Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Vətən müharibəsində siyasi partiyalar həmrəylik nümayiş etdirirlər

           Dağlıq Qarabağ münaqişəsi ətrafında gərgin vəziyyət yaranıb. İşğalçı Ermənistan təxribatçı və məsuliyyətsiz davranışları danışıqlar prosesinin tamamilə dayanmasına və vəziyyətin kritik həddə çatmasına səbəb olub. Danışıqların formatını və mahiyyətini məqsədyönlü şəkildə pozan ermənistan Azərbaycanın daha çox ərazilərini işğal etmək üçün yeni hücuma başlayır. 

          Görünən odur ki, Ermənistan BMT təhlükəsizlik şurasının 1993 – cü ildə qəbul edilmiş 4 qətnaməsinə əməl etmək, silahlı qüvvələrini işğal edilmiş Azərbaycan torpaqlarında tam, dərhal və qeyd – şərtsiz çıxarmaq əvəzinə, beynəlxalq hüququn prinsiplərin tapdalayaraq yeni əraziləri zəbt etmək niyyətindədir. Belə olan halda beynəlxalq qurumlar dərhal hərəkətə keçməli, təcavüzkarı durdurmalıdırlar. Nəhayət dünya birliyi Ermənistanın regionda təhlükəsizliyə ciddi təhdid olan addımları ilə bağlı konkret mövqey bildirməlidir. İşğalçı tərəfə hüquqi siyasi təzyiqlər göstərmədikcə, ona qarşı ciddi sanksyalar tədbiq edilmədikcə ermənistan daha da azğınlaşır.   

         Belə olan halda ölkəmizdə olan siyasi partiyalar birliyi daha da güclənib. Partiya rəhbərləri ölkə başçısına onun ətrafında sıx birləşdiklərini Prezidentə dəstək olduqlarını bildiriblər. Azərbaycanın siyasi partiyaları Ali Baş Komandan Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, hər cür erməni fitnəsi və təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləyir, onun ətrafında sıx birləşdiyini bəyan ediblər. Siyasi partiya rəhbərləri xalqımızı həmrəyliyə, vətənimizə qarşı uzadılan qanlı erməni əllərini qətiyyətlə kəsib atmağa hər an hazır olmağa səsləyiblər. Şərəfli tarixi olan ordumuzla qürur duyub, onunla bir olduqlarını ifadə ediblər. Bildiriblər ki, Möhtərəm Prezidentimiz və Ali Baş Komandanımızı əmin edirik ki, hər birimiz vətənimizin şərəfi və namusu yolunda onun istənilən tapşarığını hər an yerinə yetirməyə hazırıq.

Tovuz Zeynalova,

Xocalı rayonundan şəhid ailəsi

Paylaşın:

Milli birliyimizə ehtiyacımız var

        Bu gün Azərbaycan xalqı tarixi günlərini yaşayır. İşğalçı Ermənistan Azərbaycana qarşı hərbi təxribatını davam etdirir. Ermənistan çirkin niyyətindən  əl çəkməyərək bütün cəbhə boyu Azərbaycan Ordusunun mövqelərini, eləcə də dinc və mülki əhalini hədəfə alaraq atəşə tutmuşdur. Əhalinin təhlükəsizliyini təmin etmək və ölkəmizin ərazi bütövlüyünü qorumaq üçün Şanlı Azərbaycan Ordusu bütün cəbhə boyu əks hücuma keçmişdir. Cəbhədə baş verən hadisələr cəmiyyətimizdə milli birlik əzmini daha da  gücləndirdi.Bütün ictimai təşkilatlar və siyasi partiyalar Ordumuza dəstək nümayiş etdirirlər. Cəbhədə baş verən son hadidələr bir daha göstərdi ki, beynəlxalq hamilərinə güvənən işğalçı Ermənistan BMT qətnamələrinə məhəl qoymur, nəinki işğal etdiyi Azərbaycan torpaqlarını azad etmir, hətta yeni ərazilər işğal etmək arzusundadır.

          Bu azmış kimi 3 aydır Ermənistan tərəfi bölgədə hərbi gərginliyi daha da artırır, Azərbaycanı müharibəyə təhrik edir. Sentyabrın 27-də Ermənistanın hərbi təxribatına cavab olaraq bütün cəbhə boyu əks hücuma keçən Silahlı Qüvvələrimiz mühüm hərbi uğurlar əldə etmişdir. Lakin Ermənistan hər cür riyakarlığa, alçaqlığa əl atır.

           Bu gün Azərbaycan cəmiyyətində milli birliyə ehtiyac var. Bəli, siyasi əqidəsindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı Ordumuza və Ali Baş Komandanımıza dəstək olmalıdır. Hər şeydən öncə Vətən bizi haraya çağırır. Azərbaycan dövləti və xalqı Vətən müharibəsi aparır. Bütün siyasi partiyalar, ictimai təşkilatlar və fəallar bu gün əsl milli birlik nümayiş etdirməli və dövlətimizə və xalqımıza dəstək olmalıdır. Azərbaycanda fəaliyyət göstərən bütün siyasi partiyalar Ali Baş Komandan, Prezident İıham Əliyevin Vətənimizin ərazi bütölüyünün və vətəndaşların təhlükəsizliyinin qorunması, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi genış miqyaslı terror təxribatının qarşısının alınması məqsədilə həyata keçirdiyi bütün siyasi və hərbi tədbirlərə dəstək verməlidir. Mən də bir Azərbaycanlı kimi, eləcə də bir ziyalı kimi belə mürəkkəb şəraitdə ölkəmizin bütün vətəndaşlarını və Dünya Azərbaycanlılarını bir daha milli birliyə və vəhdətə səsləyib, hər kəsi Azərbaycanın Haqq Səsini Dünya Birliyinə çatdırılmasına töhvə verməyə, beynəlxalq ictimaiyyəti isə Azərbaycanın həm tarixi həqiqətlər, həm də beynəlxalq hüquqla dəstəklənən Haqq mübarizəsinə biganə qalmamağa və reallığı düzgün qiymətləndirməyə, eləcə də ədalətə çağırıram.

Nadir Hümbətov,

Qarabağ münaqişəsi əlili


Paylaşın:

Əmr elə Ali Baş Komandan, biz əmrə müntəzirik

        Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali  Baş Komandanı cənab İlham Əliyev 25 sentyabr 2020-ci il tarixdə azərbaycan xalqına müraciət etdi. Müraciətdə cənab Prezident erməni işğalı altında inləyən dədə-baba yurdlarımızın işğaldan azad edilməsi üçün bir yumruq kimi sıx birləşərək erməni vandallarını torpaqlarımızdan qovub çıxarmağı tövsiyə etdi. O, öz çıxışlarında bütün beynəlxalq təşkilatları, dünya ictimaiyyətini xəbərdar etdi ki, azərbaycan xalqının öz torpaqlarına sahib çıxması üçün lazım gələrsə bir gün silaha sarılıb döyüş meydanına girəcəyi labüddür. Prezidentin xalqa müraciətindən sonra cinsindən, yaşından, milliyətindən asılı olmayaraq bütün azərbaycan vətəndaşları ön cəbhəyə yollanmaq və mənfur düşməni torpaqlarımızdan qovub çıxarmaq arzusunda və əzmində olduqlarını bildirdi. Artıq azərbaycan 90-cı illərin pərakəndə silahlı dəstələrinə deyil, nizami orduya malik olduğunu sübut etdi. Ulu Öndərin siyasi davamçısı Ali Baş Komandan İlham Əliyevin uzaqgörən ağıllı, tədbirli fəaliyyəti nəticəsində silahlı qüvvələrimizin bölmələri müzəffər yürüşlə torpaqlarımızı mənfur düşməndən azad etməkdə davam edir. Artıq Cəbrayıl və Füzuli rayonlarının bir neçə kəndi və onların ətrafındakı strateji cəhətdən mühüm əhəmiyyətə malik ərazilər mənfur düşmənin işğalından azad edilmiş və qoşunlarımız uğurla döyüşərək növbəti torpaqlarımızı azad etmək üçün irəliləyir. Azərbaycanın ən hündür nöqtəsi olan Murovdağ yüksəkliyi artıq qoşunlarımızın tam nəzarətindədir. Buradan qoşunlarımız Ağdərə-Kəlbəcər-Ermənistan yolunu yüz faiz nəzarətdə saxlayacaq. Demək olar ki, bu ərazilər də azərbaycan əsgərinin zəfər yürüşünün fəthinə çevriləcəkdir. Ordumuzun bu cür qələbələrə imza atması Ali Baş Komandan İlham Əliyevin ermənistan və dünya ictimaiyyəti qarşısında Qarabağ Azərbaycandır!  ifadəsi artıq öz təsdiqini tapdı. Var olsun Azərbaycan əsgəri! Yaşasın Ali Baş Komandan cənab İlham Əliyev! Azərbaycan var olsun! Düşmənləri xar olsun! Dostlara Allah yar olsun!      

         İmran Quliyev,

         Xocalı rayonundan şəhid ailəsi

    

Paylaşın:

Ordumuzun müzəffər yürüşü böyük ruh yüksəkliyi ilə davam edir

          Son günlər baş verən hadisələr Azərbaycanın öz əzəli və əbədi torpaqlarından biri olan Qarabağın işğaldan azad edilməsində nə qədər israrlı və ciddi olmasını göstərir. Belə də olmalıdır. 30 ilə yaxındır ki, Vətən torpaqlarının bir hissəsi düşmən tapdağı altındadır. Danılmaz həqiqət olduğu üçün bütün beynəlxaq qurumlar tərəfindən birmənalı şəkildə qəbul edilən işğal faktoru nə yazıq ki, aradan qaldırılmır, əksinə, murdar ermənilər böyük  dövlətlərin ərköyün övladı kimi əzizlənir, bütün qərarlara, sülh danışıqlarına baxmayaraq torpaqların işğalı davam edirdi. Əlbəttə, Azərbaycan bu durumla heç vəchlə razılaşa bilməzdi. Torpaqların işğalı bir yana, ermənilər o qədər quduzlaşmışdı ki, hər gün ön xətdə xidmət edən hərbçilərimizi qətlə yetirir, yaşayış məntəqələrimizi atəşə tuturdular. Cəzasızlıq mühiti erməni millətinin quduzluq səviyyəsinin artıq pandemiya halına çevrilməsinə səbəb olmuşdu. Onlar bütün beynəlxalq konvensiyaları heçə sayaraq, bütün beynəlxalq sənədləri ayaqlar altına ataraq işğal etdikləri Azərbaycan torpaqlarında xarici ölkələrdə yaşayan erməniləri məskunlaşdırır, bu torpaqlarda müəyyən infrastruktur layihələri həyata keçirirdi. Butun bu hərəkətlər xalqımızın səbr kasasını daşırmaqda idi. Ermənilərin quldur, faşıst hərəkətlələri 27 sentyabr 2020-ci il tarixdə özünün kuliminasiya nöqtəsinə çatdı. Bütün cəbhə boyu hücuma keçən erməni qoşunları Azərbaycan silahlı qüvvələrinin sərt əks-hücum həmləsi ilə rastlaşdı.                   

           Artıq zaman gəlib çatmışdı. Düşmən tapdağı altında sızıldayan Vətən torpaqlarını azad etmək lazım idi. Qaradan tünd rəng yoxdur. İndi düşmənin qarşısında onları iti qovan kimi qovmaq iqtidarında olan müzəffər Azərbaycan ordusu vardı. Qısa müddət ərzində ordumuz düşməni məhv edərək itirilmiş torpaqlarımızın bir hissəsini mənfur düşməndən azad etdi. Ordumuzun müzəffər yürüşü böyük ruh yüksəkliyi ilə davam edir.                                          

             Bu gün Azərbaycan xalqı bütöv  şəkildə Ali Baş Komandan cənab İlham Əliyevin arxasında möhkəm dayanaraq ona düşmənə qarşı mübarizədə tam dəstək verməkdədirlər. Əli silah tutan hər bir kəs torpaqların düşməndən azad edilməsi məqsədilə mübarizəyə qoşulmaq üçün hərbi komisarlıqlara üz tutur, cəbhəyə getməyə hazır olduqlarını bildirirlər. Bu gün xalqımızı yalnız bir şey düşündürür. Nəyin bahasına olursa-olsun torpaqlarımızı düşməndən azad etmək. Bu yolda hər birimiz canımızı, qanımızı verməyə hazırıq. Əminik ki, cənab Prezidentimiz İlham Əliyevin dediyi kimi Üçrəngli bayrağımız tezliklə işğaldan azad etdiyimiz qədim şəhərlərimizin üzərlərində dalğalanacaqdır.                           

           "Bayraqları bayraq yapan üstündəki qandır. Topraq, əgər uğrunda ölən varsa vatandır."            Şəhidlərin qanı ilə yoğrulmuş torpaqları Vətən etməyin vaxtı gəlib çatıb. İrəli, Azərbaycan əsgəri! 

Fazil Nəcəfov,

Xocalı rayonundan şəhid ailəsi 


Paylaşın:

Güclü siyasət milli mənafe naminə biləşməkdədir

          Azərbaycan dünyada demokratiyanı, söz azadlığını, siyasi plüralizmi dəstəkləyən bir ölkədir. Elə bunun nəticəsidir ki, ölkədə 52 siyasi partiya formalaşmış və iqtidarın demokratiyanı dəstəklədiyi bir şəraitdə fəaliyyətlərini davam etdirirlər. Hansı siyasi partiyanın üzvü olmağından asılı olmayaraq Azərbaycan Respublikası Konstitusiyasının təsbit etdiyi kimi “ Vətənin müdafiəsi hər bir vətəndaşın müqəddəs borcudur.”  Hər bir partiyanın nizamnaməsində və məramnaməsində vətən naminə, azərbaycan vətəndaşlarının mənafeyi, şərəfi, namusunu qorumaq naminə bütün fikir ayrılığı kənara qoyulmalıdır. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin xalqı birləşməyə dəvət etməsi çağırışından sonra 52 siyasi partiyadan 50-si bütün siyasi ambisiyaları bir kənara qoymuşdur. Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, Qarabağın işğaldan azad edilməsi naminə Ali Baş Komandanın ətrafında sıx birləşmək haqqında birgə bəyanat verdilər. Bəs özünü azərbaycanlı adlandırıb, Azərbaycan haqqında düşünməyi bacarmayan bu iki siyasi partiya hansıdır? Əlbəttə AXCP və Müsavat cütlüyü. O cütlük ki, 90-cı illərdə özlərinin siyasi savadsızlığı, satqınlığı nəticəsində Azərbaycan istər siyasi-iqtisadi, istərsə də hərbi cəhətdən ağır məhrumiyyətlərə məruz qaldı. Həmin partiyaların dırnaqarası fəaliyyəti onu sübut edir ki, onun liderləri siyasi meydanda özlərinin partiya üzvləri ilə deyil, tək qalacaqlar. Vətənə, millətə, dövlətçiliyə xidmət etməyən partiya heç kimə lazım deyil. Şübhəsiz ki, bu partiyalara üzv olmağı düşünən Azərbaycan vətəndaşı çətin tapıla.   

İsmayıl İsmayılov,

Xocalı rayonundan şəhid ailəsi


Paylaşın:

Qələbə bizimlədir!

 

       Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiya Ermənistanın silahlı qüvvələrinin geniş miqyaslı təxribatına dair birgə bəyanat yayıblar. 

      Ermənistanın geniş miqyaslı hərbi əməliyyatlara başlaması, mülki əhalinin yaşadığı kəndləri və infrastrukturları hədəf kimi seçərək ağır silahlarla bombalaması beynəlxalq hüquqa ziddir və qarşısı qətiyyətlə alınmalıdır. 

       Ermənistan 30 ilə yaxındır ki, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur və əfsuslar olsun ki, o, buna görə cəzalandırılırmır. Bəzi hallarda BMT- nin Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur. Azərbaycana geldikde isə qetnamelar icra olunmur. Bu, ikili standarta əsaslanan yanaşma qəbuledilmezdir. Azərbaycanda fəaliyyət göstərən və bu bəyanatı imzalayan siyası partiyalar Ali Baş Komandan prezident İlham Əliyevin vətənimizin ərazi bütövlüyünün və vətəndaşların təhlükəsizliyin qorunması, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi geniş miqyaslı terror təxribatlarının qarşısının alınması məqsədilə həyata keçirdiyi bütün siyasi və hərbi tədbirlər yekdilliklə dəstəkləyir və onun yanında olduğunu bildirir! Təssüflər olsun ki, Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi partiyası milli həmrəylik nümayiş etdirə bilmədilər.

       Özlərini xalqın, millətin yanında olduqlarını göstərmyə çalışan Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyası təəssüf ki, Vətənimizin bu ağır günündə, torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi üçün şanlı ordumuzun uğurlu əks hücum əməliyyatlarına digər siyasi partiyalarla birlikdə dəstək vermədilər. Ali Baş Komandan bu sahədə həyata keçirdiyi siyasəti dəstəkləmələri onların səmimi olamadıqlarını əsl simalarını göstərir. Radikal müxalifət öz maddi maraqlarına üstünlük verdiyi və siyasi partiyaların həmrəylik çağırışına qoşulmadı. Azərbaycan xalqı son 30 ildir səbirsizliklə gözlədiyi vətən müharibəsinin başlamasının ilk günündə Müsavat və Azərbaycan Xalq Cəbhəsi partiyaları ümummilli dəyərlərə sahib çıxmayaraq, Vətən torpaqlarını düşman tapdağından azad edilməsinə sevinməyərək, düşmən dəyirmanına su tökdülər. Siyasi ədavət saxlayan bu partiyalar belə tarixi bir gündə Ali Baş Komandan İlham Əliyevin yanında olma qabiliyyətini göstərə bilmədilər. Prezident İlham Əliyev son zamanlarda həyata keçirdiyi islahatları görməyən, daxili ictimai-siyasi həyata yəni nəfəs verən siyasi dialoq çağırışına cavab verməyən Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyası dövlətimizin və xalqımızın çətin və şərəfli günündə birlik və bərabərlik kimi milli çağırışlara qoşulmamaları böyük bir təəssüf doğurur. 

          Biz birlikdə zəfər çalacağıq və torpaqlarımızı düşmən tapdağından azad edəcəyik! 

   Aqil Alışov,

   Xocalı rayon ziyalısı

   

Paylaşın:

İgid Vətən oğulları könüllü şəkildə cəbhəyə yollanırlar

        2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən iri çaplı ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutdular. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin ayıq sayıqlığı nəticəsində düşmən ordusunun hücumunun qarşısı alındı və eyni zamanda qüdrətli Ordumuz əks hücuma keçərək uğurlu hərbi əməliyyatlara başladı. Hərbi əməliyyatların ilk günündə ordumuz işğal altında olan yeddi kəndimizi işğaldan azad etdi. Uzun illərdi xalqımızın gözlədiyi bu gözəl gündə cənab prezident İlham Əliyev Ordumuzu və xalqımızı təbrik edərək uğurlar arzuladı. 2020-ci il sentyabrın 28-dən Cənab Prezident İlham Əliyevin verdiyi Sərəncama əsasən ölkəmizdə hərbi vəziyyət və qismən səfərbərlik elan olundu. Torpaqlarımızı qaytarmaq üçün xalqımızın igid oğulları könüllü şəkildə çəbhəyə yollanıb döyüşmək üçün hərbi komissarlığa müraciət etdilər. Çoxsaylı müraciətlərə baxmayaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış xidmətindən məlumat verildi ki, qismən səfərbərlik mərhələli şəkildə aparılır və qeydiyyata alınır. Hal-hazırda yaşından asılı olmayaraq vətəndaşlarımız ön cəbhədə döyüşmək üçün hərbi səfərbərlikdən çağırılmasını gözləyir. Öz növbəmdə mən də Tağıyev Novruz Suliddin oğlu fiziki tərbiyə müəllimi işləməyimə baxmayaraq, hərbi xidmətə çağırılacağım günü səbirsizliklə gözləyirəm. Onu da xüsusi qeyd edim ki, xalqımız Ordumuza və Cənab Prezident İlham Əliyevə səmimi qəlbdən inanır və torpaqlarımızı mənfur düşməndən azad etmək üçün hərbi xidmətə çağırılacağı günü səbirsizliklə gözləyirlər. Ulu tanrı Ordumuzu qorusun və Böyük Zəfərlər qismət eləsin.

Novruz Tağıyev,

Xocalı rayon ziyalısı

Paylaşın:

Xalqımız mənfur, məkrli və iyrənc bir düşmənlə üz-üzədir

        2020-ci ilin 27 sentyabr günü bir daha sübut etdi ki, xalqımız necə bir mənfur, məkrli və iyrənc bir düşmənlə üz-üzədir. 30 ilə yaxındır ki, dədə-baba torpaqlarımızı işğal altında saxlayan, bir milyondan artıq vətəndaşımızı didərgin vəziyyətinə salan, dünya birliyinin laqeyd münasibətindən ruhlanan murdar erməni quldur dövləti ölkəmizin yeni ərazilərini işğal etmək niyyətinə düşərək qoşunların təmas xəttində ordumuzun mövqelərini ağır artilleriyadan istifadə etməklə atəşə tutmuşlar.             Tarixən bir ölkənin müstəqilliyinə, onun ərazi bütövliyinə hər hansı bir təhlükə yarandıqda həmin ölkədə bütün umu-küsülər kənara qoyulur, əqidəsindən, siyasi mövqeyindən asılı olmayaraq hər kəs eyni hədəfə vurmağa çalışır. Hazırkı durumda ölkəmizdə də "Öncə Vətəndir" düşüncəsinə hakim olan siyasi partiyaların böyük əksəriyyəti bütün siyasi ambisiyalarını kənara qoyaraq ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin yanında olmaları, ona hərtərəfli dəstək verəcəkləri haqqında memorandum imzalamışlar. Ancaq təəssüflər olsun ki, daim ölkədə pozuculuq fəaliyyətinin başında gələn AXC-Musavat cütlüyü bu ağır zamanda da öz siyasi ambisiyalarından əl çəkməyərək bu memoranduma imza atmaqdan imtina etdilər. Onlar bir şeyi unudurlar ki, bu gün düşdüyümüz acınacaqlı vəziyyət, yəni torpaqların işğala məruz qalması, onların səriştəsiz hakimiyyətlərinin "əl işləri", "sənət əsərləridir". Məhz onların satqınlığının, mənəm-mənəmliyinin nəticəsində torpaqlarımız işğala məruz qaldı. 27 ildir ki, Azərbaycan hakimiyyəti onların yol verdikləri bu xəyanətin aradan qaldırılması üçün yollar axtarır. Onlar Azərbaycan xalqının başına gətirdikləri bu müsibətlərdən utanmaq, nəticə çıxarmaq əvəzinə, yenə də öz xəyanətkar xislətlərinə sadiq qalaraq bu gün ölkə rəhbərliyi tərəfindən həyata keçirilən tale yüklü bir məsələdə yenə də öz xırda, cılız ambisiyalarından əl çəkmədilər. Azərbaycan xalqı Əli Kərimli, İsa Qəmbər kimi 5-ci kalona xidmət edən milli satqınların Vətənin ağır günlərində etdikləri bu xəyanəti heç vaxt unutmayacaqdır. Onlar bir məqamı unutmamalıdırlar ki, Azərbaycan xalqı, ölkə Prezidenti cənab İlham Əliyevin təbirincə desək, onları tarixin zibilliyinə atacaqdır. Çünki, xalqımız olduqca müdrik xalqdır. Hər zaman yaxşının yaxşı, pisinsə pis qiymətini verməyi bacarır.                       

  Ələddin Əhmədov,                 

  Xocalı şəhər 3 saylı tam orta məktəbin müəllimi

  

Paylaşın:

QARABAĞ AZƏRBAYCANDIR!

          27 Sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyev Azərbaycan xalqına müraciət etmişdir.Bildirmişdir ki, “səhər saat 06.00 radələrindən başlayaraq Ermənistan tərəfindən növbəti hərbi təxribat planı həyata keçirmişdir. Təxribat nəticəsində mülki vətəndaşlarımız və hərbçilərimiz arasında yaralananların və xəsarət alanların olduğunu ictimayyətə çatdırmışdır.”

        Ölkə başçısı qeyd etmişdir ki, “Ermənistan öz işğalçılıq siyasətindən nəyinki əl çəkmir, hətta yeni torpaqların işğal edilməsi üçün yeni təxribatlara əl atırlar, necə ki, avqust ayında tovuz istiqamətində növbəti təxribat planları həyata keçirmişdilər. Həmin təxribatın qarşısı ordumuz tərəfindən alınarkən 12 nəfər şəhidimiz olmuşdur,onların içərisində Azərbaycan Silahlı Qüvvələrinin yüksək rütbəli şəxsləridə olmuşdur, ermənilər daha ağır itkilər verərək susturulmuşdu.”

         Ordumuza geniş miqyaslı əks-hücum əmri verilmişdir, çünki bu işğala birdəfəlik son qoyulmalıdır, işğal edilmiş bütün ərazilərimiz azad edilməlidir, xalqımız öz dədə-baba torpaqlarına qayıtmalıdırlar.

         Möhtərəm Prezident, Ali Baş Komandan Şuşanın satılması nəticəsində Laçın, Kəlbəcər və onun ardınca digər rayonların işğal olunmasına şərait yaratdığını qeyd etdi. AXCP və Musavat cütlüyünün xəyanəti və yarıtmaz fəaliyyətinin acı nəticələrini xalqımız bu gündə çəkdiyini qeyd etdi.

Bu gün xalqımız yekdilliklə dövlətimizin yanındadır, bütün siyasi partiyalar dövlətimizin, Qarabağın azad edilməsi siyasətini dəstəkləyir. Məhz ordumuzun qüdrəti və yüksək döyüş əhval-ruhiyyəsinin nəticəsi olaraq bir neçə kəndlərimiz və strateji əhəmiyyətli yüksəkliklər düşmənin ağır itkiləri ilə geri qaytarılıb, uğurla döyüşlər davam edir.

         Mən bir Azərbaycan vətəndaşı olaraq bu həqiqəti qeyd etməyi özümə borc bilirəm ki, xalqımız bu günü həsrətlə gözləyirdi, şükürlər olsun ki, həmin gün gəldi. İnanırıq ki, Ermənistanın işğalçılıq siyasətinə Azərbaycan ordusu bir dəfəlik son qoyacaq,həmin günə sayılı günlər qalır.İnanırıq ki,Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandası İlham Əliyev Şuşada “Qələbə Bayramının” sevincini xalqımızla birlikdə Şuşada qeyd edəcək. Bütün dünyaya bəyan edəcək ki, Qarabağ Azərbaycandır!

        Həmin gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq. Yaşasın Azərbaycan! Eşq olsun Azərbaycan ordusuna! Eşq olsun Ulu Öndərin layiqli davamçısı möhtərəm İlham Əliyevə!

Möhübbət Əliyev,

Xocalı rayon sakini


Paylaşın:

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü heç vaxt danışıqlar predmeti ola bilməz


         Sentyabr ayının 27-də səhər saatlarında erməni qoşun birləşmələri işğal altında olan torpaqlarımızdan iriçaplı silahlardan və ağır artilleriya qurğularından istifadə etməklə bütün cəbhəboyu Ordumuzun mövqelərini və cəbhəyanı  yaşayış məntəqələrimizi atəşə tutmuşlar. Düşməni susdurmaq üçün  əks-hücum əməliyyatlarına başlamağa qərar və Rəşadətli Ordumuz işğal altında olan torpaqlarımızı azad etmək üçün düşmənə sarsıdıcı zərbələr endirmişdir.

         Elə həmin gün Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandımız İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi. Dövlət başçımız çıxış edərək Ermənistanın məkrli siyasətini bir daha şərh etdi və onlara qarşı mübarizənin amansız olacağını qeyd etdi. Ermənistanın heç bir beynəlxalq təşkilatı saymadığını və son vaxtlar daha da azğınlaşaraq sərsəm bəyanatlarla çıxış etməsini diqqətə çatdıran Prezdintimiz Ermənistanın baş naziri Paşinyanın tez-tez Qarabağa səfər etməsi və yeni ərazi iddiaları barədə sayıqlamalarını, Azərbaycanın strateji əhəmiyyətli obyektlərini vurmaq kimi hədələrini düşmənin azğınlaşmasının təzahürü olduğunu bildirdi.

          Prezidentimizin Təhlükəsizlik Şurasının iclasındakı çıxışı sübut etdi ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü heç vaxt danışıqlar predmeti ola bilməz. 30 illik mənasız danışıqların hər dəfə Ermənistan tərəfindən qəsdən pozulması və uzadılması qəbuledilməzdir. Dövlət başçımızın qeyd etdiyi kimi, Qarabağ məsələsi xalqımızın  istəyi ilə həll olunmalıdır. Xalqımız isə işğal altında olan bütün torpaqlarımızın azad olunmasını istəyir.

        Rəşadətli Ordumuzun ilkin həmləsi ilə Füzuli və Cəbrayıl rayonlarının yeddi kəndinin azad olunması, mühüm əhəmiyyətli yüksəkliklərin tutulması münasibəti ilə xalqımızı təbrik edən Ali Baş Komandanımızın apardığı siyasəti dəstəkləyirik. Yeni-yeni qələbə müjdəli xəbərlər gözləyirik.  Prezidentimizin qeyd etdiyi kimi, Şuşada qadırılacaq üçrəngli bayrağımız Bakıya gətirilərək Hərbi Qələbə paradında nümayiş etdiriləcəkdir.

      Eşq olsun Azərbaycan Ordusuna! Yaşasın Azərbaycan! Var olsun Prezidentimiz İlham Əliyev!

Zülfü Quliyev,

Xocalı rayon ziyalısı


Paylaşın:

Ali Baş Komandan İlham Əliyevin əmri ilə Ordumuz torpaqlarımızı işğaldan azad edəcək

      Sirr deyildir ki, dünya ictimaiyyəti 30 ildir ki, Qarabağ məsələsində bir tərəfli mövqe tutur. Hörmətli Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında açıq-aydın birldirdi ki, 30 ildir ki, Ermənistan danışıqları səmərəsiz şəkildə uzadır. Bununla vaxt qazanıb işğal etdiyi ərazilərdə yenidən məskunlaşdırmaq ilə məşğul olur. 

       BMT-nin 4 qətnaməsi var ki, bu kağız üzərində qalır. Səmərəli addım atmalı olan ATƏT-in Minsk qrupu həmsədrləri heç bir iş görmürlər və məsələni uzatmaqla Ermənistanın işğal etdikləri torpaqlarda qalmaqlarını təmin edirlər. 

     Prezident  İlham Əliyev xatırladır ki, beynəlxalq təşkilatlar lazım olanda BMT-nin qətnamələrini məhkəmə qurmamış yerinə yetirirlər. Əfsuslar olsun ki, Qarabağ münaqişəsində bu qərarlar yerinə yetirilmir. Azərbaycan torpaqları bütövlüyü qorunsa da, 30 ildə ciddi bir iş görmürlər. Qətnamələrin qərarları heç biri yerinə yetirilmir, kağız üzərində qalır və qalmaqda davam edir.  

   2016-cı ilin aprel hadisələrində görəndə ki, Azərbaycan ordusu 90-cı illərin ordusu deyil, özünü və torpaqlarını qoruya bilir, dərhal atəşkəs və sülh yada düşür. Yenə 4 ilə yaxındır ki, Minsk qrupu öz səmərəsiz fəaliyyətini ilə davam etdirir, Azərbaycanın başını qatmaqla məşğul olur. Son Tovuz hadisələri göstərdiki havadarları və onlardan güc olan Ermənistan yeni Azərbaycan torpaqlarını işğal etmək planlarından imtina etməyib. Əvəzində yeni işğallarla torpaqlarımızı xarabalığa çevirmək arzusundadır. 

       Cənab İlham Əliyev bir daha son günlərdə baş verənlərdən ermənilərin günahkar olduqların diqqətə çəkmişdir. 

       Artıq bu  şovinizmə işğalçılığa dur demək vaxtı çatmışdır.

       İnanırıq ki, Ordumuz düşmənə layiqli cavablar verəcək. Ali Baş Komandan İlham Əliyevin əmri ilə Ordumuz torpaqlarımızı işğaldan azad edəcək.

Elmira Nəsirova,

Xocalı rayonundan şəhid ailəsi


Paylaşın:

Düşmən hər cəhdlə danışıqların formatını və mahiyyətini pozur

Sentyabr 21-də BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT - nin 75 illiyinə həsr edilmiş iclas keçirilib. Bu iclasda qoşulmama hərəkatına üz olan ölkələrin rəhbərləri ilə yanaşı, Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev çıxış edib. Qeyd edək ki, cənab prezidentin çıxışını iki hissədə - həm Qoşulmama Hərəkatının sədri, həm də Azərbaycan Respublikasının Prezidenti kimi etdi. Bildiyimiz kimi, Azərbaycan Respublikası 120 ölkənin yekdil qərarı ilə 2016-cı ildə Qoşulmama Hərəkatının sədri seçilmişdir. Qoşulmama hərəkatının zirvə görüşü 2019-cu ildə Bakıda keçirilmiş və Azərbaycan sədrliyi öz üzərinə götürmüşdür. Qoşulmama hərəkatına üzv olan dövlətlər BMT-nin 75-ci ildönümünə həsr olunmuş görüşü yüksək qiymətləndirir. BMT onun nizamnaməsi və beynəlxalq hüquq dünyada sülhün və təhlükəsizliyin qorunub saxlanılmasında və beynəlxalq əməkdaşlıq ın gücləndirilməsində mühüm vasitədir. Qoşulmama Hərəkatı təsdiq edir ki narahatlıq doğuran yeni sahələr və çağırışlar meydana gəldi. Təbii ki, bu çağırışlardan da biri insan hüquqlarının pozulması, maliyyə böhranları və ekologiyanın pisləşməsi ilə müşahidə olunan, o cümlədən silahlı münaqişələrin terrorçuluğun hələ də insanlara mənfi təsiri davam etməkdədir. Bildiyimiz kimi, Azərbaycan öz müstəqilliyinə nail olduqdan sonra 1992-ci ilin martın 2-də BMT təşkilatına üzv olmuşdur. Təqribən 30 illik müstəqillik dövründə Azərbaycan müxtəlif sahələrdə çox böyük tərəqqiyə nail olmuşdur. Qeyd etmək lazımdır ki, bütün üzv dövlətlər BMT Nizamnaməsinə qoşulmaqla hər hansı bir ölkənin siyasi müstəqilliyinə və ərazi bütövlüyünə qarşı güclə hədələməkdən və gücün tətbiqindən çəkinməyi öhdəliyinə götürmüşdülər. BMT Təhlükəsizlik Şurasının 1993-cu ildə dörd qətnaməsi ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edilir. Təəssüflə qeyd edirik ki, mənfur düşmən hələ də bu qətnamələrə əməl etmir. Ermənistan qoşunların təmas xətti və sərhəd boyunca mülki əhalini qəsdən hədəfə alır və təxribatlar törədir. Düşmən sonuncu təxribat aktını iyul ayında törətmişdi. Azərbaycanın Tovuz rayonunun artilleriya atəşinə məruz qalması nəticəsində hərbçilərimiz və mülki şəxsin öz öldürülmüşdür, o cümlədən mülki infrastruktura ciddi zərər vuruldu. Bu olanlar hər biri göstərir ki, düşmən hər cəhdlə danışıqların formatını və mahiyyətini pozur, həmçinin Azərbaycana qarşı irəli sürülmüş yeddi şərti Azərbaycan tərəfindən rədd edilmişdir. Təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir. Ölkəmiz BMT-ni və beynəlxalq ictimaiyyəti ermənistanın növbəti hərbi təcavüzdən çəkindirməsinə dəvət edirik. Təbii ki, təxribatların baş verməsi, təmas xəttində gərginliyin artmasına görə bütün məsuliyyət erməni rəhbərliyinin üzərinə düşür. Qeyd edək ki, Azərbaycan - Ermənistan sərhədində olan gərginliklə yanaşı, həm də ölkəmizi və dünyanı bürüyən covid-19 pandemiyasına qarşı da mübarizə aparır, bununla bağlı vəziyyət də tam nəzarət altındadır. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Azərbaycanı nümunəvi ölkə kimi qeyd edir. Azərbaycan COVİD-19 pandemiyası ərzində dünyanın bir çox ölkələrinə humanitar yardım göstərmişdir. Bütün bunlarla yanaşı, Azərbaycan mədəniyyətlərarası dialoqun təşviqində vacib rol oynayır. Azərbaycanda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası dialoqun təsviqi üçün əsas qlobal platforması kimi tanınmışdır. Ölkəmiz hazırkı müzakirələrdə multikulturalizmin və beynəlxalq əməkdaşlığın simvolu olan BMT - yə açıq və güclü dəstək verəcək. Həmçinin Azərbaycan BMT-nin daha da güclənməsinə və beynəlxalq münasibətlərdə əhəmiyyətin və nüfuzunun yüksəlməsi üçün digər dövlətlərlə birgə işləməyə hazırdır.

Seymur İsgəndərov,
Xocalı rayon ziyalısı
Paylaşın:

Ermənistanın işğalçı siyasəti dünyada sülhün və təhlükəsizliyin qorunmasına qarşı bir ləkədir


Prezident İlham Əliyev Сənablarının 21 sentyabr tarixində BMT Baş Assambleyasının BMT-nin 75-ci illiyinə həsr etdiyi iclasında yüksək səviyyəli və qətiyyətli çıxışı hər birimizdə çox yüksək fəxr hissi oyatdı. 182 ölkənin dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən bu iclasda İlham Əliyev Cənabları həm dövlət başçısı, həm də Qoşulmama Hərakatının sədri kimi Azərbaycanın BMT-yə ən layiqli üzv ölkə olduğunu və buna daim sadiq qaldığını çox gözəl şəkildə ifadə etmişdir. Bu da hər iki tərəf arasında əməkdaşlığın daha da güclənməsinə səbəb olmuşdur. Ölkəmiz üçün BMT, onun nizamnaməsi və beynəlxalq hüquq dünyada sülhün və təhlükəsizliyin qorunub saxlanılmasıda əvəzsiz rola malikdir.
İlham Əliyev Cənabları çıxışı zamanı ermənistanın azğınlığını, terrorizmə dəstək verdiyini, faşizmi təbliğ edən ölkə olduğunu, BMT-nin qəbul etdiyi dörd qətnaməyə əməl etmədiyini və işğalçı dövlət olduğunu 182 dövlət və hökumət başçılarının qarşısında açıq şəkildə söyləmişdir. Onu da qeyd etmişdir ki, ermənistan işğalçılıq siyasətini davam etdirərək başqa ölkələrdən terrorçu dəstələrini işğal olunmuş torpaqlarımıza gətirərək məskunlaşdırmağa çalışır. O cümlədən Mədəniyyətin beşiyi sayılan Dağlıq Qarabağda ermənilərin vandalizm siyasəti dəyərli tarixi abidələrimizin tarixdən silinməsi ilə nəticələnmişdir. Ermənistanın bu işğalçı siyasəti dünyada sülhün və təhlükəsizliyin qorunmasına qarşı bir ləkədir.
Cənab Prezidentimizin müdrik və ağıllı siyasəti nəticəsində dünyanı bürüyən Covid-19 pandemiyası ilə bağlı vaxtında verdiyi qərar Azərbaycanı nümunəvi ölkələr sırasına daxil etmişdir. Bu da xalqımızın Dövlətimizə və Dövlət Başçımıza qarşı olan inamını daha da artırdı. Biz, hər birimiz ürəkdən inanırıq ki, hörmətli Prezidentimizin uzaqgörən siyasəti nəticəsində işğal altıda olan torpaqlarımız tez bir zamanda azad olunacaq və Covid-19 pandemiyasına qarşı mübarizədə qalib gələcəyik.
Elsevər Hümbətov,
Xocalı rayon ziyalısı
Paylaşın:

Azərbaycanın öz torpaqlarını güc yolu ilə azad etməkdən başqa digər çıxış yolu qalmır

Dünyada sülhün, əmin-amanlığın bərqərar olması üçün bir çox beynəlxalq təşkilatlar yaradılmışdır və onlardan da bir çoxu nüfuzlu beynəlxalq qurumlar hesab edilir. Lakin təəssüf hissi ilə qeyd etməliyik ki, həmin beynəlxalq qurumlar bəzi hallarda ya normal fəaliyyət göstərmir, ya da bəzi ölkələrin qanunsuz hərəkətlərinə seyirci münasibət göstərir. Məhz bu laqeydliyin nəticəsidir ki, artıq 27 ildir ki, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqları BMT-nin 4 qətnaməsinə baxmayaraq, hələ də işğaldan azad olunmayıb. Halbuki həmin qətnamələrdə erməni hərbi birləşmələrinin qeyd-şərtsiz işğal etdikləri Azərbaycan torpaqlarından çıxarılması, işğal nəticəsində yurd-yuvalarından məcburi köçkün düşmüş bir milyon əhalinin öz əvvəlki yaşadıqları ərazilərə qaytarılması tələb olunurdu.

21 sentyabr 2020-ci il tarixdə Qoşulmama hərəkatının Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilən videokonfransında ölkə başçımız bir daha diqqəti Ermənistanın cəzasızlıq situasiyasından ruhlanaraq Azərbaycanın digər ərazilərini ilhaq etmək niyyətinə düşməsinə yönəltdi. Cənab İlham Əliyev çıxışı zamanı vurğuladı ki, Ermənistan nə beynəlxalq qurumların qərarlarına məhəl qoyur, nə də beynəlxalq hüququn tələləblərini yerinə yetirmir. Əksinə, Ermənistan daim Azərbaycanın qanunla təsbit olunmuş sərhədlərində təxribatlar törədir, sərhəd yaxınlığında yerləşən yaşayış məntəqələrini atəşə tutur, əzəli və əbədi torpaqlarımızda qeyri-qanuni məskunlaşma aparır ki, bu da beynəlxalq hüququn ermənilər tərəfindən kobud şəkildə ayaqlar altına atılması deməkdir. Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistan sülh yolu ilə işğal altındakı Azərbaycan torpaqlarını azad etmək niyyətində deyirlər. Belə olan təqdirdə Azərbaycanın öz torpaqlarını güc yolu ilə azad etməkdən başqa digər çıxış yolu qalmır. Ölkə rəhbəri bütün çətinliklərə baxmayaraq, daim bu münaqişənin sülh yolu ilə həll edilməsinə çalışmışdır. Lakin bütün bu xoş niyyətlərə baxmayaraq, Ermənistan özünün riyakar, ikiüzlü, mənfur siyasətini davam etdirməkdədir. Onlar anlayırlar ki, mütləq işğal etdikləri Azərbaycan torpaqlarından çıxmaq məcburiyyətində qalacaqlar. Ancaq yenə də son olaraq ölkəmizdən nə isə bir şey qoparmaq xəyalları ilə yaşayırlar. Anlamaq istəmirlər ki, Azərbaycan öz torpaqlarının bir santimetrini də onlara güzəştə getməyəcək. Əks təqdirdə, Azərbaycan qədim İrəvanın da azad edilməsini qarşısına məqsəd qoyacaq və bu da demək olar ki, Ermənistan adlı qondarma bir dövlətin dünya xəritəsindən silinməsi ilə nəticələnəcəkdir.
Kənan Quliyev,
Xocalı rayon gənci
Paylaşın:

Cənab Prezidentimizin BMT-ın iclasındakı çıxışı Azərbaycanın dünyada söz sahibi olduğunu göstərməklə ölkəmizin nüfuzunu daha da artırdı

Sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclas keçirilmişdir. Bu iclasda Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri və Azərbaycanın Prezidenti kimi çıxışı hər bir azərbaycanlıya böyük qürur verir. Azərbaycan dünya xəritəsində kiçik bir ölkə olmasına baxmayaraq, 120 dövlətin adından söz demək imkanına malik olub və bu imkan İlham Əliyevin apardığı müstəqil və ədalətli beynəlxalq siyasətin göstəricisidir. 2019-cu ildən bu təşkilata sədrlik edən Azərbaycan qlobal əhəmiyyətli məsələlərin həllində Qoşulmama Hərəkatının nüfuzunun və rolunun artmasına töhfə verib. Prezident İlham Əliyevin Yüksək Səviyyəli İclasda çıxışında qeyd etdiyi kimi qlobal pandemiya dövründə Qoşulmama Hərəkatının sessiyasını onlayn qaydada çağırmaqla bir ilkə imza atmışdır. Prezidentin çıxışı 1 neçə vacib istiqaməti özündə ehtiva edib.

1. Dünya siyasətində beynəlxalq hüquq terminin yaddan çıxmağa başladığını və BMT-nin fəaliyyətində yeni çağırışa uyğun fəaliyyətin ortaya qoyulmasının vacibliyi ilə əlaqədardır.

2. Ermənistan hakimiyyətinin terrorçu, işğalçı və faşizm üzərində qurulmuş siyasətinin mahiyyətini dünyaya çatdırmaqdır. Prezident İlham Əliyev Ermənistanın yeni əraziləri işğal etmək xülyası ilə müharibəyə hazırlaşdığını və BMT-ın qətnamələrinə məhəl qoymayaraq, özünün terrorçu siyasətindən əl çəkməyərək təxribatlara və diversiyalara əl atdığını qeyd etməklə baş verə biləcək hər hansı hərbi əməliyyata görə bütün məsuliyyətin Ermənistanın daşıdığını dünya ictimaiyyətinin diqqətinə çatdırdı.
3. Azərbaycanın iqtisadi uğurlarından, COVID-19-a qarşı uğurlu mübarizəmizə həsr olunmuşdur.
Cənab Prezidentimizin BMT-ın bu iclasındakı çıxışı Azərbaycanın dünyada söz sahibi olduğunu göstərməklə ölkəmizin nüfuzunu daha da artırdı. Prezident İlham Əliyev BMT-də bu çıxışı ilə dünya səviyyəli lider olduğunu bir daha sübut etdi.
Əfsanə Mustafayeva
Xocalı rayon ziyalısı
Paylaşın:

Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarında talançılıq və məskunlaşdırma ilə məşğul olur


Azərbaycan Respubilkasının Prezdenti, Qoşulmama Hərəkatının sədri ilham Əliyevin sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında videoformatda 182-ölkə arasında altıncı yerdə çıxış etməsi bu gün Azərbaycan dövlətinin və liderinin artan nüfuzundan xəbər verir. Cənab Prezdentimiz həm dövlət başçısı, eyni zamanda Qoşulmama hərəkatının sədri kimi nitq söyləyib.

Cənab İlham Əliyev çıxışında bildirdi ki, bu gün BMT özünü 75 illik yubileyində ciddi islahatlar aparmalı, regionların inkişafına nail olan qərarlar qəbul etməlididir. Qoşulmama Hərəkatı artmaqda olan BMT nizamnaməsini, beynəxalq hüququ heçə sayan, bu kimi ədalətsiz mövqeyin, hər iki təşkilata sarsıdıcı zərbə vuracağını konfrans iştirakçılarının nəzərinə çatdırdı.

Azərbaycan dövlət müstəqiliyini pərpa etsə də, Ermənistanın millətçi xəstəliyi ucbatından, hələ də ərazi bütövlüyünü bərpa edə bilmir. Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarında talançılıq və məskunlaşdırma ilə məşğul olur. Ermənilərin məqsədi Azərbaycan torpaqları hesabına öz dövlətlərinin ərazisini genişləndirməkdir.
Bütün beynəlxalq qurumları və BMT-nin 4 qətnaməsini qulaq ardına vuraraq məskunlaşdırmaq ilə məşguldular. Cənab İlham Əliyev bir daha vurğuladı ki, sonrakı olanlara, Ermənistan cavabdeh olacaq.
Azərbaycan dövləti və xalqı bir qarış torpağını Erməniyə vermiyəcək torpaqlarımızı işğaldan azad edəcəyik.
Sabir Qasımov,
Xocalı rayon ziyalısı

Paylaşın:

Ölkə Prezidenti Cənab İlham Əliyevin BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda videoformatda çıxışı


Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda videoformatda çıxış edib. Azərbaycan Respublikası 120 ölkənin yekdil qərarı ilə 2016-cı ildə Qoşulmama Hərəkatının sədri seçilmişdir. 2019-cu ilin oktyabrında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində Bakıda keçirilmiş 18-ci Zirvə toplantısında Azərbaycan sədrliyi öz üzərinə götürmüşdür. Ölkə prezidenti öz çıxışında bildirmişdir ki, BMT, onun nizamnaməsi və beynəlxalq hüquq dünyada sülhün və təhlükəsizliyin qorunub saxlanılmasında və beynəlxalq əməkdaşlığın gücləndirilməsində mühüm və əvəzolunmaz alətlərdir. Məhdudiyyətlərinə baxmayaraq, BMT hazırda bütün ölkələrin qarşılaşdığı qlobal məsələ və çağırışların müzakirəsi üçün çoxtərəfli mərkəzi forum olmaqda davam edir.

İnsan hüquqlarının pozulması, maliyyə böhranları və ekologiyanın pisləşməsi ilə müşahidə olunan silahlı münaqişələr, təcavüzkar ekspansionist siyasətlər, terrorçuluq, separatizm, beynəlxalq mütəşəkkil cinayətkarlıq və ekstremizm dünyada milyonlarla insana mənfi təsir etməkdə davam edir.

Həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycanda COVID-19 ilə bağlı vəziyyət nəzarət altındadır. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Azərbaycanı nümunəvi ölkə adlandırmışdır. Biz Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar həcmində könüllü maliyyə töhfələri etmişik. COVID pandemiyası ərzində Azərbaycan 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərib.

Ölkə prezidenti çıxışında Ermənistan tərəfindən Dağlıq Qarabağ və ətraf yeddi rayonun işğal edilməsini diqqətə çatdırmışdır. Bildirmişdir ki, Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından qeyri-şərtsiz çıxması ilə bağlı BMT-in dörd qətnaməsini icra etməmişdir. Dağlıq Qarabağla bağlı Ermənistanın irəli sürdüyü yeddi şərt bizim tərəfimizdən rədd edilmişdir. Dağlıq Qarabağ münaqişəsi ancaq Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll oluna bilər.

Ermənistan tərəfi atəşkəs rejimini tez-tez pozaraq mülki əhalini atəşə tutur, gərginliyi daha da artırır. Təmas xəttinə əlavə ordu və texnika cəmləyir. Azərbaycanın işğal edilmiş torpaqlarında qanunsuz məskunlaşdırma həyata keçirir.
Biz inanırıq ki, Ermənistanın qanunsuz əməllərinə görə dünya dövlətləri tərəfindən lazımi cavab veriləcək, işğal altında olan torpaqlarımız azad ediləcək, öz doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımız öz torpaqlarına qayıdacaqlar.
Rafiq Quliyev,
Xocalı rayon Kosalar kənd tam orta məktəbin direktoru

Paylaşın:

HAQQ SƏSİMİZİ DÜNYAYA ÇATDIRAN ÖLKƏ BAŞÇIMIZ VAR


Dünyada bir çox Beynəlxalq Təşkilatlar vardır ki, hansı regionun, yaxud dünyanın hər hansı probleminin çözülməsinə xidmət edir. Lakin Birləşmiş Millətlər Təşkilatı demək olar ki, dünyada gedən hərbi-siyasi çəkişmələrin, mənəvi, dini, irqi ayrıseçkiliyin millətlərarası münaqişələrin meydana gəlməsinə qarşı olan təşkilatdır. Bu təşkilatın yaranmasının 75-ci ildönümü ilə bağlı video formatda keçirilən iclasında çıxış edən Azərbaycan Prezidenti cənab İlham Əliyev dünyanın bəzi regionlarında gedən siyasi, hərbi çəkişmələrin bəşəriyyət üçün təhlükə olduğunu diqqətə çatdırmışdır. O, burada qoşulmama hərəkatına üzv dövlətlərin başçısı kimi də çıxış etmişdir. Eyni zamanda Azərbaycanın hal-hazırki vəziyyətini iştirakçıların diqqətinə çatdıraraq Ermənistanın işğalçı, ikiüzlü,riyakar mövqeyinə qarşı mübarizədə onlardan dəstək gözlədiyini vurğuladı. Dünyada yaşayan azərbaycanlılar qocaya, qadına, uşağa qarşı mərhəmət xilaskarlıq mövqeyində olub. Azərbaycan xalqı belə hadisələrlə fəxr etmək iqtidarındadır. Lakin zavallı dünya erməniləri Ermənistanda abidə ucaldılmış cəllad, faşist ideologiyasının təbliğatçısı və icraçısı Qaregin Njde ilə fəxr edir, onu qəhrəmanlaşdırırlar. Əlbəttə Ermənistanın və dünyada yaşayan ermənilərin bu cür çoxsaylı addımları təkcə Azərbaycan üçün yox, bütün dünya üçün təhlükədir. Ermənilərə iqtisadi-siyasi cəhətdən güclü dəstək verən ölkələrin özləri dəfələrlə onların terrorçu hücumlarına məruz qalmışlar. Onların bu xəbis hərəkətləri sanki İlahi tərəfindən ermənilərin əhali sayının artmağına mane olur. Dünya dövlətləri bu nankor, xəbis, riyakar millətə dayan deməlidir. Azərbaycan Prezidenti hər zaman çıxışında Azərbaycanın siyasi arenada öz haqlı mövqeyini ifadə etməsini diqqətə çatdırmışdır. Azərbaycanın iqtisadi-mədəni, elmi potensialının güclənməsi bütün sülhpərvər dövlətlər tərəfindən alqışlanır. Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəmizin pandemiyaya qarşı mübarizəsindən bəhs edən tədbirlərdən danışdı. Dünya dövlətləri koronavirusa qarşı mübarizədə Azərbaycan modelindən nümunə kimi istifadə etmişlər. Bu inkişaf əlbəttə Azərbaycanda demokratiyanın daim iqtidar və xalq tərəfindən dəstəklənməsinin bariz nümunəsidir.
Nəcəf Həsənov,
Xocalı rayon ziyalısı
22.09.2020
Paylaşın:

Azərbaycan dünyanın zəngin təbii sərvətlərinə malik olan ölkələrindən biridir

      20 sentyabr Azerbaycanın Neftçilərinin peşə bayramıdır. Bu bayramı Azərbaycan neftçisinə Ulu Öndər Heydər Əliyev bəxş edib. 20 sentyabr həm də "Əsrin Müqaviləsi" adını almış möhtəşəm sazişin imzalandığı gündür. 1994-cü ilin həmin günündə Xəzərin Azərbaycan bölməsindəki "AZƏRİ ÇIRAQ GÜNƏŞLİ" yataqlarının xarici şirkətlərlə birlikdə tammiqyaslı işlənməsi müqaviləsinin imzalanması Ümummilli liderin gərgin mübarizəsi və sonsuz qətiyyəti sayəsində mümkün olub. Bizim üçün 20 sentyabr neftçilərin bayramı kimi qeyd olunmasının özü də qanunauyğun bir haldır. Çünki neft sənayesi tarixində misilsiz bir addımdır. Ölkə Prezidenti İlham Əliyev bu barədə demişdir: "1994-cü ildə bizim planlarımız çox geniş idi. Biz bilirdik ki, məqsədimiz nədir. Ancaq onu da bilirdik ki, bu məqsədə çatmaq üçün yolumuz hamar olmayacaq. Elə də oldu. Azərbaycan çox böyük sınaqlardan əzmlə çıxdı və qarşıda duran bütün vəzifələri uğurla həll etdi. İnvestisiyaların cəlb edilməsi, xarici şirkətlərlə uğurlu və qarşılıqlı maraqlar əsasında yaradılmış əlaqələr, hasilatın artırılması Azərbaycanının iqtisadi inkişafının təmin edilməsi, neft kəmərlərinin tikintisi və təbii ehtiyatların bu kəmərlər vasitəsi ilə dünya və Avropa bazarlarına nəql edilməsi layihələri bugünkü Azərbaycan reallıqlarını böyük dərəcədə əks etdirir". Biz bunu da unutmamalıyıq ki, Azərbaycan bütün ölkələr içərisində tanınan yeganə ölkədir ki, təbii sərvətləri ilə seçilir. Cənab Prezidentimizin gecə-gündüz apardığı ağıllı, məqsədyönlü siyasətinin nəticəsi olaraq, ölkəmiz dünyada öz layiqli yerini tutmuşdur.        

Anar Əbdülov,

Xocalı 2 saylı tam orta məktəbin müəllimi

Paylaşın:

Azərbaycanı ağ günlərə aparan Qara Qızıl

 


         Azərbaycan müstəqillik qazandıqdan sonra onun yolu çox çətin maneələrdən keçdi. Ulu Öndər hakimiyyətə gəldikdən sonra Xarici investorların Azərbaycana cəlb edilməsi məsələsində çoxlu əngəllər yarandı. Lakin dünya iqtisadiyyatından yaxşı baş açan Heydər Əliyev Xəzər dənizindən neft çıxarmağın, yeni yataqların kəşf edilməsinin gəlirli sahə olduğunu dünya iqtisadçıları və nefçilərinin diqqətinə çatdırdı. 1994-cü ilin 20 sentyabrında çoxları üçün xəyal hesab edilən Əsrin müqaviləsi  (neft kontraktı) Heydər Əliyevin başçılığı ilə reallaşdı. Müqavilədə iştirak edən dövlətlər Azərbaycanı özlərinə həm iqtisadi, həm də siyasi cəhətdən etibarlı tərəfdaş kimi qəbul etdilər. Neft sənayesinin inkişafında da Hörmətli Prezidentimiz cənab İlham Əliyevin rolu böyük olmuşdur. O, uzun illər, ARDNŞ-in vitse Prezidenti vəzifəsində çalışmışdır. Bu dövrdə Abşeron yatağında yeni neft-qaz yataqları kəşf edilmiş və xalqımızın rifahı naminə neft, qaz istehsal edilmişdir. 

        Azərbaycanın iqtisadi, siyasi, mədəni inkişafı dünya siyasi arenasında öz haqq sözünü deməyə, ərazi bütövlüyümüzü bərpa etməyə gətirib çıxaracaqdır. Mənfur qonşumuz ermənilərin özlərini bu dəyərli layihələrdən təcrid etməsi onlara yaxşı heç nəyi vəd etmir. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qədim Şuşamızda, Xankəndində və başqa işğal altında olan rayonlarda Azərbaycanın Üçrəngli Bayrağının dalğalanacağı gün uzaqda deyil. Bunu Biz Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşərək əməli işimizlə təsdiq etməliyik.

Məzahir Cəbrayılov,

Şəhid ailəsi

Paylaşın:

Dünya, haqqa cavab ver!

      Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan Televiziyasına, İctimai Televiziyaya, REAL TV-yə müsahibə vermişdir. Cənab Prezident dünyada gedən proseslərdən, Azərbaycanın Dağlıq Qarabağ məsələsində haqlı mövqeyindən bəhs etmişdir. Ermənistanın Dağlıq Qarabağı Azərbaycandan ilhaq etmək istəməsi, qondarma Dağlıq Qarabağ Respublikasını tərəf kimi gündəmə gətirməsi siyasi riyakarlıqdan başqa bir şey deyildir. Təəssüflər olsun ki, BMT-nin, ATƏT-in Dağlıq Qarabağ və işğal olunmuş ətraf rayonlarla bağlı məlum qətnamələri kağız üzərində qalmışdır. Bəzi dövlətlərin bu münaqişənin həllinə ikili standartlarla yanaşması, müharibə ocağının alovlanmasına, Azərbaycan torpaqlarının erməni hərbi birləşmələri və onların havadarlarının köməkliyi ilə işğal edilməsi və işğalda saxlanmasına gətirib çıxarmışdır. Bu hadisələrdə on minlərlə azərbaycanlı şəhid olmuş və dövlətə milyardlarla ziyan dəymişdir. Ulu Öndərin 1993-cü ildə xalqın tələbi ilə, ikinci dəfə hakimiyyətə gəlişindən sonra Azərbaycanda ordu quruculuğuna başlanmış, çökmüş iqtisadiyyat yenidən bərpa edilmişdir. Hal-hazırda Ulu Öndərin siyasi davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycana başçılığı sayəsində qaçqınların və məcburi köçkünlərin problemləri daim diqqət mərkəzində olmuşdur. Ümumi əhalinin həssas təbəqəsinin məşğulluq və digər problemləri vaxtında öz həllini tapmışdır. Xalq-iqtidar birliyinin nəticəsi torpaqlarımızın işğaldan azad edilməsinə, xalqımızın firavanlığa qovuşmasına gətirib çıxaracaqdır. 

Firudin Əliyev,

Qarabağ qazisi

Paylaşın:

Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir

          Son vaxtlar dünyada əsasən ölkəmizdə  gedən proseslər çox gərgin hal alıb. Ermənistanın, Rusiyanın inanılmaz  hərəkətləri  insanlarda  nifrət  hissini daha da coşdurub. Belə  ki, hələ  sovetlər  hakimiyyəti dövründə Ulu öndərimizin Azərbaycandan ayrılandan sonra  Rusiya həmişə  Ermənistana dəstək  olub. Yanvar  qırğını,  Xocalı  faciəsi buna sübutdur.  Bu faciələrin  hamısı  ən  çox ruslar tərəfindən  törədilib. Rusiya  yalandan  üzə  gülüb, arxadan xristian qardaşına  yardım  edib.  Bu  dəstək  ermənilərə  ruh  verib.  Son  vaxtlar  ermənistanın  baş  naziri  N. Paşinyanın  ikiüzlü  siyasəti  bunu bir daha təsdiq  edir.  O,  hər  an  danışıqları  pozur  sonra  atəşkəs  istəyir.  Təxribatlar  törədir  son  vaxtlar Suriya və Livandan qanunsuz olaraq  erməniləri Qarabağa  gətirib  orada  məskunlaşdırması  daha böyük  həyasızlıqdır.  Hələ  qondarma  qarabağ  respublikasının Şuşada  keçirdiyi and içmə  mərasimi erməni  təxribatının  ən  ağıla  sığmaz  nümunəsidir. Orda hərbi təlimlər  keçirilir.  N.Paşinyanın  arvadı  guya sülh  pərəst  insandır,  qadınlardan ibarət dəstə yaradıb  müharibəyə  hazırlaşır.  İyul  hadisələri göstərər ki,  heç də  aldıqları torpaqlarla  kifayətlənmir,  onların  iştahası  daha  böyükdür. Tovuz  rayonunun  dinc  sakinlərinə  qarşı  müharibə etdilər,  ancaq  onları  vaxtında  susdurdu.  Nə  qədər  şəhid  verdik  günahsız. Yenə ATƏT-in minsk qrupu  sədrləri də  təsdiq  etdi  ki,  təcavüzü  ermənilər  edib. Hələ  bu  azmış  kimi  Rusiyadan, Serbiyadan  silah  göndərilir. Gürcüstan dövləti  bu  işə qarışmadığı  üçün biz onlarla  qürur  duyuruq. Ermənilər  Şuşada  müsəlman  abidələrini  dağıdır.  Hər cür  pisliyə əl atırlar.  Biz buna yol vermərik. Möhtərəm  rəhbərimiz  müsəlamn dövlətləri  ilə  İslam Əməkdaşlıq Şurasının  yaradılmasında  möhüm  işlər  görüb. O, bütün  müsəlman  dövlətlərinə  bildirir  ki,  erməniləri  təcavüzkar  kimi pisləsinlər. Müsəlmanlar  bizi  dəstəkləyirlər.  Türkiyə, Pakistan bizim can qardaşımızdır. Böyük  qardaşımız Türkiyə hər an bizim  yanımızdadır.  Biz  “bir millət  2 dövlət”ik. Onların dəstəyi  bizə güc  verir. Arzu edirik ki,  bu dostluq  bizə uğur  gətirsin. Türk-müsəlman dünyası  hər  an  zəfər  çalsın!  Qarabağ  əsil  sakinlərinə  qovuşsun!

       Nataliya Yusifova,

       Xocalı  rayon ziyalısı

Paylaşın:

Tovuz hadisələri bir daha Türkiyə-Azərbaycan qardaşlığının, birliyinin təzahürü oldu

 


     Dünya siyasətində tanınmış liderlərdən olan Heydər Əliyevin həyat və fəaliyyəti Azərbaycan xalqı üçün bir örnəkdir. Hələ Sovet ittifaqı rəhbərliyində olarkən Heydər Əliyev amili erməniləri uzun illər seperatçı hərəkətlərini reallaşdırmağa imkan verməmişdir. Yalnız Heydər Əliyev Siyasi bürodan uzaqlaşdırılandan iki həftə sonra Ermənilər Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək haqqında iddia qaldırdılar və elə ilk vaxtlardan silaha, terrora əl atdılar.Gizlin deyil ki, Sovet İttifaqının dağılması ərəfəsində Azərbaycana qarşı böyük ədalətsizliklər edilib. Azərbaycan xalqının cəlladı Qorbaçov və onun ermənilərdən ibarət yaxın ətrafı ölkəmizə qarşı nifrətini açıq göstərirdilər. O zamanlar Dağlıq Qarabağda xüsusi komitənin yaradılması və o komitəyə Qorbaçovun köməkçisi Arkadi Volskinin təyin edilməsi Qarabağın Azərbaycandan qoparılma planı idi. Volskinin vaxtında azərbaycanlılar o vaxt Dağlıq Qarabağın bəzi yerlərindən zorla çıxarılmış, ilk etnik təmizləmə siyasəti aparılmış, azərbaycanlılar Xankəndidən qovulmuşlar. Azərbaycanın o zamankı rəhbərliyi xalqa xəyanət etmişdir. Tutduğu vəzifənin öhdəsindən layiqincə gələ bilməyən insanların vəzifədə olması heç bir zaman ölkəyə, xalqa xeyir gətirə bilməz. O zaman Azərbaycan hakimiyyətində kreslo davası gedir, xalqı, vətəni düşünməyən insanlar respublikanı idarə edirdilər. Nəticə isə göz qabağındadır, torpaqların işğalı, minlərləi insanın köçkün halı və yaxud şəhid məzarları.

Müasir günümüzə nəzər saldıqda indiki Ermənistan rəhbərliyi ölkəni uçuruma aparır. 

Məsuliyyətsiz addımlar atan rəhbərlik bunun nələrə səbəb ola biləcəyini təhlil edə bilmir. İki il bundan əvvəl Ermənistanda dövlət çevrilişi baş verəndə Azərbaycan buna neytral qaldı. Çünki Azərbaycan tərəfi Koçaryan-Sarkisyan xuntasının hakimiyyətdən getməsində maraqlı idi. Ermənistanın bundan əvvəlki hakimiyyəti erməni xalqında ancaq nifrət hisləri doğururdu.

Nikol Paşinyan hakimiyyəti Azərbaycana qeyri-rəsmi kanallarla müsbət siqnallar göndərmiş, yalvarmış, vaxt istəmişdir. Daha sonra Paşinyan Düşənbədə Azərbaycan Prezidentindən vaxt verilməsini birbaşa xahiş etmişdir. Ermənistandakı hakimiyyət dəyişikliyi Minsk qrupunun həmsədrlərində də müsbət ümidlər yaratmış, görüşlər əsnasında ümidlərləd dolufərziyyələr səsləndirmişlər. Paşinyan çevriliş nəticəsində hakimiyyətə gələndən bir ay sonra uğurlu Günnüt əməliyyatı keçirilsə də, Azərbaycan yeni hakimiyyətə qarşı keçmiş xuntanın revanşına yol verməmək üçün bundan PR məqsədi ilə istifadə etməmişdir.

İyul hadisələri göstərdi ki, ermənilər hər zaman qan tökməyə çalışır, özgə torpaqlarına silahlı basqınlar etməyə çalışırlar. Hadisələr zamanı Azərbaycan tərəfi olaraq biz şəhidlər versək də, qəhrəman hərbçilərimiz düşməni yerində oturtdu. İndi Ermənistan o məğlubiyyəti qələbək kimiqələmə verməyə çalışır. Azərbaycan tərəfinin təqdim etdiyi görüntülər Ermənistanın heç bir qələbə qazanmadığını təsdiqləyir. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müsahibəsində Dağlıq Qarabağ münaqişəsinə dair məsələlərə xüsusilət toxunub Qeyd edib ki, "Ermənistan siyasətinin əsas qayəsi özlərini alçaltmaqdır, özlərindən məzlum, yazıq xalq imic düzəltməkdir, ağlaşmaqdır və ondan-bundan nə isə imtiyaz, ianə, qrant, kömək qoparmaqdır" Paşinyanın təxribatları ağlasığan deyil, özgə torpaqlarına öz torpağı kimi yanaşır, fikirləşmir ki, ədalət zəfər çalacaq, onlar etdiklərinin cəzasını çəkəcəklər. Minsk qrupunun həmsədrləri də Ermənistan tərəfinə bu kimi açıqlamaların ziyanlı olmasını bildirsələr də hələ ki, müsbət dəyişiklik yoxdur. Bu gün real vəziyyət belədir ki, Ermənistan yeni böyük müharibəyə hazırlaşır. Onların təmas xəttinə yaxın qüvvələrinin cəmləşməsi baş verir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatınını, öz müttəfiqlərini bu işlərə cəlb etmək üçün zondaj aparılır. Ermənistan təcavüzkar dövlətdir, bunu dünya dövlətlərinin bir çoxu qəbul edir. Azərbaycan Prezidenti mövcud problem və narahatlıqlar haqqında xalqa və müttəfiqlərə açıq mesajlar verdi. Azərbaycan xalqı heç vaxt başqa dövlətlərə pis niyyətlə və yaxud təxribatla yanaşmayıb. Dövlətimiz dostluq və əəməkdaşlıqetməklə güclənməyə çalışır. Serbiya və Rusiya prezidentləri ilə aparılmış telefon danışıqları zamanı prezidentimizin narahatlığını ifadə etməsi, Gürcüstan ərazisindən Ermənistana silahların daşınmasına imkan verilməməsi ilə bağlı ölkə başçımızın Gürcüstan hökumətinə təşəkkürü buna əyani sübutudur. Və ölkəmiz İslam həmrəyliyi işində həmişə fəal olub, Prezidentin xarici siyasət istiqamətləri ilə  bağlı çıxışlarının əsas prioritetlərindən biri müsəlman ölkələri ilə əlaqəlidir. Bunun nəticəsidir ki, Azərbaycanı BMT-də daha çox dəstəkləyən ölkələr də müsəlman ölkələridir. IƏT Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həmişə düzgün mövqe sərgiləyir. Və Tovuz hadisələri bir daha Türkiyə-Azərbaycan qardaşlığının, birliyinin bir daha təzahürü oldu.

         Biz Xocalı ziyalıları da Prezidentimizi dəstəkləyir və bu uğurlu siyasətin xalqımız və dövlətimiz üçün gələcək perspektivlər gətirəcəyinə əminik.

Nəzakət Əliyeva,

Xocalı rayon ziyalısı

Paylaşın:

Azərbaycan neftinin xalqın rifah halının yaxşılaşmasına xidməti diqqət mərkəzindədir

 


       Torpağının altı da, üstü də təbii sərvətlərlə zəngin olan Azərbaycan dünyada əsasən neft ölkəsi kimi tanınır. Təsadüfi deyildir ki, dünyada ilk dəfə 19-cu əsrdə neftin sənaye üsulu ilə çıxarılması məhz Azərbaycanda baş vermişdir. Təəsüf ki, sovetlər dönəmində Azərbaycan nefti xalqımıza xidmət etməmiş, 70 il keçmiş SSRİ - nin inhisarında olmuşdur. İkinci Dünya müharibəsinin tərkib hissəsi olan Böyük Vətən müharibəsi dövründə Azərbaycan cəbhəyə 75 milyon ton Bakı nefti göndərmişdir ki, bu da həmin dövrdə sərf edilmiş neftin təqribən 90 faizini təşkil edirdi. Lakin özünün 600 min övladını cəbhəyə göndərən, müharibədə 300 mindən çox övladını qurban verən, döyüş texnikalarını yanacaqla təmin edən ölkəmizin xidmətləri keçmiş SSRİ rəhbərləri tərəfindən layiqincə qiymətləndirilməmişdir. Əksinə, SSRİ - nin varisi olan Rusiyanın hərbi hissələri ermənilərlə çiyin-çiyinə Azərbaycan ərazilərinin işğal olunmasında iştirak etmişlər. Azərbaycan Respublikası yenidən müstəqilliyinə qovuşduqdan sonra məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il sentyabr ayının 20-də Dünyanın aparıcı şirkətləri ilə neft kontraktları imzalandı. Həmin vaxtdan Azərbaycan nefti öz xalqının rifahına xidmət etməyə başladı. Əsas məqamlardan biri də o idi ki, bu işləri doğru-dürüst aparmaq üçün Azərbayca Neft Şirkətinin başına cənab İlham Əliyevin gətirildi. İlham Əliyev iqtsadiyyat sahəsinə yaxından bələd olduğu üçün bu sahədə xeyli uğurlu nəticələr əldə etməyə nail oldu. Onun başçılığı altında böyük layihələr həyata keçirilməyə başlandı. Təsadüfi deyildir ki, ən böyük layihələrdən biri olan Bakı-Ceyhan neft kəmərinin əsası cənab İlham Əliyevin Azərbaycan Neft Şirkətinə başçılıq etdiyi zamanda qoyulmuşdur. 19 sentyabr 2020-ci il tarixdə Abşeron yatağının təməlqoyma mərasimində iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bir daha diqqəti Azərbaycan neftinin xalqın rifah halının yaxşılaşmasına xidmət etdiyinə yönəltdi. Bu gün Azərbaycanda görülən işlər, həyata keçirilən sosial layihələr, infrastrukturun tamamilə yemilənərək müasir standartlara cavab verməsi göz qabağındadır. Azərbaycan inkişaf dinamikasına görə Qafqazda lider dövlətə çevrilmişdir. 

Nizami Əliyev,

Xocalı rayon sakini

Paylaşın:

Prezident İlham Əliyevin dəmir məntiqi qarşısında erməni siyasətçiləri daim əzilmiş və miskin vəziyyətə düşüblər

 

      Əgər erməni sözünə, erməni xislətinə sinonim axtarsaq, heç düşünmədən xəyanət və xəyanətkarlıq sözlərini yazmaq olar. Çünki bu xalqın, əgər xalq demək mümkünsə, mayası tamamilə xəyanətdən yoğrulub. Sovetlər İttifaqının dağılmasını fürsət bilən xain ermənilər yaranmış boşluqdan istifadə edərək özlərinin tarixi və əbədi ağası olan rusların köməyi ilə əliyalın xalqımıza qarşı öz mənfur niyyətlərini həyata keçirdilər və 20 faiz ərazimizi işğal etdilər. Bu işğal nəticəsində 1 miyon soydaşımız öz ölkəsində köçkünə çevrildi, doğma yurdlarından didərgin düşdülər. Yaranmış vəziyyəti nizamlamaq üçün, işğala son qoymaq məqsədilə ATƏT ölkələrinin təşəbbüsü ilə Amerikanın, Rusiyanın və Fransanın iştirakı ilə ATƏT - in Minsk qrupu yaradıldı. Ancaq 27 il keçməsinə baxmayaraq, hələ də torpaqlarımız işğaldan azad edilməyib. Bütün bunlar düşmən ölkənin nə qədər məkrli, nə qədər ikiüzlü siyasət apardığının real bir nümunəsidir. Bu gün Ermənistana rəhbərlik edən, küçə siyasəti nəticəsində hakimiyyətə  gələn, savadsız, elə siyasəti də küçə ritorikasından o yana getməyən, gəda xislətli Paşinyan sələflərinin riyakar siyasətini daha iyrənc şəkildə davam etdirməkdədir. Azərbaycan gücünü göstərəndə cücəyə dönüb danışıqlara hazıram deyən Paşinyan, ara sakitləşən kimi aslana dönür, Azərbaycanla müharibə ritorikası ilə danışmağa başlayır. Ümumiyyətlə erməni siyasətçilər daim Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəmir məntiqi qarşısında daim əzilmiş və miskin vəziyyətə düşüblər. Onlar həmişə Azərbaycan Prezidentinin tarixi faktlara söykənən təkzibedilməz dəlilləri qarşısında aciz vəziyyətə düşür, danışıqlar masasından qaçmağa üstünlük verirlər. Buna elə danışıqların birində eks Ermənistan prezidenti Serj Sarkisyanın ayaqyolu bəhanəsi ilə danışıqlar masasından qaçmasını misal göstərmək olar. Əminliklə demək olar ki, bu gün ölkə başçımız cənab İlham Əliyevin qarşısından qaçan erməni siyasətçiləri kimi, mənfur erməni xalqının nümayəndələri də Azərbaycan xalqının kəskin qətiyyəti qarşısında  tab gətirməyib işğal etdikləri Azərbaycan torpaqlarından ayaqları tutduğu qədər qaçacaqlar. O gün uzaqda deyil.          

Ələddin Əhmədov,                                                         Xocalı şəhər 3 saylı tam orta məktəbin müəllimi

Paylaşın:

Ölkəmizin uğurlu inkişafında neftçilərin çox böyük rolu olmuşdur

          19 sentyabr 2020-ci il tarixində cənab Prezident İlham Əliyev Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak etmişdir. Cənab Prezident mətbuata “Abşeron” yatağının quraşdırılması, onun əhəmiyyəti barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, bu yataq dörd əsas dayaq bloku və digər sualtı qurğulardan təşkil olunacaq. Bu layihəni SOCAR-ın “BOS Self” şirkəti tərəfindən həyata keçirir. Tikinti işlərinə ümumi çəkisi 10000 tona yaxın olan əsas və köməkçi dayaq bloklarının, körpülərin, estokadaların, məşəl  sisteminin, sualtı  qurğuların, boru xəttinin, modulların inşası və quraşdırılması daxildir. 

          Cənab Prezident neftçilərimizin peşəkarlığından, onların ağir iş rejimində çalışmalarından danışaraq demişdir: “Mən onları ilk öncə qarşıdan gələn peşə bayramlarını təbrik edirəm. Onlara yeni uğurlar arzulamaq istəyirəm. Neftçilər hər zaman Azərbaycanda böyük hörmətə layiq olublar. Bu gün də bu belədir və neftçilərin əməyi əsl qəhramanlıqdır. Neftçi peşəsi həm hörmətli, eyni zamanda, riskli, təhlükəli peşədir.”

      Neftçilərin ölkəmizin uğurlu inkişafında çox böyük rolu var. Bu gün ölkə iqdisadiyyatının əsas hissəsi neft-qaz sektoru ilə bağlıdır.  Azərbaycanda neft-qaz ehtiyyatlarından gələn gəlirdən xalqın sosial mənafeinin qorunması üçün istifadə edilir. Ölkə abadlaşır, şəhərlər gözəlləşir, yollar təmir olunur, məktəblər tikilir, xəstəxanalar müasir avadanlıqlarla təmin olunur. Baxmayaraq ki, Azərbaycan müharibə şəraitində yaşayır, həm də COVİD-19 pandemiyasına qarşı uğurla mübarizə aparır, eyni zamanda yüksək inkişaf edir və hər sahədə güclənir. Bu nailiyyətlərə görə isə biz dövlətçiliyimizə, ən başlıcası möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına borcluyuq. Var olsun Xalqımız, Dövlətimiz və cənab Prezidentimiz!

Nailə Bağırova,

Xocalı rayon ziyalısı

Paylaşın:

QARDAŞLIĞA SÖYKƏNƏN ƏDALƏT ZƏFƏR ÇALACAQ

 

           Azərbaycan xalqı özünün yaranışından daimi mərhəmətlilik, insanpərvərlik, qonaqpərvərlik, yüksək vətəndaşlıq mövqeyi, vətənpərvərlik, mehriban qonşuluq prinsipləri ilə seçilmişdir. Lakin ermənilərin Qafqaza köçürülməsi ilə Azərbaycan xalqının problemləri meydana gəlmişdir. 1905, 1915, 1918-ci illərdə ermənilərin rus bolşevik qüvvələrinin himayədarlığı ilə azərbaycanlılara qarşı qətliamlar törətmişlər. 1930-1950-ci illərdə sovet Azərbaycanının yüksək hakim dairələrində işləyən erməni millətçiləri Azərbaycanın ziyalılarını repressiyaya məruz qoymuşlar. 1941-1945-ci illər müharibəsində Azərbaycanın çox sayda canlı qüvvəsinin, neftinin qələbənin qazanılmasında böyük rolu olmuşdur. Lakin buna baxmayaraq tank qoşunları general-mayoru Həzi Aslanovun ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi ermənilər tərəfindən arxivdə gizlədilmişdir. 1990-cı ildə bu adın verilməsi üzə çıxmışdır. Xalqın qeyrətli və müdrik oğlu Heydər Əliyev Milli Təhlükəsizlik orqanlarında işlədiyi vaxtdan ermənilərin məkrli addımlarına qarşı amansız mübarizə aparmışdır. Ulu Öndərin sovet dönəmində Azərbaycana başçılıq etməsi nəticəsində sənayenin, iqtisadiyyatın, mədəniyyətin, elmin inkişafında uğur qazanması erməniləri məyus etmişdir. Heydər Əliyevin Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsində yüksək vəzifə tutmasını ermənilər heç cür qəbul edə bilmirdilər. Elə buna görə Mixail Qorbaçovun vasitəsilə siyasi bürodakı haqsızlıqlara dözməyərək istefa verdi. Bu başçılıqdan istifadə edən erməni-rus şovinizmi 20 yanvar 1990-cı il, 26 fevral 1992-ci il hadisələrini törətdi. Ermənistanın uzun illər müxtəlif hakimiyyət dəyişiklikləri etməsinə baxmayaraq, Dağlıq Qarabağ məsələsində şovinist mövqeləri dəyişməz olaraq qalmışdır. Hazırki Paşinyan hakimiyyəti üzdə sülh çağırışlarını səsləndirsələr də arxada yalnız danışıqları pozmaqla məşğul olmuşlar. Paşinyanın həyat yoldaşı sülh çağırışı etsə də qadınları ətrafına toplayaraq hərbi təlimlər keçir. Məlum İyul hadisələri zamanı Rusiyanın və Serbiyanın  müəyyən hava məkanından istifadə etməklə Ermənistana silah göndərməsi məlum olmuşdur. Lakin Gürcüstan öz hava məkanından bu məqsədlə istifadəyə imkan vermədi. 

        Düşmən ölkə məzlum vəziyyəti ilə nə qədər özünə güc toplsa da, haqq-ədalət qarşısında məğlub olacaqlar. Hər zaman müsəlman dünyasına havadar olan qardaş Türkiyə Qarabağ münaqişəsinin həllində bizə daim dəstək göstərir. Ulu Öndərin dediyi kimi bir millət, iki dövlət daim Azərbaycanın yanında olduğunu qeyd etmişdir. Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı! Azərbaycan-Türkiyəni istəyənlər var olsun! Qoy xainlər xar olsun!

 Aydın Həsənov,

 Xocalı rayon sakini

Paylaşın:

Ermənistanın təcavüzkar siyasəti regionda müharibəni qaçılmaz edir

 

           İstənilən  aspektdən  baxanda  Qarabağ  məsələsinin  həllində,  Müstəqil Azərbaycan  Dövləti daim birmənalı olaraq müstəqil siyasət  yürüdərək  danışıqlar  prosesinin  aparılmasında  fəal  iştirak etmişdir. Lakin öz müstəqilliyi  böyük  güclərin əlində olan müstəqil siyasət aparmaq  iqtidarında olmayan ermənistan  öz  təcavüzkar siyasəti  nəticəsində, Qarabağın  həlli  ilə  əlaqədar  danışıqlardan  yayınaraq  regionda  müharibənin  qızışdırılmasında mühüm rol  oynamışdır.

         Prezident Cənab İlham Əliyev hər zaman  Qarabağın probleminin həlli,  Müstəqil  Azərbaycan Dövlətinin  işğal olunmuş 20 faiz  torpaqlarmızın  qeyri-şərtsiz  işğaldan  azad  olunmasında,  ictimaiyyətdən gizli  saxlanılmadan  açıq siyasət aparılmış  və bu siyasi  gedişdə  qətiyyət nümayiş  etdirilmişdir. Prezident  İlham  Əliyevin  bir  neçə  gün  öncə Dövlət  televiziyasına  və  yerli  televiziyalara  verdiyi  müsahibədə Qarabağ  məsələsinin  həllində  artıq  heç  bir  danışıqların  aparılmadığı  qeyd  olunmuşdur. Prezident  İlham Əliyev  qeyd etdiyi  kimi  «Ermənistan regional  sabitlik  üçün  təhdiddir. Ermənistan  o  ölkədir  ki, islamafobiya  onların  dövlət  siyasətidir. Əgər  ermənilər  öz  çirkin  planlarından əl çəkməsələr, onlar  üçün  çox  ağır nəticələr olacaq».

          Əlbəttə, ermənistanın  siyasi ipi başqa bir  dövlətin əlində olduğu  açıq-aydın  görünməkdədir. Son  bir neçə  ay  ərzində  təcavüzkar  ölkəyə Rusiyadan, Serbiyadan, Gürcüstan və İran  hava yolları  ilə  hərbi  silah-sursatın  daşınması  dayanmadan  sürətlə  ermənistanın  silahlandırılması regionda  narahatlıq doğurur. Son  günlər  cinayətkar  ermənilərin  baş  naziri  N.Paşinyanın  Qarabağda  sərhədyani  bölgələrə  gələrək cinayətkar hərbi  birləşmələrlə  görüşlər keçirməsi,  bu  azmış  kimi,  N.Paşinyanın  həyat  yoldaşı bəzən  dırnaq  arası özünü  «sülh quşu» hesab  edən Annanın  hərbi  təlimlərə qatılması hər kəsdə  bu  fikiri  doğurur  ki,  ermənilər və təcavüzkar dövlət  xoş  niyyətlə  işğal  olunmuş  torpaqlarmızın  qaytarılmasından  yayınaraq,  regionda sülhü kölgədə saxlamaq  əslində  isə  müharibəni qızışdırmaq cəhdidir. Hətta bu da azmış kimi,  son  günlərdə  ermənistan  tərəfdən  Livandan, Suriyadan  ermənilərin  gətirilərək  sürətlə Qarabağda  yerləşdirilməsi artıq onu  deməyə əsas verir  ki, ermənilər işğal  olunmuş  torpaqlardan  çıxmaq  niyyətindən yayınaraq  əslində burada  öz məkirli  siyasətlərini  yürütməklə  doğma  torpaqlarmızda erməni köçü  təşkil edərək  bu  torpaqlarda  özlərini  möhkəmləndirirlər.

         Ermənistanın  siyasəti  özü  Beynəlxalq  konvensiyalara  zidd  əməldir. Prezident Cənab  İlham  Əliyev qeyd  etdiyi  kimi; «İşğal  olunmuş  torpaqlara  haradansa insan gətirib  qanunsuz  məskunlaşdırmaq  cinayətdir».

         Bütün bu yuxarda qeyd olunarın yekunu   olaraq vətəndaş olaraq Prezident İlham Əliyevin Qarabağın işğaldan azad olunması naminə  apardığı siyasət daim ictimaiyyət tərəfindən  yüksək qiymətləndirilmiş dövlət başçısının  bu  mövzuda kəskin mövqeyi xalq tərəfindən  dəstəklənmişdir.

         Qarabağın  işğaldan  azad olunması artıq   bütöv xalq hərakatına  çevrilmiş  və  bütün  xalq  bu  təcavüzə son qoyulması  naminə Dövlətin  yanında  olduğunu 2020-ci  ilin  İyul ayında  Bakı  şəhərində  meydana  toplaşaraq  açıq  şəkildə  bəyan  etmişdir.

         İstənilən  halda müharibə dünyada yaşayan  xalqlar  Beynəlxalq  təşkilatlar  tərəfindən daim  pislənmiş  sülhə  meyillilik  sülhə  çağırışlar təbliğ  olunmuşdur. Amma  mövcud  vəziyyətdə ermənistan  təcavüzkarlığı davam etdirməklə  dözülməz vəziyyət yaratmış,  hazırda 20 faiz  torpaqlarmızın  işğal  atında  saxlamaqla  bir milyondan  qaçqın və məcburi köçkünlərmizin öz doğma yurdundan evindən  qovulması   belə  desək dövlətimizin  səbrini  daşıraraq  müharibəni  qaçılmaz  etmişdir. Dövlətimizin qüdrəti güclü  ordusu  tezliklə  başlayacağımız  bu  haqq  işi  uğrunda öz qələbəsi  ilə  yekunlaşacaığına  vətəndaş  olaraq  əminəm  və mənim kimi hər  bir  azərbaycanlı  bu  inamla  yaşayır.

        Səbirsizliklə hər birimiz Qarabağda azad  olunmuş  torpaqlarmızda  yüksələcək  üç  rəngli  bayrağımızın sancılacağı  günü  gözləyirik. O  gün  çox yaxında olduğuna  inanıram  çünki,  Müstəqil  Azərbaycan Dövlətinin güclü  Ordusu  bu  qələbə  əzmini  bizlərə  yaşadacaqdır. Tanrı  Prezidentimizi,  Dövlətimizi,  Ordumuzu  qorusun!

 Aydın Əliyev,

 Xocalı rayon ziyalısı

Paylaşın:

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi