BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

1 Ağustos 2020 Cumartesi

Qələbələr bizi Qarabağa doğru aparır

Posted at  8/01/2020  |  in  


         Düşmən üzərində qazandığımız hərbi nailiyyətlər bizi Böyük Qələbələrə aparır. Mənfur qonşularımızın bütün təxribatlarının qarşısı rəşadətli Ordumuz tərəfindən alınır. İşğalçı dövlət həm ön cəbhədə, həm də informasiya müharibəsində məğlubiyyətə uğrayır. 
       2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda Ordumuzun bölmələri əks həmlə ilə təxribatların qarşısını aldı. Bu Aprel döyüşləri kimi tarixləşdi.    
         Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi.Tərtər rayonun Talış kəndi ətrafdakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı kəndi, Goranboy rayonun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Bununla da cinayətkar erməni rəhbərliyinin keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi.          
    Əməliyyat zamanı Ermənistan silahlı qüvvələri bu döyüşlərdə böyük itkilərək məruz qaldı. 320-dən artıq düşmən məhv edildi və 500-dən erməniyə məxsus texnika məhv edildi.          
      2018-ci il mayın 20-dən 27-nə qədər Naxçıvan Muxtar Respublikasında baş vermiş Azərbaycan Ermənistan silahlı qüvvələri arasında hərbi münaqişədə Azərbaycan Ordusunun əks həmlə əməliyyatı nəticəsində Şərur rayonunun Günnüt kəndi, Ağbulaq yüksəkliyi, Qızılqaya dağı azad oldu. Dərələyəz mahalının Arpa kəndi isə Azərbaycan ordusunun nəzarəti altına keçdi. Döyüşlər nəticəsində ümumi olaraq 11 min hektarlıq ərazi azad olundu. Azərbaycan ordusu İrəvan-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verdi.       
         Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz istiqamətində artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərdi.   Azərbaycan Xalqı Prezidentinə dəstək olmaq üçün Milli Məclisin binası qarşısında "Ya Qarabağ, ya ölüm" şüarları ilə mitinq keçirildi. Cənab İlham Əliyevin televiziya vasitəsilə səfərbərlik çağrışına qısa vaxt ərzində 50 mindən çox Azərbaycan vətəndaşı könüllü olaraq səfərbərlikdə adlarını qeyd etdirdilər. Bu da Azərbaycan xalqının Prezidentinin yanında olduğunu və onun haqlı mövqeyinin göstəricisidir.
         Hər kəsi saran birlik, ruh yüksəkliyi nümayiş etdirmək tarixi həqiqətin təntənəsi - Azərbaycan ərazi bütövlüyünün bərpası üçün hər bir addıma hazır olmaq bizim müqəddəs mübarizəmizdə güclü və təsirli vasitədir.           
Emin Əhmədov,
Xocalı rayon sakini

Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top