BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

15 Ağustos 2020 Cumartesi

Uğrunda qan tökülən torpağa Vətən deyilir

Posted at  8/15/2020  |  in  

 

          Öz Vətənini, öz azadlıq və istiqlalliyətini sevən bir xalqın ruhunu məhv edəcək bir qüvvə yoxdur. Doğrudan da, elə bil ki, bu sözlər mənim mərd, iradəli, əyilməz hər bir qarış torpağını göz bəbəyi kimi sevən xalqım üçün deyilib. Mənim millətim, mənim xalqım hər-hansı şəraitdə olsun hər zaman öz Vətənini, öz Elini, öz Torpağını sevib, sevir və sevəcək. Çünki biz dərk edirik ki, Vətəni sevmək imandandır. Ona görədir ki, azərbaycanlılar dinini, dilini sevən, Vətən uğrunda qan, dostumuz uğrunda göz yaşı, ailəmiz uğrunda tər tökən millətik. Bizim birliyimiz, bizim Vətənə vurğunluğumuz, Vətən üçün canımızdan keçməyimiz 12 iyul 2020-ci il Tovuz istiqamətində olan döyüşlərdə də, özünü bir daha göstərdi. Biz bilirik ki, bu ermənistanın və onun havadarı olan Rusiyanın təxribatı idi. Bu təxribatda onlar tək deyildilər. Onlara həm də, Serbiya havadarlıq edirdi. Bu təxribatın əsas sübutu ermənistana Serbiyadan silah daşınması idi. İstifadə olunan silah və sürsatların Gürcüstan ərazisindən keçirilməklə Ermənistana göndərilməsi bu gün geniş şəkildə səs-küyə səbəb olub. Serbiya istehsalı olan silahların Azərbaycana qarşı istifadə olunması 2 ölkəni dostluq münasibətlərinin ruhuna uyğun deyil və bu da təəccüb və təəssüf doğurur. İş burasındadır ki, son zamanlar Azərbaycan və Serbiya arasında münasibətlərin inkşafının şahidyik. Elə götürək Serbiyanın Cənubi qaz dəhlizinə yəni, TAP-a qoşulmasını. Bir çox geosiyasi təyziqlərə baxmayaraq Serbiya höküməti bu məsələ ilə bağlı prinsipial  mövqeyini nümayiş etdirdi. Yaxud Azərbaycandan Serbiyaya COVİD-19-la mübarizə üçün göndərilən humanitar yardımdan danışaq, ya da Azərbaycanın Kosovanı tanımaması Serbiyanın ərazi bütövlüyünü dəstəkləməsidir. Bu cür mübət misalların qarşısında məhz Serbiya istehsalı olan silah-sürsatın birbaşa Azərbaycan əsgərinin, dinc sakinin ölümünə səbəb olması arzuolunmaz  və xoşagəlməz bir haldır. Görünən odur ki, iki ölkə arasında münasibətlərin inkşafında maraqlı olmayan müəyyən qruplar var və bilmək lazımdır ki, Serbiyada iri silah baronları var ki, onları da əsas maliyyə məsələləri maraqlandırır və onlar gəlir əldə etmək üçün bu vasitəyə əl atırlar.

           Daha bir üzücü bir məqam isə serb istehsalı olan hərbi sürsatın Ermənistana Gürcüstan ərazisindən keçərək ötürülməsi faktıdır. Əslində Azərbaycan Serbiya və Gürcüstanın timsalında öz müttəfiqlərindən dəstək gözləyir zərbə yox. Həqiqi dost balanslı siyasət yürütməz və ikili yanaşmaya imkan verməz. Bü günə qədər Azərbaycanın təşəbbüsü ilə reallaşan bir çox regional və qitə əhəmiyyətli layihələr Gürcüstan ərazisi vasitəsi ilə reallaşıb.Azərbaycanla Gürcüstan arasındakı ticarət dövriyyəsi 579 milyon dollardan çoxdur. Ümumiyyətlə dövriyyənin həcmi baxımından iki ölkə arasındakı əməkdaşlıq kifayət qədər yüksəkdir. Eyni zamanda regional və beynəlxalq əhəmiyyət daşıyan layihələrin Gürcüstan vasitəsi ilə reallaşması həm Gürcüstanın strateji əhəmiyyətini artırıb həm də Gürcüstanın kəmərlərdən tranzit haqqı almasına imkan yaradıb. Bakı-Tbilisi-Qars Gürcüstan üzərindən daşınan beynəlxalq yüklərin həcminin artmasına səbəb olub. 

         Bütün bunlar hamısı bir daha təstiq edir ki, biz dostumuzu düşməndən ayırmağı bacarmalı və ayıq-sayıq olmalıyıq. Bu işdə Cənab Prezidentimiz də əlindən gələn işləri görür və müəyyən vasitələrə əl atır. Onun avqustun 12-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə telefon əlaqəsi saxlaması buna nümunədir. Cənab Prezidentimiz İrəvana daşınan hərbi yüklərlə bağlı Azərbaycan ictimaiyyəti nümayəndələrinin  narahatlıqlarının bildirib və Prezidentdən məsələnin araşdırılmasını istəyib. 

        Prezident İlham Əliyev Prezident Vladimir Putinə iyulun 12-16-da Ermənistan Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat barədə məlumat verib. Dövlətimzin başçısı Ermənistanın növbəti təcavüz aktı nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının və bir nəfər mülki vətəndaşın həlak olduğunu vurğulayıb. Prezident İlham Əliiyev Ermənistan silahlı qüvvələrinin sərhəd boyunca kəndləri və yaşayış məntəqələrinin artileriya atəşinə tutması nəticəsində bir çox evlərin dağıldığını və yarasız hala düşdüyünü bildirib. Həmçinin Dövlətimizin Başçısı Ermənistanın bu hərbi hücumunun əsas məqsədinin üçüncü tərəfləri Ermənistan Azərbaycan münaqişəsinə cəlb etmık olduğunu bilirib. Prezident İlham Əliyev Ermənistan Azərbaycan sərhədində baş vermiş toqquşmalar başa çatandan sonra iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının, Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya Prezidentinin diqqətinə çatdırıb. Prezident İlham Əliyev Ermənistan Azərbaycan sərhədində baş vermiş hərbi toqquşmadan dərhal sonra Rusiyadan Dağıstan Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edərək bu günə qədər Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğunu bildirib və telefon zənginin əsas məqsədinin bu məsələnin aydınlaşdırılması olduğunu vurğulayıb. 

        Cənab Prezidentimizin Dünya Arenasında apardığı görüşlərdəndir ki, 10 ölkə: Şimali Kipr, İsrail, Macarıstan, Kosova, Cənubi Sudan, Somali, Yəmən, Pakistan, Səudiyyə Ərəbistan və canı bir, qanı bir qardaş olan Türkiyə Ermənistanla diplomatik əlaqə qurmur.

        İstər telefon danışıqlarından, istərsə də xarici ölkələrə səfərindən məlum olur ki, Cənab Prezidentimiz İlham Əliyev hər an, hər dəqiqə Azərbaycanı, onun xalqını fikirləşir və xalqın rifahının güclənməsi üçün var qüvvə ilə çalışır. 

        Bu işdə Cənab Prezidentimizə can sağlığı arzulayırıq və bildirik ki, biz həmişə onun siyasətini dəstəkləyirik.

 Reyhan Əliyeva,

 Xocalı rayon ziyalısı

Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top