Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik

        Əsrlər boyu Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsi olmuşdur. İlahi gözəlliklərlə zəngin olan bu torpaq artıq neçə illərdir ki, düşmən əlindədir. İllərdir yağı tapdağında olan torpaqlarımız bizi köməyə, intiqama səsləyir. Şükürlər olsun ki, illərdir səbr edən xalqımızın qələbəyə inamı itməmişdir və bu gün artıq dövlətimizin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmışdır. Heç vaxt müharibə istəməyən xalqımız başqa çıxış yolu olmadığı üçün silaha sarılmışdır. Bir aydır ki, bir parçamız olan Qarabağ uğrunda müharibə davam edir. Ölkə başçımız İlham Əliyevin dediyi kimi bu müharibə xalqımız üçün Vətən müharibəsidir. Biz vətən torpaqlarını işğalçılardan azad edirik. Bu müddət ərzində Şanlı Azərbaycan Ordusu bir çox yaşayış məntəqələrini o cümlədən Cəbrayıl, Zəngilan, Füzuli və Qubadlı şəhərlərini işğaldan azad edibdir. Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik.

          Bəlkə də illərdir arzuladığımız qələbə günü çox yaxındır. Ali Baş Komandanın, hünərinə bel bağladığımız mərd Vətən oğullarımızın sayəsində Qarabağ dərdindən xilas olacaq, ayrılmaz parçamız olan əbədi və əzəli torpaqlarımıza qovuşacağıq. 

Qarabağ Azərbaycandır.  

Şahilə Zeynalova,

Xocalı rayon Kosalar kənd tam orta məktəbin Azərbaycan dili müəllimi


Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi