BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

8 Ağustos 2020 Cumartesi

Pandemiya dövründə ölkəmizdə sosial layihələrin uğurla davam etdirilməsi düzgün siyasətin nəticəsidir

Posted at  8/08/2020  |  in  

 

          Cənab Prezidentimiz İlham Əliyev avqustun 6-da ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədə yaxın müddət üçün, eləcə də pospandemiya dövründə ölkənin iqtisadiyyatının inkişafı üçün hansı işlər görmək lazım olduğunu aydın şəkildə, konseptual formada və dəqiq göstərmiş, onların icrası ilə əlaqədar Respublika Hökumətinə konkret tapşırıqlar vermişdir. Belə ki, koronavirusa qarşı mübarizə istiqamətində Prezidentimizin yürütdüyü uğurlu siyasət öz müsbət dinamikasını göstərir. İyulun 16-dan bu günə kimi yoluxanların sayının azalması və sağalanların sayının artması, ölüm sayının

minimuma endirilməsi bunun bariz sübutudur. Xəstəliyin ölkəmizdə meydan çıxmasından dərhal sonra bütün qabaqlayıcı tədbirlərin görülməsi, həkimlərimizin fəaliyyəti virusun episentrinin nəzarətdə saxlanmasına şərait yaratdı. Hal-hazırda 46 xəstəxana koronavirus xəstələrinin xidmətindədir və yerli və xarici mütəxəssislər bu xəstəxanalarda xəstələrin sağlamlığına qovuşmasının qeydinə qalır. Modul tipli 9 xəstəxananın quraşdırılması dövlətin bu çətin anlarda belə öz xalqının yanında olduğunu göstərdi. Eyni zamanda iqtisadi və sosial məsələlərin həllində son aylarda görülmüş işlər 5 milyona yaxın insanın sosial paketlərdən istifadəsinə yol açmışdır. Ölkəmizdəki sosial layihələr bu il rekord həddədir və bu Prezidentimizin dünyada tüğyan edən iqtisadi problemlər vaxtı yürütdüyü düzgün siyasətin nəticəsidir

          Zamanında gələcəyi görmək və bu gün üçün deyil, sabaha hesablanmış gəlirlərin və xərclərin sayəsində məcburi köçkünlərə və hərbiçi ailələrinə mənzillərin tikilməsi, şəhid ailələrinə, müharibə əlillərinə avtomobillərin təqdim olunması bizim pandemiya dövründə belə iqtisadi və sosial sahədə uğur qazanmağımıza səbəb olur. Pandemiya dövründə sərt karantin rejimi ilə əlaqədar olaraq aprel-may aylarında ölkəmizdə 600 min şəxsə 190 manat birdəfəlik ödəmə təqdim edilmişdir. İyun ayında sərt karantin tətbiq edilən 16 şəhər və rayonda 290 min şəxsə birdəfəlik ödəniş verilmişdir. Və bu ödəmələr avqust ayında 13 şəhər və rayonda sərt karantin rejiminin tətbiqi ilə əlaqəli ödəniləcək vəbu ödəniş 278 min nəfəri əhatə edəcək. Və ərzaq yardımlarının ödənməsi sosial tərəfdaşların dəstəyi ilə 2 dəfə 100 min ailəyə verilmişdir. Bu sadaladığımız məsələlər pandemiya dövrü üçün

vətəndaşlarımızın ümumilikdə 5 milyona yaxınını əhatə etdi.

           Dövlət və vətəndaş həmrəyliyi pandemiyanın yayılmasının azalmasına səbəb olmuşdur və bunun nəticəsində sərt karantin rejimi yumşaldılmışdır. Ayın 5-dən etibarən yumşalmaların olması hər birimizin vətəndaş məsuliyyətini artirmalı və arxayınlığımız olmamalıdır. Günün 24 saatı bizim sağlamlığımız üçün çalışan insanların var olması üçün biz də köməkçi olmalıyıq. Sosial məsafə, maskadan istifadə, sanitar-epidemioloji vasitələrdən müçkün olduqca çox istifadə gündəlik yaşam şərtimiz olmalıdır. İkinci dalğanın gəlməsi sağlamlığımızın, iqtisadi inkişafımızın, sosial vəziyyətimizin pisləşməsinə səbəb olar ki, bunu da dövlətimizin və özümüzün gələcəyi üçün heç birimiz istəmərik. Məsuliyyətli olmaq normal həyata dönüşümüzün əsas şərtidir.

            Azərbaycan Respublikası öz ərazi bütövlüyünün bərpasi istiqamətində Ermənistanla mübarizə aparır və pandemiyanın yayılmasının sürətlənməsi həm də bu istiqamətdə işə mənfi təsir göstərə bilər. Ölkəmizə sağlam ruhlu və sağlam bədənli vətəndaşlar olaraq lazımıq. Həm söz savaşında, həm lazım gələrsə, cəbhədə, pandemiya savaşında belə Prezidentimizin yürütdüyü siyasəti dəstəkləyir və daim öndə olmağa hazırıq.

Gülnaz Mustafayeva,

Xocalı rayon ziyalısı

Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

Əlaqə

Redaksiyamızın ünvanı:
Gəncə şəhəri, Yeni qəsəbə - 2
Tel: (070 - 222 - 26 - 48; (050) 678 - 10 - 44
E - mail: xocalininsesi@gmail.com
About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top