BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

14 Ağustos 2020 Cuma

İşğalçı və simasız dövləti silahlandırmaq onların özünə bənzəyən dövlətlərə məxsus çirkin əməldir

Posted at  8/14/2020  |  in  


       Rusiyanın Ermənistanı silahlandırması sözdə münaqişənin sülh yolu ilə həllinə deyil, əksinə qızışdırıcı rol oynamağına səbəb olur. İşğalçı dövləti silahlandırmaq ölkəmizə qarşı qeyri-dürüst addımın gösrəricisidir. Ermənistanın hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədi ilə yaradılan Minsk qrupunun həmsədri olan Rusiyanın belə addım atması yalnışdır. Artıq belə çıxır ki, Minsk  qrupu məsələnin həllinə deyil işğalçı, təcavüzkar dövlətin vəziyyəti daha da gərginləşdirməsinə xidmət edir.

Azərbaycan illərdir Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün səylər göstərməsinin əksinə olaraq Ermənistan tərəfi həmişə işğalçı siyasətini  genişləndirməyə çalışmışdır. Özü də cəbhə xəttində yox, Azərbaycan–Ermənistan sərhəddində buna cəhd göstərmişdir. Təbii ki, bunun arxasında böyük qüvvələr durur.  Ermənistan məqsədinə çatmaq üçün onların əlində oyuncağa çevrilib. 

         Azərbaycanın hər zaman ərazi bütövlüyünü tanıdığı, Kosovanın müstəqilliyini tanımadığı Serbiyanın Ermənistana silah satmasını şiddətlə qınayır, onların bu yanlış və eybli hərəkətlərinə düzəliş etmələrini gözləyirik. 

             Azərbaycanın öz haqlarını müdafiə etdiyi, ərazi bütövlüyü üçün çalışdığı zamanda Rusiyanın Ermənistanı silahlandırması qətiyyətlə pislənməli və beynəlxalq aləmdə qınanmalıdır. Rusiya silahlarını Qazaxıstan, Türkmənistan və İran hava yolu ilə işğalçı dövlətə gətirməsi doğrudan da Azərbaycan türkləri olaraq bizləri çox məyus edir. İki türkdilli ölkənin buna yol verməsi ağlasığmaz hadisədir. Azərbaycan xalqı  və dövləti bunu pisləyir, bu iki türk xalqının ölkəmizə səmimiyyətsizliyini qınayır. 

        Ölkə başçısı İlham Əliyev cənabları bununla bağlı Rusiyanın prezidenti Vladimir Putin ilə telefon əlaqəsi saxlayıb. Bildirib ki, Ermənistan –Azərbaycan sərhəddində baş verən toqquşma dayandıqdan sonra iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana silah daşınır ki, bu da Azərbaycan ictimaiyyətində suallar doğurur.  Dövlət Başçısı məsələnin aydınlaşdırılmasını vurğulayıb. 

         Azərbaycan xalqı artıq əvvəlki fikirdə və Azərbaycan dövləti əvvəlki qüdrətdə deyil. Artıq xalqımız Dövlət başçısının bir əmrini gözləyir ki, torpaqlarımızı yağılardan azad etsin. Buna nə Rusiya, nə də digərləri mane ola bilməyəcəklər. Qoy onlar silahlansın, əlbəttə biz də boş durmayacağıq. Biz də Mübarizlər çoxdur və daim də olacaq. İnanırıq ki, yaxın vaxtlarda Azərbaycanın üçrəngli bayrağı  Şuşada dalğalanacaq. Azərbaycana dönük olan dövlətlərin isə pisliyi yaddan çıxmayacaq. İşğalçı dövlətə kömək edənlərin də gec-tez tarixi ədalət cəzalarını verəcək.

Bəxtiyar Əhmədov,

Xocalı rayon ziyalısı

Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

Əlaqə

Redaksiyamızın ünvanı:
Gəncə şəhəri, Yeni qəsəbə - 2
Tel: (070 - 222 - 26 - 48; (050) 678 - 10 - 44
E - mail: xocalininsesi@gmail.com
About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top