BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

15 Eylül 2020 Salı

Odlar Diyarımız gündən-günə abadlaşır

Posted at  9/15/2020  |  in  


Bildiyimiz kimi, sentyabrın 14-ü “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli cəmiyyətinin nəzdində Peşə-Təhşil mərkəzinin açılışı olub. Açılışda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib.

“Sumqayıt Kimya Sənaye Parkı”-da 3 yeni müəssisə fəaliyyətə başlayıb.
Əminəm ki, bu müəssisələr çox səmərəli olacaq və ölkə iqtisadiyyatına böyük tövhə verəcəkdir.
Bu müəssisələrdə bir çox sayda iş yeri yaradılır. Gələcəkdə bu iş yerlərin sayı 700-ə çatdırılacaqdır.
Bundan əlavə hal-hazırda 5 müəssisə fəaliyyətə başlayıb. Gələn ildə 4 müəssisə fəaliyyətə başlayacaq. Bu da işsizliyin aradan götürülməsinə və işsiz insanların yeni iş yerləri ilə təmin olunmasına şərait yaradır.
Sumqayıt şəhəri Cənubi Qafqazın 2-ci böyük sənaye şəhəridir. Sumqayıtda bir çox abadlıq işləri aparılıb: qazlaşma 100% səviyyəsində; geniş yollar salınıb; müasir standartlara cavab verən məktəblər tikilib; dənizkənarı bulvar xalqın istifadəsinə verilib.
Bütün bunlar Cənab Prezidentimizin Azərbaycan xalqına göstərdiyi qayğı və diqqətdir.
Bundan əlavə “şüşə istehsalı zavod”-u fəaliyyətə başlayacaq. Baxmayaraq ki, bütün sahələrdə pandemiya dövrüdü və bir çox sektorlar tənəzzülə uğrayıb. Amma hər şey bərpa ediləcəkdir.
Bununla da Sumqayıtın potensialı daha da güclənəcək.
Mən əminəm ki, Cənab Prezidentimiz İlham Əliyevin səyi nəticəsində bir çox bu kimi işlər yerinə yetiriləcək və Azərbaycanımız gündən-günə abadlaşacaq.
Arzu Orucova,
Xocalı rayon ziyalısı
15.09.2020

Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

Əlaqə

Redaksiyamızın ünvanı:
Gəncə şəhəri, Yeni qəsəbə - 2
Tel: (070 - 222 - 26 - 48; (050) 678 - 10 - 44
E - mail: xocalininsesi@gmail.com
About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top