BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

15 Ekim 2020 Perşembe

Dövlətimizin başçısı haqlı mövqeyimizi dünyaya bəyan edir

Posted at  10/15/2020  |  in  

         Azərbaycan Respublikasının Prezidenti, Cənab Ali Baş Komandan İlham Əliyev oktyabrın 13-də Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibə verib. Oktyabrın 14-də həmin televiziya kanalında dövlətimizin başçısının müsahibəsi yayımlanıb.Prezidentimiz İlham Əliyev Türkiyənin “Haber Türk” telekanalına müsahibəsində səsləndirdiyi fikirlərdən əsaslarını qeyd etmək istəyirəm. 

        ''Dağlıq Qarabağın müstəqilliyi ilə bağlı Ermənistanın hazırda göstərdiyi cəhdlər yersizdir və onların özləri üçün zərərlidir. Çünki heç bir ölkə Azərbaycanın ayrılmaz hissəsi olan və beynəlxalq hüquq baxımından Azərbaycana mənsub olan Dağlıq Qarabağa müstəqillik verməyəcək, onu tanımayacaq. Belə olan halda bu cəhdlər səmərəsiz qalacaq''.

        Dövlətimizin başçısı mövzu ətrafında söhbəti davam etdirərək deyib: “Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınıb. Baxın, Minsk qrupuna həmsədrlik edən ölkələr, onlar bizim ərazi bütövlüyümüzü tanıyır. Avropa İttifaqı ilə bizim “Tərəfdaşlıq prioritetləri” adlı sənəd paraflanmışdır. Orada Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərimizin toxunulmazlığına dəstək göstərilir. Yəni, mən inanmıram ki, hər hansı bir ölkə Dağlıq Qarabağın müstəqilliyini tanısın. Çünki bundan heç bir saat keçməmiş bu ölkə ilə biz bütün diplomatik əlaqələrimizi kəsərik. Bu, mütləqdir. Ona görə Ermənistanın bu cəhdləri, sadəcə olaraq, daxilə, yəni, öz ictimaiyyətinə hesablanıb ki, sanki bunlar da hər hansı bir diplomatik fəaliyyətdədirlər”.

       Dünyanın heç bir yerində savaşı kütlə aparmır və qazanmır. Müharibələri dövlət, ordu, kəşfiyyat, diplomatlar aparır, millətin iradəsi qalib gəlir. Millətimizin, dövlətimizin və Ali Baş Komandanımızın iradəsi ortadadır. Dağlıq Qarabağ Azərbaycan torpağıdır və işğal altındadır. Prezidentimiz Cənab İlham Əliyevin çıxışları  məndə belə bir qənaət formalaşdırır ki, İlham Əliyev Qarabağ məsələsinə məhz prezident kimi hazırkı səlahiyyət müddətində nöqtə qoymaq əzmindədir və bu nöqtə məhz “Qarabağ Azərbaycandır” nidasının altındakı işarədir.

Əfsanə Mustafayeva,

Xocalı rayon ziyalısı,


Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top