BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

27 Eylül 2020 Pazar

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü heç vaxt danışıqlar predmeti ola bilməz

Posted at  9/27/2020  |  in  


         Sentyabr ayının 27-də səhər saatlarında erməni qoşun birləşmələri işğal altında olan torpaqlarımızdan iriçaplı silahlardan və ağır artilleriya qurğularından istifadə etməklə bütün cəbhəboyu Ordumuzun mövqelərini və cəbhəyanı  yaşayış məntəqələrimizi atəşə tutmuşlar. Düşməni susdurmaq üçün  əks-hücum əməliyyatlarına başlamağa qərar və Rəşadətli Ordumuz işğal altında olan torpaqlarımızı azad etmək üçün düşmənə sarsıdıcı zərbələr endirmişdir.

         Elə həmin gün Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandımız İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi. Dövlət başçımız çıxış edərək Ermənistanın məkrli siyasətini bir daha şərh etdi və onlara qarşı mübarizənin amansız olacağını qeyd etdi. Ermənistanın heç bir beynəlxalq təşkilatı saymadığını və son vaxtlar daha da azğınlaşaraq sərsəm bəyanatlarla çıxış etməsini diqqətə çatdıran Prezdintimiz Ermənistanın baş naziri Paşinyanın tez-tez Qarabağa səfər etməsi və yeni ərazi iddiaları barədə sayıqlamalarını, Azərbaycanın strateji əhəmiyyətli obyektlərini vurmaq kimi hədələrini düşmənin azğınlaşmasının təzahürü olduğunu bildirdi.

          Prezidentimizin Təhlükəsizlik Şurasının iclasındakı çıxışı sübut etdi ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü heç vaxt danışıqlar predmeti ola bilməz. 30 illik mənasız danışıqların hər dəfə Ermənistan tərəfindən qəsdən pozulması və uzadılması qəbuledilməzdir. Dövlət başçımızın qeyd etdiyi kimi, Qarabağ məsələsi xalqımızın  istəyi ilə həll olunmalıdır. Xalqımız isə işğal altında olan bütün torpaqlarımızın azad olunmasını istəyir.

        Rəşadətli Ordumuzun ilkin həmləsi ilə Füzuli və Cəbrayıl rayonlarının yeddi kəndinin azad olunması, mühüm əhəmiyyətli yüksəkliklərin tutulması münasibəti ilə xalqımızı təbrik edən Ali Baş Komandanımızın apardığı siyasəti dəstəkləyirik. Yeni-yeni qələbə müjdəli xəbərlər gözləyirik.  Prezidentimizin qeyd etdiyi kimi, Şuşada qadırılacaq üçrəngli bayrağımız Bakıya gətirilərək Hərbi Qələbə paradında nümayiş etdiriləcəkdir.

      Eşq olsun Azərbaycan Ordusuna! Yaşasın Azərbaycan! Var olsun Prezidentimiz İlham Əliyev!

Zülfü Quliyev,

Xocalı rayon ziyalısı


Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

Əlaqə

Redaksiyamızın ünvanı:
Gəncə şəhəri, Yeni qəsəbə - 2
Tel: (070 - 222 - 26 - 48; (050) 678 - 10 - 44
E - mail: xocalininsesi@gmail.com
About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top