Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Koronavirus infeksiyası ilə bağlı vəziyyət dövlət başçısının ciddi nəzarəti altındadır

 

        Bütün dünyada həyacana səbəb olan koronavirusla bağlı hazırda Azərbaycanda da pandemik şərait müşahidə olunur. Koronavirus infeksiyası ilə bağlı vəziyyət dövlət başçısının ciddi nəzarəti altındadır. Bu günə qədər bununla bağlı bir çox tədbirlər həyata keçirilib. Ölkədə fövqəladə vəziyyət elan olunub.Təlim təhsil prosesi dayandırılıb, dövlət sərhədləri bağlanıb. Görülən tədbirlər nəticəsində hal-hazırda ölkəmizdə koronavirusa yoluxma sayı azalır və müsbət nəticələr əldə edilir. Bunu Prezidentimiz İlham Əliyev 2020-ci il 6 avqust tarixində keçirdiyi müşavirədə qeyd etmişdir. Prezident İlham Əliyev çıxışı zamanı bildirmişdir ki, bu gün alınan müsbət nəticələr vaxtında görülən tədbirlərin nəticəsidir. Ölkə başçısı Azərbaycanda bu xəstəlikdən ölənlərin sayının aşağı səviyyədə olmasının səbəbi kimi eyni zamanda həkimlərimizin əməyi, xüsusi fəaliyyətinin nəticəsi olmasın da vurğulamışdır. Bu gün ölkəmizdə 46 xəstəxana ancaq koronavirus xəstələrinə xidmət edir. Bu 46 xəstəxananın 41-i son 17 il ərzində tikilib və ya əsaslı təmir olunub. Dövlət başçısı bir sıra iqtisadi və sosial məsələrə də toxunub. O bildirib ki, 5 milyona yaxın insanı geniş sosial paketlə əhatə etdik. 900 min insanın böyük əksəriyyəti faktiki olaraq işləmir ancaq dövlət tərəfindən əmək haqqı alır. Altı yüz min işsiz insan və aztəminatlı insanlar dövlət tərəfindən xüsusi qayğı ilə əhatə olunubdur. Bunlarla yanaşı müşavirədə bir sıra məsələlər müzakirə olunub. Sonda "bizim üçün birinci məsələ insanların həyatı, onların sağlamlığıdır sözlərini qeyd edən ölkə başçısı bundan sonra da bütün lazımi tədbirlərin görüləcəyini bildirib. Bu sözlərdən sonra belə nəticəyə gəlmək olar ki hər zamam olduğu kimi Azərbaycan Prezidenti xalqın qayğısına qalır və xalqını qorumaq üçün əlindən gələni edir.

Kamil Salahov,

Xocalı soyqırımında hər iki valideynini itirmiş rayon sakini

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi