Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Tarix yazan Prezidentimiz

        Hər bir vətəndaş, böyükdən-kiçiyə Prezidentin xalqa müraciətini, çıxışını qürur hissi ilə izləyir. Bəli, bu gün Azərbaycan cəmiyyəti səfərbərdir. Biz haqq yolunda fəaliyyəti davam etdirməliyik. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan özünün haqq işini davam etdirir. Silahlı Qüvvələrimiz hər məqamda mənfur düşmənin layiqli cavabını verirlər. Cənab Prezidentimiz xalqa müraciəti zamanı qeyd etdi ki, Ermənistanın bu höküməti ilə münaqişənin sülh yolu üzrə nizamlanması perspektivləri çox uzaqdır. Artıq bu gün status – kvo mövcud deyil. Təmas xətti də yoxdur. Cənab Prezidentimiz hər gün işğaldan azad edilmiş yaşayış məntəqələrinin siyahısını doğma xalqına çatdırır. Və O, vurğulayır ki, baxmayaraq o kəndlərdən bir şey qalmayıb, eybi yoxdur, bərpa edəcəyik. Azərbaycan xalqının da, dövlətinin də buna gücü çatacaq. Təki torpaqlarımız azad olunsun. Təki bayrağımız işğaldan azad edilmiş bütün torpaqlarda qaldırılsın. Biz əsgərlərimizin canı – qanı bahasına bu torpaqları azad edirik. Həm döyüş meydanında, həm siyasi müstəvidə özümüzü təsdiqləmişik. Azərbaycan xalqını qürurlu xalq kimi, cəsarətli xalq kimi, yenilməz xalq kimi təsdiqləmişik. Heç bir təzyiq bizə təsir edə bilməz. Heç bir hədə-qorxu bizi yolumuzdan döndərə bilməz. Çünki haqq yolundayıq, haqq savaşındayıq, yumruq kimi birik. Bu birlik əbədidir və əbədi olacaq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Sevda Məmmmədova,

Xocalı rayon Əli Kərim adına Başkənd kənd tam orta məktəin

 Azərbaycan dii və ədəbiyyat müəllimi


 

Paylaşın:

Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik

        Əsrlər boyu Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsi olmuşdur. İlahi gözəlliklərlə zəngin olan bu torpaq artıq neçə illərdir ki, düşmən əlindədir. İllərdir yağı tapdağında olan torpaqlarımız bizi köməyə, intiqama səsləyir. Şükürlər olsun ki, illərdir səbr edən xalqımızın qələbəyə inamı itməmişdir və bu gün artıq dövlətimizin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmışdır. Heç vaxt müharibə istəməyən xalqımız başqa çıxış yolu olmadığı üçün silaha sarılmışdır. Bir aydır ki, bir parçamız olan Qarabağ uğrunda müharibə davam edir. Ölkə başçımız İlham Əliyevin dediyi kimi bu müharibə xalqımız üçün Vətən müharibəsidir. Biz vətən torpaqlarını işğalçılardan azad edirik. Bu müddət ərzində Şanlı Azərbaycan Ordusu bir çox yaşayış məntəqələrini o cümlədən Cəbrayıl, Zəngilan, Füzuli və Qubadlı şəhərlərini işğaldan azad edibdir. Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik.

          Bəlkə də illərdir arzuladığımız qələbə günü çox yaxındır. Ali Baş Komandanın, hünərinə bel bağladığımız mərd Vətən oğullarımızın sayəsində Qarabağ dərdindən xilas olacaq, ayrılmaz parçamız olan əbədi və əzəli torpaqlarımıza qovuşacağıq. 

Qarabağ Azərbaycandır.  

Şahilə Zeynalova,

Xocalı rayon Kosalar kənd tam orta məktəbin Azərbaycan dili müəllimi


Paylaşın:

Biz birlikdə qələbə çalacağıq

         Biz bu gün gələcəkdə övladlarımıza qürurla danışacağımız şanlı bir tarixin şahidi oluruq. Düşmən təxribatının qarşısını almaqla başlayan bu zəfər günləri bizə həqiqətən də qürurlu anlar yaşadır. Hər gün cəbhədən gələn müjdəli xəbərlərlə sevincimizə sevinc qatılır. Müzəffər ordumuz  cəbhədə şanlı tarix yazarkən, ardı-arası kəsilməyən zəfərlərin memarı olan Ali Baş Komandan Cənab İlham Əliyev də siyasi meydanda döyüşünü davam etdirir. İstər xalqa müraciətlərində, istərsə də xarici mətbuatlara verdiyi müsahibələrində öz səlis nitqi və dəqiq cavabları ilə düşmənə ağır zərbələr endirməkdə davam edir. Müharibənin ilk günlərindən xarici mətbuata bir çox müsahibələr verən Cənab İlham Əliyev oktyabrın 24-ü Fransanın “ Figaro” qəzetinə müsahibə vermişdir. İlham Əliyev elə ilk öncə verilən “Cənab Prezident nəyə görə Siz sentyabrın 27-də Dağlıq Qarabağa qarşı hücuma keçmişsiniz və bu hərbi hücumun siyasi məqsədləri nədir?”  qərəzli sualına çox dəqiq cavab verərək Ermənistanın törətdiyi təxribatlar haqqında müxbiri məlumatlandırıb. Onların nəinki torpaqlarımızı işğaldan azad etmək niyyətinin olmadığını, hətta yeni ərazilər işğal etmək istədiklərini bildirib. Digər bir suala cavabında cəbhədə gedən döyüşlərdən söhbət açan prezidentimiz ilk dəfə razılaşdırılan 10 oktyabr atəşkəsindən sonra ermənilərin atəşkəsi kobud şəkildə pozaraq  gecə vaxtı Gəncə şəhərinə ballistik raket atmasından danışıb və bu hadisənin 17 oktyabrda yenidən təkrarlandığını vurğulayıb. Müxbir  isə qarşılığında Ermənistanın bunu Türkiyənin F-16 qırıcısnın erməni təyyarəsini vurduğu üçün etdiyini deyib. Prezidentimiz isə bunun feyk xəbər olduğunu, Türkiyənin F-16 qırıcılarının müharibədən əvvəl Azərbaycana təlim üçün gətirildiyini və onların Su-25 təyyarələrinin dağa çırpıldığını izah edib. 

    Müxbir daha bir sualda  yenə qərəzli bir şəkildə prezidentimizə Türkiyənin müdaxiləsi və Suriya döyüşçüləri haqqında sual ünvanlamışdır. İlham Əliyev isə cavabında Türkiyənin siyasi dəstəyindən bəhs etmiş, suriyalı döyüşçülərin isə növbəti feyk xəbər olduğunu çatdırmışdır. Digər bir sual isə Türkiyə və İsraildən alınmış hərbi avadanlıqlar haqqında olmuşdur. Prezidentimiz isə vurğulamışdır ki, Azərbaycanı ən çox silahla təmin edən nə Türkiyədir, nə də İsrail. Azərbaycanı ən çox silahla təmin edən Rusiyadır. Lakin Ermənistandan fərqli olaraq biz aldığımız silahlara pul ödəyirik. 

    Beləliklə, prezidentimiz müharibənin ilk günlərindən siyasi meydanda apardığı mübarizə ilə də dünya ölkələrinin diqqət mərkəzindədir. Biz birlikdə qələbə çalacağıq. O gün uzaqda deyil. Prezidentimizin dediyi kimi “QARABAĞ AZƏRBAYCANDIR və NİDA işarəsi.”  

Fatimə Quliyevaya,

Xocalı rayon ziyalısı


Paylaşın:

Ermənistan siyasi-hərbi rəhbərliyi münaqişənin müharibəyə çevrilməsi üçün münbit və əlverişli şəraiti təmin etdi

         Ermənistan silahlı qüvvələrinin 27 sentyabr hərbi təxribatına qədər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, əsasən, "nə müharibə, nə də sülh” qeyri-müəyyənliyi ilə xarakterizə olunurdu. Lakin həmin gün həqiqət anı yetişdi. Nəticədə münaqişə ilə bağlı formalaşmış bir sıra illüziyalara son qoyuldu. Eyni zamanda, bir sıra həqiqətlər praktiki baxımdan da təsdiqini tapdı. Ermənistan siyasi-hərbi rəhbərliyinin son 3 ay ərzində davranışı və yaratdığı hərbi qarşıdurma mühiti münaqişənin müharibəyə çevrilməsi üçün münbit və əlverişli şəraiti təmin etdi. Prezident İlham Əliyev BMT kürsüsündən bütün beynəlxalq ictimaiyyətə xitabən qeyd etdi ki, Ermənistan nəinki danışıqlardan imtina edir, eyni zamanda, "yeni ərazilər uğrunda yeni müharibə”yə hazırlaşır. Bu yeni müharibədə Ermənistan Azərbaycanın böyük şəhərlərinə, mühüm mülki infrastrukturuna, o cümlədən onlarla ölkənin enerji təhlükəsizliyini təmin edən dünyanın nəhəng Səngəçal neft-qaz terminalına da hərbi zərbə endirəcəyi ilə hədələyir.

         Beynəlxalq birlik Azərbaycanın dövlət rəhbərinin bu xəbərdarlıqlarından lazımi nəticə çıxarmadı, işğalçını yerinə oturtmadı. Prezident İlham Əliyev oktyabrın 23-də Yaponiyanın '' Nikkie" qəzetinə verdiyi müsahibəsində qeyd etmişdir :"Paşinyan dünya liderlərinə dəfələrlə zəng etdikdə və Azərbaycandan şikayət etdikdə, hesab edirəm, bu liderlər ona deməlidirlər ki, sən danışıqlar prosesini pozdun, sən Azərbaycanı təhrik etdin, sən azərbaycanlıların hisslərini təhqir etdin. Ona görə sən bunun üçün məsuliyyət daşımalısan” kimi prinsipial mövqe ortaya qoymalı idilər. Həmin mövqe hələ də yoxdur. Nəticəsi isə bəllidir. Bu münaqişənin həlli missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupunun üç həmsədr dövlətindən hansı biri 30 il ərzində torpaqlarının işğal altında qalması faktına dözərdi? Yəqin ki, heç biri. Buna baxmayaraq, onlar 30 ildir ki, yorulmadan həm "münaqişə ilə bağlı status-kvo vəziyyəti qəbuledilməzdir” deyirlər, həm də eyni müvəffəqiyyətlə "müharibənin hərbi həlli yoxdur” psevdopasifist tezisi beynəlxalq ictimai fikrə sırımaqla məşğuldurlar. Nəticədə işğalçı Ermənistanda arxayınçılıq sindromu formalaşır və cəzasızlıq rejiminin hökm sürdüyü bir reallıqda yeni cinayətlər, yaxud təxribatlar törətməyə şirniklənmiş olur. Bizim daha 30 il gözləməyə vaxtımız yoxdur. Münaqişə indi həll olunmalıdır. Ermənistana kömək etmək istəyənlər onların, belə demək mümkünsə, yaxın tərəfdaşları qoy onlara kömək etmək üçün desinlər ki, əraziləri tərk edin, iradənizi nümayiş etdirin, atəşi dayandırın, deyin ki, bu gün, ya sabah, bir həftəyə mən Ağdamı tərk edəcəyəm, növbəti dəfə, növbəti həftə Füzulini tərk edəcəyəm, növbəti həftə Kəlbəcəri tərk edəcəyəm və s. və biz dayanarıq. Bu, çox ədalətli mövqedir. Bu, müharibəyə deyil, sülhə istiqamətlənmiş mövqedir”.

         Beləliklə, Ermənistanın siyasi-hərbi rəhbərliyi Azərbaycan torpaqlarının işğalına son qoymağa hazır olduğunu rəsmən bildirməli, beynəlxalq zəmanət altında öhdəlik götürməli və konkret əməli addımlar atmalıdır. Yalnız bu halda Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən konkret zaman qrafiki çərçivəsində çıxarılması məsələsi yüksəksəviyyəli Azərbaycan-Ermənistan danışıqlarının predmeti ola bilər. Bu məqsədlə məlum münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının 853-cü qətnaməsində nəzərdə tutulan erməni silahlı qüvvələrinin işğal ərazilərindən çıxarılması zamanı ilə bağlı dəqiq qrafik yenilənməlidir.

Əfsanə Mustafayeva,

Xocalı rayon ziyalısı


Paylaşın:

Biz düşməni bütün torpaqlarımız işğaldan azad edilənədək qovacağıq


           Ümumilikdə nəzər salsaq görərik ki, 2020-ci il bötövlükdə özünün gərgin atmosferi ilə digər illərdən nəzərə çarpacaq qədər seçilir. Bu ilin başlanğıcında koronavirus infeksiyasına qarşı mübarizə aparan Azərbaycan, ilin sonuna yaxın koronavirusdan da təhlükəli bir virusla- mənfur erməni virusu ilə - mübarizə aparmaq məcburiyyətində qaldı.Təxminən bir qərinəyə yaxın müddətdə əbədi və əzəli Azərbaycan torpaqlarını işğal altında saxlayan erməni virusları cəzasızlıqdan istifadə edərək yeni ərazilərimizi işğal etmək niyyətilə 27 sentyabr 2020-ci il tarixdə bütün təmas xətti boyu hücuma keçdi. Azərbaycan ordusu əks hücum həmləsi ilə düşməni geri oturtdu və bu qorxulu virusdan birdəfəlik qurtarmaq üçün mənfur düşməni müqəddəs torpaqlarımızdan qovmağa başladı.          Quldur erməni rejimi öz ənənəsinə sadiq qalaraq yenə də dünya ictimaiyyəti qarşısında haray-həşir salmağa başladı ki, Azərbaycanı durdurun, durdurmasanız vəziyyət ağır olacaqdır. Belə olan təqdirdə ölkəmiz daha bir cəbhədə mübarizə aparmaq zorunda qaldı. Bu informasiya cəbhəsində aparılan mübarizə idi. Həmin mübarizədə Azərbaycanın kütləvi informasiya vasitələri ilə bərabər ölkə Başçısı cənab İlham Əliyev də özünün dərin zəkası, siyasi uzaqgörənliyi və dəmir məntiqi ilə yorulmadan öndə gedir.           

         Ali Baş Komandan sentyabr ayının 20-də mövcud vəziyyətlə əlaqədar Rusiyanın məşhur TAS informasiya agentliyinə verdiyi müsahibəsində bir daha erməni faşistlərinin əməlləri haqqında ətraflı məlumat verdi. O, agentliyin əməkdaşının bütün suallarını məntiqli və sərrast şəkildə cavablandıraraq mövcud situasiyanı bir daha dünya ictimaiyyətinin nəzərinə çatdırdı.                                  Ölkə Başçısı bir daha vurğuladı ki, döyüş meydanında məğlubiyyətə düçar olan erməni faşistləri müharibə bölgəsindən onlarla kilometr uzaqlıqda olan yaşayış məntəqələrimizə ballastik raketlərlə zərbələr endirir, dinc əhalimizi qətlə yetirir, müharibə cinayətləri işləyirlər. Bu faşistlər 30 ilə yaxındır ki, torpaqlarımızı işğal altında saxlayan quldur erməni dövləti bütün zamanlarda danışıqlar prosesini pozur, nəyin bahasına olursa-olsun, ərazilərimizi işğal altında saxlamağa çalışırdı. Əlbəttə, Azərbaycan xalqı heç vaxt torpaqlarının işğalı ilə barışa bilməzdi. Ali Baş Komandan bir daha vurğuladı ki, bizim heç bir ölkənin, o cümlədən Ermənistanın ərazisində gözümüz yoxdur. Bizim məqsədimiz yalnız ermənilər tərəfindən işğal olunmuş, 30 ildir ki, işğal altında olan torpaqlarımızı azad etməkdən ibarətdir. Biz düşməni torpaqlarımızdan qovmaqda israrlıyıq və bu işi bütün torpaqlarımız işğaldan azad edilənədək davam etdirəcəyik. Cənab İlham Əliyev onu da vurğuladı ki, biz daim sühsevərlik nümunəsi göstərmişik. Bunu işğala məruz qalmağımıza baxmayaraq 30 ilə yaxın apardığımız sülh danışıqları da sübut edir. Amma nə yazıq ki, qarşı tərəf daim bizim bu xoş niyyətimizdən sui-istifadə etmişdir. Artıq başqa yol yoxdur. Torpaqlarımızı işğaldan azad etməliyik. İstənilən vaxt atəşi dayandıra bilərik. Yalnız bir şərtlə. Erməni qoşunları qeyd-şərtsiz Azərbaycan torpaqlarını tərk etməlidir.                                                                         

        Biz Ali Baş Komandanımıza inanırıq. Tezliklə bütün ərazilərimiz işğaldan azad ediləcək. Qarabağ Azərbaycandır!                           

Nəsibə Quliyeva                                         

Xocalı rayon sakini, Xocalı şəhər 3 saylı tam orta məktəbin müəllimi, Qarabağ əlili. 

Paylaşın:

Biz düşməni bütün torpaqlarımız işğaldan azad edilənədək qovacağıq


         Ümumilikdə nəzər salsaq görərik ki, 2020-ci il bötövlükdə özünün gərgin atmosferi ilə digər illərdən nəzərə çarpacaq qədər seçilir. Bu ilin başlanğıcında koronavirus infeksiyasına qarşı mübarizə aparan Azərbaycan, ilin sonuna yaxın koronavirusdan da təhlükəli bir virusla- mənfur erməni virusu ilə - mübarizə aparmaq məcburiyyətində qaldı.Təxminən bir qərinəyə yaxın müddətdə əbədi və əzəli Azərbaycan torpaqlarını işğal altında saxlayan erməni virusları cəzasızlıqdan istifadə edərək yeni ərazilərimizi işğal etmək niyyətilə 27 sentyabr 2020-ci il tarixdə bütün təmas xətti boyu hücuma keçdi. Azərbaycan ordusu əks hücum həmləsi ilə düşməni geri oturtdu və bu qorxulu virusdan birdəfəlik qurtarmaq üçün mənfur düşməni müqəddəs torpaqlarımızdan qovmağa başladı. Quldur erməni rejimi öz ənənəsinə sadiq qalaraq yenə də dünya ictimaiyyəti qarşısında haray-həşir salmağa başladı ki, Azərbaycanı durdurun, durdurmasanız vəziyyət ağır olacaqdır. Belə olan təqdirdə ölkəmiz daha bir cəbhədə mübarizə aparmaq zorunda qaldı. Bu informasiya cəbhəsində aparılan mübarizə idi. Həmin mübarizədə Azərbaycanın kütləvi informasiya vasitələri ilə bərabər ölkə Başçısı cənab İlham Əliyev də özünün dərin zəkası, siyasi uzaqgörənliyi və dəmir məntiqi ilə yorulmadan öndə gedir.           

         Ali Baş Komandan sentyabr ayının 20-də mövcud vəziyyətlə əlaqədar Rusiyanın məşhur TAS informasiya agentliyinə verdiyi müsahibəsində bir daha erməni faşistlərinin əməlləri haqqında ətraflı məlumat verdi. O, agentliyin əməkdaşının bütün suallarını məntiqli və sərrast şəkildə cavablandıraraq mövcud situasiyanı bir daha dünya ictimaiyyətinin nəzərinə çatdırdı.  

      Ölkə Başçısı bir daha vurğuladı ki, döyüş meydanında məğlubiyyətə düçar olan erməni faşistləri müharibə bölgəsindən onlarla kilometr uzaqlıqda olan yaşayış məntəqələrimizə ballastik raketlərlə zərbələr endirir, dinc əhalimizi qətlə yetirir, müharibə cinayətləri işləyirlər. Bu faşistlər 30 ilə yaxındır ki, torpaqlarımızı işğal altında saxlayan quldur erməni dövləti bütün zamanlarda danışıqlar prosesini pozur, nəyin bahasına olursa-olsun, ərazilərimizi işğal altında saxlamağa çalışırdı. Əlbəttə, Azərbaycan xalqı heç vaxt torpaqlarının işğalı ilə barışa bilməzdi. Ali Baş Komandan bir daha vurğuladı ki, bizim heç bir ölkənin, o cümlədən Ermənistanın ərazisində gözümüz yoxdur. Bizim məqsədimiz yalnız ermənilər tərəfindən işğal olunmuş, 30 ildir ki, işğal altında olan torpaqlarımızı azad etməkdən ibarətdir. Biz düşməni torpaqlarımızdan qovmaqda israrlıyıq və bu işi bütün torpaqlarımız işğaldan azad edilənədək davam etdirəcəyik. Cənab İlham Əliyev onu da vurğuladı ki, biz daim sühsevərlik nümunəsi göstərmişik. Bunu işğala məruz qalmağımıza baxmayaraq 30 ilə yaxın apardığımız sülh danışıqları da sübut edir. Amma nə yazıq ki, qarşı tərəf daim bizim bu xoş niyyətimizdən sui-istifadə etmişdir. Artıq başqa yol yoxdur. Torpaqlarımızı işğaldan azad etməliyik. İstənilən vaxt atəşi dayandıra bilərik. Yalnız bir şərtlə. Erməni qoşunları qeyd-şərtsiz Azərbaycan torpaqlarını tərk etməlidir.                                    Biz Ali Baş Komandanımıza inanırıq. Tezliklə bütün ərazilərimiz işğaldan azad ediləcək. Qarabağ Azərbaycandır!                      

  Nəsibə Quliyeva,                                         

Xocalı rayon sakini, Xocalı şəhər 3 saylı tam orta məktəbin müəllimi, Qarabağ əlili. 


Paylaşın:

Haqlı tərəf hər zaman ədalət məhkəməsində qalib gələcək!

        Azərbaycan və Ermənistan arasında baş vermiş Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olmuşdur. 1988-ci ildən bəri davam edən münaqişə bu günə qədər öz təcavüzkar xarakterini saxlamışdır. Bu illər ərzində Azərbaycan torpaqlarının 20%-i işğal olundu, 1 milyona yaxın insan öz yurd yuvalarından didərgin düşdü və hər zaman dinc əhalimizə qarşı təxribatlar törədildi. 1994-cü ildən bəri imzalanmış atəşkəsə baxmayaraq, təcavüzkar dövlət heç vaxt öz mənfur əməllərindən əl çəkməmişdir. Atəşkəsə layiq olmayan bir dövlət bu illər ərzində hər zaman ön cəbhədə və diplomatiya sahəsində öz cavablarını layiqincə almışdır. 

         27 sentyabr 2020-ci ildə düşmən tərəfinin cəbhəyanı kəndlərimizə növbəti təxribatı baş verdi və bu zaman Ali Baş Komandanımız Cənab İlham Əliyevin əks-hücum əməliyyatı əmri verməsi Azərbaycanın tarixində yeni başlanğıc oldu. 30 ildən sonra şanlı ordumuz tarix yazdı. İllərdən bəri işğal altında olan bir neçə şəhər və kəndlərimiz işğaldan azad olundu.

         Artıq Azərbaycan tarixi günlər yaşayır. Son günlər Azərbaycan dünya dövlətlərinin, o cümlədən dünya mediasının nəzər nöqtəsinə çevrilib. 17 Oktyabrda ölkə prezidenti İlham Əliyev Türkiyənin “A Haber” televiziya kanalına müsahibə verdi. Müsahibə zamanı prezident aparıcının suallarını çox aydın şəkildə cavablandıraraq qeyd etdi ki, bizim yolumuz haqq yoludur. Biz, öz torpaqlarımızı azad etmək üçün vuruşuruq. Erməni faşistləri hər zaman olduğu kimi bizim güclü ordumuza tab gətirə bilmədikləri üçün sivil və dinc əhaliyə qarşı təxribatlar törədirlər. Biz heç vaxt onların mülki şəxslərinə atəş açmadığımız halda onlar bizim dinc əhalinin yaşadığı məntəqələri qadağan olunmuş silahlardan atəşə tuturlar. Humanitar atəşkəsdən bir neçə saat keçməmiş Gəncə şəhərində, Tərtərdə və Tərtər qəbiristanlığında, Ağdam və Goranboy rayonlarında dinc əhaliyə qarşı təxribatlar törətdilər. Oktyabr ayının 17-nə qədər  47 nəfər dinc sakin və uşaqların öldürülməsi, 222 nəfərin yaralanması mənfur ermənilərin terrorçu siyasətinin nəticəsidir. Cənab prezidentimiz mülki şəxslərin və əsgərlərimizin itkisindən üzüldüyünü də dilə gətirmişdir.

         Mənfur ermənilər hər zaman öz yalanları ilə dünya dövlətlərini inandırmağa çalışır. Özləri Suriya və Livandan muzdlu döyüşçülər gətirdikləri halda, guya ki,  biz tərəfdən Türkiyə və Pakistan əsgərlərinin döyüşdüklərini deyirlər. Ölkə prezidenti bildirdi ki,bizim qardaş ölkələrin yalnız siyasi və mənəvi dəstəklərinə ehtiyacımız var. Çünki bizim yüz minlik güclü ordumuz var və lazım olarsa, səfərbərlik elan edib bu sayı daha da artıra bilərik. Güclü ordumuzun sayəsində tezliklə torpaqlarımızın hər birini işğaldan azad edəcəyik. Prezidentimiz qeyd etmişdi ki, mən heç zaman hansı rayonun nə zaman alınacağını əsgərlərimizin qarşısına məqsəd qoymamışam. Bütün bunlar mərhələli şəkildə həyata keçirilir. İndiyə qədər bir neçə yaşayış məntəqələrimiz və vacib yüksəkliklər düşmən işğalından azad edimişdir. Məhz ordumuzun qüdrətinin sayəsində düşmən döyüş meydanını tərk edərək geri çəkilir və külli miqdarda qənimətlər ələ keçirilir. Bugünə qədər düşmənin 2 mlrd dollarlıq silah-sursatı, hərbi texnikası ələ keçirilmişdir. 

Prezidentimiz ordumuzun gücünə arxalanaraq, tezliklə bayraqlarımızın bütün işğal olunmuş şəhər və kəndlərimizdə, o cümlədən Şuşada dalğalanacağına əmin olduğunu bildirmişdir. Mərhum prezidentimiz Heydər Əliyevin vəsiyyətini layiqli şəkildə yerinə yetirəcəyini diqqətə çatdırmışdır. 

         Biz hər birimiz bir vətəndaş olaraq, qürurverici günlər yaşayırıq və inanılmaz qələbəmizlə fəxr edirik. Şükürlər olsun ki, üçrəngli bayrağımız Cəbrayılda, Füzulidə, Hadrutda, Suqovuşanda və onlarla kəndlərimizdə dalğalanır. İnanırıq ki, şanlı bayrağımız bütün işğal altında olan şəhər və kəndlərimizdə dalğalanacaq. Biz buna əminik! Çünki bizim Tarix Yazan Sərkərdəmiz, heçnədən çəkinməyən Rəşadətli Ordumuz  və Məğrur Xalqımız var! 

     Allah başda Ali Baş Komandan İlham Əliyev olmaqla Azərbaycanın ərazi bütovlüyünü yenidən bərpa edən bütün əsgərlərimizi qorusun! Allah bu yolda ölümsüzlüyə qovuşan şəhidlərimizə rəhmət eləsin!

Vəsilə Quliyeva,

Xocalı rayon sakini


Paylaşın:

Xilaskar Prezidentimiz


        Hörmətli Prezidentimiz, Cənab Ali Baş Komandan İlham Əliyevin Türkiyənin A-Haber kanalına verdiyi müsahibə hər bir vətəndaşın qəlbinə əbədi həkk olundu. Azərbaycan Dövləti, Azərbaycan Ordusu xilakarlıq missiasını yerinə yetirir. Bizim işimiz haqq işidir. Biz əzəli torpaqlarımızı yağı düşməndən azad edirik. Düşmən cəbhədə məğlubiyyətini hiss edərək, öz çikin əməllərindən əl çəkmir. Mülki vətəndaşlarımıza qarşı qadağan olunmuş ağır silahlardan atəş açırlar. Namərd düşmən Azərbaycan Ordusu qarşısında tab gətirməyərək otuz il qurduğu səngərləri tərk edib qaçır. Onlar həm Gəncədə, həm də Tərtərdə insanlığa sığmayan cinayət törətdilər. Bu terrorun qisası cəbhə boyu gedən döyüşlərdə düşməndən beş qat alındı. Həmin cinayəti törədən qüvvələr cinayət məsuliyyətinə cəlb olunmalıdırlar.

        Cənab Ali Baş Komandan onu da qeyd etdi ki, düşmənin bizə qarşı etdiyi cinayətə baxmayaraq, Biz mülki vətəndaşlara güllə atmırıq. Düşmənin baş naziri dünya ölkələrinin liderlərinə yalvarış etməsinə baxmayaraq, öz çirkin, terrorçu əməlindən əl çəkmir. Bu da onu göstərir ki, tarixən düşmən başqasının himayəsində yaşayaraq qəddarlıq əməlindən uzaq durmur. Cəbhə xəttindən uzaq məsafələrdə olan şəhərlərimiz ağır artilleriyadan atəşə tutulur. Namərd düşmən Gəncədə gecə yatmış dinc əhalini, Tərtərdə isə qəbirstanlıqda dəfn mərasimində iştirak edən mülki insanları atəşə tutması vəhşiliyin bariz nümunəsidir. Bu, insanlığa qarşı cinayətdir,bir daha Ermənistanın yırtıcı xislətini göstərir.

        Cənab Prezident bildirdi ki, humanitar atəşkəs elan olunmasına baxmayaraq, düşmən hiyləgərlik edərək hücuma keçmişdir. Bu hücumun qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınmışdır. Düşmən bilməlidir ki, Azərbaycan Ordusu 90-cı illərin Ordusu  deyil. Azərbaycanın peşəkar zabitləri,əyilməz cəsur əsgəri var. Biz öz torpağımızı işğaldan azad edirik, başqa dövlətin torpağında gözümüz yoxdur. Faşist düşmən bunu nə qədər tez anlasa, onlar üçün daha yaxşı olar. Ərazilərimiz işğaldan azad olduqca, düşmən terror əməlindən əl çəkmir. Ali Baş Komandan” A-Haber” kanalının nəzərinə çatdırdı ki,dünya dövlətləri hələdə düşmənin bu vəhşiliyinə susaraq,göz yumur.

        Bizim haqq-ədalət mübarizəmizi daima dəstəkləyən Mənim əziz qardaşım, Türkiyənin Prezidenti Rəcəb Təyyub Ərdoğanın söylədiyi fikir “Azərbaycan yalnız deyil” qiymətli ifadəsi heç bir zaman Azərbaycan xalqının qəlbindən,yaddaşından silinməyəcək. Biz “Bir Millət, İki Dövlət” qardaşlığını əbədi yaşadacağıq. Bu qardaşlıq heç nə ilə əvəz olunmazdı. Türkiyə dövlətinin daima yanımızda olması, düşməni maliyələşdirən dövlətlərə ciddi mesajdı.

        Cənab Prezident vurğuladı ki, humanitar atəşkəs olunmasına səy göstərən bəzi dövlətlər düşmənin silahlanmasına şərait yaradır. Bu da Azərbaycan xalqı tərəfindən mənfi qarşilanır. Ali Baş Komandan bildirdi ki,ərazi bütövlüyümüz tam təmin olunmayınca dayanmaq yoxdur.

        Cənab Ali Baş Komandan müsahibəsində onu da qeyd etdi ki, Azərbaycan Ordusu Tariximizə Şanlı səhifələr yazaraq, şəhərlərimizi, kəndlərimizi işğaldan azad edərək irəli gedir. Bayrağımız həmin ərazilərdə dalğalanır. Yaxın günlərdə Qələbə Zəfərini yaşayacağıq. Tezliklə Bayrağımız işğaldan azad olunmuş bütün torpaqlarımızda dalğalanacaq!

      Eşq olsun Azərbaycan Ordusuna! Xalqımızın Həmrəyliyi Əbədi Olsun! Ulu Tanrı Ali Baş Komandanımızı qorusun! Qarabağ Azərbaycandır!

 Tahir Həsənov,

 Xocalı rayon ziyalısı


Paylaşın:

Ölkə Prezidenti düşmənin məkrli siyasətini dünyanın diqqətinə çatdırır


        16 oktyabr tarixində Ölkə Prezidenti Ali Baş Komandan Cənab İlham Əliyevin “RİA Novosti” agentliyinə verdiyi müsahibəsində bildirmişdir ki, erməni silahlı qüvvələri Azərbaycanın dövlət sərhəddində, Tovuz istiqamətində silahlardan və ağır artilleriya qurğularından istifadə etməklə iyul və avqust aylarında təxribatlar törətmişdir. Sentyabr ayından başlayaraq isə vətəndaşlarımız bütün cəbhə boyu erməni silahlı birləşmələrinin hücumuna məruz qalmışdır. Bu hücumlar nəticəsində 43 nəfər həlak olmuş, 200-dən çox insan yaralanmış, 2000-ə yaxın evə ciddi ziyan dəymişdir. Azərbaycan silahlı qüvvələri sentyabrın 27-dən başlayaraq erməni birləşmələrinin hücumlarının qarşısını almaq məqsədilə əks-hücum əməliyyatı həyata keçirmişdir. Erməni birləşmələrinin 4 müdafiə xətti yarılaraq Cəbrayıl rayonunun tarixi əhəmiyyətə malik olan Suqovuşan kəndi və Füzuli rayonunun xeyli kəndləri işğalçılardan azad edilmişdir. Ali Baş Komandan 10 oktyabr tarixində əldə olunmuş Moskva razılaşmasını diqqətə çatdıraraq münaqişənin yalnız baza prinsipi əsasında həll edilməsinin vacibliyini bildirdi. Danışıqların formatının dəyişməz olduğu bir daha təsdiqləndi. Azərbaycan həmişə sülh danışıqlarına sadiq ölkə olmuşdur. Ermənistan rəhbərliyi isə danışıqlar prosesini həmişə pozaraq BMT-nin erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxması haqqında 4 qətnaməsini icra etmıkdən imtina etmişdir. Döyüş bölgəsindən xeyli uzaqda yerləşən Gəncə şəhərinin bombalanması nəticəsində 10 nəfərin həlak olması, 40 nəfərin isə yaralanması nəzərə çatdırıldı. Ölkə Prezidenti çıxışında qeyd etdi ki, biz DQMV-nin müstəqil dövlət olmasına heç vaxt razı ola bilmərik. Müharibə Azərbaycan üçün azadlıq, ermənilər üçün isə işğalçılıq mübarizəsidir. Biz öz ərazi bütövlüyümüzü təmin edəcəyik. Qondarma Dağlıq Qarabağ ordusu deyilən ordu yoxdur. Onlar Ermənistan hərbi komissarlığı tərəfindən çağırılaraq Azərbaycanın işğal altında saxlanılan Laçın, Kəlbəcər, Zəngilan, Füzuli, Qubadlı bölgələrinə göndərilir. Bizim ordumuzda heç bir dövlətin muzdlu döyüşçüsü yoxdur. Azərbaycanın 100 min döyüşçü ordusu var. Ermənilər işğal etdikləri ərazilərdə bütün evləri dağıdaraq, tarixi, maddi-mədəni abidələrini məhv etmişdir. Ölkə Prezidenti 1805-ci ildə bağlanan Kürəkçay müqaviləsini diqqətə çatdıraraq, həmin müqavilənin Qarabağ xanı İbrahimxəlil xanla rus generalı Sisianov arasında bağlandığını bildirdi. Ermənilər Azərbaycan torpaqlarına 1813-1828-ci illərdə I/II Rus-İran müharibəsi dövründə müasir İrandan və  az hissəsi isə Şərqi Anadoludan köçürülmüşdür. Rusiya Azərbaycanın strateji tərəfdaşı olduğunu diqqətə çatdıran ölkə Prezidenti Rusiyanın Qafqazda sabitləşdirici rol oynayacağından əmin olduğunu bildirdi. 

Akif Rüstəmov,

Xocalı rayon ziyalısı


Paylaşın:

Dövlətimizin başçısı haqlı mövqeyimizi dünyaya bəyan edir

         Azərbaycan Respublikasının Prezidenti, Cənab Ali Baş Komandan İlham Əliyev oktyabrın 13-də Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibə verib. Oktyabrın 14-də həmin televiziya kanalında dövlətimizin başçısının müsahibəsi yayımlanıb.Prezidentimiz İlham Əliyev Türkiyənin “Haber Türk” telekanalına müsahibəsində səsləndirdiyi fikirlərdən əsaslarını qeyd etmək istəyirəm. 

        ''Dağlıq Qarabağın müstəqilliyi ilə bağlı Ermənistanın hazırda göstərdiyi cəhdlər yersizdir və onların özləri üçün zərərlidir. Çünki heç bir ölkə Azərbaycanın ayrılmaz hissəsi olan və beynəlxalq hüquq baxımından Azərbaycana mənsub olan Dağlıq Qarabağa müstəqillik verməyəcək, onu tanımayacaq. Belə olan halda bu cəhdlər səmərəsiz qalacaq''.

        Dövlətimizin başçısı mövzu ətrafında söhbəti davam etdirərək deyib: “Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınıb. Baxın, Minsk qrupuna həmsədrlik edən ölkələr, onlar bizim ərazi bütövlüyümüzü tanıyır. Avropa İttifaqı ilə bizim “Tərəfdaşlıq prioritetləri” adlı sənəd paraflanmışdır. Orada Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərimizin toxunulmazlığına dəstək göstərilir. Yəni, mən inanmıram ki, hər hansı bir ölkə Dağlıq Qarabağın müstəqilliyini tanısın. Çünki bundan heç bir saat keçməmiş bu ölkə ilə biz bütün diplomatik əlaqələrimizi kəsərik. Bu, mütləqdir. Ona görə Ermənistanın bu cəhdləri, sadəcə olaraq, daxilə, yəni, öz ictimaiyyətinə hesablanıb ki, sanki bunlar da hər hansı bir diplomatik fəaliyyətdədirlər”.

       Dünyanın heç bir yerində savaşı kütlə aparmır və qazanmır. Müharibələri dövlət, ordu, kəşfiyyat, diplomatlar aparır, millətin iradəsi qalib gəlir. Millətimizin, dövlətimizin və Ali Baş Komandanımızın iradəsi ortadadır. Dağlıq Qarabağ Azərbaycan torpağıdır və işğal altındadır. Prezidentimiz Cənab İlham Əliyevin çıxışları  məndə belə bir qənaət formalaşdırır ki, İlham Əliyev Qarabağ məsələsinə məhz prezident kimi hazırkı səlahiyyət müddətində nöqtə qoymaq əzmindədir və bu nöqtə məhz “Qarabağ Azərbaycandır” nidasının altındakı işarədir.

Əfsanə Mustafayeva,

Xocalı rayon ziyalısı,


Paylaşın:

Prezidentimizin qətiyyəti həm ön cəbhədə döyüşən əsgər və zabitlərimizə, həm də xalqımıza böyük ruh yüksəkliyi verir

           Artıq 20 gündür ki, ölkəmiz müharibə şəraitində yaşayır. Rəşadətli Ordumuz erməni silahlı dəstələrinə qarşı vuruşaraq böyük qəhrəmanlıqlara imza atır. Sözün əsl mənasında Azərbaycan əsgəri bir qəhrəmanlıq tarixi yazaraq böyük şücaət göstərir. Bu müddət ərzində strateji əhəmiyyət kəsb edən yüksəkliklər və xeyli sayda yaşayış məntəqələrimiz işğaldan azad edilmişdir. Müzəffər ordumuz saatbasaat, günbəgün irəliləyərək yeni-yeni ərazilərimizin azad olunması üçün uğurlu hərbi əməliyyatlar həyata keçirir. Döyüşlər zamanı ermənilərin çoxlu sayda silah-sursatı məhv edilmiş, yaxud da hərbi qənimət kimi ələ keçirilmişdir. Eyni zamanda, düşmənlərimiz canlı qüvvə sarıdan da xeyli itkilər vermişdir. Beləliklə, Azərbaycan Ordusu bütün cəbhə xətti boyu hərbi üstünlüyə yiyələnmişdir. Biz ordumuzun bu qəhrəmanlıq salnaməsindən qürur və fərəh hissi keçirir, bu yolda rəşadətli oğullarımıza uğurlar arzulayırıq. Həmçinin, Ali Baş Komandan Cənab İlham Əliyevin torpaqlarımızın işğaldan azad olunması üçün göstərdiyi iradə bizi çox sevindirir. Prezidentin bu qətiyyəti həm ön cəbhədə döyüşən əsgərlərimizə, həm də arxa cəbhədə ordumuza hər tərəfli dəstək olan xalqımıza böyük ruh yüksəkliyi verir. Prezident İlham Əliyev öz çıxışlarında qeyd edir ki, Azərbaycanın bu işi haqq işidir. Çünki Azərbaycan öz torpaqlarının işğaldan azad edilməsi uğrunda müharibə aparır. Heç kəsin torpağında bizim gözümüz yoxdur. Ancaq buna baxmayaraq, dünyada hələ də ikili standartlara yol verilir. Birləşmiş Millətlər Təşkilatının Azərbaycan haqqında qəbul etdiyi qətnamənin qərarları yerinə yetirilmir. ATƏT - in Minsk qrupunun fəaliyyəti yarıtmazdır. Fransa və Rusiya kimi dövlətlər Minsk qrupunun rəhbəri kimi münaqişənin ədalətli həllinə çalışmaqdansa, Ermənistana hərbi yardımlar göstərərək onu silah-sursatla təchiz edir. Bu, beynəlxalq cinayətdir, ədalətsizlikdir. Erməni hərbi birləşmələri bu dəstəkdən ruhlanaraq Azərbaycanın şəhər və kəndlərini müntəzəm olaraq raket atəşinə tuturlar. Mülki obyektlərimiz hədəfə tuş gəlir. Evlər dağıdılır. Dinc sakinlərimiz yaralanır və həlak olurlar. Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin Ermənistan tərəfindən raket atəşinə məruz qalması bunun bariz nümunəsidir. Bütün bunlar erməni vandallarının törətdiyi müharibə cinayətidir. Müharibənin də öz qanunları var. Dinc, əliyalın insanlara atəş açılmaz. Ancaq erməni silahlıları öz havadarlarına arxalanaraq Cenevrə konvensiyasının bütün şərtlərini pozaraq Azərbaycanın yaşayış məntəqələrini atəşə məruz qoyurlar. Ancaq buna baxmayaraq, xalqımız ruhdan düşmür, öz Ali Baş Komandanı İlham Əliyevin və ordumuzun arxasında möhkəm dayanaraq ona öz dəstəyini ifadə edir. Biz inanırıq ki, tezliklə müzəffər Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızı erməni işğalçılarından azad edəcək, üçrəngli zəfər bayrağımız müqəddəs yerlərimizdə - Şuşada, Laçında, Kəlbəcərdə və digər ərazilərimizdə dalğalanacaq. Ulu tanrı bu haqq işində dövlətimizə, prezidentimizə və ordumuza yardımçı olsun. 

       Eşq olsun Azərbaycan ordusuna! Qarabağ Azərbaycandır! 

Fərhad Gülməmmədov,

Xocalı şəhər 2 saylı tam orta məktəbin müəllimi 

Paylaşın:

Erməni yalanı ifşa olunur

         Bədnam qonşularımızın təxribatlarına qarşı əks hücum keçirilən ilk gündən ermənilər yalan informasiyalar yaymağa başladılar. Məğlubiyyətə uğrayan, çoxlu sayda hərbi texnika və əsgər itkiləri verən Ermənistan hakimiyyəti öz xalqını və dünya ictimaiyyətini yanıltmağa cəhd edirlər. Ancaq bütün hallarda erməni yalanı ölkə başçımız tərəfindən ifşa olunur. Erməni faşizmi, mülki əhalini atəşə tutması, döyüş meydanında məğlubiyyəti dünya ictimaiyyətinə çatdırılır. Ermənistanın başı boş baş naziri Paşinyan necə ki, dünya liderləri qarşısında səviyyəsiz küçə heyvanı kimi tanınır, artıq öz xalqı qarşısında da rəzil duruma düşəcək. Haqq isə öz işini görür. Tarixi ədalət bərpa olunur. Cinayətkarlar öz cəzalarını alacaqlar. 

        Prezident İlham Əliyev oktyabrın 12-də Türkiyənin “Haber Global” televiziya kanalına mühasibəsində bildirmişdir ki, "Son döyüşlərlə əlaqədar da erməni diaspor təşkilatları və onların havadarları, dünya erməniliyi Azərbaycana qarşı mətbuat savaşına başlamışdır. Bunun nəticəsidir ki, bu gün dünya mətbuatında bir çox hallarda təhrif edilmiş məlumatlar yer alır. Ona görə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün bizim böyük səylər göstərməyimiz gərəkdir. Bu baxımdan Türkiyənin mətbuat nümayəndələrinə xüsusi təşəkkürümü bildirmək istəyirəm. Çünki demək olar, hər gün gecə-gündüz Türkiyənin aparıcı televiziya kanalları, digər mətbu orqanları bu münaqişə ilə bağlı həqiqətləri dünyaya çatdırır."

         Ölkə başçısı vurğulayıb ki, "Bir daha deyirəm, status-kvo yoxdur, təmas xətti yoxdur. Ermənilərin öz orduları haqqında uzun illər uydurduğu yenilməz ordu əfsanəsi yoxdur. Biz göstərdik kim kimdir. Ona görə bu reallıqlarla gərək həm Ermənistan hesablaşsın, onların havadarları hesablaşsın, bütün dünya hesablaşsın. Bizə dur deyənlər bilməlidirlər ki, yaxşı, biz dura bilərik, biz də istəmirik ki, qan tökülsün. Amma ondan sonra gərək siyasi proses başlasın. Siyasi proses başlamasa, biz durmayacağıq. Mən demişəm, biz sona qədər gedəcəyik, sona qədər. Amma necə? Hərbi yolla, yaxud da ki, siyasi yolla, o, başqa məsələdir. Biz istəyirik ki, hərbi mərhələ dursun, qan tökülməsin, şəhidlər olmasın və sülh yolu ilə öz torpaqlarımızı azad edək."

          Hörmətli Ali Baş Komandan, bildirmək istəyirəm ki, sizin çıxışlarınız bizim hər birimizi qürurlandırır. İnşallah Azərbaycan bayrağı sizin rəhbərliyiniz ilə işğaldan azad edilmiş bütün ərazilərdə dalğalanacaq. 

Aynurə Həsənova,

 Xocalı şəhər sakini  


Paylaşın:

HUMANİSTLİYİ QƏBUL EDƏ BİLMƏYƏN QƏDDAR ERMƏNİLƏR

          9 oktyabr 2020-ci il tarixdə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Rusiya Xarici İşlər naziri Sergey Lavrovun təşəbbüsü ilə Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında görüş keçirildi. Görüşün əsas məqsədi döyüş meydanında meyitləri və eynilə hər iki tərəfdən əsir götürülən insanları dəyişmək idi. Bunun üçün 12 saata yaxın çəkən müzakirələrdən sonra 10 oktyabr 2020-ci il saat 12:00-dan hər iki tərəfin iştirakı ilə humanitar atəşkəs elan edilməsi və hər iki tərəfin buna əməl etməsi ilə bağlı müqavilə imzalandı. Müqavilə Rusiya Xarici İşlər naziri Sergey Lavrov, aərbaycan Respublikasının xarici İşlər naziri Ceyhun Bayramov, Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan tərəfindən imzalandı. Bu humanitar atəşkəs müqaviləsinə Azərbaycan Silahlı Qüvvələri tərəfindən riayət edildi. Lakin Ermənistan Silahlı Qüvvələri bütün günü cəbhədə atəşi davam etdirdi. Bu azmış kimi məğlubiyyətdən hiddətlənən düşmən 11 oktyabr gecə saat 2 radələrində Gəncə şəhərinin əhalinin sıx məskunlaşdığı ərazini Ermənistanın Vardenis rayonundan raket atəşinə mıruz qoydu. Nəticədə yaşayış binalarına və mülki infrastruktura ciddi ziyan dəydi, 10 nəfər dinc sakin həlak oldu, 40-a yaxın sakin müxtəlif dərəcəli bədən xəsarətləri aldı. Həmin vaxt nankor qonşularımız Mingəçevir şəhərində yerləşən həyati əhəmiyyətli obyektləri hədəfə almışlar. Rəşadətli Azərbaycan ordusunun hava hücumundan müdafiə qüvvələri həmin raketləri vaxında zərərsizləşdirməsəydi, itki daha çox ola bilərdi. Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin rəmzi olan və ağ bayraq qaldıraraq cəsədləri yığmağa cəhd edən maşın da Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşə məruz qalmış, bir tibb işçisi yaralanmışdır. Artıq dünya ictimaiyyəti və Ermənistanın havadarları da onların humanitar atəşkəsi pozduğunu təsdiqləyir. Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev, Baş Prokuror Kamran Əliyev və başqa dövlət nümayəndələri Gəncə şəhərində hadisə yerində olmuş, xarici ölkə səfirliklərinin nümayəndələri və xarici jurnalistlər qarşısında həqiqətləri dünyaya çatdırmağı tələb etmişlər. Düşmənin son nəfəsində dinc əhalini hədəf alması Azərbaycan xalqını qorxutmur, Silahlı Qüvvələrin döyüş əzmini daha da artırır. Qələbə ilə irəliləyən ordumuz düşməni sərhədimizdən çıxarıb, ərazi bütövlüyümüzü təmin edəcəkdir. Azərbaycan əsgərinə eşq olsun! Qarabağ Azərbaycandır!

Aydın Həsənov,

Xocalı rayon ziyalısı


Paylaşın:

ERMƏNİ ŞƏR VƏ BÖHTANLARININ DÜNYA SİYASİ ARENASINDA VƏ DÖYÜŞ MEYDANLARINDA İFŞASI

 

         Dünyada mövcud olan erməni diaspor təşkilatları daim Azərbaycanın əleyhinə təbliğat işi aparmışlar. Ötən əsrin 90-cı illərindən başlayaraq Azərbaycan torpaqlarını qondarma qurum yaratmaq adı ilə işğal edən ermənilər bu torpaqlarda minilliklərlə yaşadıqları barədə yalanlar uyduraraq bu yalanları dünya icitimaiyyətinə sırımaq istəyirdilər. Lakin onlar unudurdu ki, 1978-ci ildə ilk erməni ailəsinin Qarabağa gəlməsinin 150 illiyi şərəfinə ucaldılan abidə bunu inkar edəcək. 1991-ci ildə həmin abidəni dağıtmağa macal tapmayan ermənilər onun üz hissəsini kərpiclə hörərək örtmüşlər. Azərbaycanlı tarixçilər işə qarışdıqdan sonra xarici tədqiqatçıların iştirakı ilə ermənilərin bu yalanı da ifşa edilmişdir. ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayədarlığı ilə Ermənistan atəşkəs rejimini saxlamağı özlərinə uduş kimi qəbul edirdilər. Beynəlxalq təşkilatların münaqişəni nizamlamaq cəhdi yaxınlaşdıqda ermənilər hakimiyyət dəyişikliyindən, yaxud başqa vasitələrdən istifadə edərək guya vaxt qazanırdılar. Həmsədrlərin iştirakı ilə imzalanan status-kvo məsələnin həllində heç bir rol oynamamışdır. Ermənistanın Dağlıq Qarabağda mövcud olan separatçı rejimi tərəf kimi danışıqlara cəlb etmək təklifi beynəlxalq qanunlara hörmətlə yanaşan dövlətlər tərəfindən rədd edilmişdir. Bu müddət ərzində Azərbaycan beynəlxalq qanunlar çərçivəsindən kənara çıxmamaq şərti ilə, ərazi bütövlüyünün toxunulmazlığı təmin olunmaqla bütün danışıqlara getmişdir. Ulu öndərin siyasi varisi və davamçısı, Ali Baş Komandan cənab İlham Əliyevin ölkə iqtisadiyyatının güclənməsinə, ordu quruculuğuna göstərdiyi səy öz bəhrəsini verdi. Azərbaycan Silahlı Qüvvələri şəxsi heyət, texnika və silah baxımından dünyanın aparıcı silahlı qüvvələrindən heç də geridə qalmamaq şərti ilə inkişaf etdi. Həmin silahlı qüvvələrimiz 27 sentyabrdan əks-hücum əməliyyatı keçirərək 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımızı işğaldan azad edir. Yaxın günlərdə Cıdır düzü, Şuşa yaylaları, axarlı-baxarlı Laçın yaylaqları, yeraltı sərvəti, mineral sualrı ilə zəngin olan Kəlbəcər xilaskar ordumuzu qarşılayacaq. Yaşasın Azırbaycan Silahlı Qüvvələri! Var olsun Ali Baş Komandan İlham Əliyev! Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı! Qarabağ Azərbaycandır! 

Sovet Allahverdiyev,

Xocalı rayon ağsaqqalı


Paylaşın:

Humanitar atəşkəsi pozan ermənilər yaşayış yerlərini atəşə tuturlar

          Azərbaycan tarixi geniş və əhatli bir dövlətdir. Onun keçmişi və bu günü buna bir daha sübutdur. Vətən əzilməz, Vətən bölünməzdir. Onun hər bir parçası xalqı, milləti üçün çox dəyərlidir. Xalqın cəfakeşdir, vətənpərvərdir, hər bir ölkədə, dövlətdə səni böyük fəxrlə təmsil edir, ərazi bütövlüyün üçün canını fəda verir, Azərbaycan!

            Mən Vətən aşiqiyəm, onun üçün canımı, qanımı sipər etməyə hazıram. Vətənimizin ön cəbhəsi igid əsgərlərdən, qorxmaz qəhrəmanlardan, arxa cəbhəsi isə onların qayğısına qalan müəllimlərdən, həkimlərdən, analardan, bacılardan ibarətdir. Biz hamımız Vətən üçün, torpaq üçün yaşayırıq və yaradırıq. O torpaq daim bizimlə fəxr edəcək. Vətənim bölünməzdir və bütövdür. Baxmayaraq ki, vəhşi erməni vandalları 1990-1993–cü illərdə vəhşicəsinə, bir sözlə adlarına yaraşacaq formada Vətənimizin bir hissəsini oğurladı, talan etdi. Hətta utanmadan bütün dünyaya belə, “Qarabağ bizimdir” deyə car çəkməyə çalışdı. Bütün kirli əməllərin icraçısına çevrildi, yetər ki, istəyinə nail olsun. Amma hər zamanki kimi ədalət öz işini gördü və bu gündə yaşadığımız “Vətən müharibəsi” buna bariz nümunədir. Biz bu gün öz Qarabağımızın yenidən bütövlüyünün bərpası üçün döyüşürük.

           Azərbaycan Respublikasının Ali Baş Komandanı, İlham Əliyevin mübarizliyi, əzmkarlığı bizə qol-qanad oldu. Cənab Prezident hər zaman qanunla, qayda ilə iş görür. Çalışır ki, qan tökülməsin, günahsız insanlar ölməsin. O, yenə də həmin fikirlərini qoruyub saxlayır.

           Sentyabr ayı, 2020-ci il Azərbaycanın ərazi bütövlüyünün bərpası tarixidir. Yəni biz artıq 30 ili arxada qoyub öz evimizi azad etmək üçün mübarizə aparırıq. Bizə lazım olan yalnız öz torpağımızdır. İnşallah onu da başda Ali Baş Komandan olmaqla geri alacağıq. Biz o qədər humanist bir ölkəyik ki, çalışır heç kəs ziyan çəkməsin. Belə ki, müharibənin qızğın dönəmində humanitar atəşkəs elan olundu. Hansı ki, belə anda bütün silahlar, artilleriyyalar susur. Amma təəssüf ki, bu qanuna yenə də əməl edən yalnız biz olduq. Erməni xisləti yenə özünü göstərdi. Atəşkəsin elan olunduğu vaxtda Xocalıda etdiyini Gəncəyə törətdi. Günahsız insanlar vəfat etdi. Tələflərə səbəb oldu. Neçə - neçə körpə atasız-anasız qaldı. İnsanların evləri başlarına uçdu, həyatları darmadağın oldu. Bu erməni vəhşiliyinin bariz nümunəsidir. Bütün dünya onların maskalanmış sifətinin əsas rəngini gördü. Yəni ədalətin kimdə olduğu açıq-aşkar göründü.

        “İgidlər ölməz, Vətən bölünməz”. Yurdu uğrunda şəhid olan əsgərin qanı halaldır. O qan nahaq yerə deyil, öz torpağı uğrunda axır. Dağılan evlər yenə tikiləcək, ağlayan körpələr yenə güləcək, ürəklər yenidən rahat döyünəcək. Yetər ki, sən var ol, yaşa Vətən!

Ülviyyə Əhmədova,

Xocalı şəhər sakini


Paylaşın:

Ali Baş Komandanımızın ətrafında sıx birləşmişik

 


        Möhtərəm Prezident, Cənab Ali Baş Komandan, Sizin apardığınız uğurlu siyasət hər bir  azərbaycanlının qəlbindən heç bir zaman silinməyəcək.

          Hörmətli Prezident, Sizin hər bir çıxışınızı  ürəkdən sevə-sevə dinləyirik. Cənab Ali Baş  Komandan, Sizin “Əl-Cəzirə” və “Əl-Ərəbiyə” kanallarından olan jurnalistlərə verdiyiniz  müsahibə hər birimizi qürurlandıraraq, Dövlətçiliyimizi canımızdan əziz tutmağımıza  tam əsas verir. Düşmənin bizə qarşı apardığı  terrorçuluq siyasətini, vandallığını kanal  aparıcılarına Cənab Prezidentimiz ətraflı çatdırdı.

          Hörmətli Prezidentimiz onu da qeyd etdi ki, Biz düşməndən öz ata-baba yurdumuzu azad  edirik. Bizim işimiz haqq işidir, bizim heç bir  dövlətin torpağında gözümüz yoxdur. Biz həmişə sülh tərəfdaşı olmuşuq. Azğınlaşan düşmən yalan vədlər verməsinə baxmayaraq təxribat əməllərindən əl çəkmədi.

         Bizim əsgərlərimiz mülki əhaliyə güllə atmır, buna baxmayaraq düşmən qüvvələri  əksər rayonlarımızı və mülki vətəndaşlarımızı hədəfə alırlar. Düşmən öz havadarlarına arxalanaraq cəbhə xəttindən uzaq  məsafələrdə olan şəhərlərimiz ağır artilleriyadan atəşə məruz qalır. Buna baxmayaraq, hər bir vətəndaş öz evində yaşayaraq, işğaldan azad olunmuş Cəbrayıl rayonumuzun, kəndlərimizin azad olunma sevincini yaşayırlar.

         Düşmən cəbhədə ordumuzun qarşısında   tab gətirə bilmədiyindən arxaya qaçaraq özləri  arasında atışma baş verir. Öz günahlarını bizlərdə görməyə çalışırlar. Prezidentimiz bu yalanları jurnalistlərə doğru və düzgün çatdırdı. Hörmətli Prezidentimiz Cənab İlham Əliyev onu da qeyd etdi ki, düşmən tarixən başqalarının himayəsində yaşayıb. Ona görə də onlarda qürur olmayıb, olmayacaq. 

        Cənab Prezident, Hörmətli Ali Baş Komandan bildirmək istəyirik  ki, Sizin çıxışlarınızdan  qürurlanaraq, Vətənimiz naminə hər birimiz əsgər olaraq, ətrafınızda sıx birləşərək, düşmənə zərbə vurmağa hazırıq.

        Var olsun Şanlı Ordumuz! Cənab Prezidentimiz, Allah Sizi Qorusun! Sizinlə Azərbaycan xalqı qürur duyur.

Tahir Həsənov,

Xocalı rayon ziyalısı

Paylaşın:

Ordumuzun zəfər yürüşü davam edir

            30 ilə yaxındır ki, davam edən, Azərbaycan xalqına zorla sırınan Dağlıq Qarabağ konflikti artıq son günlər özünün kliminasiya nöqtəsinə gəlib çatmışdır. Sentyabr ayının 27-də düşmənin ölkəmiz üzərinə xain hücumuna cavab olaraq müzəffər Azərbaycan ordusu güclü əks hücum həmləsi ilə mənfur düşməni geri çəkilməyə məcbur etdi. Həmin gündən Azərbaycan ordusu Ali Baş komandan cənab İlham Əliyevin əmri ilə erməni quldurları tərəfindən işğal edilmiş dədə-baba torpaqlarımızın düşməndən azad edilməsinə başlamışdır. Qısa zaman kəsiyində bir çox ərazilərimiz, o cümlədən Cəbrayıl şəhəri murdar düşməndən azad edilmişdir və ordumuzun zəfər yürüşü davam edir. 4 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş komandan cənab İlham Əliyev cəbhədəki vəziyyət, Azərbaycan ordusunun hazırkı əhval-ruhiyyəsi, dünya ictimaiyyətinin mövcud duruma baxışı haqqında Azərbaycan vətəndaşlarına müraciət edərək onları məlumatlandırdı. Prezident müraciəti zamanı qeyd etdi ki, bizim heç kəsin torpağında, heç kəsin ərazisində gözümüz yoxdur. Biz hal-hazırda 30 ilə yaxın bir müddətdə işğal altında saxlanılan əzəli və əbədi torpaqlarımızı mənfur düşnəndən azad edirik. Bu proses sonuncu erməni əsgəri Azərbaycan torpaqlarından qovulanadək davam edəcəkdir. Ölkə başçısı vurğuladı ki, 27 ildir ki, işğal altındakı torpaqlardan erməni quldur qoşunlarının çıxarılması barədəki BMT-nin 4 qətnaməsinə Ermənistan tərəfindən məhəl qoyulmur və beynəlxalq qurumlar da bu ölkəyə qarşı heç bir təsirli tədbir görmürlər.                                                      Ölkə Prezidentinin də qeyd etdiyi kimi, 30 ilə yaxın müddətdə susmağa üstünlük verən bəzi ölkələr Azərbaycan öz torpaqlarını azad etməyə qalxdıqda, ölkəmizi dərhal atəşkəs elan etməyə çağırırlar. Həmin ölkə rəhbərləri ermənilər hər gün atəşkəs rejimini pozub, azərbaycan postlarını atəşə tutub, keşik çəkən əsgərlərimizi öldürəndə harada idilər? 30 ildir ki, həmsədr ölkələrin nümayəndələrinin Azərbaycanla Ermənistan arasında gedib-gəlməkdən ayaqları yağır olub, amma ortada heç bir nəticə yoxdur. 30 ildir ki, Azərbaycan xalqı sizin sülh nağıllarınızla yatıb oyanır. Nədən torpaqlarımız bu müddət ərzində azad edilməyib? Axı, özünüz dəfələrlə qeyd etmisiniz ki, status-kvo olduğu kimi saxlanıla bilməz. Bəs nə üçün məsələ bu illər ərzində öz həllini tapmayıb? Nəhayət, nədən narahatsınız?                                            Ali Baş komandan müraciət zamanı bütün məsələləri dəqiq incəliyi ilə öz ölkəsinin vətəndaşları qarşısında bir daha sərgilədi. Baxmayaraq ki, Ermənistan adlanan quldur dövlətin baş naziridir, Paşinyan adlı bir təlxəyin Azərbaycana qarşı etdiyi yaramaz hərəkətlərin sayı hesabı yoxdur. O, gah cıdır düzündə azərbaycan musiqisinin sədaları altında rəqs edir, gah Qarabağ Ermənistandır deyir, gah ölkəmizə qarşı 7 şərt irəli sürür, gah da arvadını gətirib Qarabağda hərbi formada, əlində avtomat şəklini çəkdirib bizi qıcıqlandırır, bir növ təhqir edirdi. Paşinyanın başı cəzasızlıqdan o qədər gicəllənmişdi ki, özünü qəhrəman hesab edirdi.                           
         Ölkə başçısı qeyd etdi ki, dünən meydan oxuyan Paşinyan, bu gün artıq komik duruma düşüb, olduqca misgin vəziyyətdə ayrı-ayrı böyük ölkələrin başçılarına zəng edib yalvarır ki, Azərbaycana təsir göstərin ki, atəşi dayandırsın. Ancaq indi çox gecdir. Geriyə yol yoxdur.                  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son müraciəti bir daha onu göstərdi ki, Ali Baş komandan tarixi torpaqlarımızın mənfur düşməndən azad edilməsində israrlıdır və heç bir qüvvə onu bu niyyətindən döndərə bilməz. "Qarabağ bizimdir. Qarabağ Azərbaycandır!"          

Nəcəf Həsənov,                                                         

Xocalı rayon ziyalısı


Paylaşın:

Prezident İlham Əliyev haqq savaşımızı bütün dünyaya çatdırır

         Prezident İlham Əliyev Əl-Cəzirə televiziysına müsahibəsində bildirdi ki, Ermənistan Azərbaycana qarşı 28 ildir ki, işğalçılıq siyasətini həyata keçirərək torpaqlarımızı işğal altında saxlayır. Biz həmişə sülh danışıqlarına sadiq ölkə olaraq bu məsələnin Beynəlxalq hüquq və normaları çərçivəsində həll edilməsinin tərəfdarı olmuşuq. Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyri-şərtsiz çıxması ilə bağlı BMT-nin qətnaməsi hələ də icra edilməmişdir. ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyəti heç bir səmərə verməmişdir. Ermənistan tərəfi Beynəlxalq hüquq və normaları pozaraq Azərbaycana qarşı dəfələrlə təxribatlar törətmişdirlər. İşğal edilmiş ərazilərimizə Livandan, Suriyadan və digər yerlərdə yaşayan ermənilərin köçürülməsi, həmin ərazilərdə yeni yolların çəkilişi, eyni zamanda bir il bundan öncə Paşinyanın “Qarabağ Ermənistandır” deməsi bu ölkənin danışıqlar prosesinin üzərindən xətt çəkdiyini göstərir. Erməni silahlı dəstələrinin iyulun 12-də Azərbaycana qarşı təxribat hücumlarının baş verməsi, bunun isə ardınca Tovuzun və yaşayış kəndlərinin erməni silahlı qüvvələri tərəfindən hücumlar edilərək artilleriyaya məruz qalması onların danışıqlar prosesindən nə qədər uzaq olduğunu göstərir. Mən dəfələrlə bildirmişəm ki, Ermənistan tərəfi yenidən müharibəyə hazırlaşır. Onların bütün cəbhə boyunca ordu və zirehli texnikalardan istifadə edərək əlavə qüvvə yığmaları, ələ keçirilən erməni diversiya qrupunun verdiyi ifadə bunu deməyə əsas verir. Təssüflər olsun ki, heç bir Beynəlxalq Təşkilatlar, ATƏT Ermənistana təyziq mexanizmini işə salmadılar. Sentyabrın 27-si səhər saatlarından başlayaraq erməni silahlı qüvvələri yenidən silahlardan, ağır texnikalardan, artilleriya qurğularından istifadə edərək yaşayış məntəqələrini, mülki insanları hədəfə aldılar. Buna cavab olaraq Azərbaycan ordusu əks-hücum əməliyyatı həyata keçirdilər. Biz öz torpaqlarımızda döyüşürük. Ermənistan öz yanlış siyasətinin cəzasını çəkir. Biz bütün işğal altında olan torpaqlarımızı geri qaytarıb, tarixi adlarımızı bərpa edərək, öz yerlərindən didərgin düşmüş soydaşlarımızı öz doğma yurdlarına qaytaracağıq.

Rafiq Quliyev,

Xocalı rayon ziyalısı 


Paylaşın:

QARŞILIQLI DƏSTƏK

          Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bilal Hayinin etimadnaməsini qəbul edib.

        Səfir etimadnaməsini də İlham Əliyevə təqdim etdi.

         Sonra Cənab Prezident səfirlə söhbət etdi.

         Dövlət başçısını salamlayan səfir Bilal Hayi səmimi söhbətinə başladı.

         Əvvəlcə Pakistanın Prezidentinin və Baş Nazirinin salamlarını çatdırdı. Xalqımızın Pakistan xalqı üçün xüsusi yeri olduğunu dedi. O, qeyd etdi ki, Pakistan xalqı Dağlıq Qarabağ məsələsində həmişə Azərbaycan xalqını dəstəkləmişdir. İqtisadi, müdafiə sahəsində münasibətlərin gücləndirilməsi və 2 ölkə xalqlarının yaxınlaşdırılması istiqamətində çalışmaq rəhbərliyimiz tərəfindən irəli sürüldüyünü qeyd etmişdir.Səfir qeyd etdi ki, “bu münasibətlər üçündə əlimdən gələni edəcəyəm”.

        Sonra Prezident İlham Əliyev səfirin xoş gəldiyini və çox şad olduğunu bildirdi. Xahiş etdi ki, Pakistan İslam Respublikasının Prezidentinə və Baş Nazirinə ən xoş salamlarını çatdırsın. Cənab Prezident İlham Əliyev Pakistan Respublikasının Prezidenti ilə görüşlərini xatırladığını və onun Bakıda keçirilmiş “Qoşulmama hərəkatının” sammitində fəal iştirakını, Baş Nazirlədə Davosda dünya iqtisadi formunda görüşdüyünü qeyd etdi. Cənab Prezident İlham Əliyev 2 ölkə arasında strateji münasibətləri, qardaş münasibətlərini bir daha təsdiqlədi. Cənab İlham Əliyev Ermənistanla Azərbaycan arasında münaqişənin həlli ilə bağlı dəstəyinə görə minnətdarlığını bildirdi. Prezident İlham Əliyev bütün məsələlərdə eləcə də Kəşmir məsələsində həmişə Pakistanı dəstəklədiyini bu qardaşlıq əməkdaşlığının bundan sonra da daha da güclənəcəyinin əmin olduğunu qeyd etdi. Sonra cənab Prezident qarşılıqlı ticarəti stimullaşdırmaq və invesitisiyalar sahəsində daha da fəal münasibətləri qurmaq üçün böyük potensial mövcudluğunu qeyd etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev onu da qeyd etdi ki, “Pakistan Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə görə Ermənistanı tanımayan ölkə olduğunu bunun da qardaşlığın əsl nümayiş olunduğunu bildirdi. Pakistanın Xarici İşlər naziri bu yaxınlarda Ermənistanın ölkəmizlə bağlı təxribatı ilə bağlı bəyanat verməsi bu bəyanat bizim haqq işimizi tam dəstəkləyir. İyul ayında Tovuzda baş verənlər sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı yeni hərbi təxribata başlamasını, onların işğalçı siyasətinin olduğunu qeyd etdi.Bu təxribata qarşı da Azərbaycan ordusu cavab verməli idi və verdi. Azərbaycan ordusu bir daha öz gücünü nümayiş etdirdi və erməni ordusu təxribatı dayandırmaq və etdiklərinə peşmançılıq keçirtmə məcburiyyətində qaldığını qeyd etdi. Cənab Prezident ifadəsində onu da qeyd etdi ki, Ermənistanın müharibəyə hazırlaşdığını gördüyünü buna görə də qeydlərinin, bəyanatlarının, münasibətlərinin və yeni təcavüzdən bir neçə gün öncə BMT Baş Assambleyasında çıxışının Ermənistanın dayandırılması barədə Beynəlxalq İctimayyət üçün həmişə siqnal idi”. Sentyabrın  27-də müxtəlif istiqamətlərdə kəndlərimizə, hərbi mövqelərimizə hücum etməyə başladılar və 2 gündə mülki şəxslər arasında itkilərimizin olduğunu və bu itkilərin sayının artdığını bildirdi.Buna da cavab olaraq Azərbaycan ordusunun əks-hücumu nəticəsində bəzi ərazilərimizin azad olduğu və bu ərazilərdə Azərbaycan bayrağının sancıldığını qeyd etdi. Ali Baş Komandanımız cənab İlham Əliyev səfirlə söhbətində onu qeyd etdi ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi ayrılmaz hissəsidir. Ermənistanın uzun illər ərzində təcavüzü və işğalı nəyin ki, bütün infrastrukturun dağılmasına gətirib çıxarıb, Xocalı soyqırımından başqa da onlar mədəni soyqırımı da törədiblər. Belə ki, tarixi abidələrimizin, məscidlərimizin dağıdılmasını Pakistan İslam Respublikasının səfirinə çatdırdı. Cənab Prezident Paşinyanın diktator rejiminin siyasətə çevrildiyini buna da Beynəlxalq təşkilatların göz yumduğunu, bu rejimində Beynəlxalq İctimayyətin dayandırılmadığı halda Azərbaycanın dayandıracağına qeyd etdi. 

Azərbaycan onları dayandıracaq. Azərbaycan onlara yerini göstərəcək və öz ərazi bütövlüyünü bərpa edəcək.

         Cənab Prezident İlham Əliyev bir daha Pakistandakı qardaşlarımıza minnətdarlıq bildirdi.  Biz gördük ki, Bu gün bizim yanımızda olanlar öz mövqelərini açıq şəkildə ifadə edən ölkələrdir – Qardaş Türkiyə və qardaş Pakistan.

Cənab Prezident Türkiyənin Azərbaycanın daim yanında olmasını, Azərbaycanın tək olmamasını qeyd etdi.

         Sonra səfir  Bilal Hayi cənab Prezidenti vaxt ayırıb qəbul etdiyi üçün təşəkkür etdi. Onu da bildirdi ki, “Qoşulmama hərəkatının” nazirlər səviyyəsində toplantısında çıxışı zamanı Xarici İşlər nazirinin Dağlıq Qarabağ məsələsi ilə bağlı haqq işinə Pakistanın dəstəyini bir daha ifadə edəcək, sizin mövqeyiniz ədalətli qanunudur və bu məsələnin həlli qeyri-müəyyən müddətdə təxirə salına bilməz.Ona görə ki, bu mövqe ədalətlidir.

          Səfir: Biz “Qarabağ Azərbaycandır!” deməkdən çox xoşbəxtik.

          Azərbaycan və Pakistan arasında olan əlaqələr qardaşlıq yolu üzərində qurulub və bu birliyimiz 10 illiklərə dayanır. Azərbaycan dövləti Pakistanla olan əlaqələrini əbədi qardaşlıq fonunda irəlilətdirməkdə maraqlıdır və bizim əməkdaşlığımız sarsılmazdır.

Şahnaz Əliyeva,

Xocalı rayon sakini


Paylaşın:

Azərbaycan öz ərazi bütövlüyü uğrunda döyüşür

        İllərdir Qarabağın əsil sahibi olan Azərbaycan xalqı doğma yurdlarının həsrəti ilə yaşayırdılar. Artıq demək olar ki,  gözlənilən o an gəlib çatmışdır. Bu müjdəli xəbərin ilk carçısı Aprel Döyüşləri olmuşdur. Həmin anda Azərbaycan gənclərinin necə cəsur olduğu, xalqımızın orduya necə inandığının şahidi olduq. Nəhayət iyulda Tovuzun müdafiəsi artıq irəli addım atmağın vaxtı olduğunu göstərirdi. Çünki azğın erməni dığaları doymaq bilmir, yeni torpaq iddiasına cəhd edirdilər. Tovuzu işğal edib neft-qaz kəmərini ələkeçirə biləcəklərini zənn ediblər. Zənn edirlərmiş ki,  illərdir bunları sülhə çağırmağımızın səbəbi qorxmağımızdır. Əsl səbəb isə sülhsevər olmağımız idi. Dəfələrlə Dövlət Başçımız İlham Əliyevin sülh danışıqlarına şərt irəli sürərək Qarabağda qondarma “Arsax “ dövləti qurmağa cəhd etdilər. Sonda isə sərsəmləyən Paşenyan Qarabağ Ermənistandır kəlməsini də işlətdi.  Halbuki dünyanın gözü önündə  Prezidentimiz İlham Əliyev cənablarının kəsərli sözlərinə tab gətirməyərək Qarabağ Azərbaycandır demişdir. Belə olanda atalarımız “dil çaşar düzünü deyər” ifadəsi işlətmişdir. 

        Nəhayət Sentyabrın 27-də erməni faşizmi Azərbaycanın cəbhə boyu dinc əhalisini iriçaplı mərmilərdən atəşə tutmağa başladı. Buna Azərbaycan tərəfi cavabsız dura bilməzdi. Ali Baş Komandanın bir əmri ilə bölgələrimizi qorumaq üçün əks hücum həmləsi həyata keçirildi.  Qısa bir müddət ərzində bir neçə kəndlərimiz düşmənin işğalından azad edildi. Bu döyüşlərdə erməni əsgərlərini sözün əsl mənasında əzən əsgərlərimiz qarşısında tab gətirməyən düşmən geri çəkilmək, qaçmaq məcburiyyətində qaldı. Davam edən döyüşlərdə Azərbaycanın əsgərlərindən yaralananlar tibb məntəqələrində həkimlərimiz tərəfindən ciddi şəkildə qayğı ilə müalicə olunurlar. 

  Dövlət başçısı İlham Əliyev cənabları xanımı Mehriban Əliyeva və Müdafiə Naziri Zakir Həsənov ilə birgə 30 sentyabır tarixində döyüşlərdə yaralanan hərbçilərimizi şəxsən görmək üçün Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalına gəlmişdir. Dövlətimizin başçısı həmin görüşdə münaqişə ilə bağlı bir sıra məsələlərə toxunmuşdur. İlk öncə yaralılara şəfa diləyən Prezidentimiz Həkimlərin onlara yaxşı baxdıqlarını, tez bir zamanda sağlamlıqlarına qovuşması üçün əllərindən gələni etdiklərini bildirmişdir. İlham Əliyev cənabları qeyd etmişdir ki, mənə məlumat çatıb ki, sizin arzunuz tezliklə sağalıb xidməti yerlərinizə qayıtmaqdır. 

        Prezidentimiz bildirdi ki, bizim davamız haqlı davadır, biz öz torpaqlarımızda döyüşürük, ermənilər isə başqa torpaqda, bizim torpaqda. Azərbaycan öz ərazi bütövlüyü uğrunda döyüşür. Uzun illərdir məcburi köçkün kimi yaşayan soydaşlarımız da öz doğma dədə-baba torpaqlarına qayıdacaqlar. 

        Azərbaycanda Dövlət Başçısının göstərişi ilə Şəhid ailələrinə dövlət qayğılarını hər birimiz bilirik. Şəhid ailələrinin evlərlə təmin olunmasını , bu il də 1500-dən çox şəhid  ailəsinin evlə təmin olunacağını bildirən Prezidentimiz qeyd etdi :biz bu gün də şəhid veririk, Vətən uğrunda gedən döyüşlərdə şəhidlərimiz olubdur. Allah bütün şəhidlərimizərəhmət eləsin, Allah onların ailələrinə , yaxınlarına səbr versin. Onların qanı yerdə qalmır və qalmayacaqdır. Düşmənə layiqli cavab verilir.

        İlham Əliyev cənabları yaralılara bildirmişdir ki, dövlətimiz sizin də qayğınıza qalacaq və həkimlərimiz əllərindən gələni edəcəklər ki, sağlamlığınıza qovuşasınız. Dövlət başçısı İlham Əliyev cənabları bildirmişdir ki, Azərbaycan əsgəri haqq yolunda vuruşmuş, siz haqq yolunda yaralanmısınız, erməni əsgərləri isə işğalçılıq üçün vuruşmuşlar. Fərq bundadır. Dövlət başçımız bir daha erməni əsgərlərinin rəhbərlərinin girovuna çevrildiyini vurğulamışdır. İlham Əliyev cənabları görüşdə qeyd etdi ki, biz erməni işğalçıları ilə mübarizə aparırıq.Bu mübarizədə əsgərlərimizin uğurlu ələliyyatından danışan Dövlət başçısı strateji yüksəkliklərin, eləcə də müəyyən ərazilərin düşməndən təmizləndiyinibildirdi. Dövlət başçımız yaralanmış əsgərlərə təşəkkür edərək onların göstərdiyi sücaəti bir daha vurğuladı. 

       Tək- tək yaralanmış hərbçilərlə əl sıxıb görüşən Prezidentimizi televiziya kanallarından izlədikcə iftixar hissi keçirməmək əldə deyil. Bu gün milli mənsubiyyətindən, cinsindən, partiya mənsubluğundan asılı olmayaraq,  böyüyündən-kiçiyinə  hamı İlham Əliyevin ətrafında sıx birləşib, həmrəylik nümayiş etdirir. Bu gün hər kəs bilir ki, Prezidentimizin uğurlu siyasətidir ki, dünya Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu tanıyır. Hər kəs yaxşı başa düşür ki,  Azərbaycan ordusu artıq Qarabağı azad eəcək. Buna hər birimiz inanırıq. Fikrimi İlham Əliyev cənablarının sözü ilə yekunlaşdırmaq istəyirəm.  Əgər erməni əsgəri ölmək istəmirsə, rədd olsun çıxsın  torpaqlarımızdan! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Bəxtiyar Əhmədov,

Xocalı rayon ziyalısı

Paylaşın:

Biz zəfər çalacağıq!

      Sentyabrın 27-də ermənilər cəbhə boyu hücuma keçdilər. Ancaq öz torpaqları naminə hər şeyə hazır olan milli ordumuz əks hücuma keçərək düşmənə layiqli cavab verdi. İşğal altında olan kəndlərimiz təmizləndi. 7 kənd düşmən əsarətindən xilas oldu. Murov istiqamətində uğurlar qazandıq. Ən yüksək zirvə ordumuzun nəzarəti altına keçdi. Füzuli, Tərtər, Goranboy rayonu ərazisində düşmən itkilər verdi. Silah ehtiyatları zərərsizləşdirildi. Erməni vandalları silahı atıb qaçırdılar. Güclü Ordumuzun qarşısından qaçan erməni əsgərləri mülki əhalini atəşə tutdular.

       Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev ölkəmizdə qismən səfərbərlik elan edib. Mərd oğullarımız Bayrağımızı öpərək döyüş meydanına hünərlə gedirlər. Biz onlarla qürur duyuruq. Bu gün bütün Azərbaycan xalqının döyüş ruhu ən yüksək səviyyədədir. Hər kəs döyüşmək, torpaqlarımızı işğaldan azad etmək üçün səfərbər olub. Əminik ki, qorxmaz, igid oğullarımız xalqımıza qələbə sevincini yaşadacaqlar. Allah onlara güc versin, pənahında saxlasın. 

        Ali Baş Komandanımızın hər sözü bizə uğur gətirir. Qoy düşmənlər məhv olsun. Qarabağ Azərbaycandır! Uğur olsun Azərbaycan Ordusu! 

Nataliya Yusifova 

Xocalı rayon ziyalısı

Paylaşın:

Silahdan güclü diplomatiya

      Azərbaycan Silahlı Qüvvələrinin bölmələri erməni quldurlarının zəbt etdiyi torpaqlarımızı azad etmək üçün 27 sentyabr 2020-ci il tarixdən əks-hücum əməliyyatına başlamışdır. 30 sentyabr 2020-ci il tarixdə Rusiyanın “ Rossiya 24 ” telekanalı Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevdən müsahibə almışdır. Cənab Prezident öz çıxışında Ermənistanın Azərbaycan torpaqlarını uzun illər işğal altında saxlamasından, əksər dünya ictimaiyyətinin və beynəlxalq təşkilatların bu məsələnin ədalətli həllinə biganə yanaşmasını qeyd etdi. Azərbaycan bütün beynəlxalq qanunlara və konvensiyalara tərəfdar olmuşdur. Dağlıq Qarabağ Azərbaycanın əzəli, əbədi torpağıdır. Lakin siyasi və hərbi cəhətdən özünü dünyanın super gücləri hesab edən dövlətlər bu ədalətsizliyə göz yummaqda davam edir. Azərbaycanın heç bir dövlətin və xalqın torpağında gözü yoxdur. Lakin öz torpağının bir qarışını belə kimsəyə güzəştə getməyəcək. Haqq ədalət uğrunda silaha sarılan Azərbaycan əsgəri Azərbaycanın üç rəngli bayrağını Xankəndində, Şuşada, Laçında, Kəlbəcərdə ucaldacaq. Bütün bunlar hamısı Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin dünya siyasi arenasında yüksək diplomatik savadının olmasını sübut edir. Eynilə ölkə iqtisadiyyatının güclənməsi ordu quruculuğuna yüksək önəm verməsi ölkə başçısının qələbə çalacağına bir işarə idi. Artıq əksər ölkə başçılarının Azərbaycan Prezidentinə öz torpağını işğaldan azad etmək missiyasından başqa heç bir təklif və məsləhəti yoxdur. Yaşasın Azərbaycan diplomatiyasının öndəri İlham Əliyev!Var olsun Azərbaycan əsgəri! Qarabağ bizimdir. Qarabağ Azırbaycandır! 

Aydın Həsənov,

Xocalı rayon ziyalısı 


Paylaşın:

Bu gün həm səngərdə döyüşən əsgərin, həm onların arxasında dayanan xalqın əhval-ruhiyyəsi olduqca yüksək səviyyədədir

        Dost dar gündə tanınar deyiblər. Bu baxımdan bizim də düşmənlərimiz olduğu kimi, etbarlı dostlarımız da yox deyildir. Dost və qardaşdan söhbət düşəndə ilk növbədə Türkiyə dövləti yada düşür. Ancaq o da danılmaz həqiqətdir ki, Türkiyə Cümhuriyyəti ilə bizim münasibətlərimiz dostluqdan da o yana keçir. Çünki biz bir millət, iki dövlətik. Daha bir dövlət də vardır ki, çətin anlarda daim bizim yanımızda olur, ölkəmizdən dəstəyini əsirgəmir. Bu ölkə Azərbaycan ikinci dəfə öz müstəqilliyinə qovuşanda onu elə canımız Türkiyədən sonra ikinci dövlət olaraq tanıyan Pakistan İslam Respublikası idi. Bu həmin ölkədir ki, Qarabağı işğal etdiyinə görə bu gün də Ermənistanı dövlət kimi tanımır.                       

       Sentyabrın 29-da ölkə Prezidenti cənab İlham Əliyev Pakistan İslam Respublikasının ölkəmizə yeni təyin olunmuş Fövqəladə və səlahiyyətli səfirini qəbul etmişdir. Bu qəbul zamanı ölkə Prezidenti cənab İlham Əliyev Pakistan Azərbaycan dostluğunun tarixi köklərindən, iki ölkə arasındakı bu günki münasibətlərdən danışdı.                

        Ölkə Başçısı səfirlə söhbət zamanı düşmənlə təmas xəttində baş verənlər haqqında geniş məlumat verdi. Qeyd olundu ki, Azərbaycan 27 ildir ki, məkrli düşmənin əsassız ərazi iddialarının nəticəsində torpaqlarının 20 faizini itirmiş, işğal nəticəsində bir milyon vətəndaşımız öz ölkəsində məcburi köçkün vəziyyətinə düşmüşdür. Təəssüf ki, 30 ilə yaxındır ki, aparılan danışıqlar heç bir fayda verməmişdir. Ermənistan tərəfi BMT Təhlükəsizlik Şurasının, işğalçı qüvvələrin işğal altındakı Azərbaycan torpaqlarından çıxarılması barədə qəbul etdiyi 4 qətnamənin heç birinə eməl etməmiş və əksinə, cəzasızlıq şəraitindən ruhlanaraq yeni ərazilər işğal etmək niyyətinə düşmüşdür.                                                                 Düşmən özünün çirkin niyyətini həyata keçirmək məqsədilə 2020-ci ilin sentyabr ayının 27-də qoşunların təmas xəttində bütün cəbhə boyu hücuma keçmişdir. Azərbaycan ordusu əks hücum həmləsi ilə düşməni geri oturtmuş, işğal altındakı torpaqların bir qismi düşməndən azad edilmişdir. Artıq bir neçə gündür ki, cəbhədə şiddətli döyüşlər gedir.                                          İndi zaman gəlib çatmışdır. Azərbaycan daha bir neçə il də gözləyə bilməz. İşığal altındakı torpaqları azad etməyin əsl məqamıdır. Azərbaycan ordusu torpaqlarımızı tamamilə işğaldan azad etməkdə israrlıdır. Sonuncu erməni əsgəri Azərbaycan torpaqlarını tərk edənədək və ya tərk etmək niyyətində olmayan sonuncu erməni əsgəri məhv edilənədək mübarizəmiz davam edəcəkdir. Bu gün həm səngərdə döyüşən əsgərin, həm onların arxasında dayanan xalqın əhval-ruhiyyəsi olduqca yüksək səviyyədədir. Bu hal torpaqlar işğaldan azad edilənədək Azərbaycan xalqını tərk etməyəcəkdir. Biz buna inanırıq. Çünki bizim "Qarabağ bizimdir. Qarabağ Azərbaycandır!" deyən qətiyyətli Ali Baş Komandanımız cənab İlham Əliyevimiz və torpaqlarımızı düşmən tapdağından azad etməkdə israrlı olan müzəffər ordumuz var.      

Eldəniz Məhərrəmov,

Xocalı rayon ziyalısı


Paylaşın:

Ölkədə yaranmış hərbi vəziyyətə əməl etmək hər birimizin vətəndaşlıq borcudur!

         Dağlıq Qarabağ - əzəli tarixi Azərbaycan torpağı. İllərlə, əsrlərlə taleyinə qara günlər yaşamaq qismət olub. 

       Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub. Onun nəticələri milyonlarla insanın taleyinə mənfi təsir göstərib. Erməni tərəfi Azərbaycanın tarixi torpaqlarına ərazi iddiaları ilə təcavüz edərək 20 faiz ərazimizi işğal altına almışdır. Ərazisinə, əhalisinə qarşı misli görülməmiş vəhşiliklər edən ermənilər illərdir problemin həllini əngəlləyir, siyasi-hərbi təxribatlar vasitəsilə danışıqlar prosesini pozmağa çalışır. Bugün Dağlıq Qarabağ bütün dünyada rəsmən Azərbaycan ərazisi kimi tanınsa da bir çox dünya ölkələri Qarabağın erməni işğalında qalmasına göz yumur. İllərdir aparılan danışıqlar fayda vermir. Hər bir səbrin sonu vardır. Azərbaycanında səbri artıq tükənmişdir. Xalq öz ərazi bütövlüyünü təmin etmək məqsədilə son addımı atmağa məcbur olmuşdur. 

        Heç vaxt müharibə arzulamayan xalqımız işğal olunmuş torpaqlarımızın azad olunması uğrunda mübarizəyə qalxıb. Bir neçə gündür düşmən təxribatlarına cavab olaraq ordumuz geniş miqyaslı əks-hücum əməliyyatları həyata keçirilir. Erməni silahlı qüvvələri artıq neçə gündür ağır artilleriyalardan istifadə etməklə yaşayış məntəqələrimizi, hərbi mövqelərimizi atəşə tutur. Hücumlar nəticəsində həm hərbiçilərimiz, həm də mülki şəxslərimiz arasında ölən və yaralananlar vardır. Ermənistanın Azərbaycan Respublikasına qarşı silahlı hücumlar və hərbi təxribatlar törətməsilə əlaqədar olaraq Prezidentimiz İlham Əliyev tərəfindən 2020-ci il 28 sentyabr saat 00:00-dan ölkəmizin bütün ərazisində hərbi vəziyyət elan edilməsi ilə bağlı fərman verilmişdir. Ərazisi illərdir işğal olunmuş, özü  minbir əzab-əziyyət çəkən xalq bugün ölkə başçısının verdiyi hər bir qərarı dəstəkləyir. 

      Uşaqdan böyüyə qədər hər bir vətəndaşımız torpaqları işğal olunmuş, özü hərb meydanına çevrilmiş Azərbaycan üçün səfərbər olmuşdur. 

        Möhtərəm Prezidentimizin müdrik siyasəti nəticəsində qeyrətinə güvənib bel bağladığımız vətən oğullarımız xalqımızı illərdir düçar olduğu  Qarabağ dərdindən xilas edəcəklər. Ədalət gecdə olsa qələbə çalacaq!

Şahilə Zeynalova,

Xocalı rayon ziyalısı


Paylaşın:

Ən çox oxunan

Blog Arşivi