BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

18 Kasım 2020 Çarşamba

Qarabağa Böyük Qayıdış başlanır

Posted at  11/18/2020  |  in  


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonuna səfər etməsi, eyni zamanda Azərbaycanın tarixi memarlıq abidəsi olan Xudafərin körpüsünü ziyarət etmələri xalqımızda olan ruh yüksəkliyini daha da artırır. Prezident İlham Əliyev Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını qaldırıb. Dövlət başçısının üçrəngli bayrağımızı tarixi Xudafərin körpüsündə qaldırması Azərbaycan xalqı üçün qürur və fəxarətdir. Çünki bayraq qürur duyduğumuz nişanədir - dövlətin varlığını sübut edir. Dünyada millətimizin imzasını imzalar içində təsdiqləyir. Harada ki aylı-ulduzlu üçrəngli bayraq dalğalanır - ora bizim Vətənimizdir. Bir sözlə, dostu sevindirən, düşmənin gözünə tikan kimi batan üçrəngli bayrağımız dövlətimizin varlığını bütün dünyada təsdiqləyir. Şübhə yoxdur ki, müstəqil Azərbaycan siyasi, iqtisadi və hərbi cəhətdən möhkəmləndikcə milli bayrağımız daha yüksəklərə ucalacaq, sancıldığı məkanların sayı daha da artacaq. Bu səfər zamanı ölkə başçısı və vitse-prezident erməni vandallarının Azərbaycanın yaşayış məntəqələrini darmadağın edib viran qoymasının canlı şahidi oldular. Qısa bir zaman ərzində qələbəni təmin edən müzəffər Ali Baş Komandanımız erməni işğalçıları tərəfindən xarabazarlığa çevrilmiş yaşayış məntəqələrimizin də tezliklə bərpa olunacağını bildirdi. Dövlət başçısının Cəbrayıl- Füzuli- Şuşa yolunun yenidən qurulması üçün böyük məbləğdə vəsait ayırması, dünya standartlarına cavab verən magistralın tez bir zamanda çəkiləcəyi xəbəri bizi daha da sevindirir. Eyni zamanda, yaşayış məntəqələrimizin təzədən qurulacağı, bütün infrastrukturun yenidən bərpa edilməsi əsas məqsəd kimi qarşıda dayanır. Bütün bu görülən işlər ölkə başçısının qətiyyəti və iradəsi sayəsində baş verir. İnanırıq ki, yaxın zamanlarda Qarabağa böyük qayıdış başlanacaq və öz yurd-yuvasından didərgin düşmüş soydaşlarımızın 30 illik həsrətinə son qoyulacaq. Cənab prezidentin söylədiyi kimi Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!​

​Fərhad Gülməmmədov,
​ ​ Xocalı şəhər 2 saylı tam orta məktəbin müəllimi

Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top