BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

22 Eylül 2020 Salı

QARDAŞLIĞA SÖYKƏNƏN ƏDALƏT ZƏFƏR ÇALACAQ

Posted at  9/22/2020  |  in  

 

           Azərbaycan xalqı özünün yaranışından daimi mərhəmətlilik, insanpərvərlik, qonaqpərvərlik, yüksək vətəndaşlıq mövqeyi, vətənpərvərlik, mehriban qonşuluq prinsipləri ilə seçilmişdir. Lakin ermənilərin Qafqaza köçürülməsi ilə Azərbaycan xalqının problemləri meydana gəlmişdir. 1905, 1915, 1918-ci illərdə ermənilərin rus bolşevik qüvvələrinin himayədarlığı ilə azərbaycanlılara qarşı qətliamlar törətmişlər. 1930-1950-ci illərdə sovet Azərbaycanının yüksək hakim dairələrində işləyən erməni millətçiləri Azərbaycanın ziyalılarını repressiyaya məruz qoymuşlar. 1941-1945-ci illər müharibəsində Azərbaycanın çox sayda canlı qüvvəsinin, neftinin qələbənin qazanılmasında böyük rolu olmuşdur. Lakin buna baxmayaraq tank qoşunları general-mayoru Həzi Aslanovun ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi ermənilər tərəfindən arxivdə gizlədilmişdir. 1990-cı ildə bu adın verilməsi üzə çıxmışdır. Xalqın qeyrətli və müdrik oğlu Heydər Əliyev Milli Təhlükəsizlik orqanlarında işlədiyi vaxtdan ermənilərin məkrli addımlarına qarşı amansız mübarizə aparmışdır. Ulu Öndərin sovet dönəmində Azərbaycana başçılıq etməsi nəticəsində sənayenin, iqtisadiyyatın, mədəniyyətin, elmin inkişafında uğur qazanması erməniləri məyus etmişdir. Heydər Əliyevin Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsində yüksək vəzifə tutmasını ermənilər heç cür qəbul edə bilmirdilər. Elə buna görə Mixail Qorbaçovun vasitəsilə siyasi bürodakı haqsızlıqlara dözməyərək istefa verdi. Bu başçılıqdan istifadə edən erməni-rus şovinizmi 20 yanvar 1990-cı il, 26 fevral 1992-ci il hadisələrini törətdi. Ermənistanın uzun illər müxtəlif hakimiyyət dəyişiklikləri etməsinə baxmayaraq, Dağlıq Qarabağ məsələsində şovinist mövqeləri dəyişməz olaraq qalmışdır. Hazırki Paşinyan hakimiyyəti üzdə sülh çağırışlarını səsləndirsələr də arxada yalnız danışıqları pozmaqla məşğul olmuşlar. Paşinyanın həyat yoldaşı sülh çağırışı etsə də qadınları ətrafına toplayaraq hərbi təlimlər keçir. Məlum İyul hadisələri zamanı Rusiyanın və Serbiyanın  müəyyən hava məkanından istifadə etməklə Ermənistana silah göndərməsi məlum olmuşdur. Lakin Gürcüstan öz hava məkanından bu məqsədlə istifadəyə imkan vermədi. 

        Düşmən ölkə məzlum vəziyyəti ilə nə qədər özünə güc toplsa da, haqq-ədalət qarşısında məğlub olacaqlar. Hər zaman müsəlman dünyasına havadar olan qardaş Türkiyə Qarabağ münaqişəsinin həllində bizə daim dəstək göstərir. Ulu Öndərin dediyi kimi bir millət, iki dövlət daim Azərbaycanın yanında olduğunu qeyd etmişdir. Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı! Azərbaycan-Türkiyəni istəyənlər var olsun! Qoy xainlər xar olsun!

 Aydın Həsənov,

 Xocalı rayon sakini

Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

Əlaqə

Redaksiyamızın ünvanı:
Gəncə şəhəri, Yeni qəsəbə - 2
Tel: (070 - 222 - 26 - 48; (050) 678 - 10 - 44
E - mail: xocalininsesi@gmail.com
About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top