə torpaqlarımızı mənfur erməni işğalçılarından azad edəcəyik. Biz əminik ki, bu uğurlu gün uzaqda deyil və torpaqlarımızın işğalda olmağını gələcək nəsillərə ötürməyəcəyik.     
 Aidə Ələkbərova,     
Milli Qəhrəman Araz Səlimovun həyat yoldaşı
Paylaşın:

Azərbaycan xalqının qəhrəmanlıq dastanı daha parlaq şəkildə davam edir


             Hər bir xalqın həyatında müəyyən keşməkeşli məqamlar olur ki, həmin anlarda onun övladları ön plana çıxır, xalqı bəlalardan qurtarmaq üçün döyüş meydanına atılır, sinəsini sipər edib öz canı bahasına Vətəni bəlalardan xilas edir. Əbəs yerə deyilməyibdir ki, torpaq əgər uğrunda ölən varsa, Vətəndir.           
             Azərbaycanın da övladları zaman-zaman öz vətənlərinin inkişafı, xilası naminə qəhrəmanlıq göstərmişlər ki, bu hərəkətlər də hazırkı nəsil üçün yaxşı bir örnəkdir. Hələ 7-ci əsrin ortalarında məşhur Alban hökmdarı Cavanşir düşmənlə mübarizədə 17 yerindən yara almasına baxmayaraq, sarsılmadan döyüşü davam etdirmişdir. 9-cu əsrin birinci yarısında ərəb xilafətinə qarşı 22 il mübarizə aparmış Babək, xilafətin 6 ordusunu darmadağın etmişdir. 1501-ci ildə 13 yaşında hakimiyyətə gəlmiş Səfəvi hökmdarı Şah İsmayıl Xətai özünün 14 illik hakimiyyəti dövründə 14 əyalət fəth edərək Azərbaycanın bütövləşməsi uğrunda böyük işlər görmüşdür. Bu siyahını uzatmaq da olar. İstər qədim tarixə qayıdıb Kitabi Dədə Qorqud dastanlarında təsvir edilən Oğuz igidlərinin, istərsə də nisbətən yeni tarixə müraciət edib Cəlalilər hərəkatına başçılıq etmiş Koroğlunun qəhrəmanlığından və digər Azərbaycan oğullarının qəhrəmanlıqlarından da bəhs etmək olar. Son illər Azərbaycanda baş verən hadisələr bir daha sübut etdi ki, Azərbaycan xalqının qəhrəmanlıq dastanı hələ bitməyib və daha parlaq şəkildə davam edir.             
              2016-cı ilin Aprel döyüşləri bir daha sübut etdi ki, Azəərbaycan adlı məmləkətimizin qəhrəmanlıq salnaməsi davam etməkdədir. Həmin döyüşlərdə igid Vətən oğulları məkrli düşmənlə döyüşlərdə şücaət göstərərək onları ağır məğlubiyyətə uğratdı. Düşmən Ordumuz tərəfindən sarsıdıcı zərbə alaraq həm canlı qüvvə, həm də texnika sarıdan böyük itkilərə məruz qaldı. Həmin döyüşlərdə Azərbaycan Ordusunun yüksək rütbəli zabitləri Polad Həşimov, Mais Bərxudarov, Raqif Orucov qəhrəmanlıq nümayiş etdirərək ordumuz üçün böyük strateji əhəmiyyətə malik olan Lələtəpə yüksəkliyinin ələ keçirilməsində xüsusilə fərqləndilər. Onların bu şücaəti dövlətimizin Başçısı, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirildi. Mais Bərxudarov, Polad Həşimov müxtəlif yüksək dövlət təltiflərinə layiq görüldü. Təəssüflər olsun ki, həmin döyüşlərdə polkovnik Raqif Orucov qəhrəmancasına həlak oldu və canını həyatından da çox sevdiyi Vətən torpağı uğrunda qurban verdi. Onun da qəhrəmanlığı dövlətimiz tərəfindən layiqincə qiymətləndirildi.                                             

           Düşmən heç vəchlə Azərbaycanın sürətli inkişafını həzm edə bilmir, vaxtaşırı öz məkrli niyyətindən əl çəkməyərək təxribatlara əl atırdı. Bu ilin 12 iyulunda düşmən yenə də özünün mənfur xislətinə sadiq qalaraq Tovuz rayonu ərazisində dövlət sərhəddimizi pozmağa cəhd etdi. Sərhəd postlarımız və sərhədyanı yaşayış məntəqələrimiz iriçaplı silahlardan, ağır artilleriya vasitələrindən intensiv atəşə məruz qaldı. Silahlı qüvvələrimiz düşmənə sarsıdıcı cavab zərbəsi endirərək düşmənin xeyli canlı qüvvəsini məhv etdi və əhəmiyyətli dərəcədə hərbi texnikasını darmadağın etdi. Çox təəssüf ki, bu döyüşlərdə də bir nəfər dinc sakinimizi və 11 nəfər hərbçimizi itirdik. Həlak olanlar içərisində Aprel döyüşlərində yüksək şücaət göstərən general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və digərləri də var idi. Bu çətin günlərdə xalq öz şəhidlərinə yas tutmaqla bərabər, dövlətə, dövlətçiliyə, ölkə prezidentinə dəstək nümayiş etdirərək 14 iyulda küçələrə axışdı və Vətən uğrunda savaşa hazır olduqlarını bildirdilər. Ölkə Prezidenti Cənab İlham Əliyev də bəyan etdi ki, şəhidlərimizin qanı alınıb və bundan sonra da onların qisası düşməndən alınacaqdır. İgidlərimiz isə canlarını sevdikləri Vətən uğrunda qurban verdilər. Ancaq şəhidlərimiz daim xatirələrdə yaşayacaqlar. "Ölüm sevinməsin qoy, Ömrünü vermir bada. El qədrini canından, daha əziz bilənlər. Şirin bir xatirətək, qalacaqdır dünyada. Sevərək yaşayanlar, sevilərək ölənlər. " Bəli, şəhidlərimiz Vətəni sevdilər və yurddaşları tərəfindən sevilərik əbədiyyətə qovuşdular. Məkanları cənnət olsun.     
          Suren Məmmədov,
          Xocalı rayonundan şəhid ailəsi
Paylaşın:

Güclü Ordu, Güclü Dövlət deməkdir!


Tarixən istənilən dövlətin əsirlər boyu müstəqilliyinin əbədi qalmasında güclü ordunun olması önəm daşımışdır. Dünyada böyük dövlətlər öz torpaqlarının ərazisini genişləndirmək üçün digər dövlətin torpaqlarını zəbt etmiş və sərhədlərini möhkəmləndirmişdir. Belə bir məqamda hər bir müstəqil dövlətin güclü ordusunun olması zərurəti yaratmışdır.
Azərbaycanın ilk ordu quruculuğu 1918-ci ildə yaranmasına baxmayaraq, bu könüllü dəstələrdən ibarət olan ordu Şərqdə yaranmış ilk dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti qurulmasında çox böyük rola malik olmasına baxmayaraq 23 aydan sonra ADR-lə birgə süqut etmişdir.
Azərbaycan xalqı hər zaman öz vətənpərvərliyi cəsurluğu ilə fərqlənmiş öz Vətəni uğrunda canını əsl qəhrəman olaraq fəda etmiş və vətənə kor baxan doğma yurdumuza qarşı məkirli niyyətdə olan düşmən yerində məhv edilmişdir. Məhz bu gün fəxrlə bilərik ki, Azərbaycanın ərazi qorunmasında yüzlərlə Qarabağ döyüşlərində əsl şücayət göstərərək bir çoxu Milli Qəhrəman adına layiq görülmüş düşmənlə üz-üzə döyüşərək şəhid olmuşdur.
Lakin 1991-ci il oktyabrın 18-də müstəqilliyimizi əldə etsəkdə o zamankı hakimiyyətdə olan şəxslərin orduya diqqət və qayğı göstərməməsi, orduda nizam-intizamın olmaması sayəsində Qarabağda gedən döyüşlərdə çoxlu sayda itkilərmiz olmuş, Azərbaycanın qədim-əzəli torpaqlarının 20%-i düşmən tərəfindən zəbt olunmuşdur.
Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə xalqın tələb və təkidi ilə hakimiyyətə gəlməsi ilə ölkəmizin başı üstünü alan qara buludlar tez bir zamanda çəkilərək, sabitlik əminamanlıq bərpa olundu, tez bir zamanda Müstəqil Azərbaycan Dövlətinin Ordu quruculuğunda çox böyük nizam-intizam yaradıldı. Ulu öndərmiz qətiyyət və diqqət göstərərək tez-tez cəhbə bölgəsinə yollanaraq əsgərlərlə görüşərək döyüşən əsgərlərmizin yanında olmağı ilə onlara böyük ruh yüksəkliyi bəxş edirdi.
Ulu öndər Heydər Əliyev ordumuzun güclənməsi naminə zamanın olduğunu nəzərə alaraq 1994-cü ildə atəşkəsə nail olaraq ölkəmizdə ordunun güclənməsi əsgər və zabit heyətinin döyüşə hazırlıq səviyyəsi yönümündə çox böyük işlər aparılmışdır. Məhz dahi rəhbər Heydər Əliyevin birbaşa göstərişi ilə Cəmşid Naxçıvaniski adına hərbi ali məktəb yaradılmış və bu hərbi ali məktəbə gənclər qəbul edilərək hərbi sirrlərin öyrədilməsinə nail olunmuşdur.
Ümummilli lider Heydər Əliyev çıxışında qeyd etmişdir ki, “Müstəqilliyimizin əbədi olması üçün Azərbaycanın nizami və güclü ordusu olması mütləqdir ”.
Bu gün də Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Ali Baş Komandan Prezident Cənab İlham Əliyev tərəfindən ordu quruculuğuna böyük önəm verilir, ordumuzun güclənməsi naminə qətiyyətli və məqsədyönlü siyasət aparılır. Dünyada bu gün siyasi güc nə qədər önəmlidirsə, güclü orduya sahib olmaq o qədər də vacib və önəmli hesab olunur.
Məhz bu gün Ulu öndərin təməlini qoyduğu müstəqil Azərbaycan Respublikasının Silahlı Qüvvələri Ali Baş Komandan Prezident Cənab İlham Əliyevin rəhbərliyi altında daha da inkişaf edərək, güclənərək yeni mərhələyə qədəm qoymuşdur. Silahlı Qüvvələrinin Ali Baş Komandanı Cənab İlham Əliyevin sayəsində Milli Ordumuzun maddi-texniki dahada gücləndirildi, Silahlı Qüvvələrin bütün bölmələrində əsgər və zabitlətlərə dövlət qayğısı əhəmiyyətli dərəcədə yüksəldi. Prezident İlham Əliyevin Ordu quruculuğunda ən mühüm uğurlardan biri Müdafiə Sənayesi Nazirliyinin yaradılması Azərbaycan Ordusunun qüdrətini, hərbi rəşadətini 2016-cı il aprel döyüşləri bir daha təsdiq etdi. Ermənistanın törətdiyi təxribatlara layiqli cavab verən Azərbaycan Ordusu düşmənə öldürücü zərbə vurmaqla öz hərbi gücünü göstərdi hər birmizin “Lələtəpə Zəfəri" kimi uğurlu döyüş əməliyyatı sandığımız 3 günlük döyüşdə ermənistan ordusu güclü və yüksək döyüş ruhlu Azərbaycan əsgərləri qarşısında məğlub olaraq çoxlu sayda hərbi texnika və əsgər sayı ilə geri çəkilməyə məğlubiyyətə düçar olmuşdur. Prezident Cənab İlham Əliyev demişdir “Lələtəpə Zəfəri aprel döyüşləri bir daha Azərbaycan Ordusunun güclü olduğunu sübut etdi ... “.
Orduya dövlətin göstərdiyi diqqət və qayğı sayəsində bu gün Azərbaycan Ordusu ən güclü 50 ordu sırasındadır.
Koronovirus (Covid-19) pandemiyası ilə əlaqədar gecikərək, Böyük Qələbənin 75 illik yubleyi münasibətilə Rusiya Federasiyasında Moskvada Qızıl Meydanda 24 iyun 2020-ci il tarixdə keçirilən hərbi paradda 12 ölkənin iştirak etdiyi Hərbi Paradda Azərbaycanın 75 nəfərlik hərbi heyətinində iştirak etməsi, hərbi paradda 1-ci olaraq Azərbaycanın hərbi heyətinin Qızıl Meydanda irəlləməsi bir daha onu deməyə əsas verir ki, Müstəqil Azərbaycan Dövləti bu gün güclü Orduya malikdir.
Bu yaxınlarda Türkiyə Dövləti ilə Dövlətimizin bağladığı Saziş bir daha bir millət iki Dövlət anlamında əlaqələrmizi daha da möhkəmləndirərək, Türkiyə Dövlətindən Silahlı Qüvvələrin Azərbaycan Respublikasının Silahlı Qüvvələri ilə birgə hərbi təlimlərin keçirilməsi hər iki qardaş dövlətin güclü orduya malik olmasının nümayişi dünyaya hərbi-siyasi mesaj oldu .
Biz əminik ki, tezliklə Azərbaycan Dövləti sahib olduğu qüdrətli və yüksək döyüş bacarığı olan Ordusu sayəsində, düşmən tapdağı altında olan qədim və əzəli doğma yurd yerlərmizi azad edəcək üçrəngli bayrağımız Qarabağda dalğalanacaqdır.
Prezident Cənab İlham Əliyev qeyd etdiyi kimi “ermənistan birləşmələri işgal etdikləri torpaqlarmızı tezliklə geri qaytarmalıdırlar".
Biz əminik ki, işğal olunmuş torpaqlarmız tezliklə Ali Baş Komandan Prezident İlham Əliyevin sayəsində düşmən tapdağından azad olunacaq çünki, Azərbaycan Dövlətinin güclü ordusu var və xalqın orduya inamı böyükdür. Xalq Ordunun ən böyük dəstəkçisi arxasında dayanmış ordumuzun daim yanında olmağa hazır könüllü döyüşçülərdir.
Güclü Ordumuzla qürur duyuram və bu Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş oğullarmıza Allahdan rəhmət diləyirəm.
Aydın Əliyev,
Xocalı rayon Qaragav kənd
tam orta məktəbin direktoru
Paylaşın:

Zəfər bizimlədir!


             Vətən nədən başlayır? Vətən haradan başlayır? Mən deyərdim ki, Vətən sərhədlərdən, yaşıl meşələrdən, ruha qida verən dağlardan, yamaclardan başlayır. O torpaqlardan ki, əsrlərdən indiyə kimi hər qarışında oğulların qanlarından başlayır. Torpaq uğrunda ölən varsa, Vətəndir. Ata-babalarımız öz nəsihətlərində, nənələrimiz öz laylalarında ana Vətən sevgisini bizə tövsiyə etmişlər. Xalqımızın tarixində qanlı – qadalı illər çox olmuşdur. Bizim xalqın heç vaxt özgə yurdunda gözü olmamışdır. Həmişə işğalçılara qarşı mərdliklə döyüşmüş, döyüş meydanında zəfərlə bərabər,şəhid olmuşlar. 
            Qanlı tariximizin son səhifələri erməni təcavüzünün nəticələrini dünyaya çatdırdı. Bu təcavüzün nəticəsində ölkəmizin 20% ərazisi işğal olundu, yurd – yuvalarımız talan edildi, övladlarımız şəhid edildi, uşaqlara qocalara rəhm olunmadı. Əsrin ən böyük faciəsi Xocalı soyqırımı baş verdi. 
            Erməni faşistləri havadarlarının köməyinə arxalanaraq amansız cinayətlər həyata keçirdi. Bu amansız cinayətlərin acı nəticələri dünya ölkələrinə, hökumətlərinə çatdırıldı. Yüksək sammitlərdə xalqımızın ədalətsizliyə məruz qaldığı haqqında vətənpərvər oğullarımız öz haqq səsini yaydı. Lakin bütün bunlar nəticəsiz qaldı, bizi dəstəkləyən, səsimizə səs verənlər dünyanı ayağa qaldıra bilmədi.
            Mən də öz siyasi mövqeyimdən belə qənaətə gəlirəm ki, doğrudan da qanlar tökülən bu torpağı ancaq və ancaq Azərbaycan əsgərləri xilas edəcək. Aprel döyüşləri onu sübut etdi ki, torpaqlarımız həmişə güclü  silahlı qüvvələrimiz tərəfindən qorunur. 
           Ordumuz tərəfindən Cocuqmərcanlı kəndi ermənilərdən azad olundu. İndi bu kənd müasir üslubda bərpa edilib, yaşayış məsgəninə çevrilib. 
            Qüdrətli Ordumuz müasir silahlarla təhciz edilb. Sərhədlərimiz cəsur, qorxmaz əsgərlərimiz tərəfindən qorunur. Biz hal-hazırda dünyanı ölüm meydanına çevirən koronavirus pandemiyası vəziyyətində yaşayırıq. Bu gözəgörünməz virus bütün ölkələri, şəhərləri, kəndləri, bürüyərək insanları məhv edərək, bioloji müharibəyə səbəb olur. Mart ayından başlayan karantin rejimi yoluxmanın zəifləməsinə, insanların həyatının qorunmasına səbəb oldu. Belə bir məsuliyyətli bir zamanda sevimli Prezidentimiz İlham Əliyev və onun xanımı Mehriban Əliyeva öz xalqına hərtərəfli qayğı göstərdi. Həqiqətən onların qayğısı xalqımız tərəfindən alqışlandı, bəyənildi. Bu qayğılar bir daha onu sübut etdi ki, xalqımızın, elimizin talehi etibarlı əllərdədir. Prezidentimiz xalqın bütün təbəqələrinin qayğısına qalaraq onlara öz atalıq qayğısını göstərdi. 
             Virusun bütün dünyaya meydan oxuduğu belə bir zamanda təxribatçı erməni hərbi birləşmələri Tovuz rayonunun sərhəd istiqamətində sərhədlərimizi atəşə tutaraq yenidən təxribat törətmək istədilər. Erməni quldurları ətraf kəndləri ələ keçirmək, yenidən torpaqlarımızı əldə etmək üçün iyulun 12-dən 13-nə  keçən gecə güclü artilleriya hücumuna keçdilər. Lakin Azərbaycan Ordusunun cəsur əsgər və zabitlərinin cavab atəşləri ilə qarşılaşaraq, böyük itkilər verərək geriyə çəkilmək məcburiyyətində qaldılar. 
            Düşmənin canlı qüvvəsi böyük itkilər vermiş, döyüş texnikaları və postları məhv edilmişdir.
            Bax elə budur Azərbaycan Ordusunun şücaəti! Ordumuzun qəhrəman və şəhid oğulları onu sübut etdi ki, biz həmişə canımız, qanımız bahasına da olsa bir qarış torpaqlarımızı erməni təcavüzkarlarına verməyəcəyik. Şəhidlərimizə Allahdan rəhmət diləyirik yaralı əsgərlərimizə tezliklə sağalaraq xidmətlərinə qayıtmalarını arzu edirik. Dövlət başçımız şəhidlərin igidliklərini  qiymətləndirdi, onların ailələrinə öz dərin kədərini bildirdi. 
            Qəlbi Vətənlə döyünən igid oğullarımız hərbi komissarlıqlara gələrək, könüllü olaraq cəbhəyə getmək istədiklərini bildirdilər. 
            Xarici ölkələrdə yaşayan soydaşlarımız səfirliklərin qarşısında  öz etirazlarını bildirdilər, öz haqq səslərini dünyaya yaydılar.
            Türkiyə parlamenti, Türkiyə Prezidenti, onun xarici işlər naziri, müdafiə naziri Azərbaycan xalqının səsinə səs verdi və bildirdilər ki, onlar Azərbaycan xalqının daim yanındadır və həmişə də yanında olacaqlar.
           Bu mübarizədə xalqımıza zəfər və qələbə arzu edirəm. Erməni quldurları və onların havadarları bilsinlər ki, haqq-ədalət tezliklə öz sözünü deyəcək. Biz bu müharibədə torpaqlarımızı itirsək də, şəhidlər versək də qalibiyyət bizimlə olacaq. 
             Necə ki, türk qəhrəman oğulları cəbhəyə gedərək deyərlər. “Mən qalibiyyət uğrunda şəhid olmağa gedirəm”.
            Xalqımızın amalı, istəyi ancaq Prezidentimizin ətrafında sıx birləşmək, döyüş üçün onun komandasını gözləmək, bu müqəddəs müharibədə zəfər bayrağımızı Şuşada Cıdır Düzündə dalğalandırmaqdır. İnşallah zəfər və qələbə bizim olacaq.  
       Tünzalə Əsədova,
       Xocalı rayon ziyalısı
Paylaşın:

Ən çox oxunan

Blog Arşivi