Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Qarabağda həyat yenidən dirçələcək

 


        Tarixən Azərbaycan dövlətinin tərkibində ən gözəl məkan olan özünəməxsus adət-ənnənəsi ilə seçilən qədim və zəngin mədəniyyətə malik olan Qarabağ bölgəsi əsrlərlə öz soy-kökünə bağlı olan soydaşlarmızın yaşadığı bölgə olmuşdur. Zəngin təbiəti bol sərvəti ilə məhşur olan doğma Qarabağ həm də əsirlərlə bu ərazilərdə mövcud olan qədim mədəniyyət nümunələri tarixi-mədəni abidələr öz unikallığı və qədimliyi ilə fərqlənmiş bu əraziyə yolu düşən hər bir turistin, qonağın diqqətini özünə çəkmişdir. Əlbəttə, 30 il ərzində işğal altında qalan ərazilərmizdə düşmən öz vandal hərəkətləri ilə xalqımıza məxsus maddi və mənəvi dəyərləri talamaqla dağıtmaqla, oğurlamaqla kifayətlənməmiş, həm də öz mənfur niyyətini tarixi abidələrmizi saxtalaşdırmaqla məşğul olmuşdur. Cənubi Azərbaycanla Şimali Azərbaycanı ayıran Araz çayı üzərində yerləşən qədim Xüdafərin körpüsü düşmən əsarəti altında dağıntıya məruz qalmış illərlə körpü baxımsızlıq üzündən dağılmaq təhlükəsi ilə üzləşmişdir. 44 günlük müharibədən sonra düşmən üzərində qazanılmış qələbədən sonra işğal altında qalan torpaqlarımızla yanaşı, tarixi abidələrimiz qədim tarixə malik olan mədəniyyət nümunələrmiz də əsarətdən xilas olmuş oldu.

       Prezident Cənab İlham Əliyev qeyd etmişdir: “Füsunkar təbiəti və tarixi abidələri olan Qarabağ Azərbaycanın əsas turizm zonasından birinə çevriləcəkdir”. Turizm üçün böyük potensiala malik olan Qarabağı tezliklə füsunkar bir bölgəyə çevirmək üçün Prezident Cənab İlham Əliyevin tapşırığına əsasən Qarabağ bölgəsinin işğaldan azad edilmiş bölgələrmizin dirçəldilməsi üçün bir sıra plan tərtib olunmuş yol çəklişinə başlanılmış daşınmaz mədəni abidələrmizə baxış keçirilmiş düşmənin, bu abidələrə vurduğu ziyan müəyyənləşdirilmişdir.

        Prezident İlham Əliyev bildirmişdir: “Niyə 30 il ərzində UNESCO dini abidələrin vəziyyəti ilə bağlı məsələ qaldırmayıb ?” əlbəttə, gerçəkdə erməni vandalları işğal altında olan qədim tarixi olan məscidlərmizin dağıtmış bəzilərində heyvan, donuz saxlamış bilərəkdən dinimiz ibadət evimiz sayılan məscidlərmizə qarşı nifrət hissi aşılayaraq bu abidələrdə xalqımıza məxsus olan nişanələri dəyişdirərək özünküləşdirməyə cəhd etmişdir. Məhz erməni qatillərinin əl atdığı saxtakarlıq nümunələrindən  

biri də 28 ildən sonra işğaldan azad olunmuş Kəlbəcər rayonu ərazisində yerləşən qədim tarixi ilə seçilən Albanlara məxsus Xudavəng ibadət monastırıdır. Öz unikallığı ilə seçilən Xudavəng monastırını ermənilər tərəfindən saxtalaşdırmaq üçün burada müəyyən yazıları dəyişdirib monastırın xiristian ermənilərinə məxsus olmasına aid yalan məlumatlar yerləşdirməyə cəhd etmişlər. Azərbaycan musiqisinin beşiyi mədəniyyətimizin incisi olan Şuşa şəhərinin öz azadlığına qovuşması burada yerləşən tarixi mədəniyyət nümunələrini görkəmli şəxsiyyətlərin yaşadığı evlərin dağıdılması muzeydə olan ekisponatların erməni vandalları tərəfindən oğurlanaraq xaricdə satılmasını həyata keçirmişlər. Qarabağın incilərindən sayılan Qarabağ xalçaları öz məhşurluğu ilə dünyada seçilir, lakin düşmən öz adından bu xalçaları baha qiymətə xaricdə satılmasını təşkil etmiş, xalqımızın mədəni irsini özünküləşdirmək kimi mənfur niyyətə cəhd etmişdir. Prezident Cənab İlham Əliyevin Sərəncamına əsasən, 2021-ci il “Nizami Gəncəvi İli” elan edilib, həmçinin Prezident İlham Əliyev çıxışında bildirmişdir ki, “Şuşanı Azərbaycanın mədəniyyət paytaxı” elan edirəm bu il bu şəhərdə “Xarı bülbül” musiqi festivalı ,”Vaqif” poeziya festivalı keçiriləcəyi ictimaiyyətə bəyan edilmişdir. Öz soy-kökünə bağlı olan Azərbaycan xalqı əlbəttə mədəniyyətinə ana dilinə adət-ənənnəsinə daim sahib çıxmış bu maddi-mənəvi dəyərlərini qoruyub yaşatmaq üçün mücadilə aparmışdır.

         Prezident İlham Əliyev: “Təkrarolunmaz muğam və aşıq, xalçaçılıq sənətləri bizim milli sərvətimizdir. Biz bu gündə onları yaşadırıq, dünyaya təbliğ edirik. Bizim mədəniyyətimiz xalqımızın istedadını göstərir. Çünki istedadlı xalq belə gözəl əsərlər yarada bilər". Bu il dahi şair Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyi münasibətilə Prezident İlham Əliyev tərəfindən “Nizami Gəncəvi İli” elan edilib, dünya ədəbiyyatına öz əsərləri ilə gözəl ədəbiyyat inciləri bəxş etmiz Azərbaycanın dahi mütəfəkkir şairi N.Gəncəvi əsl mənəviyyat xəzinəmiz hesab edilir, xalqımız dahi şairi hörmət və ehtiramla yad edəcəkdir. Vaxtilə Azərbaycan musiqi sənətinin muğamın beşiyi sayılan işğaldan azad olunmuş torpaqlarda xalqın zəngin irsi qorunub yaşadılacaqdır. Prezident İlham Əliyev qeyd etmişdir : ”İşğaldan azad edilmiş torpaqlarda muğam mərkəzləri yaradılacaq“. Bir sözlə gözəl füsunkar Qarabağımız cənnətə dönəcək burada həyat yenidən dirçələcək bu bölgənin mədəni irsi bərpa edilərək öz sahiblərinin xidmətinə veriləcəkdir. Cıdır düzündə UNESCO-nun qorunmaqda olan irs siyahısına daxil olmuş Qarabağ atları üstündə “Çövkən”atüstü milli oyunların yarışı keçiriləcəkdir. Şuşada yerləşən qədim məscidlərmiz təmir olunaraq istifadəyə veriləcəkdir. Vətən müharibəsinin Zəfərlə bitməsindən iki ay keçib, lakin bu müddətdə bir çox lahiyələrin inkişaf sturukturu bərpa edilir Qarabağda həyata keçirilməsinə başlanılmış, Şuşaya yol və su çəklişi, işıq çəkilişi, şəhərdə inventarlaşdırma aparılmış bu mədəniyyət incisi sayılan Şuşanın dirçəldilməsinə başlanılmışdır. Şuşa ilə digər işğaldan azad olunmuş ərazilərmizdə lahiyələrin başlanılması onu deməyə əsas verir ki, tez bir zamanda doğma Qarabağa qayıdış başlayacaqdır. Prezident İlham Əliyevin Sərəncamına əsasən Qarabağ Dirçəliş Fondu” adlı hüquqi publik fond təsis edilmişdir. Prezident İlham Əliyev azad edilmiş torpaqlarda bütün mədəni obyektlərin siyahısının hazırlanması barədə tapşırıq verərək demişdir :” Onlar onsuz da var idi, indi onlara yerində baxmalıyıq, onların vəziyyətinə baxmalıyıq ki, onları sonra bərpa edək”. Əlbəttə, tezliklə Qarabağda bərpa işlərinə başlanılacağı gün yaxındadır. İndi Şuşa da azaddır, həmçinin digər rayonlarmız kəndlərimiz öz azadlığına qovuşmuşdur, tezliklə vətəndaşlarda Vətəninə qovuşacaqdır. Prezident İlham Əliyev: “Azərbaycanın zəngin və təkrarolunmaz mədəniyyəti bizim qürur mənbəyimizdir”. İndi hər bir Qarabağlı öz Vətəninə doğma torpağına ayaq basacağı günü böyük səbrsizliklə gözləyir. Tezliklə işğaldan azad olunmuş torpaqlarda həyat öz axarına düşəcək insanlar bu gözəl bölgəni cənnətə döndərəcəkdir.

Minarə Əliyeva,

Xocalı rayon gənci 


Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi