Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

QARABAĞ AZƏRBAYCANDIR!

          27 Sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyev Azərbaycan xalqına müraciət etmişdir.Bildirmişdir ki, “səhər saat 06.00 radələrindən başlayaraq Ermənistan tərəfindən növbəti hərbi təxribat planı həyata keçirmişdir. Təxribat nəticəsində mülki vətəndaşlarımız və hərbçilərimiz arasında yaralananların və xəsarət alanların olduğunu ictimayyətə çatdırmışdır.”

        Ölkə başçısı qeyd etmişdir ki, “Ermənistan öz işğalçılıq siyasətindən nəyinki əl çəkmir, hətta yeni torpaqların işğal edilməsi üçün yeni təxribatlara əl atırlar, necə ki, avqust ayında tovuz istiqamətində növbəti təxribat planları həyata keçirmişdilər. Həmin təxribatın qarşısı ordumuz tərəfindən alınarkən 12 nəfər şəhidimiz olmuşdur,onların içərisində Azərbaycan Silahlı Qüvvələrinin yüksək rütbəli şəxsləridə olmuşdur, ermənilər daha ağır itkilər verərək susturulmuşdu.”

         Ordumuza geniş miqyaslı əks-hücum əmri verilmişdir, çünki bu işğala birdəfəlik son qoyulmalıdır, işğal edilmiş bütün ərazilərimiz azad edilməlidir, xalqımız öz dədə-baba torpaqlarına qayıtmalıdırlar.

         Möhtərəm Prezident, Ali Baş Komandan Şuşanın satılması nəticəsində Laçın, Kəlbəcər və onun ardınca digər rayonların işğal olunmasına şərait yaratdığını qeyd etdi. AXCP və Musavat cütlüyünün xəyanəti və yarıtmaz fəaliyyətinin acı nəticələrini xalqımız bu gündə çəkdiyini qeyd etdi.

Bu gün xalqımız yekdilliklə dövlətimizin yanındadır, bütün siyasi partiyalar dövlətimizin, Qarabağın azad edilməsi siyasətini dəstəkləyir. Məhz ordumuzun qüdrəti və yüksək döyüş əhval-ruhiyyəsinin nəticəsi olaraq bir neçə kəndlərimiz və strateji əhəmiyyətli yüksəkliklər düşmənin ağır itkiləri ilə geri qaytarılıb, uğurla döyüşlər davam edir.

         Mən bir Azərbaycan vətəndaşı olaraq bu həqiqəti qeyd etməyi özümə borc bilirəm ki, xalqımız bu günü həsrətlə gözləyirdi, şükürlər olsun ki, həmin gün gəldi. İnanırıq ki, Ermənistanın işğalçılıq siyasətinə Azərbaycan ordusu bir dəfəlik son qoyacaq,həmin günə sayılı günlər qalır.İnanırıq ki,Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandası İlham Əliyev Şuşada “Qələbə Bayramının” sevincini xalqımızla birlikdə Şuşada qeyd edəcək. Bütün dünyaya bəyan edəcək ki, Qarabağ Azərbaycandır!

        Həmin gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq. Yaşasın Azərbaycan! Eşq olsun Azərbaycan ordusuna! Eşq olsun Ulu Öndərin layiqli davamçısı möhtərəm İlham Əliyevə!

Möhübbət Əliyev,

Xocalı rayon sakini


Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Üçgünlük körpəsi ilə erməni zindanında amansız işgəncələrə məruz qalan ana

          Müsahibim Xocalıda 4 uşağı ilə erməni quldurları tərəfindən əsir götürülərək 10 günlük girovluq həyatı yaşayan Məhsəti türkü Mehri...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi