BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

6 Eylül 2020 Pazar

Azərbaycan-Türkiyə! Bir millət-iki dövlət!

Posted at  9/06/2020  |  in  

         Türklərin ən böyük və ən qədim tarixi qaynaqlarından biri olan Orxon-Yenisey abidələrində bizə əmanət qalmış bir kəlam var: ”Türkün dostu türkün özüdür. ”Bu kəlam tarixin hər bir dönəmində aktual olmuş və sübuta ehtiyacı olmayan bir fikrə-aksioma çevrilmişdir.

        Bir zamanlar türk xalqlarının möhtəşəm tarixini və buna dair tarixi kitabları oxuyarkən həmişə məndə belə bir sual yaranırdı: "Niyə türklər bu böyük gücə malik olduqları halda birləşməyi, bir-birinə dəstək olmağı üstün tutmurlar və bir-birinin düşməninə çevrilib, hansısa başqa bir xalqın quluna, köləsinə çevrilib əsarəti altına düşürlər?” 

        Avropa ölkələri, imperialist dövlətlər, o cümlədən Rusiya imperializmi daim çalışıblar ki, Azərbaycan ərazisində mövcud olmuş türk əsilli dövlətləri Anadolu ərazisində yerləşən türk dövlətləri ilə rəqib, hətta düşmən vəziyyətinə gətirib çatdırsınlar. Bu siyasət isə biz türklərə çox baha başa gəlmiş, hətta tarix səhnəsindən silinmək təhlükəsi ilə üz-üzə dayanmışıq zaman-zaman. İndi tarixin bu acı dərslərindən nəticə çıxardıb və ata-bablarımızın bizə miras qoyub getdikləri nəsihətə, kəlama əməl etmək vaxtıdır.

   Ulu öndərimiz, dahi tarixi şəxsiyyətimiz olan Heydər Əliyevin hələ Naxçıvan MR-na rəhbərliyi dövründən bizə qonşu və qardaş ölkə olan Türkiyə Respublikası ilə təməlini qoyub yaratdığı siyasi, iqtisadi və hərbi münasibətlər hər zaman hər iki dövlətə xeyir vermiş, münasibətləri inkişaf etdirib bugünkü səviyyəyə, yəni “Bir millət-İki dövlət” səviyyəsinə gətirib çıxartmışdır.

       Müasir günümüzdə dünyanın yenidən yaranması, qurulması və geosiyasi aləmdə qloballaşma, tərəflərə bölünmə baş verir. Biz bir türk dövləti olaraq türkün də adının gələcək tarix səhifəsində böyük hərflərlə və başdan yazılmasında maraqlı olmalıyıq. Bu yol isə yalnız türkün türkə sahib çıxmasından, dostluğundan, birgə əməkdaşlığından keçir. Belə siyasət, hər sahədə əməkdaşlıq türk dövlətlərinin gələcəkdə mövcud olmalarının ən böyük sığortası və qarantıdır.

   Möhtərəm Prezidentimiz İlham Əliyevin Yunanıstan dövlətinin səlahiyyətli səfirini qəbul edərkən Türkiyə dövlətinin hər zaman yanındayıq deməsi damarında türk-azərbaycanlı qanı axan hər bir vətəndaşımızın ürəyincədir. Biz qəlbimizdən keçən, daim arzuladığımız fikirləri qəti şəkildə bütün dünyaya bəyan etdiyi üçün Möhtərəm Prezidentimizə təşəkkür edirik, minnətdarlığımızı bildiririk.

         Bu günlərdə Azərbaycan Ordusu və Türkiyə Ordusunun birgə keçirdikləri hərbi təlimlər hər birimizi duyğulandırır, qürur verir. Kiçik uşaqlardan tutmuş ahıllara qədər hər kəsin hava şahinlərimizin birgə təlim uçuşlarını necə maraqla, diqqətlə izlədiklərini dilə gətirmək üçün söz tapmaq mümkün deyil. Hər kəsin ürəyində bu arzular yaranır: “Ulu yaradan sizi qorusun! Qələbə nəsibiniz olsun!”

         Mən bir tarix müəllimi kimi inanıram ki, qəhrəman Azərbaycan-Türk Ordusu 1918-ci ildə Azərbaycanın bolşevik-daşnaq (rus-erməni) qüvvələri tərəfindən işğal olunmuş ərazilərini və bugünkü paytaxtımız olan doğma şəhərimiz Bakını azad elədiyi kimi yaxın vaxtlarda bu gün birgə təlimdə iştirak edən qüdrətli Azərbaycan Ordusu işğal olunmuş Vətən torpaqlarımızı azad edəcək. Bu gün təlimdə tər tökən Ordularımız düşməni darmadağın edərək azad olunmuş ərazilərimizdə təntənəli hərbi parad keçirəcək, hava şahinlərimiz möhtəşəm hava-şousu göstərəcək. Prezidentlərimiz başda olmaqla belə  günlər, belə tarixi hadisələr türkün müasir tarixinə qızıl hərflərlə-QƏLƏBƏLƏR yazılacaq!

Ramin Məhərrəmov,

Xocalı rayon ziyalısı

Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

Əlaqə

Redaksiyamızın ünvanı:
Gəncə şəhəri, Yeni qəsəbə - 2
Tel: (070 - 222 - 26 - 48; (050) 678 - 10 - 44
E - mail: xocalininsesi@gmail.com
About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top