BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

19 Ekim 2020 Pazartesi

Haqlı tərəf hər zaman ədalət məhkəməsində qalib gələcək!

Posted at  10/19/2020  |  in  

        Azərbaycan və Ermənistan arasında baş vermiş Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olmuşdur. 1988-ci ildən bəri davam edən münaqişə bu günə qədər öz təcavüzkar xarakterini saxlamışdır. Bu illər ərzində Azərbaycan torpaqlarının 20%-i işğal olundu, 1 milyona yaxın insan öz yurd yuvalarından didərgin düşdü və hər zaman dinc əhalimizə qarşı təxribatlar törədildi. 1994-cü ildən bəri imzalanmış atəşkəsə baxmayaraq, təcavüzkar dövlət heç vaxt öz mənfur əməllərindən əl çəkməmişdir. Atəşkəsə layiq olmayan bir dövlət bu illər ərzində hər zaman ön cəbhədə və diplomatiya sahəsində öz cavablarını layiqincə almışdır. 

         27 sentyabr 2020-ci ildə düşmən tərəfinin cəbhəyanı kəndlərimizə növbəti təxribatı baş verdi və bu zaman Ali Baş Komandanımız Cənab İlham Əliyevin əks-hücum əməliyyatı əmri verməsi Azərbaycanın tarixində yeni başlanğıc oldu. 30 ildən sonra şanlı ordumuz tarix yazdı. İllərdən bəri işğal altında olan bir neçə şəhər və kəndlərimiz işğaldan azad olundu.

         Artıq Azərbaycan tarixi günlər yaşayır. Son günlər Azərbaycan dünya dövlətlərinin, o cümlədən dünya mediasının nəzər nöqtəsinə çevrilib. 17 Oktyabrda ölkə prezidenti İlham Əliyev Türkiyənin “A Haber” televiziya kanalına müsahibə verdi. Müsahibə zamanı prezident aparıcının suallarını çox aydın şəkildə cavablandıraraq qeyd etdi ki, bizim yolumuz haqq yoludur. Biz, öz torpaqlarımızı azad etmək üçün vuruşuruq. Erməni faşistləri hər zaman olduğu kimi bizim güclü ordumuza tab gətirə bilmədikləri üçün sivil və dinc əhaliyə qarşı təxribatlar törədirlər. Biz heç vaxt onların mülki şəxslərinə atəş açmadığımız halda onlar bizim dinc əhalinin yaşadığı məntəqələri qadağan olunmuş silahlardan atəşə tuturlar. Humanitar atəşkəsdən bir neçə saat keçməmiş Gəncə şəhərində, Tərtərdə və Tərtər qəbiristanlığında, Ağdam və Goranboy rayonlarında dinc əhaliyə qarşı təxribatlar törətdilər. Oktyabr ayının 17-nə qədər  47 nəfər dinc sakin və uşaqların öldürülməsi, 222 nəfərin yaralanması mənfur ermənilərin terrorçu siyasətinin nəticəsidir. Cənab prezidentimiz mülki şəxslərin və əsgərlərimizin itkisindən üzüldüyünü də dilə gətirmişdir.

         Mənfur ermənilər hər zaman öz yalanları ilə dünya dövlətlərini inandırmağa çalışır. Özləri Suriya və Livandan muzdlu döyüşçülər gətirdikləri halda, guya ki,  biz tərəfdən Türkiyə və Pakistan əsgərlərinin döyüşdüklərini deyirlər. Ölkə prezidenti bildirdi ki,bizim qardaş ölkələrin yalnız siyasi və mənəvi dəstəklərinə ehtiyacımız var. Çünki bizim yüz minlik güclü ordumuz var və lazım olarsa, səfərbərlik elan edib bu sayı daha da artıra bilərik. Güclü ordumuzun sayəsində tezliklə torpaqlarımızın hər birini işğaldan azad edəcəyik. Prezidentimiz qeyd etmişdi ki, mən heç zaman hansı rayonun nə zaman alınacağını əsgərlərimizin qarşısına məqsəd qoymamışam. Bütün bunlar mərhələli şəkildə həyata keçirilir. İndiyə qədər bir neçə yaşayış məntəqələrimiz və vacib yüksəkliklər düşmən işğalından azad edimişdir. Məhz ordumuzun qüdrətinin sayəsində düşmən döyüş meydanını tərk edərək geri çəkilir və külli miqdarda qənimətlər ələ keçirilir. Bugünə qədər düşmənin 2 mlrd dollarlıq silah-sursatı, hərbi texnikası ələ keçirilmişdir. 

Prezidentimiz ordumuzun gücünə arxalanaraq, tezliklə bayraqlarımızın bütün işğal olunmuş şəhər və kəndlərimizdə, o cümlədən Şuşada dalğalanacağına əmin olduğunu bildirmişdir. Mərhum prezidentimiz Heydər Əliyevin vəsiyyətini layiqli şəkildə yerinə yetirəcəyini diqqətə çatdırmışdır. 

         Biz hər birimiz bir vətəndaş olaraq, qürurverici günlər yaşayırıq və inanılmaz qələbəmizlə fəxr edirik. Şükürlər olsun ki, üçrəngli bayrağımız Cəbrayılda, Füzulidə, Hadrutda, Suqovuşanda və onlarla kəndlərimizdə dalğalanır. İnanırıq ki, şanlı bayrağımız bütün işğal altında olan şəhər və kəndlərimizdə dalğalanacaq. Biz buna əminik! Çünki bizim Tarix Yazan Sərkərdəmiz, heçnədən çəkinməyən Rəşadətli Ordumuz  və Məğrur Xalqımız var! 

     Allah başda Ali Baş Komandan İlham Əliyev olmaqla Azərbaycanın ərazi bütovlüyünü yenidən bərpa edən bütün əsgərlərimizi qorusun! Allah bu yolda ölümsüzlüyə qovuşan şəhidlərimizə rəhmət eləsin!

Vəsilə Quliyeva,

Xocalı rayon sakini


Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top