Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Düşmən ölkənin çətin məqamda silah dilənməsi onların acizliyindən xəbər verir

 

     Bildiyimiz kimi, 1991-ci ildə öz müstəqilliyini elan edəndən sonra daha da azğınlaşmağa başlayan ermənistan hələ də öz əməllərindən əl çəkməyir, bu günə qədər də öz işğalçı əməllərini davam etdirir. Bu təcavüzkarlıq siyasəti erməni tarixinin mahiyyətindədir. Elə buna görə də beynəlxalq və daxili vəziyyətin imkan verdiyi tarixi şərait yaranan kimi xəyanətkar niyyətlərini reallaşdırmaq üçün bütün vasitələrdən istifadə etmişlər. Ermənistan 1991-ci ildən bəri təhlükəsizliyini təmin etmək üçün əsasən Rusiya ilə əməkdaşlığını qoruyub. Daha sonra 1992-ci ildən Rusiyanın təşəbbüskarı olduğu "Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına" üzv olub. Həmçinində Rusiyanın 102-ci hərbi bazası Ermənistan ərazisində fəaliyyət göstərir. Təhlükəsizlik siyasətinə uyğun olaraq ermənistan təhlükəsizlik şurasına üzv olan Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistanla hərbi siyasətini inkişaf etdirməyə çalışır. Bu təşkilata üzv olan ölkələrdən ancaq Rusiya ilə ermənistanın hərbi əməkdaşlığı davam edir. Digər ölkələr ilə elə bir hərbi əməkdaşlığı yoxdur. 

        Bildiyimiz kimi, ermənistan iyulun 12-də Tovuz istiqamətində hərbi təxribat törətdi. Bu təxribatı törətməmişdən əvvəl ermənistanın buna hazırlıq görməsinin əsas sübutu Serbiyadan silah daşınması idi. Azərbaycan həmişə Serbiyanı dəstəkləmişdir. Buna görə də Serbiyanın səlahiyyətli nümayəndəsi Xarici İşlər Nazirliyinə dəvət olunmuşdur. Nümayəndə baş vermiş bütün hadisələrə təəssüf hissini bildirmişdir. Sonra Serbiyanın prezidenti ilə Cənab İlham Əliyev arasında telefon danışığı olmuşdur.

 Təəssüf doğurucu digər hadisələridən biri də ermənistanın Rusiyadan silah almasıdır. Tovuz istiqamətində baş vermiş hadisədən sonra da Rusiyadan silah alınmasıdır. 

          Gürcüstan öz ərazisindən icazə vermədiyi üçün silah üç ölkə ərazisindən keçirilib. Bu ölkələr Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasıdır. Bu Azərbaycana qarşı səmimi olmayan münasibətin göstəricisidir. 

Ermənistan və erməni diasporasının maliyyə və təşkilati yardımı ilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni terrorçu təşkilatlarının Azərbaycana qarşı apardıqları terror müharibəsi 1980-ci ildən başlayaraq ardıcıl xarakter almışdır.

Azərbaycan Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonun işğalı zamanı minlərlə günahsız həmyerlimiz həlak olmuşdur. Bunu da vurğulamaq istəyirəm ki, biz işğal olunmuş torpaqlarımızı canımız bahasına olsa da işğaldan azad edəcəyik. Şəhidlərimizin qanını yerdə qoymayacağıq...

  Müşviq Əliyev,

 Xocalı rayon ziyalısı

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi