Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Ağdam bərpa ediləcək, əvvəlki gözəlliyinə çatacaq

 


      20 noyabr 2020-ci il Azərbaycan Respublikasının Prezidenti, Ali Baş komandan İlham Əliyev Azərbaycan xalqına müraciətində Ağdam rayonunun erməni işğalından azad edildiyini elan etdi. 27 ildən artıqdır ki, Ağdam şəhəri və bir sıra kəndləri Ermənistan dövləti tərəfindən işğal edilmişdir. Ağdam rayonu işğala qədər necə bir tarixi dövrdən keçmişdi. Buna qısaca bir nəzər salaq. Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində, Kür-Araz ovalığının qərbində yerləşir. Ağdam Azərbaycan Respublikasında çox qədim tarixə malik olan bir ərazidir. Burada aşkar edilmiş Üçoğlantəpə, Leylatəpə, Üzərliktəpə və digər yaşayış məsgənləri onun qədimliyindən xəbər verir. Üzərliktəpə isə Qafqazda ilk şəhər tipli yaşayış məskənlərindən biri olmuşdu. Ağdamda​ yerli əhali oturaq həyat keçirmiş və yüksək əkinçilik mədəniyyətinə malik olmuşdur. Ağdamın işğaldan əvvəlki​ tarixinə nəzər yetirsək, Ağdam həm sənaye, həm də inkişaf etmiş kənd təsərrüfatına malik bir rayon idi. Burada dəzgah avadanlıqları,arekosmik və rabitə cihazları, asfalt, konserv, yağ-pendir, pambıq, şərab, çörək zavodu, xalça fabriki və digər sənaye sahələri fəaliyyət göstərirdi. Ağdam rayonu münbit torpağa malikdir. Ona görə də, kənd təssərüfatının pambıqçılıq, üzümçülük və heyvandarlıq sahələri burada inkişaf etmişdir. Ağdam rayonundan elm və mədəniyyət sahəsində tanınmış bir sıra görkəmli şəxslər çıxmışdır. Onlardan müxtəlif elm sahələrində xidmətləri olan - Ziyəddin Göyüşov, Rəşid Göyüşov, Teymur Vəliyev, Tofiq Vəliyev, Əkbər Bayramov, Bayram Bayramov, Adilə Namazova, Süleyman Sani Axundov, Əlfi Qasımov, Şahmar Əkbərzadə, Xudu Məmmədov və digərlərini göstərmək olar. Xudu Məmmədov XX əsrin 60-cı illərində Azərbaycanda milli oyanışda mühüm xidmət göstərmişdi. Belə ki, 1962-ci ildə „Milli Azərbaycan Qərargahı” yaradılmişdı. Oqtay Rəfili onun sədri, Xudu Məmmədov sədr müavini seçilmişdi. Qərargahın məqsədi isə mühüm vəzifələrə azərbaycanlıları​ gətirmək idi. Onlar bir neçə mühüm vəzifəyə milli kadrların təyin edilməsinə nail də olmuşdular. Ermənilər Azərbaycan torpağına iddia irəli sürən zaman Ağdam burada cəryan edən hadisələrin mərkəzi olmuşdur. Ermənistan Dağlıq Qarabağı işğal etmək məqsədi ilə 1988-ci ilin fevralında başladığı müharibəyə ilk olaraq Ağdam rayonu cəlb olundu. Qarabağ müharibəsində ilk şəhidləri də Ağdam rayonu verdi. 1988-ci il fevralın 22-də Əli Hacıyev və Bəxtiyar Quliyev şəhid oldular.

      Ağdam təkcə ermənilərlə döyüşmədi, eyni zamanda Ermənistandan və Dağlıq Qarabağdan silah gücünə amansızlıqla, vəhşiliklə qovulub, didərgin salınan on minlərlə azərbaycanlının pənah yeri oldu.1992-ci ildə Dağlıq Qarabağı bütünlükdə işğal edən Ermənistan Rusiya ordusuna arxalanaraq, ətraf rayonlara, xüsusən də​ Ağdama olan​ hücumlarını artırdı. 1993-cü il may ayının​ 11-dən başlayan hücum əməliyyatları 23 iyulda Ağdam şəhərinin işğalı ilə başa çatdı. 1994-cü il mayın 12-dək, yəni atəşkəs elan edilənədək, hərbi təcavüz nəticəsində ermənilər​ Ağdam rayonunun 77,4%-ni işğal etmişdilər. Birinci Qarabağ müharibəsində Ağdam 6000-dən çox şəhid vermişdi.

​       20 noyabr 2020-ci ildə isə müzəffər Azərbaycan ordusu Ağdama daxil oldu. Ağdam şəhərinin mərkəzində Azərbaycanın Dövlət Bayrağı ucaldıldı və Dövlət Himni səsləndirildi. Ağdam rayonu və digər rayonlarımızın işğaldan azad olunmasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həm diplomatik bacarığı, həm də Ali Baş Komandan kimi hərbi rəhbərliyi təqdirə layiqdir. Biz bunu alqışlayırıq.

      23 noyabrda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Vitse-prezident Mehriban Əliyevanın Ağdam rayonuna səfəri zamanı kadrlardan göründüyü kimi və prezidentin ifadə etdiyi kimi ermənilər şəhərdə və kəndlərdə daşı-daş üstə qoymamışdılar. Ağdamdakı maddi-mədəni abidələr tamamilə dağıdılmışdır. Prezident İlham Əliyev burada çıxış edərək bildirdi ki, biz tezliklə digər işğaldan azad olunmuş rayonlar kimi Ağdam rayonunun da yenidən qurulmasına, tikintisinə başlayacayıq. Elə ilk​ gündən prezidentin göstərişi ilə Ağdam rayonuna yolun çəkilməsinə başlanıldı. Bu da onu göstərir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin əsas diqqət mərkəzində işğaldan azad olunmuş rayonların abadlaşmasıdır ki, məcburi köçkünlər tezliklə öz torpaqlarına qayıtsınlar.

     Prezident İlham Əliyev hər çıxışında Vətən müharibəsində Azərbaycan xalqının bir yumruq kimi birləşdiyini qeyd edərək,qələbəmizin təmin olunmasında böyük rol oynadığını bildirirdi. Bu birliyin təmin olunmasında isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevın böyük əməyi vardır.

Var olsun Azərbaycan xalqının birliyi!

Qarabağ Azərbaycandır!

Gülnaz Mamedova,

Xocalı şəhər 2 saylı tam orta məktəbin Tarix müəllimi

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Üçgünlük körpəsi ilə erməni zindanında amansız işgəncələrə məruz qalan ana

          Müsahibim Xocalıda 4 uşağı ilə erməni quldurları tərəfindən əsir götürülərək 10 günlük girovluq həyatı yaşayan Məhsəti türkü Mehri...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi