BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

21 Eylül 2020 Pazartesi

Ermənistanın təcavüzkar siyasəti regionda müharibəni qaçılmaz edir

Posted at  9/21/2020  |  in  

 

           İstənilən  aspektdən  baxanda  Qarabağ  məsələsinin  həllində,  Müstəqil Azərbaycan  Dövləti daim birmənalı olaraq müstəqil siyasət  yürüdərək  danışıqlar  prosesinin  aparılmasında  fəal  iştirak etmişdir. Lakin öz müstəqilliyi  böyük  güclərin əlində olan müstəqil siyasət aparmaq  iqtidarında olmayan ermənistan  öz  təcavüzkar siyasəti  nəticəsində, Qarabağın  həlli  ilə  əlaqədar  danışıqlardan  yayınaraq  regionda  müharibənin  qızışdırılmasında mühüm rol  oynamışdır.

         Prezident Cənab İlham Əliyev hər zaman  Qarabağın probleminin həlli,  Müstəqil  Azərbaycan Dövlətinin  işğal olunmuş 20 faiz  torpaqlarmızın  qeyri-şərtsiz  işğaldan  azad  olunmasında,  ictimaiyyətdən gizli  saxlanılmadan  açıq siyasət aparılmış  və bu siyasi  gedişdə  qətiyyət nümayiş  etdirilmişdir. Prezident  İlham  Əliyevin  bir  neçə  gün  öncə Dövlət  televiziyasına  və  yerli  televiziyalara  verdiyi  müsahibədə Qarabağ  məsələsinin  həllində  artıq  heç  bir  danışıqların  aparılmadığı  qeyd  olunmuşdur. Prezident  İlham Əliyev  qeyd etdiyi  kimi  «Ermənistan regional  sabitlik  üçün  təhdiddir. Ermənistan  o  ölkədir  ki, islamafobiya  onların  dövlət  siyasətidir. Əgər  ermənilər  öz  çirkin  planlarından əl çəkməsələr, onlar  üçün  çox  ağır nəticələr olacaq».

          Əlbəttə, ermənistanın  siyasi ipi başqa bir  dövlətin əlində olduğu  açıq-aydın  görünməkdədir. Son  bir neçə  ay  ərzində  təcavüzkar  ölkəyə Rusiyadan, Serbiyadan, Gürcüstan və İran  hava yolları  ilə  hərbi  silah-sursatın  daşınması  dayanmadan  sürətlə  ermənistanın  silahlandırılması regionda  narahatlıq doğurur. Son  günlər  cinayətkar  ermənilərin  baş  naziri  N.Paşinyanın  Qarabağda  sərhədyani  bölgələrə  gələrək cinayətkar hərbi  birləşmələrlə  görüşlər keçirməsi,  bu  azmış  kimi,  N.Paşinyanın  həyat  yoldaşı bəzən  dırnaq  arası özünü  «sülh quşu» hesab  edən Annanın  hərbi  təlimlərə qatılması hər kəsdə  bu  fikiri  doğurur  ki,  ermənilər və təcavüzkar dövlət  xoş  niyyətlə  işğal  olunmuş  torpaqlarmızın  qaytarılmasından  yayınaraq,  regionda sülhü kölgədə saxlamaq  əslində  isə  müharibəni qızışdırmaq cəhdidir. Hətta bu da azmış kimi,  son  günlərdə  ermənistan  tərəfdən  Livandan, Suriyadan  ermənilərin  gətirilərək  sürətlə Qarabağda  yerləşdirilməsi artıq onu  deməyə əsas verir  ki, ermənilər işğal  olunmuş  torpaqlardan  çıxmaq  niyyətindən yayınaraq  əslində burada  öz məkirli  siyasətlərini  yürütməklə  doğma  torpaqlarmızda erməni köçü  təşkil edərək  bu  torpaqlarda  özlərini  möhkəmləndirirlər.

         Ermənistanın  siyasəti  özü  Beynəlxalq  konvensiyalara  zidd  əməldir. Prezident Cənab  İlham  Əliyev qeyd  etdiyi  kimi; «İşğal  olunmuş  torpaqlara  haradansa insan gətirib  qanunsuz  məskunlaşdırmaq  cinayətdir».

         Bütün bu yuxarda qeyd olunarın yekunu   olaraq vətəndaş olaraq Prezident İlham Əliyevin Qarabağın işğaldan azad olunması naminə  apardığı siyasət daim ictimaiyyət tərəfindən  yüksək qiymətləndirilmiş dövlət başçısının  bu  mövzuda kəskin mövqeyi xalq tərəfindən  dəstəklənmişdir.

         Qarabağın  işğaldan  azad olunması artıq   bütöv xalq hərakatına  çevrilmiş  və  bütün  xalq  bu  təcavüzə son qoyulması  naminə Dövlətin  yanında  olduğunu 2020-ci  ilin  İyul ayında  Bakı  şəhərində  meydana  toplaşaraq  açıq  şəkildə  bəyan  etmişdir.

         İstənilən  halda müharibə dünyada yaşayan  xalqlar  Beynəlxalq  təşkilatlar  tərəfindən daim  pislənmiş  sülhə  meyillilik  sülhə  çağırışlar təbliğ  olunmuşdur. Amma  mövcud  vəziyyətdə ermənistan  təcavüzkarlığı davam etdirməklə  dözülməz vəziyyət yaratmış,  hazırda 20 faiz  torpaqlarmızın  işğal  atında  saxlamaqla  bir milyondan  qaçqın və məcburi köçkünlərmizin öz doğma yurdundan evindən  qovulması   belə  desək dövlətimizin  səbrini  daşıraraq  müharibəni  qaçılmaz  etmişdir. Dövlətimizin qüdrəti güclü  ordusu  tezliklə  başlayacağımız  bu  haqq  işi  uğrunda öz qələbəsi  ilə  yekunlaşacaığına  vətəndaş  olaraq  əminəm  və mənim kimi hər  bir  azərbaycanlı  bu  inamla  yaşayır.

        Səbirsizliklə hər birimiz Qarabağda azad  olunmuş  torpaqlarmızda  yüksələcək  üç  rəngli  bayrağımızın sancılacağı  günü  gözləyirik. O  gün  çox yaxında olduğuna  inanıram  çünki,  Müstəqil  Azərbaycan Dövlətinin güclü  Ordusu  bu  qələbə  əzmini  bizlərə  yaşadacaqdır. Tanrı  Prezidentimizi,  Dövlətimizi,  Ordumuzu  qorusun!

 Aydın Əliyev,

 Xocalı rayon ziyalısı

Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

Əlaqə

Redaksiyamızın ünvanı:
Gəncə şəhəri, Yeni qəsəbə - 2
Tel: (070 - 222 - 26 - 48; (050) 678 - 10 - 44
E - mail: xocalininsesi@gmail.com
About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top