BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

21 Eylül 2020 Pazartesi

Müstəqil Azərbaycanın Neft Strategiyası

Posted at  9/21/2020  |  in  

 

        1994-cü il sentyabrın 20-də Ümumilli lider Heydər Əliyevin təşəbbüsü ilə iqtisadi və siyasi təfəkkürün bəhrəsi olan milli həyatımızda qlobal əhəmiyyətə malik “Əsrin Müqaviləsi” imzalandı. ABŞ prezidenti B.Klintonun təbrikində deyilirdi: Birləşmiş ştatlar tarixdə bu növ sazişlər arasında ən böyüyü olan bu müqaviləni alqışlayır. Biz çox şadıq ki, Siz qüdrətli iqtisadi gələcəyə doğru bu həlledici addımı atdınız.Ümumilli lider Heydər Əliyevin 1994-cü ildə əsasını qoyduğu müstəqil Azərbaycanın neft strategiyası XXI əsrin ilk illərində daha böyük uğurla davam etdirildi.

           Azərbaycan nefti dünyada böyük şöhrət qazanmışdır. İkinci dünya müharibəsində fahişst almanları üzərində qəti qələbənin təmin olunmasında Bakı neftinin böyük rolu olmuşdur. Müharibə dövründə ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin verildi.Ordunun yanacağa olan tələbatının 70-75 faizini, benzinin 85-90 faizini Bakı neftçiləri ödəyirdi. Dövlət müstəqilliyimizi əldə etməmişdən öncə Azərbaycan nefti xarici dövlətlər tərəfindən mənimsənilirdi. Hal-hazırda müstəqil dövlət kimi öz milli sərvətimizin sahibiyik.

            Ölkə prezidenti Cənab İlham Əliyev daxili və xarici siyasət sahəsində Heydər Əliyev kursunu inamla davam etdirərək Azərbaycanı ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafında yeni bir mərhələnin başlanğıcını qoyaraq neft strategiyasının da uğurla həyata keçirilməsinə nail oldu. Bu mühüm və strateji əhəmiyyətli sahəyə iri həcmdə investisiyalar qoyuldu, Xəzər dənizində “Azəri", “Çıraq”,”Günəşli” sahələrində yeni neft yataqlarının istismarına başlanıldı. "Şahdəniz" yatağında aparılan uğurlu qazma işləri Azərbaycanı həm də böyük həcmdə qaz istehsal edən ölkəyə çevirdi.

       Azərbaycan neft və qaz istehsalının sürətlə artması nəticəsində regionun və bütövlükdə dünyanın iri neft və qaz ixrac edən ölkəsinə çevrildi. 2006-ci il iyulun 13-də Bakı-Tibilisi-Ceyhan əsas ixrac boru kəmərinin inşası başa çatdırıldı.

         Bu neft kəmərinin çəkilməsi ilə Azərbaycanın qara qızılının dünya bazarına ən qısa və təhlükəsiz yolla çəxması təmin olundu. Ölkə prezidenti Neftçilər günü münasibəti ilə bağlı verdiyi müsahibədə neftçilərin əməyini yüksək qiymətləndirərək bildirmişdir ki,  neftçi peşəsi hörmətli, eyni zamanda, riskli, təhlükəli peşədir, onların əməyi əsl qəhrəmanlıqdır.

        Müstəqil dövlət kimi neft sənayesindən əldə olunan gəlirlər ölkəmizin inkişafına infrastruktur layihələrin həyata keçirilməsinə, insanların sosial həyatının daha yüksək səviyyədə təmin olunmasına xidmət edir. Neft amili Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə ciddi təsir etdi. Dünyanın aparıcı neft şirkətləri ilə qarşılıqlı,faydalı əməkdaşlığın dərinləşməsi həmin şirkətlərin mənsub olduğu dövlətlərlə siyasi və mədəni əməkdaşlığın genişlənməsinə imkan yaratdı.

       Siyasətdə neft amilindən istifadə olunması ölkəmizin neft strategiyasının tərkib hissəssidir.

 Akif RÜSTƏMOV,,

Xocalı rayon ziyalısı

                                         

Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

Əlaqə

Redaksiyamızın ünvanı:
Gəncə şəhəri, Yeni qəsəbə - 2
Tel: (070 - 222 - 26 - 48; (050) 678 - 10 - 44
E - mail: xocalininsesi@gmail.com
About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top