BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

10 Ağustos 2020 Pazartesi

Prezidentimizin apardığı uğurlu islahatlar bütün sahələrdə öz bəhrəsini verməkdədir

Posted at  8/10/2020  |  in  

     

   Bildiyimiz kimi 06.08.2020-ci il tarixində Möhtərəm Prezidentimizin rəhbərliyi ilə keçirilən video-konfransda bir çox məsələlər müzakirə edilib. Onlardan, koronavirusa qarşı görülən mübarizə tədbirlərinin nəticələri, ünvanlı sosial yardım haqqında, işsiz olan şəxslər üçün nəzərdə tutulmuş və aprel ayından ödənişi həyata keçirilən, o cümlədən avqust ayı üçün də ödənilməsi nəzərdə tutulan 190 manat və 250 manat müavinətlərinin verilməsi və s. bu kimi məsələlər xalqın hər bir nümayəndəsini maraqlandıran əsas məsələlərdəndir.

        Koronavirusa qarşı aparılan düzgün mübarizə nəticəsində  hal-hazırda yoluxma sayı sağalma sayına nisbətən  bir neçə dəfə azalmışdır. Dünyaya diqqət yetirsək, nəinki inkişaf etməmiş və ya inkişaf etməkdə olan, hətta inkişaf etmiş Avropa ölkələrində, ABŞ-da hələ də yoluxma sayının artması göz qabağındadır. Möhtərəm Prezidentimizin rəhbərliyi və xüsusi diqqəti sayəsində dövlətimizin COVİD-19 pandemiyasina qarşı apardığı mübarizə və siyasət təqdirə layiqdir, bir çox ölkələrə də örnəkdir. Prezidentimiz İlham Əliyev cənablarının söylədiyi kimi, qaydalara düzgün riayət etsək, yaxın zamanlarda normal həyat şəraitinə qayıda bilərik.

         Video-konfransda əsas məsələlərdən biri və ən əsası sosial layihələrin həyata  keçirilməsinin davam etdirilməsidir. Prezidentimiz xüsusi olaraq bildirdi ki, heç bir sosial layihə yarımçıq qalmayacaq. O cümlədən aprel ayından başlayaraq işsiz əhaliyə ödənilmiş müavinətlər də ( 190 manat və 250 manat məbləğində) avqust ayı üçün ödəniləcək. Bu günkü dünya iqtisadiyyatının zəifləməsi və baş verən dəyişikliklərin Azərbaycan iqtisadiyyatına təsiri fonunda bu kimi sosial layihələrin dayandırılmaması və əksinə daha da artırılması Prezidentimizin, dövlətimizin öz xalqına, onun sosial cəhətdən zəif və çətinlik çəkən hissəsinə olan dəstəyini nümayiş etdirir. Bu baxımdan Heydər Əliyev Fondu tərəfindən iyul ayında Qurban bayramı ərəfəsində 18 yaşa qədər əliliyi olan hər bir uşağa ərzaq yardımının edilməsi bu sosial siyasətin davamıdır. Bizim ailə də həmin ərzaq yardımından yararlanmışdır. Buna görə də Prezidentimizə və dövlətimizə öz təşəkkürümü bildirirəm. Bizim Dövlət büdcəmiz həmişə sosial yönümlü olub və imkansız ailələrin problemləri həmişə nəzərdə saxlanılıb.

          Mən bir ziyalı kimi Prezidentimizin bütün sahələr üzrə apardığı islahatları bəyənir və dəstəkləyirəm. Ulu tanrı Xalqımızı, Dövlətimizi, Prezidentimizi və onun ailəsini qorusun! Amin!!!

Füzuli Süleymanov,

Xocalı rayon ziyalısı

Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top