BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

11 Kasım 2020 Çarşamba

HAQLI DA BİZİK, GÜCLÜ DƏ! HAQQI DA GÖSTƏRDİK, GÜCÜ DƏ!

Posted at  11/11/2020  |  in  

27 sentyabr 2020-ci il! Həmin gün Azərbaycan tarixinə erməni silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti təxribatı və Azərbaycanın Ermənistan üzərində möhtəşəm qələbəsinin başlanğıc günü kimi həkk olundu. Ermənilər təxribat törədəndə heç ağıllarına belə gəlməzdi ki, onları qarşıda nələr gözləyir və aqibətləri necə olacaq. Müharibənin başladığı bir ay müddətində ard-arda 4 şəhərimizin, 200-dən artıq kənd və qəsəbəmizin işğaldan azad olunması qələbə günümüzə yaxınlaşdığımızdan xəbər verirdi. Hər gün Ali Baş Komandanımızdan yeni şad xəbərlər gözləyirdik.

Noyabr ayının 8-də dövlət Başçısı Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edərək Şuşa şəhərinin işğaldan azad olunması xəbərini xalqa çatdırdı. Prezident əvvəlcə Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdi və xalqa müraciəti zamanı ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü çox xoşbəxt hiss etdiyini bildirdi. Sonra isə Şəhidlər Xiyabanında Əbədi Məşəl Kompleksi üzərinə əklil qoyaraq bu möhtəşəm xəbəri xalqa çatdırdı. Dövlət başçısı qeyd etdi ki, 28 illik həsrətdən sonra Şuşa şəhəri işğaldan azad olundu. Bu münasibətlə bütün Azərbaycan xalqını və Şuşa əhalisini təbrik edərək bildirdi ki, Şuşa bizimdir, Qarabağ bizimdir. Bu gündən sonra 8 noyabr 2020-ci il Azərbaycan tarixində əbədi qalacaq. 30 illik mənasız danışıqlar prosesi heç bir işə yaramadı və düşmən hər zaman istədi ki, status-kvonu saxlasın. Lakin mən bununla heç vaxt razılaşmadım. Biz bu qələbəni danışıq masasında yox, döyüş meydanında qazandıq. Xalqımızın, əsgər və zabitlərimizin canı-qanı bahasına əldə etdik. Dövlət Başçısı bütün şəhidlərimizə Allahdan rəhmət diləyərək, yaralı əsgərlərimizə tezliklə şəfa tapmalarını arzu etdi. Ali Baş Komandan bildirdi ki, qədim şəhərimiz olan Şuşa Azərbaycan üçün çox önəmlidir. Şuşa tək Azərbaycanın yox, bütün Qafqazın incisidir. Mənfur düşmən Şuşanın mədəni və tarixi abidələrini dağıtmış, məscidlərimizi təhqir etmişdir. Mən söz verirəm ki, bunların hər biri bərpa olunacaq və Şuşada yenidən əzan səsi eşidiləcək.
Prezident qeyd etdi ki, iqtisadi gücümüz olmasa, güclü ordumuz da olmazdı və bu möhtəşəm qələbəyə nail ola bilməzdik. Şükürlər olsun ki, Azərbaycan iqtisadi cəhətdən heç bir dövlətdən asılı deyil. Azərbaycan xalqı bu şanlı zəfər yolunda yumruq kimi birləşdi və bu “Dəmir Yumruq” sayəsində düşmənin başını əzə bildik. Mən hər zaman sözümə sadiq olaraq xalqımın yanında olmuşam və olacam. Xoşbəxtəm ki, bu şad xəbəri xalqıma çatdırdım.
Ali Baş Komandan İlham Əliyev sonda bir daha bildirdi ki, Şuşa bizimdir!, Qarabağ bizimdir!, Qarabağ Azərbaycandır!
Rafiq Quliyev,
Xocalı rayon Kosalar kənd tam orta məktəbin direktoru

Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top