BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

14 Kasım 2020 Cumartesi

Azərbaycan Ordusu Böyük Zəfərə imza atdı

Posted at  11/14/2020  |  in  

27 sentyabrda başlayan Vətən müharibəsi 10 noyabr 2020-cil tarixdə haqlı olanın, yəni doğma Azərbaycanımızın möhtəşəm qələbəsi ilə başa çatdı. 44 günlük qısa bir zaman aralığında müzəffər Azərbaycan ordusu ağılasığmaz dərəcədə qəhrəmanlıqlar nümayiş etdirərək böyük zəfərlərə imza atdı. Ordumuz qarşısında duruş gətirə bilməyən düşmən, özünün məğlubiyyətini qəbul etdi və kapitulyasiya haqqında sənədi imzalamağa məcbur edildi. Göründüyü kimi bu olduqca möhtəşəm bir qələbə idi.

Lakin bu qələbə Azərbaycan ordusunun şücaəti və qəhrəman əsgərlərimizin qanı bahasına başa gəldi. Döyüşə atılan hər bir əsgər müqəddəs torpaqlar uğrunda bir damla qanını olsa belə əsirgəmədi. Bir çox igidlərimiz vətən uğrunda şəhid oldu, digər bir qrup isə sağlamlıqlarını itirərə qazi oldular.Bütün bu çətin anlarda Azərbaycan xalqı etnik kimliyindən asılı olmayaraq Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi sıx birləşdi. Hər kəsi yalnız bir şey düşündürürdü. Hər şey Vətən üçün, hər şey cəbhə üçün. Məhz bu birliyin nəticəsində gələcəkdə Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq bu böyük qələbə əldə olundu. Qazanılmış qələbənin böyüklüyündəndir ki, bu günlər Ermənistan deyilən faşist yuvası artıq matəm içərisindədir. Ölkəni mitinqlər dalğası ağuşuna alıb. Bütün müxalif qüvvələr Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təbirincə desək təlxək Paşinyanın istefasını tələb edir. Addımbaşı Kəlbəcəri, Ağdamı, Laçını tərk etmək məcburiyyətində olan mənfur ermənilərin göz yaşlarını müşahidə edirik. Bunlar vaxtilə erməni quldurlarının bizə yaşatdıqlarının layiqli cavabıdır.
Maraqlı burasıdır ki, ermənilərin bu qədər hüznlə qarşıladığı belə bir qələbəni öz içimizdən olan bəzi müxalif qüvvələr qəbul etmək istəmir, bu qələbəni elə ermənilər kimi məyusluqla qarşılayır və qazanılmış qələbəyə kölgə salmağa çalışırlar. Əlbəttə bu həm əldə etdiyimiz birliyə müəyyən mənada xələl gətirir, həm də düşmən dəyirmanına su tökməkdən başqa bir şeyə xidmət etmir. 30 ildə itirdiklərimizi, özü də nəzərə alsaq ki, həmin ərazilərin itirilməsinin günahgarı həmin müxalif qüvvələrdir, cəmi 44 günə geri qaytara bilmişiksə, belə bir qələbəni görməmək mənəvi korluqdan başqa bir şey deyildir.
Kimlərinsə bulanıq suda balıq tutmaq cəhdləri yenə də boşa çıxacaqdır. Çünki Azərbaycan xalqı artıq ağı qaradan seçməyi bacarır. Bu gün xalqımız cənab İlham Əliyevin ətrafında sıx birləşib. İndi xalqı yalnız azad edilmiş əraziləri yenidən inkişaf etdirmək, oralarda quruculuq işlərinə başlamaq və həmin yerlərin müdafiəsini təşkil etmək məsələləri düşündürür. Heç bir qüvvə bu birliyi sarsıtmaq iqtidarında deyildir.
Ələddin əhmədov,
Xocalı şəhər 3 saylı tam orta məktəbin müəllimi

Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top