Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

HAQQ SƏSİMİZİ DÜNYAYA ÇATDIRAN ÖLKƏ BAŞÇIMIZ VAR


Dünyada bir çox Beynəlxalq Təşkilatlar vardır ki, hansı regionun, yaxud dünyanın hər hansı probleminin çözülməsinə xidmət edir. Lakin Birləşmiş Millətlər Təşkilatı demək olar ki, dünyada gedən hərbi-siyasi çəkişmələrin, mənəvi, dini, irqi ayrıseçkiliyin millətlərarası münaqişələrin meydana gəlməsinə qarşı olan təşkilatdır. Bu təşkilatın yaranmasının 75-ci ildönümü ilə bağlı video formatda keçirilən iclasında çıxış edən Azərbaycan Prezidenti cənab İlham Əliyev dünyanın bəzi regionlarında gedən siyasi, hərbi çəkişmələrin bəşəriyyət üçün təhlükə olduğunu diqqətə çatdırmışdır. O, burada qoşulmama hərəkatına üzv dövlətlərin başçısı kimi də çıxış etmişdir. Eyni zamanda Azərbaycanın hal-hazırki vəziyyətini iştirakçıların diqqətinə çatdıraraq Ermənistanın işğalçı, ikiüzlü,riyakar mövqeyinə qarşı mübarizədə onlardan dəstək gözlədiyini vurğuladı. Dünyada yaşayan azərbaycanlılar qocaya, qadına, uşağa qarşı mərhəmət xilaskarlıq mövqeyində olub. Azərbaycan xalqı belə hadisələrlə fəxr etmək iqtidarındadır. Lakin zavallı dünya erməniləri Ermənistanda abidə ucaldılmış cəllad, faşist ideologiyasının təbliğatçısı və icraçısı Qaregin Njde ilə fəxr edir, onu qəhrəmanlaşdırırlar. Əlbəttə Ermənistanın və dünyada yaşayan ermənilərin bu cür çoxsaylı addımları təkcə Azərbaycan üçün yox, bütün dünya üçün təhlükədir. Ermənilərə iqtisadi-siyasi cəhətdən güclü dəstək verən ölkələrin özləri dəfələrlə onların terrorçu hücumlarına məruz qalmışlar. Onların bu xəbis hərəkətləri sanki İlahi tərəfindən ermənilərin əhali sayının artmağına mane olur. Dünya dövlətləri bu nankor, xəbis, riyakar millətə dayan deməlidir. Azərbaycan Prezidenti hər zaman çıxışında Azərbaycanın siyasi arenada öz haqlı mövqeyini ifadə etməsini diqqətə çatdırmışdır. Azərbaycanın iqtisadi-mədəni, elmi potensialının güclənməsi bütün sülhpərvər dövlətlər tərəfindən alqışlanır. Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəmizin pandemiyaya qarşı mübarizəsindən bəhs edən tədbirlərdən danışdı. Dünya dövlətləri koronavirusa qarşı mübarizədə Azərbaycan modelindən nümunə kimi istifadə etmişlər. Bu inkişaf əlbəttə Azərbaycanda demokratiyanın daim iqtidar və xalq tərəfindən dəstəklənməsinin bariz nümunəsidir.
Nəcəf Həsənov,
Xocalı rayon ziyalısı
22.09.2020
Paylaşın:

Hiç yorum yok:

Yorum Gönderme

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi