BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

23 Eylül 2020 Çarşamba

Düşmən hər cəhdlə danışıqların formatını və mahiyyətini pozur

Posted at  9/23/2020  |  in  

Sentyabr 21-də BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT - nin 75 illiyinə həsr edilmiş iclas keçirilib. Bu iclasda qoşulmama hərəkatına üz olan ölkələrin rəhbərləri ilə yanaşı, Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev çıxış edib. Qeyd edək ki, cənab prezidentin çıxışını iki hissədə - həm Qoşulmama Hərəkatının sədri, həm də Azərbaycan Respublikasının Prezidenti kimi etdi. Bildiyimiz kimi, Azərbaycan Respublikası 120 ölkənin yekdil qərarı ilə 2016-cı ildə Qoşulmama Hərəkatının sədri seçilmişdir. Qoşulmama hərəkatının zirvə görüşü 2019-cu ildə Bakıda keçirilmiş və Azərbaycan sədrliyi öz üzərinə götürmüşdür. Qoşulmama hərəkatına üzv olan dövlətlər BMT-nin 75-ci ildönümünə həsr olunmuş görüşü yüksək qiymətləndirir. BMT onun nizamnaməsi və beynəlxalq hüquq dünyada sülhün və təhlükəsizliyin qorunub saxlanılmasında və beynəlxalq əməkdaşlıq ın gücləndirilməsində mühüm vasitədir. Qoşulmama Hərəkatı təsdiq edir ki narahatlıq doğuran yeni sahələr və çağırışlar meydana gəldi. Təbii ki, bu çağırışlardan da biri insan hüquqlarının pozulması, maliyyə böhranları və ekologiyanın pisləşməsi ilə müşahidə olunan, o cümlədən silahlı münaqişələrin terrorçuluğun hələ də insanlara mənfi təsiri davam etməkdədir. Bildiyimiz kimi, Azərbaycan öz müstəqilliyinə nail olduqdan sonra 1992-ci ilin martın 2-də BMT təşkilatına üzv olmuşdur. Təqribən 30 illik müstəqillik dövründə Azərbaycan müxtəlif sahələrdə çox böyük tərəqqiyə nail olmuşdur. Qeyd etmək lazımdır ki, bütün üzv dövlətlər BMT Nizamnaməsinə qoşulmaqla hər hansı bir ölkənin siyasi müstəqilliyinə və ərazi bütövlüyünə qarşı güclə hədələməkdən və gücün tətbiqindən çəkinməyi öhdəliyinə götürmüşdülər. BMT Təhlükəsizlik Şurasının 1993-cu ildə dörd qətnaməsi ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edilir. Təəssüflə qeyd edirik ki, mənfur düşmən hələ də bu qətnamələrə əməl etmir. Ermənistan qoşunların təmas xətti və sərhəd boyunca mülki əhalini qəsdən hədəfə alır və təxribatlar törədir. Düşmən sonuncu təxribat aktını iyul ayında törətmişdi. Azərbaycanın Tovuz rayonunun artilleriya atəşinə məruz qalması nəticəsində hərbçilərimiz və mülki şəxsin öz öldürülmüşdür, o cümlədən mülki infrastruktura ciddi zərər vuruldu. Bu olanlar hər biri göstərir ki, düşmən hər cəhdlə danışıqların formatını və mahiyyətini pozur, həmçinin Azərbaycana qarşı irəli sürülmüş yeddi şərti Azərbaycan tərəfindən rədd edilmişdir. Təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir. Ölkəmiz BMT-ni və beynəlxalq ictimaiyyəti ermənistanın növbəti hərbi təcavüzdən çəkindirməsinə dəvət edirik. Təbii ki, təxribatların baş verməsi, təmas xəttində gərginliyin artmasına görə bütün məsuliyyət erməni rəhbərliyinin üzərinə düşür. Qeyd edək ki, Azərbaycan - Ermənistan sərhədində olan gərginliklə yanaşı, həm də ölkəmizi və dünyanı bürüyən covid-19 pandemiyasına qarşı da mübarizə aparır, bununla bağlı vəziyyət də tam nəzarət altındadır. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Azərbaycanı nümunəvi ölkə kimi qeyd edir. Azərbaycan COVİD-19 pandemiyası ərzində dünyanın bir çox ölkələrinə humanitar yardım göstərmişdir. Bütün bunlarla yanaşı, Azərbaycan mədəniyyətlərarası dialoqun təşviqində vacib rol oynayır. Azərbaycanda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası dialoqun təsviqi üçün əsas qlobal platforması kimi tanınmışdır. Ölkəmiz hazırkı müzakirələrdə multikulturalizmin və beynəlxalq əməkdaşlığın simvolu olan BMT - yə açıq və güclü dəstək verəcək. Həmçinin Azərbaycan BMT-nin daha da güclənməsinə və beynəlxalq münasibətlərdə əhəmiyyətin və nüfuzunun yüksəlməsi üçün digər dövlətlərlə birgə işləməyə hazırdır.

Seymur İsgəndərov,
Xocalı rayon ziyalısı

Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

Əlaqə

Redaksiyamızın ünvanı:
Gəncə şəhəri, Yeni qəsəbə - 2
Tel: (070 - 222 - 26 - 48; (050) 678 - 10 - 44
E - mail: xocalininsesi@gmail.com
About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top