BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

13 Ekim 2020 Salı

HUMANİSTLİYİ QƏBUL EDƏ BİLMƏYƏN QƏDDAR ERMƏNİLƏR

Posted at  10/13/2020  |  in  

 


          9 oktyabr 2020-ci il tarixdə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Rusiya Xarici İşlər naziri Sergey Lavrovun təşəbbüsü ilə Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında görüş keçirildi. Görüşün əsas məqsədi döyüş meydanında meyitləri və eynilə hər iki tərəfdən əsir götürülən insanları dəyişmək idi. Bunun üçün 12 saata yaxın çəkən müzakirələrdən sonra 10 oktyabr 2020-ci il saat 12:00-dan hər iki tərəfin iştirakı ilə humanitar atəşkəs elan edilməsi və hər iki tərəfin buna əməl etməsi ilə bağlı müqavilə imzalandı. Müqavilə Rusiya Xarici İşlər naziri Sergey Lavrov, aərbaycan Respublikasının xarici İşlər naziri Ceyhun Bayramov, Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan tərəfindən imzalandı. Bu humanitar atəşkəs müqaviləsinə Azərbaycan Silahlı Qüvvələri tərəfindən riayət edildi. Lakin Ermənistan Silahlı Qüvvələri bütün günü cəbhədə atəşi davam etdirdi. Bu azmış kimi məğlubiyyətdən hiddətlənən düşmən 11 oktyabr gecə saat 2 radələrində Gəncə şəhərinin əhalinin sıx məskunlaşdığı ərazini Ermənistanın Vardenis rayonundan raket atəşinə mıruz qoydu. Nəticədə yaşayış binalarına və mülki infrastruktura ciddi ziyan dəydi, 10 nəfər dinc sakin həlak oldu, 40-a yaxın sakin müxtəlif dərəcəli bədən xəsarətləri aldı. Həmin vaxt nankor qonşularımız Mingəçevir şəhərində yerləşən həyati əhəmiyyətli obyektləri hədəfə almışlar. Rəşadətli Azərbaycan ordusunun hava hücumundan müdafiə qüvvələri həmin raketləri vaxında zərərsizləşdirməsəydi, itki daha çox ola bilərdi. Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin rəmzi olan və ağ bayraq qaldıraraq cəsədləri yığmağa cəhd edən maşın da Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşə məruz qalmış, bir tibb işçisi yaralanmışdır. Artıq dünya ictimaiyyəti və Ermənistanın havadarları da onların humanitar atəşkəsi pozduğunu təsdiqləyir. Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev, Baş Prokuror Kamran Əliyev və başqa dövlət nümayəndələri Gəncə şəhərində hadisə yerində olmuş, xarici ölkə səfirliklərinin nümayəndələri və xarici jurnalistlər qarşısında həqiqətləri dünyaya çatdırmağı tələb etmişlər. Düşmənin son nəfəsində dinc əhalini hədəf alması Azərbaycan xalqını qorxutmur, Silahlı Qüvvələrin döyüş əzmini daha da artırır. Qələbə ilə irəliləyən ordumuz düşməni sərhədimizdən çıxarıb, ərazi bütövlüyümüzü təmin edəcəkdir. Azərbaycan əsgərinə eşq olsun! Qarabağ Azərbaycandır!

Aydın Həsənov,

Xocalı rayon ziyalısı


Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

Əlaqə

Redaksiyamızın ünvanı:
Gəncə şəhəri, Yeni qəsəbə - 2
Tel: (070 - 222 - 26 - 48; (050) 678 - 10 - 44
E - mail: xocalininsesi@gmail.com
About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top