BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

3 Ağustos 2020 Pazartesi

Zəfər bizimlədir!

Posted at  8/03/2020  |  in  


             Vətən nədən başlayır? Vətən haradan başlayır? Mən deyərdim ki, Vətən sərhədlərdən, yaşıl meşələrdən, ruha qida verən dağlardan, yamaclardan başlayır. O torpaqlardan ki, əsrlərdən indiyə kimi hər qarışında oğulların qanlarından başlayır. Torpaq uğrunda ölən varsa, Vətəndir. Ata-babalarımız öz nəsihətlərində, nənələrimiz öz laylalarında ana Vətən sevgisini bizə tövsiyə etmişlər. Xalqımızın tarixində qanlı – qadalı illər çox olmuşdur. Bizim xalqın heç vaxt özgə yurdunda gözü olmamışdır. Həmişə işğalçılara qarşı mərdliklə döyüşmüş, döyüş meydanında zəfərlə bərabər,şəhid olmuşlar. 
            Qanlı tariximizin son səhifələri erməni təcavüzünün nəticələrini dünyaya çatdırdı. Bu təcavüzün nəticəsində ölkəmizin 20% ərazisi işğal olundu, yurd – yuvalarımız talan edildi, övladlarımız şəhid edildi, uşaqlara qocalara rəhm olunmadı. Əsrin ən böyük faciəsi Xocalı soyqırımı baş verdi. 
            Erməni faşistləri havadarlarının köməyinə arxalanaraq amansız cinayətlər həyata keçirdi. Bu amansız cinayətlərin acı nəticələri dünya ölkələrinə, hökumətlərinə çatdırıldı. Yüksək sammitlərdə xalqımızın ədalətsizliyə məruz qaldığı haqqında vətənpərvər oğullarımız öz haqq səsini yaydı. Lakin bütün bunlar nəticəsiz qaldı, bizi dəstəkləyən, səsimizə səs verənlər dünyanı ayağa qaldıra bilmədi.
            Mən də öz siyasi mövqeyimdən belə qənaətə gəlirəm ki, doğrudan da qanlar tökülən bu torpağı ancaq və ancaq Azərbaycan əsgərləri xilas edəcək. Aprel döyüşləri onu sübut etdi ki, torpaqlarımız həmişə güclü  silahlı qüvvələrimiz tərəfindən qorunur. 
           Ordumuz tərəfindən Cocuqmərcanlı kəndi ermənilərdən azad olundu. İndi bu kənd müasir üslubda bərpa edilib, yaşayış məsgəninə çevrilib. 
            Qüdrətli Ordumuz müasir silahlarla təhciz edilb. Sərhədlərimiz cəsur, qorxmaz əsgərlərimiz tərəfindən qorunur. Biz hal-hazırda dünyanı ölüm meydanına çevirən koronavirus pandemiyası vəziyyətində yaşayırıq. Bu gözəgörünməz virus bütün ölkələri, şəhərləri, kəndləri, bürüyərək insanları məhv edərək, bioloji müharibəyə səbəb olur. Mart ayından başlayan karantin rejimi yoluxmanın zəifləməsinə, insanların həyatının qorunmasına səbəb oldu. Belə bir məsuliyyətli bir zamanda sevimli Prezidentimiz İlham Əliyev və onun xanımı Mehriban Əliyeva öz xalqına hərtərəfli qayğı göstərdi. Həqiqətən onların qayğısı xalqımız tərəfindən alqışlandı, bəyənildi. Bu qayğılar bir daha onu sübut etdi ki, xalqımızın, elimizin talehi etibarlı əllərdədir. Prezidentimiz xalqın bütün təbəqələrinin qayğısına qalaraq onlara öz atalıq qayğısını göstərdi. 
             Virusun bütün dünyaya meydan oxuduğu belə bir zamanda təxribatçı erməni hərbi birləşmələri Tovuz rayonunun sərhəd istiqamətində sərhədlərimizi atəşə tutaraq yenidən təxribat törətmək istədilər. Erməni quldurları ətraf kəndləri ələ keçirmək, yenidən torpaqlarımızı əldə etmək üçün iyulun 12-dən 13-nə  keçən gecə güclü artilleriya hücumuna keçdilər. Lakin Azərbaycan Ordusunun cəsur əsgər və zabitlərinin cavab atəşləri ilə qarşılaşaraq, böyük itkilər verərək geriyə çəkilmək məcburiyyətində qaldılar. 
            Düşmənin canlı qüvvəsi böyük itkilər vermiş, döyüş texnikaları və postları məhv edilmişdir.
            Bax elə budur Azərbaycan Ordusunun şücaəti! Ordumuzun qəhrəman və şəhid oğulları onu sübut etdi ki, biz həmişə canımız, qanımız bahasına da olsa bir qarış torpaqlarımızı erməni təcavüzkarlarına verməyəcəyik. Şəhidlərimizə Allahdan rəhmət diləyirik yaralı əsgərlərimizə tezliklə sağalaraq xidmətlərinə qayıtmalarını arzu edirik. Dövlət başçımız şəhidlərin igidliklərini  qiymətləndirdi, onların ailələrinə öz dərin kədərini bildirdi. 
            Qəlbi Vətənlə döyünən igid oğullarımız hərbi komissarlıqlara gələrək, könüllü olaraq cəbhəyə getmək istədiklərini bildirdilər. 
            Xarici ölkələrdə yaşayan soydaşlarımız səfirliklərin qarşısında  öz etirazlarını bildirdilər, öz haqq səslərini dünyaya yaydılar.
            Türkiyə parlamenti, Türkiyə Prezidenti, onun xarici işlər naziri, müdafiə naziri Azərbaycan xalqının səsinə səs verdi və bildirdilər ki, onlar Azərbaycan xalqının daim yanındadır və həmişə də yanında olacaqlar.
           Bu mübarizədə xalqımıza zəfər və qələbə arzu edirəm. Erməni quldurları və onların havadarları bilsinlər ki, haqq-ədalət tezliklə öz sözünü deyəcək. Biz bu müharibədə torpaqlarımızı itirsək də, şəhidlər versək də qalibiyyət bizimlə olacaq. 
             Necə ki, türk qəhrəman oğulları cəbhəyə gedərək deyərlər. “Mən qalibiyyət uğrunda şəhid olmağa gedirəm”.
            Xalqımızın amalı, istəyi ancaq Prezidentimizin ətrafında sıx birləşmək, döyüş üçün onun komandasını gözləmək, bu müqəddəs müharibədə zəfər bayrağımızı Şuşada Cıdır Düzündə dalğalandırmaqdır. İnşallah zəfər və qələbə bizim olacaq.  
       Tünzalə Əsədova,
       Xocalı rayon ziyalısı

Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

Əlaqə

Redaksiyamızın ünvanı:
Gəncə şəhəri, Yeni qəsəbə - 2
Tel: (070 - 222 - 26 - 48; (050) 678 - 10 - 44
E - mail: xocalininsesi@gmail.com
About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top