BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

22 Eylül 2020 Salı

Tovuz hadisələri bir daha Türkiyə-Azərbaycan qardaşlığının, birliyinin təzahürü oldu

Posted at  9/22/2020  |  in  

 


     Dünya siyasətində tanınmış liderlərdən olan Heydər Əliyevin həyat və fəaliyyəti Azərbaycan xalqı üçün bir örnəkdir. Hələ Sovet ittifaqı rəhbərliyində olarkən Heydər Əliyev amili erməniləri uzun illər seperatçı hərəkətlərini reallaşdırmağa imkan verməmişdir. Yalnız Heydər Əliyev Siyasi bürodan uzaqlaşdırılandan iki həftə sonra Ermənilər Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək haqqında iddia qaldırdılar və elə ilk vaxtlardan silaha, terrora əl atdılar.Gizlin deyil ki, Sovet İttifaqının dağılması ərəfəsində Azərbaycana qarşı böyük ədalətsizliklər edilib. Azərbaycan xalqının cəlladı Qorbaçov və onun ermənilərdən ibarət yaxın ətrafı ölkəmizə qarşı nifrətini açıq göstərirdilər. O zamanlar Dağlıq Qarabağda xüsusi komitənin yaradılması və o komitəyə Qorbaçovun köməkçisi Arkadi Volskinin təyin edilməsi Qarabağın Azərbaycandan qoparılma planı idi. Volskinin vaxtında azərbaycanlılar o vaxt Dağlıq Qarabağın bəzi yerlərindən zorla çıxarılmış, ilk etnik təmizləmə siyasəti aparılmış, azərbaycanlılar Xankəndidən qovulmuşlar. Azərbaycanın o zamankı rəhbərliyi xalqa xəyanət etmişdir. Tutduğu vəzifənin öhdəsindən layiqincə gələ bilməyən insanların vəzifədə olması heç bir zaman ölkəyə, xalqa xeyir gətirə bilməz. O zaman Azərbaycan hakimiyyətində kreslo davası gedir, xalqı, vətəni düşünməyən insanlar respublikanı idarə edirdilər. Nəticə isə göz qabağındadır, torpaqların işğalı, minlərləi insanın köçkün halı və yaxud şəhid məzarları.

Müasir günümüzə nəzər saldıqda indiki Ermənistan rəhbərliyi ölkəni uçuruma aparır. 

Məsuliyyətsiz addımlar atan rəhbərlik bunun nələrə səbəb ola biləcəyini təhlil edə bilmir. İki il bundan əvvəl Ermənistanda dövlət çevrilişi baş verəndə Azərbaycan buna neytral qaldı. Çünki Azərbaycan tərəfi Koçaryan-Sarkisyan xuntasının hakimiyyətdən getməsində maraqlı idi. Ermənistanın bundan əvvəlki hakimiyyəti erməni xalqında ancaq nifrət hisləri doğururdu.

Nikol Paşinyan hakimiyyəti Azərbaycana qeyri-rəsmi kanallarla müsbət siqnallar göndərmiş, yalvarmış, vaxt istəmişdir. Daha sonra Paşinyan Düşənbədə Azərbaycan Prezidentindən vaxt verilməsini birbaşa xahiş etmişdir. Ermənistandakı hakimiyyət dəyişikliyi Minsk qrupunun həmsədrlərində də müsbət ümidlər yaratmış, görüşlər əsnasında ümidlərləd dolufərziyyələr səsləndirmişlər. Paşinyan çevriliş nəticəsində hakimiyyətə gələndən bir ay sonra uğurlu Günnüt əməliyyatı keçirilsə də, Azərbaycan yeni hakimiyyətə qarşı keçmiş xuntanın revanşına yol verməmək üçün bundan PR məqsədi ilə istifadə etməmişdir.

İyul hadisələri göstərdi ki, ermənilər hər zaman qan tökməyə çalışır, özgə torpaqlarına silahlı basqınlar etməyə çalışırlar. Hadisələr zamanı Azərbaycan tərəfi olaraq biz şəhidlər versək də, qəhrəman hərbçilərimiz düşməni yerində oturtdu. İndi Ermənistan o məğlubiyyəti qələbək kimiqələmə verməyə çalışır. Azərbaycan tərəfinin təqdim etdiyi görüntülər Ermənistanın heç bir qələbə qazanmadığını təsdiqləyir. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müsahibəsində Dağlıq Qarabağ münaqişəsinə dair məsələlərə xüsusilət toxunub Qeyd edib ki, "Ermənistan siyasətinin əsas qayəsi özlərini alçaltmaqdır, özlərindən məzlum, yazıq xalq imic düzəltməkdir, ağlaşmaqdır və ondan-bundan nə isə imtiyaz, ianə, qrant, kömək qoparmaqdır" Paşinyanın təxribatları ağlasığan deyil, özgə torpaqlarına öz torpağı kimi yanaşır, fikirləşmir ki, ədalət zəfər çalacaq, onlar etdiklərinin cəzasını çəkəcəklər. Minsk qrupunun həmsədrləri də Ermənistan tərəfinə bu kimi açıqlamaların ziyanlı olmasını bildirsələr də hələ ki, müsbət dəyişiklik yoxdur. Bu gün real vəziyyət belədir ki, Ermənistan yeni böyük müharibəyə hazırlaşır. Onların təmas xəttinə yaxın qüvvələrinin cəmləşməsi baş verir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatınını, öz müttəfiqlərini bu işlərə cəlb etmək üçün zondaj aparılır. Ermənistan təcavüzkar dövlətdir, bunu dünya dövlətlərinin bir çoxu qəbul edir. Azərbaycan Prezidenti mövcud problem və narahatlıqlar haqqında xalqa və müttəfiqlərə açıq mesajlar verdi. Azərbaycan xalqı heç vaxt başqa dövlətlərə pis niyyətlə və yaxud təxribatla yanaşmayıb. Dövlətimiz dostluq və əəməkdaşlıqetməklə güclənməyə çalışır. Serbiya və Rusiya prezidentləri ilə aparılmış telefon danışıqları zamanı prezidentimizin narahatlığını ifadə etməsi, Gürcüstan ərazisindən Ermənistana silahların daşınmasına imkan verilməməsi ilə bağlı ölkə başçımızın Gürcüstan hökumətinə təşəkkürü buna əyani sübutudur. Və ölkəmiz İslam həmrəyliyi işində həmişə fəal olub, Prezidentin xarici siyasət istiqamətləri ilə  bağlı çıxışlarının əsas prioritetlərindən biri müsəlman ölkələri ilə əlaqəlidir. Bunun nəticəsidir ki, Azərbaycanı BMT-də daha çox dəstəkləyən ölkələr də müsəlman ölkələridir. IƏT Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həmişə düzgün mövqe sərgiləyir. Və Tovuz hadisələri bir daha Türkiyə-Azərbaycan qardaşlığının, birliyinin bir daha təzahürü oldu.

         Biz Xocalı ziyalıları da Prezidentimizi dəstəkləyir və bu uğurlu siyasətin xalqımız və dövlətimiz üçün gələcək perspektivlər gətirəcəyinə əminik.

Nəzakət Əliyeva,

Xocalı rayon ziyalısı

Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

Əlaqə

Redaksiyamızın ünvanı:
Gəncə şəhəri, Yeni qəsəbə - 2
Tel: (070 - 222 - 26 - 48; (050) 678 - 10 - 44
E - mail: xocalininsesi@gmail.com
About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top