BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

22 Kasım 2020 Pazar

Ana Vətən Azərbaycan, doğma yurdum!​

Posted at  11/22/2020  |  in  

 


Hər qarışı, hər yeri çox​ dəyərlidir. Sənin​ qoynunda doğulub, boya​ - başa​ çatmaq bir​ fəxarətdir. İnsanın​ kiçik yaşlarında​ dərk etmədiyi bəzi şeylər böyüdükcə onu​ narahat​ edir. Belə​ ki, körpə olduğumda itirdiyim​ yurdumu​ böyüdükdə​ dərk etmək​ kimi. Onun​ dəyərinin​ necə​ önəmli olduğunu bilmək kimi. 27 il öncə​ məcbur olaraq çıxarıldığım Ağdamın 27 il sonra​ dərk etdiyim​ kimi. Körpə​ qız​ idim. Onda​ nə bilirdim hara gedirik, niyə gedirik ?​ Kimdi​ bizi buna məcbur edən!? Xatırladığım sadəcə​ körpələrin qışqırığı, onların​ fəryadıdır. Köçkünlük​ həyatı çox​ ağırdır. Hələ​ də sənə “qaçqın”​ deyə müraciət olunan o söz.

Ümummilli Lider​ çox sevirdi bizi, ev qurdu​ bizə, iş verdi bizə, heç kimə izin vermədi bizi xor​ görməyə. Mənim​ xalqım, mənim millətim ifadəsi​ bizə bir ümid​ verirdi. Ölümündən​ sonra Cənab İlham Əliyevin gəlişi eynən atasının yolu ilə getməsi​ ümidimizi itirməyə​ qoymadı. Ağdamlılar​ hər zaman​ Prezidentin yanında olub, nə vaxtsa getmiş Ağdamın qayıdacağına​ inanmayıb, bunun üçün heç vaxt dualarını əskik​ etməyib.​

     Hər kəs Ağdama dövlətimiz üçün​ nə qədər dəyərli​ olduğunu​ bilir. Ola​ bilər bəzi insanlar bunu geniş şəkildə​ bilmirlər. Ancaq​ öyrənməlidir. Hamımızın​ təkcə Ağdamın deyil işğaldan azad olunan​ bütün​ rayonlarımızın​ əhəmiyyətini dərk​ etməliyik. Anlamalıyıq​ ki, vandal erməni nəyə görə Qarabağa bu qədər​ meyil​ edib. Onun​ olmayan bir şey üçün qan​ tökülməsinə​ razi​ olub. Ağdam​ həm siyasi, həmdə strateji baxımından​ çox​ dəyərlidir. Ora​ inzibati mərkəz olub, Qarabağ düzündə ən iri şəhərlərdən​ biridir. Ora​da böyük mədəni mərkəzləri, ticarət obyektləri, həmçinin ağır və yüngül sənaye mərkəzləri​ fəaliyyət​ gösətrib. Ağdam​ çörək muzeyi dünyanın bir çox​ ölkələrində​ məhşurdur. Baxmayaraq​ ki,​ işğal altında olub, amma hər zaman bütün dünya​ Ağdamı Azərbaycanın torpağı kimi​ tanımışdır. Onun​ haqqında yetərli qədər məlumata sahib​ olublar. Ermənistan​ 1988-ci ilin fevral ayında başlayaraq Qarabağa hücum etmiş, ən böyük zərbələrdən birini də Ağdama​ vurmuşdur. Daha​ sonra Ermənistan hakimiyyəti bəzi​ xarici dövlətlərin​ köməyilə​ Azərbaycanın rayonlarını işğal etdikdən sonra​ növbəti hədəf Ağdam​ seçdi. Böyük​ mübarizədən sonra 1993-cü il iyulun 23-ü​ Ağdam böyük şəhid verməsinə baxmayaraq işğal​ olundu.Çox​ insan öz yurdundan ayrı düşdü və​ qaçıqnlıq​ həyatı​ yaşandı. Düz​ 27 il...Mənə çox ağırdır, bunları yenidən​ xatırlamaq. Amma​ o qədər​ sevincliyəm ki, xatırlamağı özümə borc​ bilirəm. Çünki​, mən bu gün​ qalibəm. Düşmən​ bütün bu​ törətdikləri​ əməllərin​ əlbət cavabını​ verəcəklər. Mən​ inanıram ki, bizim Prezident bu işin​ sonuna​ qədər gedəcək və onun cəzasını alınacağı üçün əlindən gələni​ əsirgəməyəcək. Biz​ bu işdə də onun arxasında yumruq kimi​ birləşməliyik. Hər​ birimizin öz​ cəbhəsi var​ axı. Əsgər​ cəbhədə həkim​ xəstəxanda, müəllim məktəbdə.​ Yəni müharibə bitdi , biz​ qalibik. Torpaqlarımız​ qayıtdı deyib kifayətlənməyəcək​, hər cəbhədə onlara qarşı mübarizə aparaq.​


      Mən qürur duyuram, torpağım qayıtdı, Ağdamım artıq​ azaddır. Bizi​ gözləyir. Cənab​ Prezidentin ayaq basdığı məsciddə, ibadət etdiyi o müqəddəs yerdə biz artıq gedib qurbanlarımızı​ kəsməliyik. Çox​ yaxın vaxtlarda bunlar hamısı olacaq, yetər ki, sən yaşa​ gözəl yurdum, rahat yat mənim dəyərli əsgərim.​

      Prezident oranı çox ətraflı​ gəzdi. Üzündən​ çox böyük sevinc hiss​ olunurdu. Çünki, Ağdam​ mədəniyyət ocağı yenidən alovlanırdı, yenidən gözəl​ muğamlarımız dünyaya səs​ salacaq. Sənaye​ mərkəzləri​ böyüyüb dünyanın mühüm strukturuna​ çevriləcək. Hər​ kəs bilir, Azərbaycanın dəyərli muğam ustadları Arif Babayev​,​ Mənsum​ İbrahimov Ağdam​ Qarqarından su​ içiblər. Həmçinin​ Ağdamda pambıqçılıq, üzümçülük, xüsusi ilə taxılçılıq​ geniş​ yayılıb. Bunların​ hər biri inkişaf etmək üçün​ yenidən öz​ ​ camaatını gözləyir.​ ​         

         Prezidentimiz​ Ağdma​ məscidinin qarşısında çıxış edərkən xüsusilə vurğuladı ki,​ erməni mənfurları nə qədər lazımi yerləri dağıdıb​, talan​ qoyub. Bir​ dənə salamat ev, divar​ qalmayıb. Hər​ yeri yerlə - yeksan​ ediblər. Bu​ ki, öz düşüncələrində biliblər ki, biz bununla məyus​ olacağıq. Amma​ mənim xalqım vüqarlıdır. Uçan​ bütün yerləri tikilib bərpa​ ediləcəkdir. Yetər​ ki ,​ başında İlham Əliyev kimi lider, əlində də qüvvət olsun.​

Ülviyyə Əhmədova,

​Xocalı​ rayon gənci

22.11.2020

Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top